M.F. Axundzadənin əsəri Azərbaycan Rus Dram teatrının quruluşunda Ukraynada


   M.F. Axundzadənin  əsəri Azərbaycan Rus Dram teatrının quruluşunda Ukraynada
Yenises.ru-nun İnterfax agentliyine istinadən verdiyi xəbərə görə Ukraynada Azərbaycan günləri çərçivəsində Rus Dram teatri Azərbaycan M.F. axundzadənin “Müsyö Jordan həkimi nəbatat və Dərviş Məstəli şah cadükünü- məşhur” dramının motivləri əsasında hazirladıqları tamaşanı göstərəcəklər.
Tamaşa iyunun 2-də Kiyev və iyunun 4-də Odessa şəhərlərində nümayiş etdiriləcək.

Bu tamaşaya M.F.Axundzadənin 200 illik yubileyi münasibətilə Bakıda quruluş verilib.

“Müsyö Jordan və Dərviş Məstəli şah” musiqili komediyasında səslənən 8 mahnının musiqisinin müəllifi Vaqif Gərayzadə, sözləri isə Azərbaycanın xalq artisti Aleksanrda Nikuşinanındır. Geyimləri Fəxriyyə Xələfovanın , dekorasiya rəssamı Sankt-Peterburqdan dəvət olunmuş Nikita Sazonovundur.

Rollarda Xalq artisti: Mabud Məhərrəmov, əməkdar artistləri Fuad Osmanov, Natalya Şarovskaya, Mələk Abbaszadə, aktrorlar: Əsgər Rəhimov, Həcər Agayeva, Salman Bayramov və İnna İmranova oynayırlar.

Teatr bu quruluşla qastrollarda olub, beynəlxalq festivallarda iştirak ediblər.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir