“Mc Donalds” dayının başı siçan-soğulcanla dərdə girib.


“Mc Donalds” dayının başı siçan-soğulcanla dərdə girib.

Keçən həftə Çilidəki restoranların birində hamburgerdən siçan quyruğu çıxmasıyla gündəmə gələn məşhur “fast-fud” -tezbazar yeməklər restoranı indi də Rusiyada qalmaqala səbəb oldu. Bu dəfə burgerdən soğulcan çıxdı.
“Kommersant FM”-in xəbərinə görə Moskvadakı “Global City” ticarət mərkəzindəki “Mc Donalds”-dan hambuger alan müştərinin yeyməyindən soğulcan çıxıb.

Qadın müştəri aldığı və paketlətdiyi toyuqlu burgerin içərisində soğulcan görüb. Qadın soğulcanlı burgeri qaytararaq pulunu geri alıb.

Restoranların Federasiyası rəhbərliyi isə soğulcanın yeməyin içindən cıxmayıb, kənardan ora girdiyini iddia etsələr də, Sağlamlıq haqlarını qoruma təşkilatı ən qısa zamanda yoxlamalara başlayacaqlarını bildiriblər.
Rusiyanın baş sanitarı Gennadi Onişenko hamburgerdə soğulcan olsa da, olmasa da onu yeməməyə çağırıb.
Bir tərəfdən də Saglamlıq haqqları qoruma təşkilatı yoxlamaların nəticələrindən sonra çox ciddi tədbirlər görüləcəyini bildirib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir