Məhkəmə Rusiyada Telegramın təcili bağlanmasına qərar verib


Məhkəmə Rusiyada Telegramın təcili bağlanmasına qərar verib
Telegram blok edildi. İstifadəçilərin şifrə açarını FSB-yə verəndən sonra blok qaldırıla bilər. Durov isə buna qəti etiraz edir. Məhkəmə isə bunu dövlətin və vətəndaşın təhlükəsizliyinə zərbə kimi dəyərləndirir.

Moskvanın Taqansk məhkəmsinin nümayəndəsi Telegram-ın Rusiyada təcili bağlanması qərarını messengerdə yayılan informasiyaların dövlətin və vətəndaşların təhlükəsizliyinə təhdid ola biləcəyi ilə şərtləndirib.

O, onu da izah edib ki, messengerin bağlanma yasağı onun şirfəsinin açarı Federal təhlüksizlik xidmətinə (FSB) verdildikdən sonra qaldırıla bilər. Bu haqda İnterfaks xəbər verib.

Aprelin 6-da Roskomnadzor Telegram-ın işinin məhdudlaşdırılması tələbi ilə məhkəməyə müraciət etmişdi. Aperlin 13-d Taqansk məhkəməsi messenger istifadəçilərinin şifrə açarının FSB-yə verilməsi tələbini rədd edildiyi üçün onun bağlandığını elan edib. Özünün bu qərarı haqda məhkəmə Roskomnadzora məlumat göndərib.

Məhkəmə prosesi Telegram-ın populyarlığının artmasına səbəb olub. App Stope internet mağazasında o, pulsuz uyğulamalar arasında birinci yerə çıxıb.

Telegram-ın yaradıcısı Pavel Durov öz növbəsində messengerin blok edilmə metodundan yan keçərək istifadə ediləcəyii bildirib, lakin bu VPN -dən istifadə edilmədən servisə girişə 100 faiz zəmanət verə bilməz.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir