Mədənçi 17 ilini yerin altında keçirməyə məcub olub və sağ qalıb


Mədənçi  yeraltı anbarında saxlanılan düyü və su  ehtiyat  sayəsində sağ qalmağı bacarıb. Zəlzələ baş verib mədən batan zaman onun 42 yaşı olub. Və düz 17 ildən sonra mədənin yerin altına batdığı ərazidə qalereya tədqiqatçıları qazıntı işlrəi apardıqları zaman tapılıb.

İnanılmazdır, bəli. Lakin bu möcüzə gerçəkdən baş verib. Həm də Çində….

Qərbi Sincan əyalətində bir qazıntı işləri aparan  qrup 17 il əvvəl zəlzələdən sonra tərk edilmiş köhnə bir mədən hissəsində qalereyanı qazdıqları  zaman  sürprizlə  qarşılaşıblar. “Naşa planeta” (“Bizim Planet”) mətbu orqanı  xəbər verib ki, qalereyada kəşfiyyat işləri apararkən 1997-ci ildə baş verən qəzadan sonra çökmüş mədəndə sağ qalan 59 yaşlı bir işçiyə  rast gəliblər.  Mədənçi  tükənmiş halda imiş. Onun  fiziki və mənəvi vəziyyətini tam qiymətləndirmək üçün dərhal xəstəxanaya aparılıblar.

 Çjan ərazidə baş verən 7.8 bal gücündə zəlzələ nəticəsində dağılmış mədənim  altında qalıb.  Mədəndə havalandırma kanalları qaldığı və ora hava girişi olduğu üçün  yaşamını itirməyib. Təbii ki, qidalanmaqdan ötrü isə yeraltı mədən anbarında xüsusi olaraq belə fövqəladə hallar üçün saxlanılan düyü və su təchizatı sayəsində də bu illər ərzində qidalanıb. Əlavə olaraq da mədəndə yaşayan siçovulları  tutaraq yeyib. Həmçinin vitamin mənbəyi olan çox miqdarda hansısa fosforlu orqanizmləri toplayıb.

Çində ildə 4000-dən çox mədənçinin ölümü ilə nəticələnən bu cür fəlakətləri azaltmaq üçün hökumət tədbirlərinin artırılmasına baxmayaraq, mədən qəzaları adi hala çevrilib.

Dağılmış bir mədəndə 17 ildir sağ qalan  madənçi  Çjanın başına gələn bu hadisə  ilklərdəndir.  

Əvvəlki yeraltı həyatda qalma rekordu  Jeff Smit adlı bir britaniyalıya məxsusddu. O 142 gün  könüllü olaraq  yer altında qalmış  və bununla  rekrod qazanmışdı.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir