Etirazçılar Serj Sarqsyanı istefaya göndərdilər
Ermənistanın sabiq prezidenti və hazırkı baş naziri Serj Sarssyan istefa verdiyini elan edib.

S. Sarqsyan hökümətinin mətbuat xidmətindən verilən xəbərdə deyilir ki, o, son günlər Yerevanda etiraz aksiyası keçirənlər də daxil olmaqla bütün vətəndaşlara "axırınıcı dəfə" müraciət edib.
TƏCİLİ-Tver vilayətində yardıma möhtac 4 uşaqlı azərbaycanlı ailənin ANASI vəfat etdi
Bir müddət əvvəl Tverdə yaşayan çoxuşaqlı azərbaycanlı ailəsinin maddi durumunun acınacaqlı və yardıma ehtiyacı olduğu haqda məlumat vermişdik. Bu xahişlə redaksiyamıza bu ailəni tanıyan və uzun zamandır yardım edən bir türk dostu müraciət etmişdi. Saytımızda gedən xəbərdə o da deyirdi ki, Elman Babayevin həyat yoldaşı Nataşa ağır xəstəlikdən əziyyət çəkir və Moskva xəstəxanalarının birində müalicə olunur. Bu gün soydaşımızın xanımı müalicə olunduğu xəstəxanada vəfat edib.
Rusiyada Facebook qapadıla bilər
Telegramdan sonra Facebook ... Rusiyada Facebook qapadıla bilər... Roskomnadzor: "indidən təşvişə düşməyin"- deyir. Bu hələlik bir ehtimaldır...

Roskomnadzor: (Rabitə, Informasiya texnologiyaları və kütləvi kommunikasiya sahəsinə nəzarət üzrə federal xidməti) Facebook-u qapada bilər. Bunu idarənin rəhbəri Aleksandr Jarov "İzvestiya" qəzetinə müsahibəsində deyib. "Əgər Facebook sosial şəbəkəsi Rusiya qanunvericiliyinin tələblərinə tabe olmazsa, o zaman qapadıla bilər".
Başqırdıstan məktəbində olay-yeniyetmə sinif yoldaşlarını bıçaqla yaraladı, sinfə od vurdu
Başqırdıstanın Sterlitamak şəhərində əqli qüsurlu şagirdlərdən ibarət -korreksiya sinfində oxuyan 17 yaşlı yeniyetmə şagirdləri və müəllimi bıçaqla yaralayıb və sonra yanğın törədib.
Merkel yaxında Putinlə görüşəcəyini  anons etdi
Almaniyanın kansleri Angela Merkel jurnalistlərə yaxın gələcəkdə Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini bəyan edib. Lakin hələ tarix müəyyən olunmayıb.
MQİMO-nun tələbəsi  Dağıstanın sabiq baş nazirinin oğluna görə intihara cəhd etdiyi düşünülür
Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MQİMO) 21 yaşlı tələbəsinin intihara cəhdi etməsi ilə bağlı Dağıstanın sabiq baş naziri Muxtar Məcidovun 22 yaşlı oğlu Murtuzəli istintaq tərəfindən sorğuya çağırılıb. Müstəntiqlər tələbə qızı intihar etmə dərəcəsinə onun çatdırdığını düşünürlər.

Amerikanın Rusiyaya qarşı sanksiya "hücumu" davam edir
Ağ Evdən məlumat veriblər ki, tezliklə Rusiyaya qarşı əlavə sanksiya tətbiq ediləcək.
Yerevanda polislə nümayişçilər arasındakı qarşıdurmada 46 adam xəsarət alıb
Yerevanda polislərlə nümayişçilər araşında baş verən qarşıdurmada 46 adam zədə alaraq xəstəxnaya yerləşdirilib. Bu haqda İnterfaks Ermənistanın Səhiyyə nazirliyinin məlumatına istinadən xəbər yayıb.

O da qeyd eolunur ki, xəsarət alanlardan 6-sı polisdir.
ФНКА АзерРос приглашает на Шестой Вечер русско-азербайджанской поэзии
В Москве, Есенин-центре, 28 апреля, 18-00 час. состоится традиционный Вечер русско-азербайджанской поэзии «Поэзия без границ» с участием известных русских и азербайджанских поэтов России и Азербайджана.
Ruslan Əliyev: “Azərbaycan Krasnoyarsk iqtisadi forum kimi nüfuzlu meydançalarda daha da fəal iştirakda maraqlıdır”
Artıq 15-ci dəfə keçirilən Krasnoyarsk iqtisadi forumu (KİF) bu günlərdə öz işini tamamlayıb və bu mötəbər tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev iştirak edib. Bu barədə Rusiya azərbaycanlılarının vahid informasiya portalı AzRu.org xəbər verir.
Akif Əhmədgil  - Çanaqqala, bağışla, mən Şuşadan gəlmişəm
(Çanaqqala savaşının 100 illiyinə)

Çanaqqala, bağışla, mən Şuşadan gəlmişəm.
Sinən üstə yazıldı qəhrəmanlıq dastanı.
Bilirəm bağışlamaz tökülən şəhid qanı –
O dastanı unutdum...
Məhkəmə Rusiyada Telegramın təcili bağlanmasına qərar verib
Telegram blok edildi. İstifadəçilərin şifrə açarını FSB-yə verəndən sonra blok qaldırıla bilər. Durov isə buna qəti etiraz edir. Məhkəmə isə bunu dövlətin və vətəndaşın təhlükəsizliyinə zərbə kimi dəyərləndirir.

Rusiyada   yoxlamalardan  sonra 15 ticarət mərkəzi bağlanıb

Kemerovoda baş verən yanğından sonra bütün Rusiyada kütləvi şəkildə yoxlamalara başlanb və 15 ticarət mərkəzində qayda pozulması aşkar edildiynə görə onlar qapadılıb. Bu barədə "Qovorit Moskva" radiostansiyasının efirindən Baş prokurorluğun rəsmi nümayəndəsi aleksandr Kurennoy bildirib.
Tramp Putini Ağ evə dəvət edib
Martın 20-də baş tutan telefon danışığı zamanı Donald Tramp Valdimir Putini ikitərəfli görüş üçün Vaşinqtona dəvət etmişdi. Bu haqda brifinqdə RF prezidentinin yardımçşısı Yuriy Uşakov danışıb.

Zirəddin Rzayev: Məhərrəm Quliyevin həbsi sifarişlidir- Eksklüziv -VİDEO
Moskvadakı tanınmış azərbaycanlı iş adamı Məhərrəm Quliyevin həbs olunması xəbəri gündəmə bomba kimi düşüb. Saytlar həmyerlimizin hüquq mühafizə orqanları tərəfindən həbs edilməsi anı qeyd edilmiş video materala istinadən onun bu vəziyyətdə tutulmasını - diz çökdürüldüyünü “Pokrov Məhərrəm “belə tutuldu””- başlığıyla manşet edib.
Peskov Putinin Kemerovaya getməsi xəbərini təkzib etdi

Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov "Vedomosti"-yə ölkə başçısının Kemerova getmə xəbərinin yalan olduğunu deyib. "Hələ yox. Bu doğru deyil"-deyə nəşrin bu barədə sualı ilə bağlı cavab verib.
Putin Kemerovoya getdi
Rusiya prezidentinin təyyarəsi Kemerova hava limanına enib.

Məlumatda qısaca bildirilir ki, dövlət başçısının təyyarəsi faciəli hadisənin baş verdiyi şəhərə enib.

"Vladimir Putinin təyyarəsi Kemerovada eniş edib"-deyə xəbərdə deyilir.

Bundan əvvəl KİV Valdimir Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə istinadən məlumat vermişdi ki, ölkə başçısı 64 nəfərin ölümü ilə nəticələn yanğın yerinə baş çəkməyi qərara alib.

Yenises.ru
Hansı ölkələr rus diplomatlarını geri göndərir- Tam siyahı
Bu gün Qərb ölkələri demək olar ki, eyni anda rusiyalı diplomatlarınln gerı göndərilməsini elan ediblər. Qərar rus agenti Skripalın Böyük Britaniyada zəhərlənməsi ilə bağlı qəbul edilib.
Poroşenko Trampla ilk telefon söhbətində Krım və Donbass məsələsini qaldırıb
Ukrayna prezidenti Petr Poroşenko ve ABŞ-ın yeni seçilmiş başçısı Donald Tramp Krım ətrafındakı vəziyyəti müzkirə ediblər. Bu haqda Ukrayna prezidenti bəyan edib. Onun sözlərinə istinadən RİA Novosti məlumat verib.
Lukaşenko Rusiyadan şikayət etdi-təngə gəldik...
Qazda anlaşa bilməyən Belorus bunu Rusiyanın ona təzyiqi kimi dəyərləndirir.

Belorus prezidenti Rusiyanı təzyiq göstərməkdə günalanıraraq, o da öz növbəsidə Moskva ilə birlikdə olan interqrasiya layihələrində iştiraklarını azaldacaqlarıyla hədələdi. "Biz yerimizdə sayırıq -başqa cür demək mümkün deyil- neçə aydır ki, qazın qiymətində razılaşa bilmirik. Bununla yanaşı, Rusiya Belorusiyaya neft ixracını azaltdı. Biz bunu təzyiq kimi qəbul edirik"-deyə BelTa belorus liderinin sözlərindən sitat gətirib.
Atambayevdən Türkiyə hökümətinə: "Bizi qorxutmaq və öyrətmək lazım deyil"
Əgər elə ağıllıdırlarsa, o zaman özləri çevrilişdə niyə yatmışdırlar.

Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlunun Qırğızıstanda da çevriliş olacağı ethimal edilən bəyanatını absurd adlandırıb. Sputnik-in məlumatına görə bu haqda Çolpan-Atada geçirilən mətbuat konfransında Qırğızıstanın ölkə başçısı Almazbek Atambayev deyib.
Ermənistan DİN-i çox sayda yaralı olduğunu xəbər verir
Yervanda polis patrul polkunu ələ keçirən bir qrup silahlını dəstəkləyən nümayişçilərlə polis arasındakı toqquşmada hər iki tərəfdən çox sayda yaralananlar var. İnterfaks agenytliyinin müxbirinə Ermənistan polisinin müavini Samvel Ovannisyan belə bildirib.
Yerevanda silahlılar tərəfindən zəbt edilmiş polis binası yaxınlığında qarşıdurma
Yerevanda silahlı qruplaşma tərəfindən ələ keçirilmiş patrul post polkunun binası yaxınlığında nümayişçilər ilə polislər arasında qarşıdurma baş verib. Bu ahqd İnterfaks məlumat yayıb.

Polis onlara daş atan nümayişçilərə qarşı gözyaşardıcı qaz və tüstü bombasından istifadə etmək məcburiyyətində qalıb. Atışma səsləri eşidilib.

Hazirda hüquq mühafizə orqanalrı vəziyyəti nəzarətə götürüblər. Onlarala adam saxlanılıb.

Ərazi əlehqaz və xüsusi geyimli polislərlə əhatə olunub.

Çərşənbə günü səhər Yerevanda zəby olunmuş polis binasının yanında toplaşan aktivistlər toplantı iştirakçılarının təhlükəsizliyindən ötəri gediş yolunu bağlayıblar. Yol polisi nümayişçilərin tələbiylə avtomobil yolunda hərəkəti dayandırıb.

Xatirladaq ki, 17 iyul səhərə yaxın bir qrup silahlı şəxs polis idarəsini ələ keçirib. Bununla yanaşı onlar polis polkovnikini öldürüb və 4 nəfəri yaralayıblar. Radikallar "Təsisçi parlament" erməni müxailfət partiyasının kordinatoru Jirayr Sefilyanın azad olunmasını, hökümətin istefasını və güvən köküməti yaradılmasını tələb ediblər.

Onlar Ermənistan polisin müavini general-mayor Vardan Yeqiazaryan və polos rəisinin müavini polkovnik Valeri Osipyanı girov saxlayırlar.

Yenises.ru
Abxzaiya prezidenti müxalifətin mitinqindən sonra   DİN başçısını vəzifəsindən uzaqlaşıdırdı
Abxaziya DİN başçısı müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırldı. Bu barədə prezidentin fərmanına istinadən yerli agentlik məlumat verib. Bundan əvvəl müxalifət DİN-nin binası qarşısında toplaşaraq nazirin istefasını tələb etmişdi.

Abxaziya prezidenti Raul Xacima Leonid Dzapşanın daxili işlər naziri vəzifəsindən uzaqlaşdırılması haqqında fərman imzalayıb.,- yerli Apsınpress agentliyi yazır.

"Abxaziya Respublikasının daxili işlər naziri Leonid Dzapşa icra etdiyi vəzifədən prokuror yoxlamasına qədər uzaqlaşdırılsın"- prezident qərarında deyilir deyə agentlik sitat gətirib.

DİN-nin sabiq başçısının səlaihiyyətləri müvəqqəti olaraq nazirin birinci müavini Boris Abitova verilib.

/Yenises.ru/
Abxaziya qarışdı, etirazçılar DİN-nin binasına "Molotov" kokteyli  atdılar
Suxumide etirazçılar Daxili işlər nazirliyinin binasının girişinə "Molotov" kokteyli atıblar. Bu haqda Sputnik Abxaziya agentliyi məlumat verib.

" DİN əməkdaşları yanğının başladığı yeri söndürüblər"-deyə agetlik qeyd edib. Aksya iştirakçıları binanın əsas girişinə daxil olaraq ""Çıx! Çıx!" -deyə təkrarlayaraq Leonid Dzapşanı çağırırlar.

"Milis və digər güc strukturları situasiyanı nəzarətdə saxlamaq istəsələr də, adamlar getdikcə artır"-deyə məlumatda deyilir.

Bu gün Abxaziya müxalifəti ölkə prezidentindən Dzapşanın istefasını tələb edərək, binanı hücumla ələ keçirmək istəyiblər. Müxalifət ölkədə kriminal vəziyyətin pisləşməsi və DİN əməkdaşlaırnın referendumda azad iradəyə mane olduqları üçün nazirin istefasını israrla tələb edirlər . Onlar həmçinin payızda erkən prezidet seçkiləri ilə bağlı referendumunun keçirilməsi vaxtının da dəyişilməsini istəyirlər.

Abxaziya prezidenti Raul Xacimanın iştirakı ilə müxailfət nümayəndələrinin DİN binasındadkı görüşü 4 ssatdan artıqdır ki, davam edir. Görüşdə müxalifətin Dzapşanın istefası tələbi müzakirə olunur. İnsanların qarşısını saxlamaq üçün DİN-nin binasına xüsusi təyinatlılardan ibarət əlavə qüvvələr gətirilib.

Bundan əvvəl Abxaziya müdafiə naziri Mirab Kişmariya mitinq iştirakçılarına bildirmişdi ki, Dzapşa istefaya getməyə hazırdır, lakin qərari ölkə prezident qəbul edəcək.

Xacima 2016-cı il 10 iyulda referendum keçirilməsi ilə əlaqədar fərman imzalayıb. Abxaziya vətəndaşlarını "erkən Abxaziya respublikası rezidenti seçkilərinin keçirilməsinin zəruri hesab edirsinizmi? " sualına cavab verməlidirlər.

/Yenises.ru/
Avropa İttifaqı Ukrayna ilə viza rejimini ləğv edir
Hollandiya "yox" dməsinə rəğmən, Avropa qapılarını açır, amma müvəqqəti...

Hollandiyada Ukrayna-Avropa İttifaqı assosasiyası razılaşmasına qarşı keçirilən referendumun nəticələrinə baxmayaraq apreldə Avrokomissiya Ukrayna ilə vizasız rejim tətbiq etməyə hazirlaşır. Bu haqda Reuters agentliyi məlumat verib.

Azərbaycan prezidenti :Torpaqlarımızda ikinci erməni dövləti qurulmasına izn verməyəcəyik.
Azərbaycan prezdienti İlham Əliyev Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı özünün mövqeyini açıqlayarkən bu sözləri işlədib.

" Problemin çox sadə həlli var: birinici növbədə erməni silahlı qüvvələri formalaşması zəbt etdikləri əraziləri tərk etməli, Azərbaycan vətəndaşları öz torpaqlarına qayıtmalıdırlar. Bundan sonra regionda sülh və təhlükəsizlik bərpa olunacaq"-deyə birinci rübdə ölkənin sosial-iqtisadi inkışafının yekunlarına həsr olunmuş hökümət yığıncağında bəyan edib.
Gürcüstan Rusiyanı onun hava sərhədlərini iki dəfə  pozmaqda ittiham edir
Rəsmi Tbilisinin bəyanatına görə dekabrın 9-da pilotsuz təyyarə, dekabrın 10-da isə Ni-8 vertolyotu Gürcüstanın nəzarətində olan hava sahəsini pozub.

Gürcüstan Xarici İşlər Naziriyi son iki gündə Rusiyanın uçuş aparatlarının ölkənin hava sərhədlərini posduğunu iddia edərək, bunun RF tərəfdən təxribat hesab edir.
Düşənbə sammitində jurnalistlərə SMS  əlaqə  qadağan edilib
Bu gün Düşənbədə Kollektiv Təhlükəsizlik Müqaviəsi təşkilatı (ODKB) üzvləri ölkələrinin sammiti işinə başlayıb. Rusiya, Belorusiya, Qazaxıstan, Qırğızıstan, Ermənistan və Tacikistan ölkə başçılarının iştirakı ilə keçirilən ODKB sammiti zamanı jurnalistlərə və yüksək rütbəli məmurlara SMS əlaqədən istifadə etməyə icazə verməyiblər.
Qazaxıstanda valyutadəyişmə məntəqələri bağlandı
Qazaxıstanda doların sürətlə yüksəişi fonunda dollara tələbat artdığından valyutadəyşmə məntəqələri baglanıb. Yerli KİV-in verdiyi məlumata görə bu gün Alma-Atada sadəcə bir valyutadəyişmə mətnəqəsi açıq olub. Orada ucuzlaşmış qazax təngəsini dəyişmək üçün növbəyə dürüblar. Getdikcə insan sırasını artdığından yeganə fəaliyyət gösətən məntəqədən də dollar və avronun bitdiyini söyləyiblər. İnsanlar təngədən qurtulmaq üçün rus rublu alırlar.
Yerevanda nümayişçilər hökümətə iyulun 6-na  kimi vaxt qoydu
Ermənistan patyaxtında iyunun 19-dan start götürmüş eturaz nümayişi yeni həddə çatıb. Artıq etirazçılar hökümətlə tələb və təhdid dili ilə danışırlar. Elektrik enerjisinin tarifinin bahalanmasına qarşı Yerevanda etiaz nümayişinə qalxan ermənilər hökümətə ultimatum veriblər. Onların tələblərindən biri belə iyulun 6-na kimi yerinə yetirilməzsə, hər gün barrikadanı bir addım irəlilədəcəkləri ilə təhdid edirlər.
Saakaşvili Odessanın qubernatoru oldu
Ukrayna prezidenti Petr Poroşenko şənbə günü Odessa vilayət aktivlərinə yeni qubarnetor-sabiq Gürcüstan prezidenti Mixail Saakaşvilini təqdim edib. "Çoxmillətli Odessa vilayətində hər kəsin öz sözünü tapması lazımdır"-deyə Poroşenko çıxışında bildirib.

Poroşenko və Kolomoysk aralarında konflikt olmadığını bildiriblər
Dnepropetrovskin keçmiş qubertantoru, oliqarx İlqor Kolomoyskiy və Ukrayna prezidenti Petr Poroşenko mətbuta konfransında jurnalistlərə aralarında hər hansı bir konfliktin olmamasını söyləyiblər.

İqor Kolomoyskiy,-"cənab Poroşenko ilə aramızda əla münasibət var"- deyib. "O, çox səbrli adamdır. Onun yerində mən olsaydım özümü üç aydan sonra işdən azad edərdim"-deyə Kolomoysk bildirib.
Poroşenko Krımın Ukraynanın tərkibinə qaytarılacağını vəd edib
Ukrayna prezidenti Petr Poroşenko Kiyev hökümətinin planında Krımın geri qayratılmasının olduğunu bəyan edib.

Ukrayna  bütün Rusiya KİV-nin akkreditasiyasını ləğv etdi, bircə "Yağış"la (Dojd) qaldı
100-dən artıq Rusiya KİV-nin akkreditasiyası Ukraynanın dövlət orqanı tərəfindən ləğv edilib. Sadəcə "Dojd"a yaşıl işıq yandırılıb.

Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bunu antidemokratik hərəkət adlandırıb. O, ukraynalı həmkarlarının bir sıra Rusiya KİV-nin akkrediyasiyasının ləğv edilməsini söz azadlığının məhdudlaşdırılması kimi dəyərləndirib.
Ukrayna Rusiya ilə müharibəyə hazırlaşır
Bu sözləri Ukrayna xarici işlər nazirinin müavini Vadim Pristayko Kanadanın CBC radiostansiyasına müsahibəsində deyib.

RİA Novostinin CBC radiostansiyasına istinadən verdiyi xəbərdə Ukrayna XİN-nin başçısının Kanadadan ölümsaçan silahlar istədiyi bildirilir.

"Şərtlər çox yüksəkdir. Biz hamını qorxutmaq istəmirik, amma genişmiqyaslı müharibəyə hazırlaşırıq. Biz istəyirik ki, Kanada Ukraynaya ölümsaçan silahlar göndərsin. Elə silah ki, bizi müdafiə eləməyə imkan versin"-deyə nazir müavini bəyan edib.
-.
.
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru