Məşhur alman sosioloqu BƏƏ-nin kitab mükafatından imtina etdi


Yəni 226 498 avro və ya  272 249 dollardan miqdarında pul mükafatından da…

Məhşur alman sosioloqu Yurgen Xabermas əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şeyx Zaid kitab mükafatını qəbul etməyə qərar vermişdi. Lakin indi bu “yanlış”  qərar idi- deyib. Mayın 2-də tanınmış alman  sosioloqu və filosofu  Yurgen Xabermaın   Fars körfəzi ölkələrində insan haqlarından narahat olduğu üçün BƏƏ-nin kitab mükafatından  imtina etməsi barədə EVA-RUSKOM xəbər verib.

“Mən bu il şeyx Zaidin  kitab  mükafatını qəbul etməyə razılıq verişdim.  Bu yanlış qərar idi və onu düzəldirəm”-  Xabermas Almaniyanın Spiegel Online  saytına açıqlamasında  bildirib.

“Mən Əbu-Dəbuda bu  mükafatı təqdim edən  institutun  hazırkı siyasi sistemlə  sıx  əlaqəsini kifayət qədər aydın təsəvvür etmirdim”-deyə o, əlavə edib. 

Mükfata nə daxildir? Mükafat Əbu-Dəbunu 30 ildən atrıq idarə etmiş,  2004- cü ildə 86 yaşında dünyasını dəyişmiş  BƏƏ-nin birinci prezidenti şeyx Zaid İbn Sultan Al Naxayanın şərəfinə verilir.

Bu mükafat  hər il humanitar sahədə   yaradıcılıqları və tərcümələri ilə  “ərəb intellektini, mədəniyyətini, ədəbiyyatını və ictimai həyatını ” obyetkiv şəkildə işıqlandıran  şəxslərə,  naşirlərə təqdim edilir.  Xabermas “İlin mədəniyyət adamı”  mükafatına  layiq görülmüşdü.  “İlin Mədəniyyət adamı” mükafatına layiq görülən şəxs  medalla yanaşı  bir miyon dirhəm (226 498 avro və ya  272 249 dollar) miqdarında pul mükafatı alır.

Frankfurt sosial nəzəriyyə məktəbi ilə bağlı olan Xaberması bir çoxları XX əsrin ikinci yarısının dahi filosofu hesab edir.  Onun  fəlsəfə məsələləri barəsində olan bir çox işləri ərəb dilinə tərcümə edilib.   

BƏƏ-də  insan haqları  ilə əlaqəli vəziyyət nə yerdədir? BƏƏ insan haqlarının  vəziyyətinin pis olması  ilə bağlı tez-tez təndiqə məruz qalır. Ölkə rəhbərləri kütləvi informasiya vasitələrinə sərt  nəzarət edir,  hakimiyyəti tənqid edən müəyyən şəxslərə qarşı reppressiya aparmaq üçün  geniş  səlahiyyətlərə malikdirlər.  

Vaşinqtonun Freedom House  anlitik mərkəzi vətəndaş azadlığnı məhdudlaşdırdığına görə  BƏƏ-ni “azad olmayan ölkə”  kimi  xarakterizə edib. İnsan haqları sahəsində  digər  problemlər  Hindistan və digər ölkələrdən gələn müqrantların istismar edilməsi ilə  bağlıdır.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir