Etirazçılar Serj Sarqsyanı istefaya göndərdilər
Ermənistanın sabiq prezidenti və hazırkı baş naziri Serj Sarssyan istefa verdiyini elan edib.

S. Sarqsyan hökümətinin mətbuat xidmətindən verilən xəbərdə deyilir ki, o, son günlər Yerevanda etiraz aksiyası keçirənlər də daxil olmaqla bütün vətəndaşlara "axırınıcı dəfə" müraciət edib.
TƏCİLİ-Tver vilayətində yardıma möhtac 4 uşaqlı azərbaycanlı ailənin ANASI vəfat etdi
Bir müddət əvvəl Tverdə yaşayan çoxuşaqlı azərbaycanlı ailəsinin maddi durumunun acınacaqlı və yardıma ehtiyacı olduğu haqda məlumat vermişdik. Bu xahişlə redaksiyamıza bu ailəni tanıyan və uzun zamandır yardım edən bir türk dostu müraciət etmişdi. Saytımızda gedən xəbərdə o da deyirdi ki, Elman Babayevin həyat yoldaşı Nataşa ağır xəstəlikdən əziyyət çəkir və Moskva xəstəxanalarının birində müalicə olunur. Bu gün soydaşımızın xanımı müalicə olunduğu xəstəxanada vəfat edib.
Rusiyada Facebook qapadıla bilər
Telegramdan sonra Facebook ... Rusiyada Facebook qapadıla bilər... Roskomnadzor: "indidən təşvişə düşməyin"- deyir. Bu hələlik bir ehtimaldır...

Roskomnadzor: (Rabitə, Informasiya texnologiyaları və kütləvi kommunikasiya sahəsinə nəzarət üzrə federal xidməti) Facebook-u qapada bilər. Bunu idarənin rəhbəri Aleksandr Jarov "İzvestiya" qəzetinə müsahibəsində deyib. "Əgər Facebook sosial şəbəkəsi Rusiya qanunvericiliyinin tələblərinə tabe olmazsa, o zaman qapadıla bilər".
Başqırdıstan məktəbində olay-yeniyetmə sinif yoldaşlarını bıçaqla yaraladı, sinfə od vurdu
Başqırdıstanın Sterlitamak şəhərində əqli qüsurlu şagirdlərdən ibarət -korreksiya sinfində oxuyan 17 yaşlı yeniyetmə şagirdləri və müəllimi bıçaqla yaralayıb və sonra yanğın törədib.
Merkel yaxında Putinlə görüşəcəyini  anons etdi
Almaniyanın kansleri Angela Merkel jurnalistlərə yaxın gələcəkdə Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini bəyan edib. Lakin hələ tarix müəyyən olunmayıb.
MQİMO-nun tələbəsi  Dağıstanın sabiq baş nazirinin oğluna görə intihara cəhd etdiyi düşünülür
Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MQİMO) 21 yaşlı tələbəsinin intihara cəhdi etməsi ilə bağlı Dağıstanın sabiq baş naziri Muxtar Məcidovun 22 yaşlı oğlu Murtuzəli istintaq tərəfindən sorğuya çağırılıb. Müstəntiqlər tələbə qızı intihar etmə dərəcəsinə onun çatdırdığını düşünürlər.

Amerikanın Rusiyaya qarşı sanksiya "hücumu" davam edir
Ağ Evdən məlumat veriblər ki, tezliklə Rusiyaya qarşı əlavə sanksiya tətbiq ediləcək.
Yerevanda polislə nümayişçilər arasındakı qarşıdurmada 46 adam xəsarət alıb
Yerevanda polislərlə nümayişçilər araşında baş verən qarşıdurmada 46 adam zədə alaraq xəstəxnaya yerləşdirilib. Bu haqda İnterfaks Ermənistanın Səhiyyə nazirliyinin məlumatına istinadən xəbər yayıb.

O da qeyd eolunur ki, xəsarət alanlardan 6-sı polisdir.
ФНКА АзерРос приглашает на Шестой Вечер русско-азербайджанской поэзии
В Москве, Есенин-центре, 28 апреля, 18-00 час. состоится традиционный Вечер русско-азербайджанской поэзии «Поэзия без границ» с участием известных русских и азербайджанских поэтов России и Азербайджана.
Ruslan Əliyev: “Azərbaycan Krasnoyarsk iqtisadi forum kimi nüfuzlu meydançalarda daha da fəal iştirakda maraqlıdır”
Artıq 15-ci dəfə keçirilən Krasnoyarsk iqtisadi forumu (KİF) bu günlərdə öz işini tamamlayıb və bu mötəbər tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev iştirak edib. Bu barədə Rusiya azərbaycanlılarının vahid informasiya portalı AzRu.org xəbər verir.
Akif Əhmədgil  - Çanaqqala, bağışla, mən Şuşadan gəlmişəm
(Çanaqqala savaşının 100 illiyinə)

Çanaqqala, bağışla, mən Şuşadan gəlmişəm.
Sinən üstə yazıldı qəhrəmanlıq dastanı.
Bilirəm bağışlamaz tökülən şəhid qanı –
O dastanı unutdum...
Məhkəmə Rusiyada Telegramın təcili bağlanmasına qərar verib
Telegram blok edildi. İstifadəçilərin şifrə açarını FSB-yə verəndən sonra blok qaldırıla bilər. Durov isə buna qəti etiraz edir. Məhkəmə isə bunu dövlətin və vətəndaşın təhlükəsizliyinə zərbə kimi dəyərləndirir.

Rusiyada   yoxlamalardan  sonra 15 ticarət mərkəzi bağlanıb

Kemerovoda baş verən yanğından sonra bütün Rusiyada kütləvi şəkildə yoxlamalara başlanb və 15 ticarət mərkəzində qayda pozulması aşkar edildiynə görə onlar qapadılıb. Bu barədə "Qovorit Moskva" radiostansiyasının efirindən Baş prokurorluğun rəsmi nümayəndəsi aleksandr Kurennoy bildirib.
Tramp Putini Ağ evə dəvət edib
Martın 20-də baş tutan telefon danışığı zamanı Donald Tramp Valdimir Putini ikitərəfli görüş üçün Vaşinqtona dəvət etmişdi. Bu haqda brifinqdə RF prezidentinin yardımçşısı Yuriy Uşakov danışıb.

Zirəddin Rzayev: Məhərrəm Quliyevin həbsi sifarişlidir- Eksklüziv -VİDEO
Moskvadakı tanınmış azərbaycanlı iş adamı Məhərrəm Quliyevin həbs olunması xəbəri gündəmə bomba kimi düşüb. Saytlar həmyerlimizin hüquq mühafizə orqanları tərəfindən həbs edilməsi anı qeyd edilmiş video materala istinadən onun bu vəziyyətdə tutulmasını - diz çökdürüldüyünü “Pokrov Məhərrəm “belə tutuldu””- başlığıyla manşet edib.
Peskov Putinin Kemerovaya getməsi xəbərini təkzib etdi

Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov "Vedomosti"-yə ölkə başçısının Kemerova getmə xəbərinin yalan olduğunu deyib. "Hələ yox. Bu doğru deyil"-deyə nəşrin bu barədə sualı ilə bağlı cavab verib.
Putin Kemerovoya getdi
Rusiya prezidentinin təyyarəsi Kemerova hava limanına enib.

Məlumatda qısaca bildirilir ki, dövlət başçısının təyyarəsi faciəli hadisənin baş verdiyi şəhərə enib.

"Vladimir Putinin təyyarəsi Kemerovada eniş edib"-deyə xəbərdə deyilir.

Bundan əvvəl KİV Valdimir Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə istinadən məlumat vermişdi ki, ölkə başçısı 64 nəfərin ölümü ilə nəticələn yanğın yerinə baş çəkməyi qərara alib.

Yenises.ru
Hansı ölkələr rus diplomatlarını geri göndərir- Tam siyahı
Bu gün Qərb ölkələri demək olar ki, eyni anda rusiyalı diplomatlarınln gerı göndərilməsini elan ediblər. Qərar rus agenti Skripalın Böyük Britaniyada zəhərlənməsi ilə bağlı qəbul edilib.
Ukrayna XİN Rusiyanı  sərhədləri tamamilə bağlamaqla təhdid edir
"Rusiya qırmızı xətti keçməsin!"

Ukrayna Rusiya ilə tamamilə sərhədləri bağlaya bilər-bu bəyanatla xarici işlər nazirinin müavini Daniil Lubkivskinin çıxış etidyi haqda UNİAN məlumat yayıb.

Kievdə keçirilən mətbuat konfransında Lubkivski deyib ki, sərhədləri bağlamaq üçün Ukrayna hökümətinin gərəkli vasitə və avadanlıqları var.
Turçinov Ukraynanın şərqində Krım variantına yol verməyəcəyini vəd edir
Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov ölkənin şərqində Krım ssenarisinin təkrarlanmasına yol verməyəcəyini bildirib. “Ukraynanın düşmənləri Krım ssenarisni oynamaq istəyirlər, amma biz buna yol verməyəcəyik”,-deyə o, vətəndaşlara müraciətində bəyan edib.

Donetskdən sonra Xarkov...sırada Luqanskmı?
Rusyanlı nümayişçilər Xarkov vilayəti dövlət inzibati binasının qarşısına toplaşaraq vilayət deputatlarına etimadsizliq etdiklərini bildirib və Xarkovu müstəqil respublika elan ediblər. Bu haqda “Ukrainskaya pravda” (“Ukrayna həqiqəti”) qəzeti məlumat verib.
“Donetsk xalq  respublikası”  Rusiyanın tərkibinə keçmək istəyir
Ukrayna getdikcə daralır. Krımın ardınca Donetsk vilayəti Rusiyanın tərkibinə qatılmaq istəyir. Və növbədə hansı regionlar var...
Donetsk sakinləri ilə rus tərəfdarları arasında  toqquşma
Ölən və yaralananlar var

Donetskdə “Ukraynanın birliyi naminə” keçirilən kütləvi mitinqdə yerli sakinlərlə rus tərfəfdarları arasında toqquşma baş verib. 22 yaşlı bir kişinin öldüyü,17 nəfərin isə yaralandığı haqqında məlumat verilir. O təcili yardım maşınında aldığı bıçaq yarasından həyatını itirib.
Viktor Yanukoviç  danışacaq
Yıxılmadım, ayaqdayımmı-deyəcək

Bu gun saat 13:00-da “Vertolekspo” sərgi mərkəzinin “Ametist” zalında Viktor Yanukoviçlə mətbuat konfransı olacaq. Bu haqda İTAR-TASS vəzifəsindən uzaqlaşdırılan prezidentin yaxınlarına istinadən məlumat verib.

Konfrans zalına yalnız işlədiyi redaksiyanın vəsiqəsi olan KİV nümayəndələri əlavə təhlükəsizlik yoxlamasından keçdikdən sonra buraxılacaqlar.
Yanukoviçin əvvəl keçirdiyi konfrans da bu zalda baş tutmuşdu.

/Yenises.ru/
Yanukoviç administrasiyasının sabiq rəhbəri güllələndi
Ukrayna prezidenti administrasiyasının keçmiş rəhbəri Andrey Klyuev hücuma məruz qalıb. Onu ayağından güllə ilə yaralayıblar.


Nazarbayev Qazaxıstanın  “stan”ından bezib
Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkəsinin adının dəyişdiriləsinin mümkün hesab edir. Tengrinews-in məlumatına görə bu mövzuya o, Atırau İntellektual məktəbinin ictimaiyyət nümayəndələri ilə görüş zamanı toxunub.

Azarovun istefaya getməsi Ukraynanın "azarını" bitirəcəkmi?
Ukrayna höküməti itstefa etdi. İstefa ətrafında fikrilər isə müxtəlifdir.

Ukraynanın baş nasiri Nikolay Azarov istefaya göndərildi. Viktor Yanukoviç tərəfindən imzalanan fərman dövlət başçısının rəsmi saytında verilib.
Tacikistanlı nazir  rus familiyasından imtina etdi
“Kosimov yox, Rohman deyin mənə”. Bunu Tacikistanın Kənd təsərrüfatı naziri jurnalistlərlə keçirdiyi mətbuat konfransında söyləyib.

Kənd Təsərrüfatı naziri Kosim Kosimov familiyasını dəyişdirib Rohbar oldu. Nazir bu addımı ölkənin baş prokuroru lazımi vətənpərvərlik göstərməyib hələ də slavyan sonluqlu familiya daşıyanları tənqid edəndən sonra atıb.
Avropa parlamentində qalmaqal: ukraynalı deputatlar Vilnus sammitinə gəlmədilər
Avropa parlamenti nümayəndələrinin Avropa Şurası və Ukrayna parlament əməkdaşlığı komitəsinin Strasbuburqdakı növbəti yığıncağı başlamadan bitib. Komitənin Ukraynadan olan hissəsi (16 nəfər) yığıncağa gəlməyib.


Komitənin britaniyalı üzvü Çarlz Tennok özünün parlament təcrübəsində buna oxşar hadisə ilə qarşılaşmadığını bəyan edib. Onun sözləırinə görə bu addımı anlamaq və qəbul etmək çox çətindir. Komitənin digər- polşalı deputatı Mark Svets qeyd edib ki, Ali Radanın deputatları oyun qaydaları əleyhinə oynayır və nümayəndələr tarixində belə bir hadisə yaşanmamışdı. O, həmkarlarına təklif edib ki, madam ki, rəsmi şəkildə toplanmaq baş tutmadı, özləri Kiyevə getsin və ukraynalı tərəfdaşları ilə bir oteldə oturub çay içərək söhbət etsinlər. O həmçinin komitənin “Vilnus sammitinin ukraynalı deputatlar tərəfindən baykot edilməsi” haqqında açlıq məktub yazıb KİV-də yayımlaması fikrini irəli sürüb.

Islam Kərimov  Moskvaya  “çörək dalınca gedən özbəklərə" tənə etdi
Özbəkistan prezidenti İslam Kərimov Rusiyaya işləməyə gedən özbəkləri “tənbəl” adlandırıb. Dövlət başçısı, miqrant özbəklərin ölkəni rüsvay etdiyini və ikrah doğurduqlarını deyib.


Erməni qubernatorun məclisində qan töküldü: ölən var
Ermənistanın Syuniksk vilayətinin qubernatoru Suren Xaçaturyanın bağ evindəki məclisində qan töküldü. Atışma nəticəsində bir nəfər ölüb, iki nə nəfər isə yaralı halqa xəstəxanaya qaldırılıb. Bu haqda erməni mediası məlumat verib.
Ukrayna Rusiyanın Simferopoldakı baş konsulluğuna etiraz etdi
Diplomatlar bəyan ediblər ki, Rusiyanın Simferopoldakı baş konsulu Vladimir Andreyev nitqində Krımda yaşayan tatarları təhqir edən ifadə işlədib.

Telekanlların birinə müsahibə verən baş konsul II Dünya müharibəsində Krım tatarlarını nasistlər yardım etməkdə günahlandırıb. O ekranlara çıxan “Xaytarma” filminə etirazını bildirərək, movzuda Krım tatarlarının faşist işğalçıları ilə əməkdaşlığı əksini tapmadığnı bildirib. “Xaytarma” filmində Krım tatarlarının deportasiyaya məruz qalmasından danışılır.
Özbəkistan prezidentinin infarkt olması haqqında xəbərin şaiə olduğu deyilir
“Nə təsdiq, nə təkzib edə bilərəm, ona görə ki, bizdə Novruz bayramından sonra iş günü deyil. Amma bu xəbərin şaiə olduğunu düşünürüəm, çünki Kərimovu 19 martda bayram şənliyində gördük. Onun əhvalı yaxşı idi”-deyə RİA Novosti agentlyinə Özbəkistan prezident aparatının əməkdaşı deyib.
Ermənistan parlamenti qarşısında atışma olub
Yenises.ru-nun “Qazeta.ru”ya istinadən verdiyi xəbərə görə Ermənistan parlamenti binası qarşısında atışma baş verib, bir nəfər yaralanıb.

Hadisə təxminən saat 15:00 radələrində parlamentin keçid məntəqəsi yaxınlığında olub. Gənc biri əlində bıçaq parlament binasına soxulmaq istəyib. Mühafizəçilər ona kimliyini soruşub, o isə cavabında: “İsius Xristos- deyib.

Müxalifət  Qazaxıstanın  Gömrük İttifaqından çıxmasını istəyir

Qazaxıstan müxalifəti referendum təşəbbüsü irəli sürüb.

Qazaxıstan müxalifəti respublikanın Gömrük ittifaqı və vahid istisadi məkandan çıxması, strateji əhəmiyyətli xüsusiləşdirilimiş müəsissələrin dövlətə qayratılması, atom stansiyası tikilməsinin qadağan edilməsi, bütün səviyyələrdə administrasiya başçıları seçkisi süalları qoyulmuş ümumxalq referendumu keçirilməsini təşəbbüsü ilə çıxış edib.
Ramzan Kadırov İsraili heyrətləndirmək fikrindədir
Yerusəlim yaxınlığındakı çerkez (çeçen) kəndi olan Adu-Qoşda nəhəng məscid binasının tikintisinə başlanıb. Bu məscid miqyasına görə Xramovoy dağında olan Al-Aksa məscidindən geri qalmayacaq. Məlum olub ki, məscdiin tikintisi Çeçenistan prezidenti Ramzan Kadırovun təşəbbüsü və şəxsi vəsaiti hesabına aparılır.

-.
.
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru