Azərbaycan Gənc Mübarizlər Təşkilatından dəstək
Bildiyimiz kimi "II Qarabağ müharibəsi" dövründə ön cəbhənin əsas qəhrəmanı əsgərlərimiz kimi informasiya müharibəsinin də öz qəhrəmanları oldu. "Azərbaycan Gənc Mübarizlər Təşkilatı" və təşkilatın əməkdaşları da onlardandır. "Azərbaycan Gənc Mübarizlər Təşkilatı" sentyabr ayının 18-də Bakı Mühəndislik Universitetinin tələbəsi Hilal Müşviq oğlu Məmmədov tərəfindən yaradılmışdır. Təmənnasız fəaliyyət göstərən bu təşkilatın əsas məqsədi gənclərdə vətənpərvərlik hissini hər daim yüksək tutmaq, dövlətə qarşı olan informasiya təxribatılarına qarşı mübarizə aparmaq, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığını təbliğ etmək, dövlətimizin səsini gənc nəsil ilə birlikdə dünyaya çatdırmaqdır. Vətən müharibəsi başladığı ilk gündən "Azərbaycan Gənc Mübarizlər Təşkilatı"nın 3 əsas məqsədi oldu:

1. İnformasiya müharibəsində düşmənə qalib gəlmək ;

2. Gənclərdə vətənpərvərlik ruhunu daha da artırmaq;

3. Hərbiçilərimizə dəstək olmaq;

"Azərbaycan Gənc Mübarizlər Təşkilatı" düşmənə, onun tərəfdaşlarına məxsus bir çox təxribat yönümlü sayt və səhifələri ələ keçirmiş, dünya ictimaiyyətinə dəqiq və həqiqi informasiyalar ötürmüşdür. Dünyaya Azərbaycan həqiqətlərini çatdırmaq üçün üzvləri və idarəçiləri ilə birlikdə sosial şəbəkələrdə xarci dillərə tərcümə edilmiş mətnlər vasitəsilə #KarabakhisAzerbaijan  #Stoparmenianagression #PrayforGanja #PrayforBarda həştagları və bənzər həştaglarla onlayn yürüşlər keçirmişlər. Əlavə olaraq, təşkilat üzvləri arasında dəfələrlə əsgərə yardım kompaniyaları təşkil edilmiş, ön cəbhədəki əsgərlərə göndərilmişdir. Təşkilat bu və bu kimi fəaliyyətləri hələ də davam etdirməkdədir.
Две  картины Кельбаджара
[i]События последних дней не оставляет равнодушным никого. Сегодня предлагаем вашему вниманию размышления нашего нового автора—Гариба Габибова. Впервые боль Карабаха он почувствовал 27 лет назад, когда все родственники по отцовской линии стали беженцами в собственной стране. Потом их переименуют на «перемешенные лица», но им от этого отнюдь не стало легче. Эта трагедия длилась почти три десятилетия. До тех пор, пока не началось освобождение оккупированных территорий. Предлагаемый материал отражает взгляд на две картины переселения. /i]
İlham Əliyev Azərbaycanın hüquqlarını Qarabağda tam təmin etdi
Bu günlərdə Azərbaycanın həm müstəqillik, həm də bütövlükdə dövlətçilik tarixinin ən mühüm hadisələrindən biri baş verdi.

30 ilə yaxındır işğal altında olan torpaqlarımız ordumuz tərəfindən cəmi 44 gün ərzində azad olundu, təcavüzkar Ermənistan kapitulyasiya bəyanatını imzalamağa məcbur edildi. Tarixə səs salan bu sənəd Azərbaycanın Ermənistan üzərində qalibiyyətini rəsmiləşdirən hüquqi akt oldu.
YELƏ BİR SÖZ SÖYLƏMİŞDİM, SƏNƏ BİR ŞEY DEMƏDİ?
Üfüqdə axşam qürubu
Baxan gözdən yaş istəyir...
Bəlkə qürbətlər, qəribi
Özünə yoldaş istəyir...


MƏMMƏD İSMAYIL-81.
QARAÇÖP MAHALINDAN QARABAĞA.... SİZƏ QURBAN!!!- -VİDEO - Eksklüziv

Əsgərlərimizə qoç-qoyunlar qurbanı... 600 baş dan ibarət sürü orduda savaşan Azərbaycan əsgərinə qurban olaraq göndərildi! Bu aksiyaya imza atan qaraçöplülər isə, buna yardim deməyin deyir. Bu əsgərlərimizə sovqatimiz, hədiyyəmizdir! Canını ortaya qoyana hər şey qurban!

Və bu nə ilk, nə son yardımdır.
Kadırov Makrona qarşı mövqeyinə görə vəzifədən getməyə hazıram deyib
Çeçenistan prezidenti Fransada Məhəmməd peygəmbərin karikaturasının göstərilməsi, prezidentiin müsəlman dininə ironiya ilə yanaşmasını kəskin təndiq edərək, Makronu terrorçuların llideri adlandırıb. Kadırovun bu mövqeyi RF prezidentinin mətbuat katibi Dmitri Peskovu yumşaq desək qəzəbləndirib. O da öz növbəsində Rusiyanın xarici siyasətini subyekt (Çeçenistan nəzərdə tutulur) başçısı deyil , ölkə prezidenti müəyyən edir-deyib.

МЫ ВОЗВРАЩАЕМСЯ...

[i]Мы возвращаемся домой.
Конечно, нас уже "заждались"...
Они "немножко задержались"
В земле, не ставшей им родной.

Багаутдин Аджаматов:  "Мы не можем быть равнодушным к событиям, происходящим в Карабахе"
"Война - это варварство, когда нападают на мирного соседа, но это священный долг, когда защищают родину" - эти слова принадлежат известному французскому писателю Ги де Мопассану. Очень верные, правильные слова. Никому не пожелаешь войны и того горя, который она несёт.

Мусульманская Умма - это единый организм, одно тело. Боль в одном месте отдается повсеместно. Мы не можем быть равнодушными к событиям, происходящим в Карабахе, где азербайlжанский народ ведёт справедливую, священную борьбу за освобождение своей родины от оккупации, за восстановление территориальной целостности. Мы не желаем горя никому, какого бы он вероисповедания или национальности он ни был. Мы за справедливое решение любых вопросов на основе норм международного права. Мы за мир и братство всех народов мира. Если бы на нашу страну напал враг и занял 20 процентов территории, а на наши действия по изгнанию врага вдруг зазвучат призывы о необходимости прекратить огонь, не изгонять врага, как бы мы на это отреагировали?!

Согласно хадису пророка Мухаммада ( мир ему ), "Лучшее оружие мусульманина - это дуа". Я призываю всех в своих мольбах - дуа обратиться к Всевышнему Аллаху за братьев мусульман - азербайджанцев и всех мусульман, которые сегодня оказались в тяжёлом положении. Пусть Аллах даст облегчение всем, кто в этом нуждается, пусть укрепит иман в наших сердцах, укрепит братскую дружбу между всеми народами мира. Амин
К МАТЕРЯМ ВСЕГО МИРА!
ОБРАЩЕНИЕ

В связи с последними событиями в мирном городе Гянджа, и других, не входящих в зону боевых действий населенных пунктах Республики Азербайджан, мы – азербайджанские женщины, призываем матерей всего мира поднять свой голос в защиту прав мирного населения и детей, подвергшихся агрессии со стороны вооруженных сил республики Армения!
Президенту России В. В. Путину!
Многоуважаемый Владимир Владимирович! Мне 61 год. Педагог, доктор филологических наук. Больше 40 лет своей жизни посвятил изучению и пропаганде русского языка, русской литературы и культуры, и сейчас продолжаю это дело. Вы прекрасно знаете, каково в принципе отношение и сегодня в Азербайджане к русским и к другим национальностям. Мы никогда их не считали чужими, это наши полноправные братья и сёстры. Мультикультурализм и толерантность - это характерные компоненты азербайджанской политики. Азербайджан никогда не хотел и сейчас не хочет войны, однако 30-летнее сохранение наших земель под аккупацией Арменией, невыносимая жизнь больше одного миллиона беженцев из тех территорий, равнодушное отношение к этому международных организаций, непризнание принятых ООН резолюций по этому вопросу Арменией, последние провокации Армении не в Карабахе, а в приграничных с ней районах, смерть множества военных и мирных людей переполнили чашу терпения Азербайджана и заставили его встать на защиту своей Родины, начать контрнаступление и освободить свои земли от агрессоров.

В ответ на это сегодня вместо того чтобы сражаться по-мужски на поле боя с нашими военными, вооруженные силы Армении подвергают ракетному обстрелу города и деревни Азербайджана, погибают мирные люди, невинные дети, женщины, старики, сотни раненых. Зачем всё это, за что умирают люди? Владимир Владимирович, вы прекрасно знаете, на чьей стороне справедливость,истина! Вы можете остановить эту войну, вы хорошо знаете, что руководство Армении Вас, Россию хочет привлечь к этой войне. Тогда начнётся, чёрт знает что. Пусть Армения выполнит резолюции ООН! Пусть срочно выйдут из нашего Карабаха! Ведь и без того мы дали им очень много из своих земель. Пусть живут там на здоровье!. Им не жалко своего народа, ведь их и так мало, а понесли уже много тысяч жертв. Владимир Владимирович, пожалуйста, скажите им, чтобы они бросили оружие и вернулись к нормальной человеческой жизни. Всё зависит от вас.

С уважением: Валех Насибов.
Ermənistan ordusu Gəncə şəhərini raket atəşinə tutdu-FOTOLAR

Ermənilər "rica etdikləri" atəşkəsi Gəncəyə raket atmaqla pozdular. Ölən və yaralananlar var. Xəsarət alanlar arasında körpələrin də olduğu kadrlarda görünür. Xəbəri gecə boyunca canlı olaraq Türkiyənin Tv 100 telekanalı yayımlayıb.

Oktyabrın 9-10 tarixində Moskvada keçirilən 12 saatlıq üçtərəfli danışıqların nəticələrinə görə insani atəşkəsə qərar verildiyi bildirilmişdi. Lakin Ermənistan saat 12::00-da başlanan atəşkəs rejiminə riayət etmək bir yana, oktyabrın 11-də təxminən gecə saat 02:00 radələrində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə atılan raket lə bu anlaşmanı pozdu.
Xəttin o başında Azərbaycan var"- Azərbaycan jurnalistlərindən dünyaya-Eksklüziv
Sentyabrın 27-də Qarabağda başlana oyanış, toprpaqlarımızın işğaldan azad olunmasına start verildi. Və artıq o gündən bu günə neçə-neçə qələbə xəbərlərinə imza atıldı. Yenises.ru (baş redaktoru Tünzalə Vəliqızı) Mbalaye media Groupla (rəhbəri Müşfiq Balayev) birgə bu tarixi sınaq dövründə ordumuzla birgə çiyin-çiyinə informasiya cəbhəsində vuruşan jurnalsitlər olaraq həmrəyliyimizi bir daha göstərmək istədik.
Belə bir layihəyə imza atdıq!

Yenises.ru və Mbalayev Media Groupun ortaq işi- “Xəttin o başında Azərbaycan var!-deyərək
Ali baş komandanımızın yanındayıq!

Qarabağ Bizimdir! Qarabağ Azərbaycandır!

Bizim üçün hər zaman XƏTTİN O BAŞINDA AZƏRBAYCAN VAR!

Tünzalə Vəliqızı
04.10.2020
Millil Məclisin  sabiq deputatı Aydın  Abbasov  Orduya Yardım Fonduna vəsait köçürtdü-Eksklüziv
Aydın Abbasov Azərbaycan prezidenti İlham Əliyevin !Silahlı Qüvvələrin Yardım Fonduna dəstək” çağırışına qoşulub. Cənab prezidentin dolayısı “kimin hansı tərəfdə olduğunu göstərmək vaxtıdır” –deyə “dostun düşmənin ayırd edildiyi məqamda” o, da tərəfini bəlli edib. Aydın Abbasov xalqının, dövlətnin və onun prezidentinin yanında olduğunu Silahlı Qüvvələrin yardım Fonduna şəxsi vəsaitindən 10 min manat ayırmaqla göstərib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 27-dən başlanan hərbi əməliyyatlarla bağlı sərt və qəti duruş ortaya qoyaraq, qələbəyə qədər getmək fikrini dəfələrlə səsləndirib. Eyni zamanda Ali baş komandanımız “İndi əsl həqiqət zamandır? Bəs sən kimin tərəfindəsən? Həqiqətin, yoxsa yalanın? Dostun, yoxsa düşmənin? Mən, mənim xalqım və bizim hamımız üçün həqiqət məqamıdır”- çağırışıyla bütün dünyadakı soydaşlarımıza səslənmişdi.

Bizə daxil olan məlumata görə Silahlı Qüvvələrin Yardım Fonduna vəsait göndərənlər arasında sabiq millət vəkili Aydın Abbasov da var.

Xəbəri dəqiqləşdirmək məqsdəiylə Aydın Abbasova müraciət etdiyimizdə o, bunu belə cavablandırdı:

“Harada yaşamasından, fəaliyyətindən və maddi durumundan asılı olmayaraq, prezidentimizin “Bu gün kimin dost, kimin düşmən olduğunun, həqiqətin, yoxsa yalanın- hansının tərəfində durduğunun müəyyən edilməsi vaxtıdır” ismarıcına azərbaycanlı olan kimsə biganə qala bilməz, qalmamalıdır! Torpaqlarımızın düşmən işğalından azad edilməsi, qələbəni yaxınlaşdırmaq yolunda hər birimiz bütün vasitələrlə dövlətimizin yanında olmalıyıq. Susmaq və ya neytral mövqe tutmaq zamanı deyil!”

Aydın Abbasov əslində-“Vətənə kömək isə müxtəlif formalarda - bizi qələbəyə aparan yolda fədakarlıqla döyüşən Silahlı Qüvvələrimizin Yardım fonduna pul vəsaiti köçürməklə də etmək olar”-deyə yardımının gizli qalmasını istədiyini də bildirdi.

“Bir yandan da düşünürəm ki, bu səpkili xəbərlər başqalarını da adekvat addım atmağa ruhlandırar. Biz milyonlarla insanıq və hesab edirəm ki, dəyərindın asılı olmayaraq (bu az da, çox da ola bilər-A.Abbasov) hər birimizin etdiyi yardım ordumuza əlavə dəstəkdir. Və biz hamımız ordumuzun Qələbə çalacağına inanırıq!”

Sonunda Aydın Abbasov onu da əlavə etdi ki, bir qardaşım iyul hadisələrindən sonra könüllü olaraq orduda xidmət etmək üçün müraciət edib. “Digər iki qardaşlarımla birgə Qarabağ uğrunda savaşlarda Milli Ordumuzun sıralarında vuruşmağa biz də hazırıq!”

Tünüzalə Vəliqızı, Moskva
02.10.2020


Daxıldakı  Qəpiklər
Özünün yox, əməlinin şəklini qoydum bu yazıya. Və bir də DAXILDAKI qəpiklərdən daha dəyərli DAXİLİNDƏ topladığını. Uşaqları müdrikləşdirən məqamın tablosu qarşınızda.

Açmasını açacaq əməlin adına nə deyirsiz, Siz deyin. Mən bunları yaza bildim.
Yaxın dəqiqələrdə İlham Əliyevin xalqa müraciəti gözlənilir
Bu günün səhəri işğal olunmuş Daqlıq Qarabağ istiqamətində bütün cəbhəboyu erməniərin hücum etməsi və Azərbaycan ordusunun buna cavab olaraq genişmiqyası hərbi əməliyyatlara başlaması xəbəri ilə açıldı. Cəbhədən qaynar xəbərlər gəlməkdə davam edir.

Azərbaycan Respublikası prezidenti, Ali Baş Komandan İlham Əliyev yaxın dəqiqələrdə xalqa müraciət edəcək.
Qondarma  Dağlıq Qarabagda ermənilər hərbi vəziyyət  elan etdi
Rusiyanın TASS agentliyinin verdiyi məlumata istinadən bütün rus media qurumları qondarma sözü yazmağa tənəzzül etmədən Dağlıq Qarabağ hökümətinin hərbi vəziyyət elan etdiyi xəbərini verir.

Azərbaycanda rusdilli təhsil: gerçəklik, yoxsa eyforiya?

Hər bir dövlətin istər siyasi, istərsə də sosial-iqtisadi və strateji gücünün təməlində elm və təhsil sisteminin nə dərəcədə mükəmməl və rəqabət dayanıqlılığı durur. Təbii ki, bu dayanıqlılıq bir tərəfdən təhsilin keyfiyyəti ilə xarakterizə olunursa, digər tərəfdən öz milliliyini, ənənəviliyini qorumaqla ölkəni yad mədəniyyət və ideologiyalardan hifz etməlidir.

Məlumdur ki, yüzillər boyu ölkəmizdə yerli mədəniyyət və elm-təhsil sistemi ilə gəlmə mədəniyyətlər və təhsil institutları arasında ciddi rəqabət olub, nəticə etibarı ilə yerli mədəni dəyərlərimiz və təhsil sistemimiz üstünlüyünü və ənənəviliyin qoruyub saxlayıb. İki yüz illik bir müddətdə Azərbaycanda mövcud olan və öz mövcudluğunu israrla qorumağa çalışan rus təhsil sistemi bu gün də yerli və milli mahiyyətli təhsil sistemimiz ilə açıq rəqabət müstəvisindədir.

Məlumdur ki, zaman-zaman gündəmə gətirilən, Azərbaycanda mövcud olan rus məktəbləri "problemi" son günlər yenidən aktual müzakirə mövzusuna çevrilib. Bu məsələ ilə bağlı cəmiyyətimizdə birmənalı fikir yoxdur. Bir qrup insanlar ölkəmizdə çoxsaylı rus məktəblərinin mövcudluğunu müstəqil dövlətçilik prinsiplərinə zidd hesab edərək bunu milli təhsil sisteminə, ana dilinə, milli məfkurəmizin formalaşmasına ciddi problem və alternativ hesab edir, bu məktəblərin bağlanmasının vacib olduğunu vurğulayırlar. Digər kəsim insanlar isə rus məktəblərinin bağlanacağı təqdirdə təhsil sistemində keyfiyyət səviyyəsinin aşağı düşəcəyini, cəmiyyətimizin dünyaya inteqrasiya baxımından mənfi tendensiyalarla üzləşəcəyini vurğulayaraq bu təşəbbüslərin yolverilməz olduğunu əsaslandırmağa çalışırlar. Hətta bu istiqamətin tərəfdarları bölgədə mövcud olan geosiyasi vəziyyətin dövlətçiliyimizə təhdidlər yaradacağını da qeyd etməkdən çəkinmirlər.

İlk növbədə qeyd edək ki, Azərbaycanda rus məktəblərinin fəaliyyətə başlaması XIX əsrin 30-cu illərinə təsadüf edir. Sovet imperiyası dövründə isə Azərbaycan təhsili çoxəsrlik tarixə malik olan ənənəvi təhsildən məhrum edilib, rus təhsil sistemi əsasında formalaşıb, rusdilli məktəblərin sayı isə daha da çoxalıb.

Müstəqilliyimizin ilk dövrlərində Azərbaycan cəmiyyətində milli şüurun oyanışı, milli-mənəvi dəyərlərə qayıdış, təhsil sisteminin yenidən milli əsaslar üzərində qurulması və inkişafı istiqamətində atılan addımlar, rus təhsil sistemini və rus məktəblərinin perspektivliyini arxa plana keçirdi. Həmçinin, Azərbaycan təhsil sisteminin qərbyönümlü istiqamətdə inkişaf meylləri və yeni təhsil çalarlarının meydana gəlməsi sovet təhsil sistemindən imtinanı daha da sürətləndirdi.

Müasir şəraitdə istər qərb, istərsə də ənənəvi rus təhsil siteminin müsbət dəyərlərindən bəhrələnərək milli təhsil sistemini inkişaf etdirməyə çalışan cəmiyyətimiz üçün ölkəmizdə mövcud olan əcnəbi, xüsusilə də rus məktəblərinin təhsil sistemində neqativ və ya pozitiv rol oynaması öz aktuallığını saxlamaqdadır.

Məlumdur ki, dünyada mövcud olan müstəqil dövlətlərdə əsas təhsil sistemi aparıcı etnosun milli təhsil dəyərləri əsasında formalaşır və tədris prosesi bu etnosun rəsmi dövlət dilində həyata keçirilir. Bu dövlətlərdə yaşayan milli azlıqlara isə öz dillərində təhsil almaq üçün hüquqi əsaslarla təsbit olunmuş təhsil imkanları yaradılır. Mövcud dünya standartlarına uyğun olaraq Azərbaycanda da təhsil sistemi və təhsil prosesi bu meyarlar əsasında fəaliyyət göstərməkdədir. Ölkəmizdə təhsil sistemi ənənəvi milli dəyərələr üzərində qurulmuş, milli azlıqlara isə Konstitusiyamızda təsbit olunmuş təhsil hüququndan istifadə edərək təhsil alma imkanları yaradılmışdır. Bu siyasi və hüquqi təsbitləri mövcud statistik rəqəmlərlə əsaslandırmağa çalışaq.

İlk növbədə qeyd edək ki, Azərbaycanda mövcud olan təhsil sistemi haqqında geniş şəkildə təhlil aparmaq üçün müvafiq dövlət qurumlarının açıqladığı statistik rəqəmlər olduqca məhdud və yetərsizdir. Buna baxmayaraq, təhsil qurumlarının nümayəndələrinin mətbuata verdiyi rəsmi açıqlamalar, müstəqil təhsil ekspertlərinin apardığı təhlillər, KİV vasitəsilə əldə edilən rəsmi qaynaqlı məlumatlar əsasında ümumi mənzərəni canlandırmaq mümkündür.

2019-2020-ci il rəsmi məlumatlarına görə, Azərbaycanda cəmi 4443 sayda orta məktəb (bəzi məlumatlara görə isə 4472) vardır. Respublika üzrə 314 məktəbdə tədris Azərbaycan və rus dillərində, 1 məktəbdə isə Azərbaycan, rus və gürcü dilində aparılır. Bundan əlavə, respublika üzrə tədrisi yalnız rus dilində olan 15 ümumtəhsil məktəbi fəaliyyət göstərməkdədir. Ümumilikdə Azərbaycanda Bakı şəhəri də daxil olmaqla 340 məktəbdə rus dilində tədris aparılır. Ümumilikdə bu məktəblərdə 95-100 min şagird rus dilində təhsil alır.

Məlumdur ki, Azərbaycnda 120 min nəfər rus mənşəli vətəndaş yaşayır. Nəzərə alsaq ki, ölkəmizdə 10 milyondan bir az artıq əhali mövcuddur, ümumtəhsil məktəblərinin say dinamikasına görə rus mənşəli vətəndaşlarımızın təhsil hüququnun tamamilə təmin olunması üçün 44-50 rus məktəbi yetərlidir. Həmçinin, azərbaycanlı vətəndaşlarımızın müəyyən hissəsi rus təhsilli olduğu üçün onların övladlarının təhsil hüququnun təmin olunması da olduqca vacib məsələlərdən biridir. Çünki Respublikamızın Ali Qanununa görə hansı dildə danışmasından asılı olmayaraq bütün şəxslər təhsil hüququ ilə təmin olunmalıdırlar. Bu meyardan çıxış edərək, rusdilli vətəndaşlarımızın təsil alma imkanlarını məhdudlaşdırmaq yolverilməz və qanundan kənar haldır.

Diqqətə alanda ki, Azərbaycanda təqribən 350-400 min əslən azərbaycanlı, ancaq rusdilli olan vətəndaş var və onların övladlarının təhsil hüququnu təmin etmək üçün orta məktəblərin ümumi say dinamikasına görə bölgü aparsaq, 150 rus məktəbinin yetərli olduğu qənaətinə gəlmək mümkündür. Ümumilikdə ölkədə rus mənşəli və rus təhsilli azərbaycanlı ailələrin övladlarının rus dilində təhsil alması üçün 200 rus məktəbinin fəaliyyəti yetərlidir.

Mövcud statistik rəqəmlərə baxdığımızda ölkəmizdə fəaliyyət göstərən rus məktəblərinin sayı mövcud rusdilli əhalinin tələbatından ən azı 140 məktəb artıqdır. Məlumdur ki, bu məktəblərin şagirdlərlə təmin olunması Azərbaycan təhsilli ailələrin övladları hesabına həyata keçirilir.

Azərbaycan cəmiyyətində formalaşan ümumi fikrə görə, rus məktəblərində təhsilin keyfiyyəti, ümumi mədəni dünyagörüşü Azərbaycan məktəblərindən üstündür. Bu amil Azərbaycan təhsilli ailələrin öz övladlarını rus məktəblərində oxumağa stimullaşdıran amillər kimi dəyərləndirilə bilər. Bu fikrin nə dərəcədə doğru və ya yanlış olduğunu dəqiqləşdirmək üçün statistik rəqəmlərə müraciət edək.

Dövlət İmtahan Mərkəzinin 2020-ci il qəbul prosesinin yekunları ilə bağlı açıqladığı ilkin nəticələrə görə, bu il ali məktəblərə qəbul üçün I-IV qruplar üzrə sənəd verən 71224 abituriyentin 65194-ü Azərbaycan, 6030-u isə rus məktəblərinin məzunları olub. Rus məktəblərini bitirən məzunlardan I qrup üzrə sənəd verən 2479 abituriyentdən 200 keçid balından yuxarı nəticə göstərən məzunların sayı 908 nəfərdir (36,6 faiz). II qrup üzrə, 1343 abituriyentdən 600 nəfər (44,7 faiz), III qrup üzrə 1561 abituriyentdən 853 (54, 7 faiz), IV qrup üzrə 642 abituriyentdən 372 nəfər (58 faiz) keçid balı toplayaraq Ali məktəblərə qəbul olmaq üçün imkan əldə etmişlər. Analoji olaraq bu nəticə Azərbaycan bölmələrində - I qrup üzrə 27750 abituriyentdən 9435 (34 faiz), II qrup üzrə 13773 abituriyentdən 5769 (41,9 faiz), III qrup üzrə 20604 abituriyentdən 12560 (60,9 faiz), IV qrup üzrə 4410 abituriyentdən 3269 (74, 1 faiz) nəfər şəklində olub.

Ümumilikdə isə qəbul prosesində azərbaycan bölməsində 65194 abituriyentdən 31033-ü (47,6 faiz) ali məktəblərdə tələbə adını qazanmaq imkanı əldə etdiyi halda, rus bölməsində bu rəqəm 6030 məzundan 2733 (45,3 faiz) nəfərin tələbə adına layiq olduğunu göstərir.

Bu statistik rəqəmlərə baxdığımızda rus bölməsini bitirən məzunların Azərbaycan bölməsini bitirən məzunlardan daha üstün təhsilli olması fikri özünü doğrultmur.

Rus məktəblərində təhsil keyfiyyətinin Azərbaycan bölmələrindən üstünlüyünü digər statistik məlumatlar da təsdiq etmir. Belə ki, bu il 200 baldan yuxarı keçid balı toplayan abituriyentlərdən 600 ballıq şkalanı keçənlərin sayı Azərbaycan bölməsi üzrə 1644 nəfər (5,3 faiz) olduğu halda, rus bölməsində bu say cəmi 133 nəfər (4,9 faiz) olub.

Qeyd edilən bu statistik rəqəmlər onu göstərir ki, rus bölmələrində təhsilin keyfiyyətinin daha da yüksək olması ilə bağlı cəmiyyət arasında mövcud olan eyforiya öz təsdiqini tapmır. Yəni ümumilikdə hər il təqribən rus dilində təhsil alan 6030 nəfər məzundan 2733 nəfəri (45,3 faiz) ali məktəblərə qəbul şansı qazansa da, lakin 3297 nəfər (54,7 faiz) bu imkandan məhrum olaraq sadəcə rus dilini bilən sıravi topluma çevrilir. Beləliklə, bu şəxslər uzun illər boyu ali təhsilli rus "intelligenti" olmaq arzusunu gerçəyə çevirmək imkanından məhrum olurlar. Sadəcə 11 illik rus təhsili prosesində ən yaxşı halda rus dilini öyrənməklə kifayətlənirlər.

Digər tərəfdən ümumi statistik rəqəmlərdən məlum olur ki, hər il Ali məktəblərin eyni ixtisasına Azərbaycan bölməsinin məzunlarından tələb olunan qəbul balları, rus bölməsi abituriyentlərindən tələb olunan ballardan nəzərəçarpacaq dərəcədə yüksəkdir. (Məsələn, BDU hüquq ixtisasında ödənişli əsaslarla Azərbaycan bölməsinin abituriyentləri üçün keçid balı 568 olduğu halda, rus bölməsi üçün 494-ə bərabərdir və s.) Bu isə bütün tələbələrin bərabər şəkildə təhsil almaq hüququna və ədalətlilik prinsipinə kölgə salır. Digər tərəfdən bu fakt azərbaycan təhsilli ailələrin öz övladlarını kütləvi şəkildə rus məktəblərində oxutdurmaq həvəsini stimullaşdırır.

Yuxarıda qeyd olunan statistik rəqəmlərin verdiyi məlumatlar əsasında aparılan təhlildən bu qənaətə gəlmək olar ki, mövcud problemi, rus məktəblərinin tamamilə bağlanması və yaxud onların sayının artırılması ilə həll etmək mümkün deyildir.

Bu problemi həll etmək üçün ölkəmizdəki rus məktəblərinin sayını, Azərbaycan vətəndaşları olan rus mənşəli əhali və rus təhsilli azərbaycanlı ailələrin ümumi sayına uyğun olaraq müəyyən etmək lazımdır. Həmçinin, təhsilimizin inkişafında ciddi keyfiyyət dəyişikliyinə səbəb olmayan və Azərbaycan təhsilli ailələrin övladları hesabına fəaliyyət göstərən əlavə rus məktəblərinə isə qadağa qoyulmalı və yaxud növbəti illərdən bu məktəblərin sayı nəzərəçarpacaq dərəcədə azaldılmalıdır.

Mübariz AĞALARLI
AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent
Navalniyı zəhərlədiər,  ya zəhərləndi

Alkesey Navalniyla eyni təyyarədə uçan tomsklu Djey Pavel Lebedev bloggerin zəhərlənməsi ilə bağlı foto və video paylaşıb. O bu kadrları öz instagram səhifəsinə yerləşdirib.
Lebedev Navalniyin Tomsk aeroportunda kafe içəndən sonra təyyarəyə getdiyini videoya çəkib. “Tomskdan Moskvaya Aleksey Navalniyla eyni təyyarədə uçurduq. Uçuş başlananda o tualetə getdi və geri dönmədi. Özünü pis hiss edirdi. Onu güclə özünə gətiməyə çalışdılar”-deyə yazıb. Lebedev.

Videogörüntüdə Navalniy ağrıdan qışqırır və həkim ona yaxınlaşır.

Navalnıy Tomskdan Moskvaya uçarkən özünü pis hiss edib. Təyyarə təcili Omsk aeroportunda enməli olub. Navalniyin mətbuat katibi Kira Yarmışın rəyinə görə bloggeri zəhərləmiş ola bilərlər. O ehtimal edib ki, içdiyi çaya toksin qatılıb. Bununla yanaşı jurnalist Yuliya Vityazovanın fikrincə, Navalniyin zəhərlənməsi yalniz onun kuratoruna faydalı ola bilər.

“Hazırkı zaman üçün bu boş güllə ola bilərdi”-deyəo, yazıb. Vityazovanın sözlərinə görə bloggerin xəstəxanaya yerləşdirilməsi özünə diqqət çəkmək üçündür və həmçinin sağlamlığında real problem də ola bilər.

Xəbərlərdə o da bildirilir ki, Omsk xəstəxanasına yerləşdirilən Navalniyin huşu özündə deyil. Onun ağ ciyərlərini süni ventilyasiya aparatına qoşulub.

Yenises.ru
Tarix : 27-05-2013, 14:47
Moskva Millətlər evi-Aşıq Şəmşirin 120 illik yubileyində  sondan əvvələ
SEVGININ TƏZAHÜR YARIŞI, NİSGİLİN YAGMUR YAĞIŞIı...

Qaysaq bağlamayan nisgil, həsrət yarasını bir də o gecə sazının, sözünün ocağına toplaşanlara Dədə Şəmşir xatırlatdı. “Sağlığımda hamınız üzümü görmürdünüz ki! Şeirim, nəfəsim haradadırsa, mən oradayam!”-deyən şair buradaydı- Moskvada Millətlər Evində. O zalda onun sözünü duyanlarla bərabər, özünü görənlər də vardı. Və bu görənlərin hər birinin Kəlbəcər yanğısını Dədə Şəmşir sazı-sözu təzələyib alovlandırmışdı. O gecə saz üsyan, söz tüğyan etdi. O gecə çalanlar da, oxuyanlar da, danışanlar da sanki bir-biriylə yarışırdı. Aşıq Ədalət Dəlidağlı “Hər zaman belə alınmır, bu nə sirdirsə saz da bu gün özü köklənib”-deyə sözün musiqiyə sarılıb vüsala yetdiyi yüksək eşq məqamının qanadlarında Dəlidağa pərvazlanmışdı, sanki.

Seginin təzahür yarışı, nisgilin yağmur yağışı. Bayırda da “göz yaşlarına inanmayan Moskva”nın gözündən leysan süzülürdü. Ana təbiət bu salondakıların havasına uymuşdu elə bil.

Pafoslu yazı, ütülü üslubun dövranı-zamanı deyil və mən bundan çox-çox uzaq olsam da, bir az da hissə qapıldığım o gecənin yaşatdıqlarından doğan təəssüratın mübaliğəsiz təsviri belə alındı.

Bu misal mahalda, eldə əyandı:
Hər kimsə yerində şirdi, aslandı
Qarğa vətənində tülək tərlandı
Igid qürbət eldə bel bükər, ağlar.

Moskva Millətlər evində Aşıq Şəmşirin 120 illik yubileyi münasibətilə keçirilən tədbirdə Rusiyanın əməkdar həkimi- kəlbəcərli Sabir Həbibovun Dədə Şəmşirin “Ağlar” şeirindən dediyi bu bənddəki kimi hamı sözün bəndinə düşmüş, ondan çıxa bilmirdi.
Moskva Millətlər evi-Aşıq Şəmşirin 120 illik yubileyində  sondan əvvələ
Həkim olsam da saza, sözə biganə deyiləm, bir az bilmişliyim var- deyən Sabir həkim -bu gün Dədə Şəmşiri, onun doğulduğu doğma Kəlbəcəri anıb kövrəldik-dedi.

“Dədə Şəmşirin gözü qarşısında keçib uşaqlığımız. Biz hər birimiz onun sənətinin xəstəsiydik. Ruhumuz onun sazı-sözü ilə şəfa tapırdı. Onun haqqında 2 faktı deyəcəm, sadəcə. “Bayramı” havası var sazda. Aşıq Şəmşirdən sonra kimsə o havanı onun kimi çalıb oxuya bilməyib. O oxuyanda səsi 30-luq lampanı söndürürmüş, atamın dediyinə görə. Və bir də atam söyləyirdi ki, Aşıq Şəmşir bir yerə qonaq gedəndə onun üçün qurulan alaçığın ətrafında quşların əlindən yer olmazmış, deyirlərmiş”.

Səsi quşları belə valeh edən Dədə Şəmşir haqqında o gecədə daha nələr yaşandı. Elə bu sonluqda əvvələ doğru deyilənlər-yaşananlar bunun əhatəsində oldu.

Yubiley gecəsini tədbirin təşkilatçısı “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin sədri Vasif Məmmmədov açdı. O Dədə Şəmşirin yaradıcılığından qısa xülasə edərək, onunla bağlı bəzi epizodları dilə gətirdi. Şairin onun atasına yazdığı şeiri Güllü nənənin qoynundan çıxarıb verdiyindən danışaraq -bir məqama diqqət çəkdi. “Güllü nənə kağız parçasına yazılan şeiri ən qiymətli bir şey kimi qoynunda saxlamışdı. Dədə Şəmşir sözünə qiymətin, dəyərin ölçüsü idi bu”.
Moskva Millətlər evi-Aşıq Şəmşirin 120 illik yubileyində  sondan əvvələ

AJB Rusiya bölməsinin katibi şair Nəsib Nəbioğlu Aşıq Şəmşir haqqında nitqinə “Dədə” titulundan başladı. O, Azərbaycan şifahi ədəbiyyatında Dədə Qorquddan başlayaraq “Dədə” adını yiyələnmiş, sahib olmuş bir neçə sənətkarlar var. Onlar Dirili Qurban, Xəstə Qasım, Abbas Tufarqanlı və XX əsrdə bu zirvəyə çatmış Aşıq Şəmşirdir”-dedi. Aşıq Şəmşir yaradıcılığını iki: 1920-ci il və 1920-ci ildən sonrakı illərə bölərək, onun yaradıcılığında əsas dönüş nöqtəsi 1955-ci ildə Səməd Vurğunla tanışlıq dövrü olduğunu söylədi.

“O zamana qədər də Dədə Şəmşir tanınırdı. Amma Səməd Vurğunla Kəlbəcərdə, İstisuda olan görüşündən sonra geniş miqyasda tanınmağa başladı. Səməd Vurğunu ora nə gətirmişdi? O zamanlar Kəlbərcər abu-havasının xəstəlikdən əziyyət çəkən şairə şəfa olacağı ilə yanaşı, şairi Dədə Şəmşirin “Vədəsində” şeiri cəlb etmişdi”.

Onların görüşdüyü yerin mənbələrdə İstisu göstərildiyinin yanlış olduğunu bildirən Nəsib Nəbioğlu, onların əslində Kəlbəcərdə suyu yerdən qazlı çıxan, min bir dərdin dəvası olan Turşsu bulağı üstündə görüşdüklərini dedi. S.Vurğun “Aşıq Şəmşir Dəlidagdan keçəndə, Kəklikli daşlardan xəbər al məni” misraları ilə başlanan o məşhur şeiri çəkdiyi “Kazbek” siqaret qutusunun üstünə yazıb verib.

O, çıxışına davam edərək Aşıq Şəmşirin yubileyinin Moskvada keçirilməsinin təsadufu olmadığını da söylədi. Onu 50-ci illərdən rus oxucuları tanıyırdılar. 1959-cu ildə “Azərbaycan poeziya antologiyası” tərtib olunanda Aşıq Şəmşirin şeirləri bura salınmışdı. Q. Asaninin tərcüməsində. Rus oxucuları bu tərcümələrdən tanıyırdılar onu. O tərcüməçi isə bu günkü tədbrimizdə iştirak edən tanınmış yazıcımız Ç. Hüseynovdur.

Nəsib Nəbiöğlu: “Şairin vətəni işğal altında olan Kəlbəcər namussuzların, qeyrətsizlərin, kürsü davası edənlərin qurbanı olub. Neçə ki, Kəlbəcər, Qarabag azad olunmayıb, S. Vurgunun, Dədə Şəmşirin, Bəhmən Vətənoğlunun, Sücayətin ruhu bizi bağışlamayacaq” -deyərək nitqinin sonunda fəryad edərək ağladı.
Moskva Millətlər evi-Aşıq Şəmşirin 120 illik yubileyində  sondan əvvələ
Tanınmış yazıçı Çingiz Hüseynov isə çıxışına N. Nəbioğlunun kədərinə bəraət bildirərək başladı. “Əsl Azərbayacn yığıncağıdır. Və əsl Azərbaycan yığıncağı kədərsiz keçə bilməz. Nəsibin çıxışı bunu sübut elədi. Hər bayramımızda sevinclə kədər yanaşı dayanacaq. Bu da bayramdır, söz-sənət bayramı. Söz, saz bayramında kədər hardandır? Torpaqlar hardadır, ondan. Satqınlıq da bizim millətə xas olandır”. Sonra tanınmış yazıçı nitqinin məzmununu Aşıq Şəmşir yaradıcılığna yönəldərək “Aşıq Şəmşir varsa millət də qalacaq, var olacaq. O, bizim dilimizi yaşadanlardandır” -dedi.

“1957-58-ci illərdə Moskvada rus dilində “Azərbaycan poeziya antologiyası” 3 cildliyi hazırlanırdı. Pavel Antokolskiylə mən hazırlayırdım o cildliyi. Antokolski Aşıq Şəmşirin bir neçə şeirini tərcümə etməyi mənə tapşırdı və tərcümədə işlənən Q.Asanin (Qasan-Həsən oğlumun adıdır) təxəllüsünü də o verdi. Kitabda imzam getdiyi üçün fərqli imza olsun deyə”. Çingiz Hüseynov tərcümənin şeirin mənasına xələl gətirdiyinə də toxunaraq- azərbaycanlı olmaq-əsl azərbaycanlı olmaq çətindir-deyib fikrini bununla əsaslandırdı. “Əsl azərbaycanlı olmaq üçün ərəb, fars dillərini bilməlisən ki, sənin olan şairlərinin yazdıqlarını dərk edə biləsən, əsl dahilik o zaman üzə çıxır”.

“Aşıq Şəmşir yaradıcılığından danışanda qeyri- adiliyə rast gəlirik. Mən qeyri-adilik deyəndə onun fenomenini nəzərdə tuturam”. Aşıq Şəmşirə bu nöqteyi nəzərdən yanaşan pedoqoji elmlər doktoru, rusiyalı alim Yaqut Nemətov onun fenomenliyi deyiləndə fərdiliyini nəzərdə tutduğunu bildirdi.
Moskva Millətlər evi-Aşıq Şəmşirin 120 illik yubileyində  sondan əvvələ

“Fərdilik deyəndə hər bir sözündə, misrasında, bəndində onun dəsti-xəttini görür, nəfəsini hiss edirik. Böyük ustad sözün metaforik imkanlarını morfoloji potensialını o qədər məharətlə, ustalıqla işlədir ki, oxucu özündən asılı olmayaraq ona məftun, valeh olur. Onun yaradıcılığında məkan və zaman anlayışı mənasını itirir. Aşıq Şəmşir dünən, bu gün, sabah arasında sarsılmaz bir körpu saldı.O körpü mənəviyyatdır. Bu mənəviyyatın məkan və zaman çərçivəsi isə əbədiyyətdir”.

Sonra o da şairin anadan olduğu torpaqlar düşmən tapdağı altında olduğundan, millətimizin ədalətsizliyə məruz qaldığından danışdı.

“Bu günkü mübarizə xeyirlə şər arasında olan mübarizədir. Haqla- nahaqqın savaşıdır. Paradoks ondan ibarətdir ki, 20 ildən artıqdır ki, haqsızlığa məruz qaldığımızı dunyada müxalif olan qruplara çatdırırıq, amma eşidilmir. Paradoks orasındadır ki, biz nə qədər humanizm prinsiplərinə əməl ediriksə düşmən o qədər vəhşiləşir, azğınaşır. Niyə bizim sözümüzün təsiri yoxdur? Sözü enerji nöqteyi nəzərindən atoma bənzədirəm. Atomun partlaması üçün böhran kütləsi olsun gərək. Bu gün bizim mübarizəmizdə böhran kütləsi çatışmır, onun üçün. Onun günahkarı biz özümüzük”-dedi Y. Nemətov.

Ə. Dəlidağlının “Ruhani ” havası üstündə
Biliyi olmayan savaddan yazır,
Şərəfi olmayan saf addan yazır
Dünəni bilməyən sabahdan yazır
Qaradır üzümüz, ay Dədə Şəmşir!
-
deyə ona müraciətli şeiri ilə salonu silkələdi.

Moskva Dövlət Linqvistika Universitetinin müəllimi Bella Musayeva, Beynəlxalq Yazarlar və Publisistlər Assosiasiyasının və Rusiya Yazarlar birliyinin üzvü şairə Afaq Şıxlı və digər çıxış edənlər Aşıq Şəmşir yaradıcılığının dil-üslub gözəlliyindən, torpağı, təbiəti, onun gülünü-çiçəyini tərənnümündən, dünyadakı haqsızlığı, ədalətlsizliyi, insan səfası və cəfasını şirin dillə təsvir edən poeziyasından danışaraq onu aşıq şeirinin ustadı- dədəsi olmağa layiq haqq aşığı adlandırdılar.

Yubiley Bakıdan Dədə Şəmşir yubileyə gələn telli sazı sizəsində yaxan-yandıran, Dədə Şəmşirin Kəlbəcərin füsunkar dağlarına, düzlərinə həsr etdiyi şeirləri Şəmşir sazının sarı simində dindirib “Ruhani”, “Kərəmi” havalarında ağladan Ədalət Dəlidağlının, Aşıq Mehdi Mənsimovun ifalarında alqışlarla davam etdi.

MDLU-nin Azərbaycan dili öyrənən rus tələbləri –Yana Juravel, Anastasiya Snitsina, Ulyana Rovnyaginanın S. Vurgunla Aşıq Şəmşirin deyişməsi olan şeiri dilimizdə söyləmələri və “Azərbaycan” mahnısını ifa etmələri, Şahin Cəlilovun ifasında “Qarabag şikəstəsi”, 157 saylı məktəbin şagirdlərinin aşığın şeirlərini rus dilində səsləndirmələri də yaddaqalan məqamlardan idi.

“Ədalət Dəlidağlıdan sonra əlinə saz almaq, belə gözəl çıxışlardan sonra isə söz demək mənlik deyil”. Dədə Şəmşir nəslindən olan şair-aşıq Abbas Alıyev bu sözləri söyləyib, Aşıq Şəmşirin yubileyinə gələn hər kəsə minnətdarlıq etdi.
Moskva Millətlər evi-Aşıq Şəmşirin 120 illik yubileyində  sondan əvvələ
Gecənin sonunda yubileydə iştirak etmək üçün Azərbaycandan gələn “Aşıq Şəmşir Mədədniyyət ocağı” ictimai birliyinin sədr müavini Həbib Misirov Dədə Şəmşirin 120 illiyinin Moskvada qeyd edilməsini təşkil edənlərə, bütün iştirakçılara təmsil etdiyi təşkilat və Kəlbəcər rayon icra hakimiyyəti adından təşəkkür etdi.

Bella Musayeva, Sabir Həbibov, Nəsib Nəbioğlunu ictimai birliklərinin fəxri fərmanı ilə təltif edərək Rusiyadakı Azərbaycan diasporalarının fəaliyyətini Azərbaycandan izlədiklərini, onların işindən məmnun olduğunu bildirdi.

“Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin sədri V. Məmmədov Aşıq Şəmşirin yubieyinin yüksək səviyyədə təşkil olunmasında ona yardım edən Azerrosun sədri Asif Məhərrəmova, xüsusi xidməti olanlar- Əşrəf Hüseynli, Abbas Alıyev, Nəsib Nəbioğluna və gecənin aparıcılarına təşəkkür etdi.

Yubiley gecəsində Rusiyada fəaliyyət göstərən diaspot təşkulatlarının nümayəndələri, ictimai xadimlər, ziyalılar iştirak edirdilər.

Tünzalə Vəliqızı, Moskva
26.05. 2013
/Yenises.ru/




Baxış: 3442 | Bölmə: Mədəniyyət, slayd2
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru