Etirazçılar Serj Sarqsyanı istefaya göndərdilər
Ermənistanın sabiq prezidenti və hazırkı baş naziri Serj Sarssyan istefa verdiyini elan edib.

S. Sarqsyan hökümətinin mətbuat xidmətindən verilən xəbərdə deyilir ki, o, son günlər Yerevanda etiraz aksiyası keçirənlər də daxil olmaqla bütün vətəndaşlara "axırınıcı dəfə" müraciət edib.
TƏCİLİ-Tver vilayətində yardıma möhtac 4 uşaqlı azərbaycanlı ailənin ANASI vəfat etdi
Bir müddət əvvəl Tverdə yaşayan çoxuşaqlı azərbaycanlı ailəsinin maddi durumunun acınacaqlı və yardıma ehtiyacı olduğu haqda məlumat vermişdik. Bu xahişlə redaksiyamıza bu ailəni tanıyan və uzun zamandır yardım edən bir türk dostu müraciət etmişdi. Saytımızda gedən xəbərdə o da deyirdi ki, Elman Babayevin həyat yoldaşı Nataşa ağır xəstəlikdən əziyyət çəkir və Moskva xəstəxanalarının birində müalicə olunur. Bu gün soydaşımızın xanımı müalicə olunduğu xəstəxanada vəfat edib.
Rusiyada Facebook qapadıla bilər
Telegramdan sonra Facebook ... Rusiyada Facebook qapadıla bilər... Roskomnadzor: "indidən təşvişə düşməyin"- deyir. Bu hələlik bir ehtimaldır...

Roskomnadzor: (Rabitə, Informasiya texnologiyaları və kütləvi kommunikasiya sahəsinə nəzarət üzrə federal xidməti) Facebook-u qapada bilər. Bunu idarənin rəhbəri Aleksandr Jarov "İzvestiya" qəzetinə müsahibəsində deyib. "Əgər Facebook sosial şəbəkəsi Rusiya qanunvericiliyinin tələblərinə tabe olmazsa, o zaman qapadıla bilər".
Başqırdıstan məktəbində olay-yeniyetmə sinif yoldaşlarını bıçaqla yaraladı, sinfə od vurdu
Başqırdıstanın Sterlitamak şəhərində əqli qüsurlu şagirdlərdən ibarət -korreksiya sinfində oxuyan 17 yaşlı yeniyetmə şagirdləri və müəllimi bıçaqla yaralayıb və sonra yanğın törədib.
Merkel yaxında Putinlə görüşəcəyini  anons etdi
Almaniyanın kansleri Angela Merkel jurnalistlərə yaxın gələcəkdə Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini bəyan edib. Lakin hələ tarix müəyyən olunmayıb.
MQİMO-nun tələbəsi  Dağıstanın sabiq baş nazirinin oğluna görə intihara cəhd etdiyi düşünülür
Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MQİMO) 21 yaşlı tələbəsinin intihara cəhdi etməsi ilə bağlı Dağıstanın sabiq baş naziri Muxtar Məcidovun 22 yaşlı oğlu Murtuzəli istintaq tərəfindən sorğuya çağırılıb. Müstəntiqlər tələbə qızı intihar etmə dərəcəsinə onun çatdırdığını düşünürlər.

Amerikanın Rusiyaya qarşı sanksiya "hücumu" davam edir
Ağ Evdən məlumat veriblər ki, tezliklə Rusiyaya qarşı əlavə sanksiya tətbiq ediləcək.
Yerevanda polislə nümayişçilər arasındakı qarşıdurmada 46 adam xəsarət alıb
Yerevanda polislərlə nümayişçilər araşında baş verən qarşıdurmada 46 adam zədə alaraq xəstəxnaya yerləşdirilib. Bu haqda İnterfaks Ermənistanın Səhiyyə nazirliyinin məlumatına istinadən xəbər yayıb.

O da qeyd eolunur ki, xəsarət alanlardan 6-sı polisdir.
ФНКА АзерРос приглашает на Шестой Вечер русско-азербайджанской поэзии
В Москве, Есенин-центре, 28 апреля, 18-00 час. состоится традиционный Вечер русско-азербайджанской поэзии «Поэзия без границ» с участием известных русских и азербайджанских поэтов России и Азербайджана.
Ruslan Əliyev: “Azərbaycan Krasnoyarsk iqtisadi forum kimi nüfuzlu meydançalarda daha da fəal iştirakda maraqlıdır”
Artıq 15-ci dəfə keçirilən Krasnoyarsk iqtisadi forumu (KİF) bu günlərdə öz işini tamamlayıb və bu mötəbər tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev iştirak edib. Bu barədə Rusiya azərbaycanlılarının vahid informasiya portalı AzRu.org xəbər verir.
Akif Əhmədgil  - Çanaqqala, bağışla, mən Şuşadan gəlmişəm
(Çanaqqala savaşının 100 illiyinə)

Çanaqqala, bağışla, mən Şuşadan gəlmişəm.
Sinən üstə yazıldı qəhrəmanlıq dastanı.
Bilirəm bağışlamaz tökülən şəhid qanı –
O dastanı unutdum...
Məhkəmə Rusiyada Telegramın təcili bağlanmasına qərar verib
Telegram blok edildi. İstifadəçilərin şifrə açarını FSB-yə verəndən sonra blok qaldırıla bilər. Durov isə buna qəti etiraz edir. Məhkəmə isə bunu dövlətin və vətəndaşın təhlükəsizliyinə zərbə kimi dəyərləndirir.

Rusiyada   yoxlamalardan  sonra 15 ticarət mərkəzi bağlanıb

Kemerovoda baş verən yanğından sonra bütün Rusiyada kütləvi şəkildə yoxlamalara başlanb və 15 ticarət mərkəzində qayda pozulması aşkar edildiynə görə onlar qapadılıb. Bu barədə "Qovorit Moskva" radiostansiyasının efirindən Baş prokurorluğun rəsmi nümayəndəsi aleksandr Kurennoy bildirib.
Tramp Putini Ağ evə dəvət edib
Martın 20-də baş tutan telefon danışığı zamanı Donald Tramp Valdimir Putini ikitərəfli görüş üçün Vaşinqtona dəvət etmişdi. Bu haqda brifinqdə RF prezidentinin yardımçşısı Yuriy Uşakov danışıb.

Zirəddin Rzayev: Məhərrəm Quliyevin həbsi sifarişlidir- Eksklüziv -VİDEO
Moskvadakı tanınmış azərbaycanlı iş adamı Məhərrəm Quliyevin həbs olunması xəbəri gündəmə bomba kimi düşüb. Saytlar həmyerlimizin hüquq mühafizə orqanları tərəfindən həbs edilməsi anı qeyd edilmiş video materala istinadən onun bu vəziyyətdə tutulmasını - diz çökdürüldüyünü “Pokrov Məhərrəm “belə tutuldu””- başlığıyla manşet edib.
Peskov Putinin Kemerovaya getməsi xəbərini təkzib etdi

Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov "Vedomosti"-yə ölkə başçısının Kemerova getmə xəbərinin yalan olduğunu deyib. "Hələ yox. Bu doğru deyil"-deyə nəşrin bu barədə sualı ilə bağlı cavab verib.
Putin Kemerovoya getdi
Rusiya prezidentinin təyyarəsi Kemerova hava limanına enib.

Məlumatda qısaca bildirilir ki, dövlət başçısının təyyarəsi faciəli hadisənin baş verdiyi şəhərə enib.

"Vladimir Putinin təyyarəsi Kemerovada eniş edib"-deyə xəbərdə deyilir.

Bundan əvvəl KİV Valdimir Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə istinadən məlumat vermişdi ki, ölkə başçısı 64 nəfərin ölümü ilə nəticələn yanğın yerinə baş çəkməyi qərara alib.

Yenises.ru
Hansı ölkələr rus diplomatlarını geri göndərir- Tam siyahı
Bu gün Qərb ölkələri demək olar ki, eyni anda rusiyalı diplomatlarınln gerı göndərilməsini elan ediblər. Qərar rus agenti Skripalın Böyük Britaniyada zəhərlənməsi ilə bağlı qəbul edilib.
“Marş Millionov”a  (“Milyonların Marşı”)   minlərlə adam toplaşıb
Moskvada müxalifətin “Miyonların Marşı”inin içtirakşıları Puşkin meydanında toplaşdılar. Repartyorların verdiyi məlumata görə hazırda orada bir neşə min adam var. Bulvar dairəsi üzrə yürüş artıq bu dəqiqələrdə başlanıb.

Yürüşçülər Strastnoy, Petrovsk, Pojdestvensk və Spetensk bulvarını keçəcək, sonra mitinq üçün hazirlanmış səhnə olan Saxaraov prespektinə dönəcəklər. “Milyonların Marşı”na görə saat 9:00-dan 18:00-a kimi bulvar istiqamətində bütün avtomobil yolları bağlanıb.



Medinskiy Lenini  təntənəli surətdə layiqli yerdə dəfn etmək istəyindədir
RF Mədəniyyət naziri hesab edir ki, sovet inqilabinın banisi Vladimir İliç Leninin cəsədi torpağa verilməlidir.

“Mən hesab edirəm ki, cəsəd torpağa verilməlidir. Mən bütün lazimı ritualı yerinə yetirilməsinə nəzarət edəcəm. Əgər bu qərar qəbul olunarsa, o yüksək dövlət xadimi olduğu üçün dövlət ritualına uyğun şərəflə, hərbi yaylım atəşi ilə layiqli yerdə dəfn olunmalıdır ”-deyə V.Medinskiy “Exo Moskva” radiostansiyasına bildirib.
Dövlət Duması  “Vkontakte” sosial şəbəkəsinə girişi məhdudlaşdıra bilər
“Qadağan olunmuş saytların qeydiyyatının yaradılması” haqqında olan yeni qanun layihəsi Rusiyanın ən böyük saytlarından olan “VKontakte” üçün birbaşa təhlükədir. Rusiyanın ən çox yayımlanan sosial saytı “VKontake”-yə giriş ola bilsin ki, məhdudlaşdırılacaq.

Qanun layihəsinin müəllifləri bu qanun qəbul olunarsa, sosial şəbəkənin sahibləri öz resurslarını yeni qaydalara uyğun olaraq təhlükəli informasiyalardan təmizləməlidirlər-fikrindədirlər. Bu isə sayta nəzarəti artırmağı nəzərdə tutur.


Teleaparıcı sərhədçilərin qatilinin “etirafı”  xəbərini  "oxumuram" dedi"
Qazaxıstan “İnformbüro”nun 31-ci kanalının aparıcısı Vladislav Dlinnov Alma-ata vilayətindəki sərhəd zastavasında sag qalan sərhədçinin 14 sərhədçi yoldaşını öldürdüyünü etiraf etməsi haqqında olan xəbəri efirdən oxumaqdan imtina edərək istefa ərizəsi yazıb.

Teleaparıcı özü bu məlumatı təsdiqləyib. “Mən işdən çıxarılmağım haqda ərizə yazmışam, amma kanalın rəhbərliyi onun üstünü yazıbmı, bilmirəm”-deyə RİA Novosti jurnalistin sözlərini sitat gətirib. O bunu belə əsaslandırıb ki, bir nəfərin həm də tapança ilə 14 nəfəri öldürə bilməsi mümkün deyil.
    Rusiyada orduda xidmətin   pulla əvəz edilməsi gözlənilir

Ordu sıralarında olmaq istəməyənər ömürlük vergi ödəməklə bunu əvəz edə biləcəklər. Hələlik bu qanun təsdiq olunmasa da, bir sıra Duma uzvləri həmin qanun layihəsinin üzərində çalışırlar. Ordudan yaıyanların “fərariliyini” qanuniləşdirən sənəd üçün əmək haqqından əlavə 13 faiz vergi tutulması təklif edilir. Və orduya getmək istəməyən bu vergini təqaüdə çıxanacaq ödəməsi nəzərdə tutulur.

Dövlət xəzinəsini orduya getməyənlər hesabına dolurmaq ideyasına qarşı çıxanlar olmayıb. Ordudan azad olmaqdan ötəri bunu pulla əvəz etmək olacaq. Çoxlu pula, üzün müddətə, amma qanuni. Bunun könüllü və ya məcburilyi isə çağırışçının özündən asılıdır. Dövlət Duması müdafiə komitəsinin sədr müavini Frans Klinseviç bundan ötəri həmin vətəndaşlar üçün əlavə gəlir vergisi ödəməyi təklif edib. Onlar təqaüdə çıxana qədər dövlət xəzinəsinə hər ay maaşlarından əlavə 13 faiz vergi ödəyəcəklər. Ekspertlərin çoxu bu təklifin lehinə çıxıblar. Onların arasında “ Natsionalnaya oborana” (“Milli müdafiə”) jurnalının baş redaktoru, Rusiya müdafiə nazirliyi yanında ictimai şuranın sədri İqor Korotçenko da var.

Ramzan Kadırov övladları itkin düşmüş anaları Həcc ziyarətinə göndərir
Çeçenistanın prezidenti Ramzan Kadırov respublika əhalisi ilə görüş keçirib. Görüş iştirakçılarından olan bir qadin, övladları itkin düşmüş anaların müqəddəs Həcc ziyarətini həyatə keçirmək məqsədilə Məkkə və Mədinəyə getmək istədiklərini bildiriblər və bu yolda prezidentden onlara kömək etmələrini xahiş ediblər.

Bu istək dövlət başçısı tərfindən diqqətsiz qalmayıb. Ramzan Kadırov onlara sayından asılı olmayaraq Həcc ziyarətini həyata kecirməklərinə yardımçı olacağına söz verib və ziyarətə getmək istəyənlərin tam siyahısını istəyib.

/Yenises.ru/
Diqqət! Moskvada fırtına təhlükəsi  gözlənilir!
Bu gün Moskvada fırtına təhlükəsi olacağı elan edilib. Fövqəladə Hallar nazirliyinin regional idarəsi havanın qəfildən pisləşəcəyi haqqında xəbərdarlıq edib. Fırıtna saat 13:00-dan 23:00 arasında olacağı bildirilir.
Biletsiz  tacik  polisi zibil qutusu ilə vurdu
Rusiya daxili işlər nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə Tacikistan vətəndaşı metroda işlənmiş biletləri atmaq üçün olan zibil qutusu ilə polisi vurub.

Dünən gündüz saatlarında metronun Domodedov stansiyasında turniketdən biletsiz keçmək istəyən Tacikistan vətəndaşını polis saxlayıb. Polis baş serjantı “qaçan dovşanı” protokol tərtib etmək üçün polsi oyağına aparmaq istəyəndə o, bilet tullanan zibil qutusunu DİN əməkdaşının başına vurub.
Moskvanın mərkəzində  30-dan çox  qeyri-leqal miqrant saxlanıldı
Federal Miqrasiya Xidməti Moskvanın Ostojenko küçəsində yerləşən iki restoranda 40 –a yaxın qeyri-leqal miqrant saxlayib.

FMX-nin Narkonəzarət əməkdaşları ilə “Qeyri-leqal-2012” və “Narkotik” əməliyyatı keçiriblər. Yenses.ru-nun İnterfax İA-nə istinadən verdiyi xəbərə görə FMX mətbuat xidmətindən verilən məlumatda paytaxtın Ostojenka küçəsi ev 14 və 16- da yerləşən restoranlarda 36 qeyri-leqal işləyən miqrant aşkar edildiyi” deyilir. Saxlanılanlar işərisində Gürcüstan, Qırğızıstan, Azərbaycan, Ukrayna və Efiopiya vətəndaşları var. Mətbuat xidmətinin nümayəndəsinin sözləriniə görə onlardan 14-nün heç şəxsiyyətini təyin edən heç bir sənədi olmayıb.
Moskvada çəmən saldılar, konoplya  çıxdı
Moskvanın cənubunda narkopolis vəhşi konoplya aşkar edib. Nartokit bitkinin kolu “Brateevo” mertosu yaxınlığındakı yeni metro tikintisinin yanında salınan qazondan tapılib.


Narkotik maddələrin dövriyyəsi ilə məşğul olan federal xidmətdən daxil olan məlumatda deyilir ki, çəmən salmaq uçün bura gətirilən torpaqdan konoplya çixib.
Çinlə sərhəddə 12 qazaxıstanlı  öldürülüb
On üç adamın qalıqları yanğının çıxıdğı Alma-Atanın cənub-şərqindəki sərhəd zastavasında tapılıb. Bu haqda RİA Novistiyə məlumatı Qazaxıstan sərhəd xidməti dirktorunun ümavini Turqanbek Stambekov verib.

“ İnterfax-Qazaxistan” agentliyi isə Qazaxıstan-Çin sərhəddindəki “Qornıy” sərhəd zastavasında 12 hərbu xidmətçinin və bir nəzarətçi-atıcı öldürülduyu xəbərini yayıb.
Məhəmməd peygəmbəri təhqir edən jurnalist danışdı
Dünən gecə yaşadığı evin qarşısında 15-dən artıq bıçaq zərbəsi alan Sergey Aslanyan xəstəxanada ifadə verib. Naməlum birinin ev telefonuna zəng edib onu həyətə çağırdığını söyləyib. O aşagı düşəndə binanın girişində maşından tatar millətindən olan bir nəfər düşərək onun üstünə hücum etdiyini və “ Sən Allahın düşmənisən”-deyə ona bıçaq zərbələri endirdiyini deyib.
Bacısının yalanına  görə  azərbaycanlılarla  dava etdi

Hadisə Moskva vilayətinin Lobnya şəhərində iki azərbaycanlı ilə yerli rus arasında dava baş verib. Davaya səbəb bacının qardaşına azərbaycanlılar barədə yalan danışması olub və nəticədə onları ayirmaq istəyən iki nəfər qardaşın atdığı güllədən muxtəlif dərəcəli bədən xəsarəti alıblar. Hadiə belə baş verib:

Mayın 28-də Lobnya şəhərində gecənin gec saatlarında əli kəsilmiş yarasından qan süzülən və içkili olduğu üçün bunun fərqində olmayan qız evlırinə doğru gedirmiş. Yolunun üstündəki ərzaq dükanının yanında dayanan iki azərbaycanlı bunu görüb qıza kömək etmək istəyiblər. Amma əvəzində qız onları təhqir edib. Evə çatanda 28 yaşlı qardaşına haradan gəldiyini və əlinin niyə yaralı olduğunu aydınlaşdıra bilməyən qız canini yalanla qurtarmağa məcbur olub. Guya ona ərzaq dükanının yanında iki azərbaycanlının sataşdığını deyib. Bunu eşidən qardaş travmatik tapançasını göturərək küçəyə azərbaycanlılar ilə haq-hesab çəkməyə gedib.
«Baharın 17 anı» kinosunun naməlum audiolenti tapıldı
Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya unikal səs yazısını artırıb yaymaq fikrindədir. Məhşur muğənninin arxivindən “Baharın 17 anı” filmindən olan mahnı tapılıb. Sən demə, Mixail Taraverdiyevin “Ne dumay o minutax svısoka” ilk ifaçısı İosif Kobzon deyil, Müslüm Maqomayev olub.

“Baharın 17 anı” ında müəllifin düşüncəsinə görə mahnını baş qəhrəman-Ştirlits səsləndirməli imiş. Audioyazını dinləyən rejissor Tatyana Lionozova “Burada Maqomayevdən daha çox şey var”-deyə sevinclə qışqırıb.
Müslim Maqomayevin audiolentinin saxlanması əsl möcüzədir. Tezliklə “Baharın 17 anı “ filmindən olan mahnılar ” kolleksiyası Müslüm Maqomayevin ifasıyla buraxılacaq.
Utra.ru saytı   İctimai Tv-nin qarşısındakı  piketdən yazdı
[b]
İctimai televiziyasının binası qarşısında ölkədə azad sözün vəziyyətindən narazı olan hüquq mudafəçiləri piket keçiriblər. Yayım korporasiyası-«Avroviziya» müsabiqəsinin təşkilatçılarının və indi Bakıda olan çoxsaylı xarici müxbirlərin bu hadisə diqqətini cəlb edib.
V. Putin mitinq haqqında qalmaqallı qanunu şərh etdi
Rusiya prezidentinin sözlərinə görə yedinarosların qanuna düzəliş təklifi radikal hərəkətlərdən çəkindirmək üçündür.
Prezdien V.Putin səs-küyə səbəb olmuş mitinq haqqında qanun pozulduqda nəzərdə tutulan cərimənin birdən-birə yüksəldiməsi layihəsini şərh edib. Bu qaynar mövzu “Yedinaya Rossiya” fraksiyasının nümayəndələri ilə hüquq müdafiəçilərinin görüşündə müzakirə olunub.
Mitinq edənləri susdurmağın yolu -Cərimə!
Rusiya Dövlət Duması 22 may tarixli iclasında “mitinq haqqında qanuna ” edilən dəyişikləri birinci oxunuşda qəbul edib. Qanun icazəsiz mitinq edən, asayişi pozanlara tətbiq ediləcək cərimənin 1 milyon rubla qaldırılmasını və ya 200 saat məcburi əməyə cəlb edilməsini nəzərdə tutur. Qeyd edək ki, bundan əvvəl həmin cərimənin miqdarı 2000 rubla bərabər idi.
Aşqadaddakı firlanan çarx Ginnesin rekordalar kitabında
Aşqadaddakı firlanan çarx Ginnesin rekordalar kitabına düşdü
-.
.
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru