Marqaret Tetçer ömrünün 87-ci ilində vəfat edib


Marqaret Tetçer  ömrünün 87-ci ilində vəfat edib
Əfsanəvi “dəmir ledi” Marqaret Tetçer İngiltərədə vəfat edib. Bu hadda onun rəsmi nümayəndəsi və mərhum B. Berezovskinin mətbuat katibi olan lord Tim Bell məlumat verib.

Bellin dediyinə görə keçmiş hökümət başçısı Marqaret Tetçer insult keçirib.

“Dərin hüznlü kədərlə Mark Və Kerol Tetçer analarının ölməsi haqqında məlumat veririlər. O, bu gün səhər insultdan vəfat edib”-deyə mətbuat katibi Marqaret Tetçerin ailəsinin dediklərini çatdırıb.

Marqaret Tetçer 1979-cü ildən 1990-cı ilə kimi 11 il Böyük Britaniyanın baş naziri vəzifəsində çalışıb. O, milli hökümətə başçılıq edən yeganə qadın olub.

Son zamanlar “dəmir ledi”nin səhhətində ciddi narahatlıq hiss olunurdu.

2012-ci ildə dekabrın sonunda Tetçer xəstəxanaya düşmüş, sidik kisəsindəki şiş çıxarılmışdı.

Bukinqem sarayının nümayəndəsinin verdiyi məlumata görə Böyük Britaniya kraliçası II Yelizaveta Marqaret Tetçerin ölümündən kədərləndiyini bildirib.

Ayxan Azəroğlu
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir