Mənbə: Ermənistan Rusiyaya MDB ölkələri Daxili İşlər Nazirliyi Şurasında sədrlik etimadnaməsi verə bilməz


Mənbə: Ermənistan  Rusiyaya  MDB ölkələri  Daxili  İşlər Nazirliyi Şurasında  sədrlik etimadnaməsi verə bilməz
Bu həftə Bakıda keçiriləcək MDB dövlətləri DİN Şurasının yığıncağında Ermənistan Rusiyaya sədrlik etimadnaməsi verə bilməz.

Mövcud qaydalara görə əgər Ermənistan yığıncaqda iştirak etməzsə, onun Şurada sədrliyi avtomatik olaraq Azərbaycana keçir. Bu haqda RİA Novosti-yə Mütəşəkkil cinayətkarlığa və müxtəlif növlü təhlükəli cinayətlərə qarşı mübarizə bürosunun koordinasiya şurasından məlumat verilıb.

“Ötən il şura başçılığına rus əlifbası sırası ilə növbələşməklə seçilmə qərara alınmışdı. Yeni qaydaya əsasən Ermənistandan sonra əlifba sırasına görə Azərbaycana gəlir və sədrlik ona keçəcək” –deyə mənbə bildirib.
“Səlahiyyətin başqasına həvalə olunması yalnız şuranın yığıncağı ilə ola bilər, digər başqa formata isə baxılmayıb. Ona görə Ermənistanın bunu Rusiya Daxili işlər nazirliyinə həvalə etməsi şuranın əsasnaməsinə uyğun deyil və onun qanuni hökmü olması əsassızdır”-deyə o əlavə edib.

Ermənistan polisi əvvəlcədən 6-8 sentyabrda Bakıda keçiriləcək yığıncaqda iştirak etməkdın imtina edib. Bununla o Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiya olunmasına öz etirazını göstərmiş olub. Bununla yanaşı Ermənistan Daxili İşlər Nazirlyi öz etimadnaməsini Rusiyaya verdiyi haqqında məlumat verib.

Ermənistanın iştirak etmədiyi təqdirdə şuranın işi haqqında Mütəşəkkil cinayətkarlığa və müxtəlif növlü təhlükəli cinayətlərə qarşı mübarizə təşkilatının direktoru Nikolay Ovçinnokov hesabat verəcək.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir