Maxaçqala meri Said Əmirov 2 aylıq həbs edildi


Maxaçqala meri Said Əmirov 2 aylıq həbs edildi
Merin həbs olunması partiya yoldaşaları və işçiləri üçün gözlənilməz olub.

Basmannı məhkəməsi Maxaçqala meri Said Əmiriovun 2 aylıq-avqustun 1-nə kimi həbs olunmasına qərar verib. O Dağıstanda müstəntiqin öldürülməsini təşkil etməkdə günahlandırılır.

Əmirovun həbsi istintaqın vəsatəti ilə həyata keçirilib deyə məhkəmə yütkilisi aydınlıq gətirib.

Said Əmirov “Yedinaya Rossiya” partiyasının Maxaçqala bölməsinə rəhbərlik edib.Onun həbsi partiya yoldaşları və işçiləri üçün gözlənilməz olub.
“RİA Novosti” agnetliyinin məlumatına görə Maxaçqala meriyası Basmannı məhkəməsinin hökmünə etiraz edə bilər.

Bu ərəfədə Rusiya İstintaq komitəsi Əmirovun Moskvaya gətirilməsi haqqında məlumat verib.

“2011-ci ilin dekabrında Maxaçqalanın Sovetski rayonunun istintaq şöbəsinin rəhbəri Arsen Hacıbəyovun öldürülməsini təşkil etmək faktı ilə cinayət işi açılıb”-deyə RİK-nin bəyanatında bildirilir.

Bundan başqa cinayət işi ilə bağlı Əmirovun əmri ilə hərəkət etdiyi güman edilən daha 10 nəfər şübhəli də saxlanılıb. Məlumata əsasən saxlanılanlar arasında merin müavini olan qohumu Yusuf Cafarov da var.
“RİA Novosti” agnetliyinin xəbərində merin səlahiyyətləi müvəqqəti olaraq müavini Baqand Maqomedova verilib.

KİV-nin məlumatına görə meri 5-ci gün tutulan Maxaçqala quldur dəstəsinin lideri Sirajuddin Quçuçalıyev satıb.

2011-ci ildekabr ayının 14-də gecə naməlum şəxs Kaspiysk şəhərində 45 yaşlı Arsen Haclbəyova maşınından düşüb evinə gedərkən atəş açıb.

İstintaq komitəsi onun həyatına qəsd edilməsinin motivinin işi ilə bağlı olduğu qənaətindədir. Çünki o, rezonanas yaradan müxtəlif qudur dəstələrinin cinayət işini araşdırmaqla məşğul olub.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir