Məcburi köçkün Şəfiqə nənə yaşlılara qayğısından dolayı Mehriban xanıma təşəkkür etdi


Məcburi köçkün Şəfiqə nənə yaşlılara qayğısından dolayı Mehriban xanıma  təşəkkür etdi
Nənə minnətdarlığı. Əslində sosial şəbəkələrdə Azərbaycanda COVİD-19-la mübarizə tədbirləri ilə bağlı fərqli fikirlər səslənir. Təqdiri tənqidinə qarışan bu məlumatlar sırasında çox sevdiyim yaşlı bir nənənin dediklərinə biganə qala bilmədim. Zəngilandan məcburi köçkün düşən (bu arada yardım qaçqınlara verilir-deyə sual verəndə, qaçqın yox, köçkünəm mən-dedi- red. T.V) Şəfiqə nənə -“mənə və timsalımda bu günlərdə yaşlılara xüsusi qayğı və diqqətini əsirgəməyən prezidentə və xanımına təşəkkürümün çatdırılmasını istərəm””-dedi.

Bakının Əhmədli kəndində (kənd Əhmədli) yaşayan Zəngilandan məcburi köçkün düşən Şəfiqə Sultan qızı Kərimova koronovirusla bağlı mübarizə çərçivəsində görülən tədbirlərdən dolayı onun təşəkkürünü Azərbaycan prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyevaya çatdırılmasını istəyib.
Yaşlı və xəstəliyindən dolayı evdən çölə çıxmayan Şəfiqə nənə Xətai rayonu icra hakimiyyəti və eləcə də həmin rayonun sosial təminat şöbəsindən gələn nümayəndələrin onu vaxtaşırı yoxladığını bildirir.

“Bu məlum xəstəlik-bəla yayılandan sonra isə H.Əliyev fondundan gəldilər, ehtiyacım olmasa belə ərzaq yardımı gətirdilər. Sizin kimi yaşlı ana-nənələrimizə əgər səhhətində problem olarsa, xəstəxanaya çatdırmaq və ya dərman, ərzaq almaqdan ötrü xüsusi taksi ayrılıdığını deyib mənə bir nömrə də verdilər”.

Şəfiqə nənə deyir ki, Azərbaycanda, Bakı şəhərində koronovirsun yayılmasının qarşısının alınması üçün həyata keçirilən operativ tədbirləri -onun timsalında yaşlı insanlara olan xüsusi diqqətə diqqətlə cavab vermək, onlara təşəkkür etmək istəyirəm.

O, dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanda və dünyanın hər yerində yaşayan bütün millətlərin nümayəndələrinə günümüzdə ən çox ehtiyacımız olan sağlam can və bu illətdən az qurbanla qurtarmağı arzu edir.

“Mehriban Əliyeva həm də həkim olduğundan dolayı, yaşlılara bu qayğı birbaşa onun təşəbbüsü ilə həyata keçirildiyini bildirən köçkün nənəmiz, görülən təbdirlərə dəstək olmaq üçün hamını “Evdə oturmağa”, gərəkmədikcə çölə-bayıra çıxmamağa çağırır.

Biz də onlara “Evdəqal”-maqla yardım edə bilərik. Şəfiqə nənə bü günlərdə həkimlərin üstünə daha böüyk yük düşdüyünü, bizlərin sağlamlığı üçün əsl fədakarlıq, mübarizlik nümayiş etdirdiklərini də söyləməsəm olmaz. Onlarla həm də həmkaram deyir, Şəfiqə nənə.

Xatırladım ki, Şəfiqə nənə Zəngilan Tibb texnikumunun ilk buraxılış məzunlarındandır və oranı əla qiymətlərlə bitirib. Uzun illər də tibb bacısı kimi fəaliyyət göstərib. Hətta o zamanlar Zəngilan şəhər sovetinin deputatı olub.

Tibb işçilərinin bu günlərdəki fədakarlığını, əzmini yüksək qiymətləndirərək onlara minnətdarlıq etməyi də unutmadı.

Onu da qeyd edim ki, Şəfiqə nənə bütün bu dediklərinin sosial şəbəkədən paylaşılıb çox insana çatdırılmasını istəmişdi, əslində.

Yaşı 78-dən yuxarı olan nənəmiz bu istəyinə hər hansı don geyindirilməsini istəmədən belə açıqlayır: “Yaxşı əməl üçün insan minnətdar olmasını bilməlidir!”.

Tünzalə Vəliqızı


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir