"Səhranın bəyaz günəşi"nin Petruxası rəhmətə getdi
Sovet filmi "Səhranın bəyaz günəşi" filmində gənc qızıl ordu əsgəri Petruxanı canlandıran Nikolay Qodovikov bu gün ömrünün 68-ci ilində vəfat edib. Bu haqda "5 kanal" məlumat verib.
"Novaya qazeta" Luqanskinin başçısı Plotnitskinin  Rusiyaya qaçdığını xəbər veribQondarma Luqansk xalq respublikasının başçısı İqor Plotnitskinin avtomobil korteji Rusiyaya gedib - "Novaya qazeta" yazıb. LXR başçısı ilə birlikdə onun administrasiyasının rəhbəri İrina Teysman, LXR dövlət telekompaniyasının başçısı Anastasiya Şurkaeva və bir neçə nəfər respublikanı tərk edib. Qondarma Donetsk xalq respublikasına yaxın olan mənbə "Vedomosti"yə Plotnitskinin yaxın ətrafı ilə birlikdə Rusiyaya gəlməsi faktını təsdiq edib. Onun sözlərinə görə hazırda administrasiyada onu əvəz edilməsi məsələsi həll olunur.
Sobyanın Moskvanın miqrantlara ehtiyacı olduğunu etiraf edib
Moskva meri Sergey Sobyanın etiraf edib ki, paytaxtın əməkçi miqrantlara ehtiyacı var. Merin fikrincə, bütün gəlmələri paytaxtdan qovmaq şəhərdə iş yerlərində qaçılmaz problemlərin yaranmasına səbəb olar.
Şenol Güneş “Qarabağ” klubunu ziyarət etdi
“Beşiktaş”ın baş məşqiçisi Şenol Güneş “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanovla görüşüb. Oyundan əvvəl “Beşiktaş”ın köynəyini ona bağışlayaraq komandaya uğur arzulayıb. Bu şəkli Şenol Güneş instagram səhifəsindən paylaşıb.
Türk komandası "Beşiktaş"  Çempionlar Liqasında
“Portu”ilə heç-heçə “Beşiktaş” G qrupu birinciliklə başa vurdu

Çempionlar Liqasının G qrupunda yarışan Türkiyənin Beşiktaş komandası İstanbulun “Vodafon Park” meydançasında Portuqaliyanın “Portu” komandasını qəbul edib. Öz qrupunun lideri olan Qara Qartallar ötən 4 oyunda 8 qol vurub. Və yeni mərhələyə çlxacaq favoritdir.
Faciələrin yası və yaşı
Qara tariximizin acı səhifəsi, eyni zamanda şərəf salnaməsi olan bu anımlar-illərin ayların, günlərin, hətta saatların rəqəmlərində dil açan, ürəkdağlayan hekayələrində birləşən faciələrimiz!

Bir-birindən ağrılı, illər böyüdən, gəncləşdirən və qarşısında üzüqara olduğumuz, eyni rəngli təyinlə xatırladığımız QARA tarixlər!
Yasını və yaşını tutduğumuz QARAlar.

20 Noyabr 1991-ci ildə müstəqilliyimizə qarşı tuşlanan silahların ucunda güllələrə düzülənlər bu faciə zəncirin növbəsi həlqəsinin
26-cı ili... Ömürdən kəsilən 26 bahar, yay, payız, qış...

Baxıram dünyanın bu gərdişinə, dəli bir ağlamaq keçir könlümdən...

Və bir də bu gün qəlbimdən bu nida qopur...

Qoy kül olum yana-yana...
Mən yanmasam, sən yanmasan, biz yanmasaq,
Necə çıxar qaranlıqlar aydınlığa?!


Qarakənd səması yenə qaranlıqdır. O faciənin qaranlıq üzü kimi.

Həmin gün "Mi-8" hərbi helikopterində həlak olanları Sadəcə xatırlayaq!!!

- Tofiq Kazım oğlu İsmayılov - dövlət katibi
- İsmət İsmayıl oğlu Qayıbov - Baş prokuror
- Məhəmməd Nəbi oğlu Əsədov - dövlət müşaviri
- Zülfi Saleh oğlu Hacıyev - Baş nazirin müavini
- Vaqif Cəfər oğlu Cəfərov - millət vəkili
- Vəli Hüseyn oğlu Məmmədov - millət vəkili
- Osman Mirzə Hüseyn oğlu Mirzəyev - Prezident Aparatının şöbə müdiri
- Qurban Hüseyn oğlu Namazəliyev - nazir müavini
- İqor Aleksandroviç Plavski - DQMV-nin prokuroru
- Vladimir Vladimiroviç Kovalyov - DQMV Daxili İşlər İdarəsinin rəisi
- Sergey Semyonoviç İvanov - Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik Şöbəsinin rəisi
- Nikolay Vladimiroviç Jinkin - fövqəladə vəziyyət rayonunun komendantı
- Sanlal Dasumoviç Serikov - Qazaxıstan DİN-in müavini
- Mixail Dmitriyeviç Lukaşov - milis general-mayoru
- Oleq Nikolayeviç Koçerev - polkovnik-leytenant
- Rafiq Məmməd oğlu Məmmədov - dövlət katibinin köməkçisi
- Alı Mustafa oğlu Mustafayev - telejurnalist
- Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı
- Fəxrəddin İbrahim oğlu Şahbazov - video-operator
- Vyaçeslav Vladimiroviç Kotov - vertolyot heyətinin komandiri
- Gennadi Vladimiroviç Domov - vertolyot heyətinin üzvü
- Dmitri Borisoviç Yarovenko - vertolyot heyətinin üzvü


Allah rəhmət eləsin!


YENİSES.RU
WADA  Rusiyanı Olimpiadaya buraxmamaqda qərarlıdır
Ümumdünya Antidopinq agentliyi təsisçilər şurası (WADA) Rusiya antidopinq agnetliyinin (RUSADA) hüquqlarını bərpa etməyib. Qərar həftənin dördüncü günü Seulda keçirilən yışıncada qəbul edilib.
KİV Rusiyanın Olimpiada-2018 -dən uzaqlaşdırıla biləcəyindən yazıb
Ümimdünya antidpoinq agentliyi (WADA) Rusiyanın antidopinq agentliyinin (RUSADA) haqqını bərpa etməyib. Bunun Rusiya yığmasının 2018-ci il Olimpiada oyunlarından uzaqlaşdırılmasına gətirib çıxara biləcəyini Hayo Zeppelt alman televiziyasının efirində səsləndirib.
Doxsan üç min sözdən ibarət "Azərbaycan dilinin   izahlı  lüğəti" çap olunub
Bugünlərdə İstanbulda “Azərbaycan dilinin izahlı lüğəti” işıq üzü görüb.

Beş cilddə çap edilən lüğətin tərtibçisi uzun illər Fransada yaşayan həmyerlimiz Məmmədəli Tacəhmədidir.

Xeyli zəhmət və gərgin əmək hesabına ərsəyə gələn “Azərbaycan dilinin izahlı lüğəti” doxsan üç min sözdən ibarətdir.
Moskvanın mərkəzində gecikdiyi üçün taksi sürücüsünü güllələdilər
Moskvanın mərkəzində taksi sürücüsü sifariş yerinə gecikdiyi üçün müştəri tərəfindən güllələnib.

Hüquq mühafizə orqanlarında olan mənbənin verdiyi məlumata görə hadisə nəticəsində bir nəfər yaralanıb. "Moskva" şəhər xəbərləri agentliyinin verdiyi xəbərdə hadisə Bakinskiy küçəsi 26-cı evin yaxınlığında baş verdiyi deyilir. "Yandeks Taksi" xidmətinin müştərisi sürücüyə narazılığını bildirib. Taksi sürücüsü müştəri ilə təklikdə danışmaq istəməyib və tanışlarını çağırıb. Acıqlanan müştəri travmatik tapançasını çıxararaq ona dörd dəfə atəş edib və nəticədə sürücünün tanışı yaralanıb.
Iran Iraq sərhəddində zəlzələ- ölənlərin sayı 328-ə çatdı - FOTOLAR
Noyabrın 12-də İranın qərbində 7,2 bal gücündə baş verən zəlzələdə qurbanların sayı 328-ə çatıb. Bu haqda Press Tv məlumat verib. Telekanalın verdiyi xəbərdə 2,5 mindən artıq insanın zərər çəkdiyi bildirilir.
Teleaparıcı  Boris Notkinin  Moskvaətrafında cəsədi tapıldı
Teleaparıcı Boris Notkinin Moskvaətrafı Odinsovo rayonunda cəsədi aşkar edilib. Bu haqda TASS agentliyinə hüquq mühafizə orqanlarından məlumat verilib.
Putin Trampla baş tutmayan görüşün günahkarlarını cəzalandıracaq

Vladimir Putin ABŞ prezidenti Donald Trampla ayrılıqda görüşün olmamasını protokoldakı kəsişmələrlə izah edib. Putin protokol hazırlananda bu kəsişmələrin nəzərə alınmasına eyham edərək bunu dilə gətirib. Rusiya lideri əlavə edib ki, Asiya-Sakit okean iqtisadi əməkdaşlığı sammiti çərçivəsində danışıqların baş tutmamasının günahkarları cəzalandırılacaqlar.

Buna baxmayaraq, Amerika prezidenti ilə qısa söhbət zamanı Suriya ilə bağlı birgə bəyanatı razılaşdırdıq. Sohbət deeskalasiya zonası, humanitar yardım və münaqişənin siyasi həllinə sadiqliyin vacibliyindən gedir.

Yenises.ru
Putin ABŞ-ın Rusiya KİV-nə qarşı hücumuna əkshücumla cavab veriləcəyini  vəd edib
Rusiya lideri bu haqda Vyetnamda keçirilən Asiya-Sakit okean iqtisadi əməkdaşlığı sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Telman İsmayılovu qiyabi olaraq həbs etdilər
Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun qiyabi olaraq həbs edildiyi barədə onun vəkili məlumat verib. Onu cinayət təşkil etməkdə və qanunsuz silah satmaqda günahlandırırlar.
Saratovda tanınmış biznesmen  Ceyhun Cəfərov güllələndi
Rusiya mediası Saratovda tanınmış iş adamı Ceyhun Cəfərovun öldürülməsi haqqında məlumat berib. Bu haqda ilkin informasiya "SaratovOnform" portalında dərc olunub.

Çeçenistanda Rosqvardiyanın əməkdaşı 4 məsləkdaşını güllələdi
Faciə bazar ertəsi gündz saatlaırnda Çeçenistanın Şelkovskaya stansiyasında baş verib. Orada Rosqrvardiyanın əməkdaşı öz yoldaşlarına atəş açıb.
Naməlum şəxs "Exo Moskvı"nın  baş redaktorun müavinini redaksiyada bıçaqla yaraladı
Naməlum adam "Exo Moskvı" radiostansiyasının redaksiyasında girdi və bıçaqla baş redaktorun müavini Tatyana Felqenqaueri yaralayıb. Bu haqda məlumatı İnterfaxs agentliyi yayıb. Hadisənin doöruluğunu "Exo Moskvı"-nın baş redaktoru Aleksey Venediktov təsdiqləyib.

Təfərrüatı dəqiqləşdirilir.

Yenises.ru
"Novaya qazeta" Luqanskinin başçısı Plotnitskinin  Rusiyaya qaçdığını xəbər veribQondarma Luqansk xalq respublikasının başçısı İqor Plotnitskinin avtomobil korteji Rusiyaya gedib - "Novaya qazeta" yazıb. LXR başçısı ilə birlikdə onun administrasiyasının rəhbəri İrina Teysman, LXR dövlət telekompaniyasının başçısı Anastasiya Şurkaeva və bir neçə nəfər respublikanı tərk edib. Qondarma Donetsk xalq respublikasına yaxın olan mənbə "Vedomosti"yə Plotnitskinin yaxın ətrafı ilə birlikdə Rusiyaya gəlməsi faktını təsdiq edib. Onun sözlərinə görə hazırda administrasiyada onu əvəz edilməsi məsələsi həll olunur.
Ali Radanın qarşısındakı mitinqçilər Poroşenkodan impiçment istəyrlər

Ukrayna Ali Radasının qarşısındakı aksiya keçirənlər ölkə prezidenti Petr Poroşenkoya qarşı yeni tələb irəli sürüblər. Onlar parlamentdə impiçment haqqında qanuna baxılmasını tələb edirlər.

"Petr Alekseeviç Poroşenkoya ultimatum"- 5 gün ərzində , siz, cənab prezident, impiçment haqqında qanunu baxılmaq üçün parlamentə çıxarmalısınız- keçmişdə Donbasda hərbi əməliyyatlarda iştirak edənlər bu təşəbbüslə çıxış ediblər.

Onlar bəyan ediblər ki, "bunun yalnız Poroşenkoya deyil, bütün Ukrayna xalqına dəxli var". Bununla yanaşı mitinqçilər əsas olaraq nəyi nəzərdə tutduqlarını dəqiqləşdirməyiblər.

"Donbass" batalyonunda "Katana" kimi tanınan döyüşçü xatırladıb ki, etirazçılar prezidentdən parlamentin müzakirəsinə antikorrupsiya məhkəməsi qanun layihəsini çıxarmasını tələb ediblər.

Cümə günü Poroşenko bildirmişdi ki, Ali Radanın qarşısındakı etiraz aksiyası təşkil edənlərə "qan lazımdır", onlar öz hərəkətləri ilə ölkədəki stabilliyi pozmağa çalışırlar.

Mitinq oktyabrın 17-də təşkil olunub, onun təşkilatçısı Oddesa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilidir. Etiraz aksiyası iştirakçıları deputatlara tələblərini bildiriblər, Saakaşvili isə prezident Poroşenkonu istefaya səsləyib.

Yenises.ru
Rusiya mətbuatı  BMT BA-nın iclasında İlham Əliyevin çıxışı  zamanı qızının  selfi etməsinə diqqət  çəkib


"BMT Baş Assambleyasında selfi: Azərbaycan prezidentinin qızı atasının çıxışı zamanı şəkil çəkdi" başlıqlı yazıda Leyla Əliyevanın üzündə heyrət ifadəsi olduğu qeyd edilib.
Poroşenko Donbassa  BMT sülhməramlılarının yerləşdirilməsi şərtlərini açıqladı
Donbassa BMT sülməramlıları gələcək, lakin bu DNR VƏ LNR, o cümlədən Rusiya ilə razılaşdırlmayacaq. Poroşenko belə deyib.

Prezident Poroşenko bilririb ki, Ukrayna Donetsk və Luqanskyə sülhməramlıların yerləşdirilməsi parametrlərini qondarma respublikaların nümayəndələri və həmçinin Rusiya ilə razılaşdırılmasını müvafiq hesab etmir.

Poroşenko  "Gerogiev lentini" Ukraynada qadağan edən qanun imzaladı
Ukrayna prezidenti Pyotr Poroşenko respublika ərazisində "Georgiev lentinin" hazırlanması və ya təbliğ edilməsini yasaqlayan qanun imzalayıb. Bu məlumat Ukrayna liderinin administrasiyası saytlnda dərc edilib.

Odessada bolqarların aksiyasında "Kremlin əli" olduğu deyilir
Ukrayna DİN başçısı Arsen Avakovun məsləhətçisi, Ali Radanın deputatı Anton Geraşenko Odessa vilayətindəki bolqar cəmiyyətinin etiraz aksiyasını şərh edib. O bu hadisədə "Kremlin əli", daha dəqiq desək RF prezidenti Putinin köməkçisi Vladislav Surkovun əli olduğunu görür. Bu barədə Obozrevatel saytı məlumat verib.

Estoniya Rusiyanın iki diplomatını geri göndərirRusiyanın Narvadakı baş konsulu Dmitri Kazennov və konsul Andrey Surqayev mayın sonuna kimi Estoniyanı tərk etməlidirlər. Bu haqda cümə günü Rusiyanın Estoniyadakı səfiri Aleksandr Petrov məlumat verib.

ATƏT-in  Luqanskdə partladılan maşınında  amerikalı həlak olub
ATƏT-in missiyasının Ukraynada partladılan avtomobilində ABŞ vətəndaşının həlak olması və iki patrulun yaralanması haqqında "İnterfaks" agentliyi tanınmamış Luqansk Xalq Respublikasının güc strukturlarından verilən xəbərə istunadən məlumat verib.
Ukrayna vizasız rejimin astanasında- Avroparlamentdə təsdiq olundu

Avroparlamentin deputatları cümə axşamı günü keçirilən plenar iclasda Ukaryna vətəndaşlarına Şengen zonası ölkələrinə vizasız gediş-gəliş rejimi tətbiq edilmsinə səs veriblər.
Ukrayna Donbasdakı gərginliklə bağlı BMT baş katibinə müraciət etdi
Ukraynanın BMT-dəki daimi nümayəndəsi Vladimir Yelçenko Donbasda vəziyyətin gərginləşməsi ilə bağlı təşkilatın baş katibinə məktu göndərib. "Rusiyadan Ukraynanın cənubunda hərbi ıməliyyatları dayandırmağı, və atəşkəs rejiminə əməl etməyi tələb edirik"- BMT-nin daimi nümayəndəsinin Twitter -dən paylaşığı xəbərdə deyilir.
Britaniya jurnalistini Ukrayna sualına görə qovdular
Böyük Britaniya və Ukrayna arasında diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş görüşdə Britaniya jurnalisti Qrem Fillipsi zaldan qovub çıxarıblar. Tədbir Britaniya parlamentinin binasında keçirilib. Hadisə baş verən yerdən reportaji jurnalist Youtube-dakı kanalından paylaşıb.

Tacikistan DİN başçısı milislərə arıqlamağı əmr edib
Tacikistanın daxili işlər naziri Ramazon Rahimzadə jurnalsitlərə məlumat verib ki, orqanın əməkdaşlarına arıqlamağı əmr edib.

"Milis kökələndə iş qabilliyyəti azalır. Bizim bütün əməkdaşlar yaş və böya görə beynəlxalq normalara cavab verməlidir"-deyə qeyd edib.

Təlimatın yerinə yetirilməsinə xüsusi komissiya nəzarət edir.
Astanada  Suriya danışıqları gec saata kimi davam edəcək
BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura məlumat verib ki, tərəflər böyük ev tapşırığı yerinə yetiriblər.

Suriyada vəziyyəti nizamlamaqdan ötrü Asanada keçirilən danışıqlar gec saata kimi uzanacaq. Bu barədə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura deyib.
Astanada Suriya danışıqları qapalı keçiriləcək

Bu haqda Qazağıstan Xarici işlər nazirliyi məlumat verib.

Sabah-bazar ertəsi yanvarın 23-də yerli vaxtla saat 13:00-da Astanada Suriya problemini nizamlamaq üçün danışıqlar başlanacaq. Bu görüş yanvarın 24-də çərşənbə axşamı eyni saatda başa çatacaq.


Qırğızıstan prezidenti Rusiyanın hərbi bazasını  çıxarmağa hazırlaşırQırğızıstan prezidenti Almazbey Atambayev bəyan edib ki, Rusiya hərbi bazası respublikadan çıxmalıdır. Bu haqda RİA Novosti məlumat verib.
Poroşenko Trampla ilk telefon söhbətində Krım və Donbass məsələsini qaldırıb
Ukrayna prezidenti Petr Poroşenko ve ABŞ-ın yeni seçilmiş başçısı Donald Tramp Krım ətrafındakı vəziyyəti müzkirə ediblər. Bu haqda Ukrayna prezidenti bəyan edib. Onun sözlərinə istinadən RİA Novosti məlumat verib.
Lukaşenko Rusiyadan şikayət etdi-təngə gəldik...
Qazda anlaşa bilməyən Belorus bunu Rusiyanın ona təzyiqi kimi dəyərləndirir.

Belorus prezidenti Rusiyanı təzyiq göstərməkdə günalanıraraq, o da öz növbəsidə Moskva ilə birlikdə olan interqrasiya layihələrində iştiraklarını azaldacaqlarıyla hədələdi. "Biz yerimizdə sayırıq -başqa cür demək mümkün deyil- neçə aydır ki, qazın qiymətində razılaşa bilmirik. Bununla yanaşı, Rusiya Belorusiyaya neft ixracını azaltdı. Biz bunu təzyiq kimi qəbul edirik"-deyə BelTa belorus liderinin sözlərindən sitat gətirib.
Atambayevdən Türkiyə hökümətinə: "Bizi qorxutmaq və öyrətmək lazım deyil"
Əgər elə ağıllıdırlarsa, o zaman özləri çevrilişdə niyə yatmışdırlar.

Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlunun Qırğızıstanda da çevriliş olacağı ethimal edilən bəyanatını absurd adlandırıb. Sputnik-in məlumatına görə bu haqda Çolpan-Atada geçirilən mətbuat konfransında Qırğızıstanın ölkə başçısı Almazbek Atambayev deyib.
-.
.
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru