MƏMMƏD İSMAYIL— Bu vuruş haqq vuruşu, bu savaş haqq savaşı


MƏMMƏD İSMAYIL--- Bu vuruş haqq vuruşu, bu savaş haqq savaşı

Bu Vәtәnın nәyi var azı-çoxu döyüşәr,
Dağı, daşı, torpağı, varı, yoxu döyüşәr.
Neçә şәhid iğidin nakam ruhu döyüşәr,
Bir әskәrә çevrilәr burda hәr mәzar daşı,
Yetәrki ayağa qalx, sәn başla bu savaşı.

Ocağının başına çıxmağa yad gözlәmә,
Dur, ayaqdan başa çıx, başdan imdad gözlәmә.
Andın vәtәnin andı başqa bir and gözlәmә,-
Adın vәtәn adıyla çәkilәrsә yanaşı,
Bu vuruş haqq vuruşu, bu savaş haqq savaşı.

Bu insan dәnizindә hәr insan bir adacıq,
Doğmaca yurdumuzu viran qoydu yad acıq.
Haqdı sәni sәslәyәn haqq üçün cihada çıx,
Yürü, iğid sәfinin nә arxası, nә başı,
Bu vuruş haqq vuruşu, bu savaş haqq savaşı.

Beşcә kәlmә sözüm var dayan ey cavan әsgәr,
Yoluna uğur deyim, Xan Eyvazım , xan әsgәr.
Boyuna göz dikmişәm, boyuna qurban әsgәr
Bu hücumun sonunda ölüm var uzaq başı,
Bu vuruş haqq vuruşu, bu savaş haqq savaşı.

Ağzımda haqq deyirәm, bu haqq sәsi sәnindir,
Hәlә haqqın nahaqla bәhsabәhsi sәnindir,
Dünyanın әn mübarәk qәlәbәsi sәnindir,
Bu qәlәbә yolunda nә dayan, nә yavaşı,
Bu vuruş haqq vuruşu, bu savaş haqq savaşı.

Məmməd İSMAYIL


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir