RUS ALİMLƏRİNİN XARİCİLƏRLƏ ÜNSİYYƏT QAYDALARI SƏRTLƏŞDİRİLİR
Rus ailmləri xarici həmkarlarları ilə elmi mübadilə aparmaq üçün xüsusi icazə almalı və bu prosesdə bütün danışıqlar qeydə alınıb ali təhsil və elm nazirliyinə təqdim edilməlidir. Bir sözlə alimlərin elmi -praktik konfransları, görüşləri tam nəzarətə götürülür.

Rusiya ali təhsil və elm nazirliyi rus elm adamlarının xarici həmkarları ilə əlaqə qaydalarını sərtləşdirən qanun hazırlayır. Sənədin surəti "Trotsk varınatı" ("Trotskiy varinat") qəzetində dərc olunub. Rusiya Elmlər Akademiyası texnika elmləri üzrə doktoru, professor Aleksandr Fradkovun bu əmrlə bağlı açıq etiraz məktubu da adıçəkilən qəzetdə yer alıb.

FACEBOOK  SƏSLI MESAJLARI GİZLİNCƏ DİNLƏYİRMİŞ
Bir həftə əvvələ qədər Facebook audio-faylları dinləyirmiş. Bunun da istifadəçi anlaşmasında razılaşdırıldığını deyib. Yəni istifadəçilərin bilgisi daxilində olduğu deyilir.

Bloomberg agentliyi Facebook kompaniyası istifadəçilərin səsli mesajlarını açmaq üçün buna yüzlərlə muzlu işçi cəlb etdiyi faktını açıqlayıb.

Anonim mənbə bildirib ki, korporasiyanın rəhbərliyi qarşısına səsli mesajların yer və zamanını gizli saxlamaqla audoi-faylların oxunması məsələsini qoyub. İşçilər bunun nəyə lazim olduğunu bilmədən təəccüblə dinləyiblər.
Mariya Zaxarova: Rusiyanın Qarabağın statusu haqqında fikri dəyişməzdir
Rusiya XİN yetkilisi Mariya Zaxarova bu fikri jurnalistlər üçün keçiridiyi bugüngü brifinqdə səsləndirib.

"Bizi Azərbaycan və Ermənistan münaqişə xəttində sakitliyin müşahidə olunması məmnun edir. Bununla yanaşı, tərəflərin müxtəlif yollarla bir-birini ittiham etməsi də narahatçılıq yaradır"-deyə Zaxarova qeyd edib.

Bu cür ritorikalar danışıqlar prosesində əlverişli şərtlərin formalaşdırılmasına və konfliktin həll olunmasında kompromiss variantlar axtarmağa imkan vermir- Rusiya xarici siyasət qurumundan qeyd ediblər.

"Rusiya Dağlıq Qarabağın son statusunun Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməsindən yanadır"-deyə XİN nümayəndəsi göstərib. Onu da əlavə edib ki, rəsmi Moskvanın mövqeyində heç bir dəyişiklik yoxdur.

Xarıtladaq ki, avqustun 7-də Ermənistan baş naziri Nikol Paşinyanın tanınmamış Dağlıq Qarabağ respublikası haqqında "Bura Ermənistandır"-deməsi Azərbaycan tərəfindən qəzəblə qarşılanıb.

Yenises.ru
Sabiq qırğız prezidenti Atambayevin rezidensiyasına basqın davam edir

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin rezidensiyasına basqında yaralananlar Dövlət Milli Təhlükəsizlik komitəsi əməkdaşlarının sayı artır. Almaz Atambayevi tutmaq üçün xüsusi əməliyyatda iştirak edən DTK əmdaşaları arasında yaralananların sayı 27 nəfərə çatdığı haqda RİA Novosti-yə komitənin mətbuat xidmətindən xəbər verilib.
Lukaşenkonun "oyunu" özünə baha başa gələ bilər
Lukaşenkonun Rusiyaya inteqrasiya məsələsini qarşı tərəfə təzyiq vasitəsinə çevirməsinə "Bulba Prestolov" Teleğram kanalı toxunub. Dni.ru iformasiya portalının Telegram kanala istnadən yazdığına görə Belorusiya prezidenti Aleksandr Lukaşenkonun başı üstündə qara buludlar dolaşır. Rusiya rəhbərliyi Batkanın şərtləri ilə inteqrasiyaya razı deyi-deyə ekspertlər xəbərdarlıq ediblər. Onların sözlərinə görə Rusiyada belorus liderinə kimsə güvənmir və onunla ünsiyyətdən qaçırlar.

Son zamanlar Belorusiyada qərbyönlü millətçilik baş qaldırıb-deyə "Bulba Prestolov "Telegram kanalın müəllifləri bildirirlər. Buna görə Rusiya Aleksandr Lukaşenko rejiminin maliyyələşdirilməsinin məqsədəuyğun olduğuna daha çox şübhə edirlər.
Rusiya XİN-dən ABŞ və Almaniyanın 3 avqust aksiyasını işıqlandırmasına   etiraz
RF Xarici işlər nazirliyinin ABŞ və Almaniyaya onların diplomatları və mediasının Rusiyanın daxili işiniə qarışması ilə bağlı rəsmi müracət göndərəcəyini qurumun nümayəndəsi Mariya Zaxarova "Bazar axşamı Vladimir Solovyevla" proqramında açıqlayıb. Bu avqustun 3-də Moskvada keçirilən icazəsiz mitinqin işıqlandırılması ilə əlaqəlidir.

Situasiyanı araşdırmağı xarici işlər nazirliyinin nümayəndəsi Mariya Zaxarova təklif edib.

"Mən düşünürəm ki, ABŞ rəhbərliyi onun diplomatlarının Rusiyanın daxili işinə qarışmalarına təəccüblənəcəklər"-deyə qeyd edib.

RUBRIKA: Belə də olur - SƏYYAR MAĞAR

Axşam aldığım xəbəri kənddən uzaqda yaşayan eloğlu ilə bölüşmək üçün zəng elədim:
--Salam, əmioğlu. Loxəbərlik olmasın, Məmmədəlinin ölümündən xəbərin var?
--Salam. Var, əmioğlu, var.
Moskvadakı icazəsiz mitinqdə 600 nəfər saxlanılıb
DİN-nin paytaxt rəhbərliyindən verilən məlumata görə avqustun 3-də Moskvada keçirilən icazəsiz aksiyada 1500 adam iştirak edib və onlardan 600 nəfərə yaxını saxlanılıb. Bu haqda RİA Novostinin məlumatında deyilir.
Moskvanın mərkəzində yanan binanın söndürülməsində 24 texnika və 2 vertolyotdan istifadə edilib
Bu gün səhər səhər saat 6:18 radələrində Moskvanın mərkəzində- Dubninsk küçəsi ev 41/4 ünvanında olan dördmərtəbəli binada yangın baş verib. Fövqəladə hallar nazirliyindən verilən məlumata görə yanğın 5 min kvadratmetr sahəni əhatə edib. Yanğını n söndürülməsində 80 nəfər yangınsöndürən, 24 texnika, o cümlədən 2 vertolyot iştirak edib. Xilasedicilər yanğının ətrafda yerləşən binalara və eləcəə də yaxınlıqdakı benzindoldurma məntəqəsinə keçməsi təhlükəsinin qarşısını almağa çalışıblar.
[right]Rusiya pasportu alan ukraynalılar sorğuya çəkilirlər
Ukraynanın hərbi prokuroru Anatoli Matios bəyan edib ki, Rusiya pasportu almaq üçün müraciət edən Donetsk və Luqansk vilayətinin sakinləri qurum tərəfindən sorğuya çağırılıb. O, bunu "Radio NV" -yə müsahibəsində söyləyib.

Hərbi prokuror müstəntiqlərin qanun çərçivəsində hərəkət etdiklərini qeyd edib. Matiosun sözlərinə görə hərbi prokurorluq baş verənlər haqqında tam təsəvvürə maikdir və Rusiya pasportu almaq üçün ərizə verən Ukrayna vətəndaşlarının şəxsiyyətini müəyyən etməklə məşğuldur.

ABŞ administrasiyasında Rusiyaya qarşı ikinici sanksiya  paketi hazırlanır
Birləşmiş Ştatlar Skripal işinə görə Rusiyaya qarşı ikinci sanksiya paketi hazırlayır. Bu haqda RİA Novostiyə ABŞ administrasiyasının nümayəndəsi məlumat verib.
Rusiya yığmasının azərbaycanlı oyunçusu Aleksandr Səmədov karyerasını başa  vurdu
35 yaşlı idmançı özünün bu qərarını İnstagram səhifəsindən açıqlayıb.

"Əziz dostllarım, yaxınlarım, azarkeşlərim! Futbolçu kimi özümün idman karyeramı başa vurmağın zamanı gəldi. Uzun illər sizin mənim yanımda olduğunuzu bilərək yaşadım, işlədim, oynadım,arzuladım, planlar qurdum. Sizin mənimlə və Rusiya futbolu ilə qürur duymağınız üçün qələbəyə nail olmağa çalışdım. Mən idmançı, futbolçu və şəxsiyyət kimi yetişmək istədim. Bu arzularım gerçəkləşdi. İstədiyimə çatdım! Mən xoşbəxtəm ki, siz hər zaman mənə inandınız, dəstəklədiz, həyəncanlandınız, irəli getmək, daha böyük uğurlar əldə etmək üçün güc verdiniz!"-deyə futbolçu yazıb.
Sobyanin icazəsiz mitində təxribat ola bilıcəyindən xəbər verib
Sobyanin xəbərdarlıq etdi. Mitinqi təşkil edənlərlər də, oara gələnlər də təxribat törətməyə hazırlaşırlar. Lakin bunun qarşısı alınacaq.

Bu günə təyin olunmuş icazəsiz mitinqində ciddi təxribat baş verəcəyi ehtimalından Moskva meri Sergey Sobyanin özünün Twitter səhifəsindən xəbər verib.


Vüqar Bayramov - Şairin dünyası qız qoxuludu!
Şairin dünyası qız qoxuludu!


Bu yay axşamında bahar havası,
Təbiət bu gecə yaz qoxuludu!
Hamının dilində şirin arzular,
Hamının dodağı söz qoxuludu!

Gözlər intizarda, qəlb həvəsdədi,
Hamı bir arzuda, bir nəfəsdədi.
Qulaqlar həsrətlə xırda səsdədi,
Həsrətin vüsalı naz qoxuludu!

Xəbəri titrətdi küləklər kimi,
Gəldi gecə yarı, mələklər kimi.
Muştuluq həvəsli ürəklər kimi,
Ocaq qoxuludu, köz qoxuludu!

Açıldı cığırım, izim dünyaya,
Qəlbimdən gələni yazım dünyaya.
Bu gecə göz açdı qızım dünyaya,
Şairin dünyası qız qoxuludu!


22.07.2018

Dünya mənim gözümdə bu baxışın boydadı.

Elə şirin baxırsan səddin, çəpərin yoxdur,
Sən elə bir duyğusan ölçün, qədərin yoxdur.
Səninlə gözəlləşib həyat xəbərin yoxdur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Balalar gül doğulur, balalar çiçək olur,
Çirkin körpə görmədim, hamısı göyçək olur.
Bu məsum baxışında arzular gerçək olur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Ömrümün hər saatı, dəqiqəsi, anısan,
Özünü çox sevərsən gözlərimdə tanısan!
Atanın gül qızısan,ürəyisən, canısan,
Dünya mənim gözümdə bu baxışın boydadı.

26.02.2019
Rusiya səfirliyi xəritədə Krımı Ukraynanınkı kimi göstərib
Rusiya səfriliyi Twitter səhifəsindəki paylaşımında Krımı xəritədə Ukrayna ərazisi kimi göstərdi. Ukrayna XİN-i də təşəkkür edərək davamını digər qurumlardan gözləyirik-deyə repost yazdı.

Rusiyanın Böyük Britaniyadakı səfriliyi Twitter səhifəsində Krımı Ukrayna əraizisi kimi göstərib.

Rusların yarısının əmək haqqı 35 min rubldan az imiş
Rosstat-ən məlumatlarına görə, böyük və orta müəssisələrdə işləyən rusların yarısı 34,335 rubldan az gəlir əldə edir. Nisbətən yüksək maaşı olan balıqçılardır.

Peskov Putinlə Zelenski arasındakı  telefon söhbətindən danışdı
Prezident seçilləndə təbrik etmədi, lakin prezident kimi qəbul edib telefonla danışdı. İlk cümləsi "Salam" olub-deyə yazır Rusiya mətbuatı. Salam verməkdə qeyri-adi nə olduğu anlaşılan deyil. Yəni "Alo" deməyibmi? Nə isə ki, prezidentlər arasında olan telefon söhbətini Peskov şərh edib.

Gürcüstan prezidentindən  Putinin sanksiyalara dair sözlərinə reaksiya
Zurabişvili Moskva ilə münasibətləri düzəltməyə hazırdır. Rusiyaya ilımlı mövqeyinin ölkəsində tənqidlə qarşlanacağına gəlincə "Kimsə mənə vətənpərvərlik öyrədə bilməz"-deyib.

Gürcüstan prezidenti Salome Zurabişvili rusiyalı həmkarı Vladimir Putinin Moskvanın Tiflisə qarşı sanksiyalar tətbiq etmək istəmədiyi bəyanatını alqışlayıb. Bu barədə Associated Press-ə müsahibəsində deyib.
Tarix : 8-10-2014, 01:39
Tacikistanda müxalifət hərəkatını  ekstremist elan etməklə icazəsiz mitinqin qarşısını almağa çalışırlar
Tacikstan müxalifəti 10 oktyabrda "Prezidentə istefa" mitinqi planlayıb. Hökümət isə müxalifəti məhkəməyə verib.

İslam komitesinin sədri Heydər Camal Rusiya müxalifətə dəstək verməklə Rahmonun ipini əlində saxladığını deyir. Aleksandr Knyazev isə Rusiyanın daha başqa təsir rıçaqları olduğunu düşünür.

Tacikistanın baş prokuroru müxalif " Qrup 24 "ün ekstremist təşkilat kimi tanınması və onun fəaliyyətinin respublika ərazisində qadağan edilməsindən ötəri Ali məhkəməyə ərizə göndərib.

Bu ictimai hərəkat əhalini 10 oktyabrda Düşənbədə hökümət əleyhinə keçiriləcək "Tacikistan dəyişiklik tələb edir" mintinqində iştirak etməyə çağırır. Mitinqin əsas şüarları: "Rahmonsuz Tacikistan!", "Ədalətli seşkilərə!", "Layiqli həyat üçün!"

Ərizədə bildirilir ki, Ali məhkəməyə müraciətə səbəb qrupun fəaliyyət materialı olub. Baş prokurorluqda qeyd edilir ki, Umarali Qüvvətovun başçılıq etdiyi müxalifət hərəkatının əsas məqsədi konstitusiya hüquqlarını pozmaqla Tacikistanda hakimiyyəti ələ keçirməkdir. "Qüvvətov və onun qrupunun üzvləri ekstremist bəyanatlar yayaraq əhalini ölkədə kütləvi özbaşınalıq yaratmaqla hakimiyyəti ələ keçirməyə çağırırlar"-deyə ərizədə göstərilir.

Tacikistanın daxili işlər naziri Ramzan Rahimzadə TASS-a müsahibəsində vurğulayıb ki, tədbirin təşkilatçıları cinayətkarlar, beynəlxalq axtarışda olanlardır. Onun sözlərinə görə Taciksistan vətəndaşları ölkədəki vəziyyəti pozmaq və cəmiyyəti parçalamaqla özlərinin xaricdəki "işverənlərindən" pul alan müxalifətçilərdən yana deyillər.

Rahimzadə onun qeyd edib ki, ölkənin güc strukturları vəziyyətə nəzarət edir və əhali arasında profilaktik iş aparırlar. 4 oktyabrda Düşənbənin Dosti meydanında icazəsiq mitinqi dağıtmaq üçün təlimi keçirilib. 5 oktyabrda- Qurban Bayramı günü paytaxtn bütün hüquq mühafizə orqanları gücləndirilimiş iş rejiminə keçiblər. Elə o zaman bir neçə məsciddə imamlar öz nitqlərində "Qrup 24"ün qızışdırıcı fəaliyyətindən də söz açıb, Tacikistanda sülhü saxlamağın vacibliyindən danışıblar.

Bundan əlavə 4-5 oktyabrda Tacikistanın şimalında 3G-modemlə işləyən mobil internetlər bağlanıb. Həmçinin təxminən 200-ə yaxın sayta giriş məhdudlaşdırılıb. Onlar arasında "VKontakte", "Lenta.ru", "Moskovskiy komsomolets", Mail.ru, Youtube, Amazon və rusdilli Vikipediya da olub. Ehtimal edilir ki, internetə girişə qarağa qoyulması bu resursdan istifadə etməklə 10 oktyabr mitinqinə çağırışın qarşısının alınmasıdır.

Ölkənin internet provayderlərindən birinin nümayəndəsinin RİA Novosti-yə verdiyi məlumata görə onlara saytları blok etmək təlimatı Tacikistanın Rabitə xidmətindən daxil olub. Bununla yanaşı, "Ozodi" radiosunun xəbərində Tacikistanın Rabitə xidmətinin direktor müavini Rafikcon Şokirov təmsil olunduğu təşkilatın internetə girişin məhdudlaşdırılması haqqında hər hansı bir təlimat vermədiyini, bir neçə internet-resursun blok edilməsi haqqında məlumatın gerçəkliyə uymadığını deyib.

Analoji bəyanatla Rabitə xidmətinin başçısı Beq Saburi də şıxış edib. Ayrılıqda o təşkilatın belə bir işdə iştirakı olmadığını bildirib və yaxın zamanlarda bunu aydınlaşdıracağını söyləyib. Eyni zamanda Saburi onu da əlavə edib ki, bəzi saytlar hədsiz siyasiləşib, konfliktlər dünyasına girir və "ekstremist çağırışlar və deyimlər" dərc edirlər.

10 oktyabra təyin olunmuş "İmomali Rahmonun istefasını" başlıca tələb kimi irəli sürən icazəzsiz hötümət əleyhinə mitinqin təşkilatçısı " Yeni Tacikistan" hərəkatıdır. Son zamanlar bu tədbiri "Qrup 24" aktiv şəkildə dəstəkləyir və internetdə təbliğat aparır.

Qüvvətov özü keçmiş iş adamı və ölkə başçısı Rahmonun ailəsinə yaxın olan şəxsdir. 2012-ci ilin yayında Tacikistandan Moskvaya gələn zaman bu hərəkatı yaradıb. O dəfələrlə tacik hökümətinin ünvanına kəskin çıxışlar edib və hesab edir ki, onu müxalif fəaliyyətinə, hökümətin yüksək eşalonunda korrupsiyadan xəbərdar olduğu üçün izləyirlər.

Taciksitanda Qüvvətou fırıldaqçılıqda, başqasının əmlakını mənimsəmə və girov götürmək kimi cinayətlərdə iştirakda ittiham edirlər. Dövlət maliyyə nəzarəti və korrupsiya ilə mübarizə agentliyi tərəfindən onun barəsində cinayət işi açılıb. Həmçinin 2012-ci ilin dekabrında KİV-də "Toçiron" kampaniyasının başçısı Fayzullo Qulamov keçmiş ortağının "Toçiron", əfqan və çin şirkətlərinə məxsus milyonlarla dollar pulu aldatma yolu ilə mənimsəməsi haqqında bəyanatı yayımlanmışdı.

2012-ci ilin sonunda Qüvvətov tacik hökümətinin xahişi ilə Dubay aeroportunda saxlanıb. O, 10 ay nəzarətdə qalıb, lakin ölkəsinə ekstradasiya edilməyib. Hazırda onun Türkiydə olduğu güman edilir.

İslam komitəsinin sədri Heydər Camal hesab edir ki, bu hərəkət tacik höküməti tərəfindən ölkədə müxalifətin istənilən aktivliyini tapdalamağa yönəlib. Onun fikrincə, Rahmonu tacik xalqının çox hissəsi sevmir, onu devirmək haqqında söhbətlər isə çoxdan gəzir, ona görə də prezident onun devrilməsinə çalışanlara çox aqressiv tərzdə xəbərdarlıq edir.

"Bu insan respublikanı atasının mülkünə çevirib və mülkiyyətini qohumlarınınkı edib. Onun yanında demək olar ki, şəxsi təşəbbüs göstərmək, normal işləmək olmaz. Bundan başqa Tacikistan Orta Asiya ölkələti içərisində ənənəvi islam respublikası olsa da, o islama hücum edir"-deyə əlavə edib.

Eyni zamanda son illər tacik müxalifəti Rusiya ərazisindı də fəaliyyət göstərir. Heydər Camal ehtimal edir ki, tacik müxalifətinin antihökümət hərəkətini təqdir edən Moskva bu şəkildə Düşənbə ilə oynayır. "Rusiya höküməti Rahmonun boğazını əlində saxlayaraq, əğər onunla uyğunlaşmasa alternativi var və hər zaman hərəkətə keçə biləcəyini göstərir"-deyə qeyd edib.

Orta Asiya ölkələri üzrə ekspert Aleksandr Knyazev isə tacik hökümətinin müxalifətin fəaliyyətini sıxışdırmasını əsaslı sayır.

"Ölkə xaricində fəaliyyət göstərən "Qrup 24"ə istisadi cinayətdə günahladırılan və Tacikistanda axtarışda olan biri başçılıq edir. Mən hesab edirəm ki, bu hərəkat respublikda hər hansı bir sosial qrupun marağına xidmət etmir, onun yeganə məqsədi Rahmonun istefasıdır. Düşünürəm ki, bunu "konstitusiya istinadən çevirilişə çağırmaq kimi dəyərləndirmək doğru olar"-deyə o aydınlaşdırıb.

Ekspert sərhəddin arxasından Düşənbədə icazəsiz mitinq təşkil etmək-bu ölkədəki siyasi şəraiti laxlatmağa cəhdi kimi dəyərləndirir. Onun rəyincə, respublika əhalisinin çox hissəsi onları dəstəkləmir və aktivistlər sadəcə Hankonqda olduğu kimi qızışdırma yarada bilərlər.

Knyazev onu da əlavə edib ki, çətin Rusiya höküməti tacik müxalifəti hesabına Düşənbəyə təsir etsin. Onun sözlərinə görə bu metoddan istifadə etməyin əsası yoxdur, çünki, Moskvanın Tacikistana təsir etmək üçün Yanacaq- sürtgü materialı yağları tarifləri və miqrasiya siyasəti kimi rıçaqları var.


/Yenises.ru/




Baxış: 1445 | Bölmə: MDB, slayd2
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru