Məsud Cəzayiri: “Suriyanın cavabı sionist rejimi komaya salacaq”-dedi.


Məsud Cəzayiri: “Suriyanın cavabı sionist rejimi  komaya salacaq”-dedi.
İranın rəsmi xəbər agentliyi İRNA-da verilən xəbərə görə bunu İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini general-mayor İsrailin Suriyanın bir hərbi araşdırma mərkəzinə hava hücumu etməsinə münasibət bildirərkən deyib.
“ABŞ və sionistlər suriyalıların səbrlərinin bir sonu oduğunu çox yaxşı bilirlər”.

Cəzayiri İsrail bə digər hakim güclərin müstəqil millətlərə qarşı güc tətbiq etməsi dövrünün artıq geridə qaldigni vurğulayıb.

“Cinayət işləyənlər yeni dövrdə hər bir zərbələrinə qarşılıq veriləcəyini bilməlidir”- deyən Cəzayiri bunun zamanını və ölçüsünü də azad millətlər özləri müəyyən edəcəklərini bildirib.

General-mayor Cəzayiri İsrailin hücum planından xəbəri olan bəzi ölkələrin də bu suca ortaq olduqlarını ifadə edib.
Xatırladaq ki, 31 yanvarda İsrailin Suriyanı hədəfə alan hava hücumu nəticəsində 2 adamın öldüyü və 5-nin də yaralandığı iddia edilmişdi.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir