Mərkəzi Bank birjada valyuta alarkən komissiyanı azaldıb


Rusiya Mərkəzi Bankı birjada valyuta alarkən komissiyaları 30%-dən 12%-ə endirib.

Rusiya Mərkəzi Bankı fiziki şəxslər üçün birjada valyuta alışına görə komissiyaları 30 faizdən 12 faizə endirmək qərarına gəlib. Bu barədə tənzimləyicinin məlumatında deyilir.

“2022-ci il martın 4-dən fiziki şəxslər üçün komissiya 30 faizdən 12 faizə endirilib”, – məlumatda deyilir. Hüquqi şəxslər üçün komissiya əməliyyat məbləğinin 12 faizini təşkil edəcək. Bundan əlavə, Rusiya Bankı martın 4-də Moskva birjasında fond bazarı bölməsində ticarəti bərpa etməmək qərarına gəlib.

Martın 3-də Mərkəzi Bank birjada xarici valyuta alarkən fiziki şəxslərdən 30 faiz komissiya tutulmasını əmr edib. Daha sonra tənzimləyici bunu komissiyanın banklarla brokerlər arasında rəqabəti bərabərləşdirməsi üşün edildiyini açlqladı.

Martın əvvəlində Rusiya Federasiyasının prezidenti 10 min dollardan çox xarici valyutanın ixracını qadağan edən fərman imzalayıb. Öz növbəsində, Avropa İttifaqı avro əskinaslarının Rusiyaya satışı, tədarükü, köçürülməsi və ya ixracını qadağan edib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir