Macarıstanın baş naziri Polşaya “Ukraynanı bölüşdürməyi”” təklif edib”


Macarıstanın  baş naziri Polşaya  "Ukraynanı bölüşdürməyi" təklif edib
Polşalı deputat Slavomir Nitras bəyan edib ki, Macarıstanın baş naziri Viktor Orban Varşavaya “Ukraynanı bölüşdürməyi”” təklif edib.

Bu haqda Onet.pl portalı məlumat verib.

Onun sözlərinə görə Ukrayna böhranı zamanı Orban polşalılara Ukrayna torpaqlarını zəbt etməyi və sonra onu bölüşdürməyi söyləyib.

O, onu da əlavə edib ki, Macarıstanın baş naziri təhlükəli və ağıllı adamdır. Nitras həmçinin bildirib ki, o, Avropa sərhədlərinə yenidən baxılmasına cəhd edir.

Lakin Nitras Orbanın bu təklifi nə zaman etdiyini deməyib. Yəni dəqiq bir tarix verməyib.

Bir müddət əvvəl xəbər verilmişdi ki, Macarıstan Xarici İşlər Nazirliyi Ukrayna səfirini çağırtdırıb.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir