RUS ALİMLƏRİNİN XARİCİLƏRLƏ ÜNSİYYƏT QAYDALARI SƏRTLƏŞDİRİLİR
Rus ailmləri xarici həmkarlarları ilə elmi mübadilə aparmaq üçün xüsusi icazə almalı və bu prosesdə bütün danışıqlar qeydə alınıb ali təhsil və elm nazirliyinə təqdim edilməlidir. Bir sözlə alimlərin elmi -praktik konfransları, görüşləri tam nəzarətə götürülür.

Rusiya ali təhsil və elm nazirliyi rus elm adamlarının xarici həmkarları ilə əlaqə qaydalarını sərtləşdirən qanun hazırlayır. Sənədin surəti "Trotsk varınatı" ("Trotskiy varinat") qəzetində dərc olunub. Rusiya Elmlər Akademiyası texnika elmləri üzrə doktoru, professor Aleksandr Fradkovun bu əmrlə bağlı açıq etiraz məktubu da adıçəkilən qəzetdə yer alıb.

FACEBOOK  SƏSLI MESAJLARI GİZLİNCƏ DİNLƏYİRMİŞ
Bir həftə əvvələ qədər Facebook audio-faylları dinləyirmiş. Bunun da istifadəçi anlaşmasında razılaşdırıldığını deyib. Yəni istifadəçilərin bilgisi daxilində olduğu deyilir.

Bloomberg agentliyi Facebook kompaniyası istifadəçilərin səsli mesajlarını açmaq üçün buna yüzlərlə muzlu işçi cəlb etdiyi faktını açıqlayıb.

Anonim mənbə bildirib ki, korporasiyanın rəhbərliyi qarşısına səsli mesajların yer və zamanını gizli saxlamaqla audoi-faylların oxunması məsələsini qoyub. İşçilər bunun nəyə lazim olduğunu bilmədən təəccüblə dinləyiblər.
Mariya Zaxarova: Rusiyanın Qarabağın statusu haqqında fikri dəyişməzdir
Rusiya XİN yetkilisi Mariya Zaxarova bu fikri jurnalistlər üçün keçiridiyi bugüngü brifinqdə səsləndirib.

"Bizi Azərbaycan və Ermənistan münaqişə xəttində sakitliyin müşahidə olunması məmnun edir. Bununla yanaşı, tərəflərin müxtəlif yollarla bir-birini ittiham etməsi də narahatçılıq yaradır"-deyə Zaxarova qeyd edib.

Bu cür ritorikalar danışıqlar prosesində əlverişli şərtlərin formalaşdırılmasına və konfliktin həll olunmasında kompromiss variantlar axtarmağa imkan vermir- Rusiya xarici siyasət qurumundan qeyd ediblər.

"Rusiya Dağlıq Qarabağın son statusunun Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməsindən yanadır"-deyə XİN nümayəndəsi göstərib. Onu da əlavə edib ki, rəsmi Moskvanın mövqeyində heç bir dəyişiklik yoxdur.

Xarıtladaq ki, avqustun 7-də Ermənistan baş naziri Nikol Paşinyanın tanınmamış Dağlıq Qarabağ respublikası haqqında "Bura Ermənistandır"-deməsi Azərbaycan tərəfindən qəzəblə qarşılanıb.

Yenises.ru
Sabiq qırğız prezidenti Atambayevin rezidensiyasına basqın davam edir

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin rezidensiyasına basqında yaralananlar Dövlət Milli Təhlükəsizlik komitəsi əməkdaşlarının sayı artır. Almaz Atambayevi tutmaq üçün xüsusi əməliyyatda iştirak edən DTK əmdaşaları arasında yaralananların sayı 27 nəfərə çatdığı haqda RİA Novosti-yə komitənin mətbuat xidmətindən xəbər verilib.
Lukaşenkonun "oyunu" özünə baha başa gələ bilər
Lukaşenkonun Rusiyaya inteqrasiya məsələsini qarşı tərəfə təzyiq vasitəsinə çevirməsinə "Bulba Prestolov" Teleğram kanalı toxunub. Dni.ru iformasiya portalının Telegram kanala istnadən yazdığına görə Belorusiya prezidenti Aleksandr Lukaşenkonun başı üstündə qara buludlar dolaşır. Rusiya rəhbərliyi Batkanın şərtləri ilə inteqrasiyaya razı deyi-deyə ekspertlər xəbərdarlıq ediblər. Onların sözlərinə görə Rusiyada belorus liderinə kimsə güvənmir və onunla ünsiyyətdən qaçırlar.

Son zamanlar Belorusiyada qərbyönlü millətçilik baş qaldırıb-deyə "Bulba Prestolov "Telegram kanalın müəllifləri bildirirlər. Buna görə Rusiya Aleksandr Lukaşenko rejiminin maliyyələşdirilməsinin məqsədəuyğun olduğuna daha çox şübhə edirlər.
Rusiya XİN-dən ABŞ və Almaniyanın 3 avqust aksiyasını işıqlandırmasına   etiraz
RF Xarici işlər nazirliyinin ABŞ və Almaniyaya onların diplomatları və mediasının Rusiyanın daxili işiniə qarışması ilə bağlı rəsmi müracət göndərəcəyini qurumun nümayəndəsi Mariya Zaxarova "Bazar axşamı Vladimir Solovyevla" proqramında açıqlayıb. Bu avqustun 3-də Moskvada keçirilən icazəsiz mitinqin işıqlandırılması ilə əlaqəlidir.

Situasiyanı araşdırmağı xarici işlər nazirliyinin nümayəndəsi Mariya Zaxarova təklif edib.

"Mən düşünürəm ki, ABŞ rəhbərliyi onun diplomatlarının Rusiyanın daxili işinə qarışmalarına təəccüblənəcəklər"-deyə qeyd edib.

RUBRIKA: Belə də olur - SƏYYAR MAĞAR

Axşam aldığım xəbəri kənddən uzaqda yaşayan eloğlu ilə bölüşmək üçün zəng elədim:
--Salam, əmioğlu. Loxəbərlik olmasın, Məmmədəlinin ölümündən xəbərin var?
--Salam. Var, əmioğlu, var.
Moskvadakı icazəsiz mitinqdə 600 nəfər saxlanılıb
DİN-nin paytaxt rəhbərliyindən verilən məlumata görə avqustun 3-də Moskvada keçirilən icazəsiz aksiyada 1500 adam iştirak edib və onlardan 600 nəfərə yaxını saxlanılıb. Bu haqda RİA Novostinin məlumatında deyilir.
Moskvanın mərkəzində yanan binanın söndürülməsində 24 texnika və 2 vertolyotdan istifadə edilib
Bu gün səhər səhər saat 6:18 radələrində Moskvanın mərkəzində- Dubninsk küçəsi ev 41/4 ünvanında olan dördmərtəbəli binada yangın baş verib. Fövqəladə hallar nazirliyindən verilən məlumata görə yanğın 5 min kvadratmetr sahəni əhatə edib. Yanğını n söndürülməsində 80 nəfər yangınsöndürən, 24 texnika, o cümlədən 2 vertolyot iştirak edib. Xilasedicilər yanğının ətrafda yerləşən binalara və eləcəə də yaxınlıqdakı benzindoldurma məntəqəsinə keçməsi təhlükəsinin qarşısını almağa çalışıblar.
[right]Rusiya pasportu alan ukraynalılar sorğuya çəkilirlər
Ukraynanın hərbi prokuroru Anatoli Matios bəyan edib ki, Rusiya pasportu almaq üçün müraciət edən Donetsk və Luqansk vilayətinin sakinləri qurum tərəfindən sorğuya çağırılıb. O, bunu "Radio NV" -yə müsahibəsində söyləyib.

Hərbi prokuror müstəntiqlərin qanun çərçivəsində hərəkət etdiklərini qeyd edib. Matiosun sözlərinə görə hərbi prokurorluq baş verənlər haqqında tam təsəvvürə maikdir və Rusiya pasportu almaq üçün ərizə verən Ukrayna vətəndaşlarının şəxsiyyətini müəyyən etməklə məşğuldur.

ABŞ administrasiyasında Rusiyaya qarşı ikinici sanksiya  paketi hazırlanır
Birləşmiş Ştatlar Skripal işinə görə Rusiyaya qarşı ikinci sanksiya paketi hazırlayır. Bu haqda RİA Novostiyə ABŞ administrasiyasının nümayəndəsi məlumat verib.
Rusiya yığmasının azərbaycanlı oyunçusu Aleksandr Səmədov karyerasını başa  vurdu
35 yaşlı idmançı özünün bu qərarını İnstagram səhifəsindən açıqlayıb.

"Əziz dostllarım, yaxınlarım, azarkeşlərim! Futbolçu kimi özümün idman karyeramı başa vurmağın zamanı gəldi. Uzun illər sizin mənim yanımda olduğunuzu bilərək yaşadım, işlədim, oynadım,arzuladım, planlar qurdum. Sizin mənimlə və Rusiya futbolu ilə qürur duymağınız üçün qələbəyə nail olmağa çalışdım. Mən idmançı, futbolçu və şəxsiyyət kimi yetişmək istədim. Bu arzularım gerçəkləşdi. İstədiyimə çatdım! Mən xoşbəxtəm ki, siz hər zaman mənə inandınız, dəstəklədiz, həyəncanlandınız, irəli getmək, daha böyük uğurlar əldə etmək üçün güc verdiniz!"-deyə futbolçu yazıb.
Sobyanin icazəsiz mitində təxribat ola bilıcəyindən xəbər verib
Sobyanin xəbərdarlıq etdi. Mitinqi təşkil edənlərlər də, oara gələnlər də təxribat törətməyə hazırlaşırlar. Lakin bunun qarşısı alınacaq.

Bu günə təyin olunmuş icazəsiz mitinqində ciddi təxribat baş verəcəyi ehtimalından Moskva meri Sergey Sobyanin özünün Twitter səhifəsindən xəbər verib.


Vüqar Bayramov - Şairin dünyası qız qoxuludu!
Şairin dünyası qız qoxuludu!


Bu yay axşamında bahar havası,
Təbiət bu gecə yaz qoxuludu!
Hamının dilində şirin arzular,
Hamının dodağı söz qoxuludu!

Gözlər intizarda, qəlb həvəsdədi,
Hamı bir arzuda, bir nəfəsdədi.
Qulaqlar həsrətlə xırda səsdədi,
Həsrətin vüsalı naz qoxuludu!

Xəbəri titrətdi küləklər kimi,
Gəldi gecə yarı, mələklər kimi.
Muştuluq həvəsli ürəklər kimi,
Ocaq qoxuludu, köz qoxuludu!

Açıldı cığırım, izim dünyaya,
Qəlbimdən gələni yazım dünyaya.
Bu gecə göz açdı qızım dünyaya,
Şairin dünyası qız qoxuludu!


22.07.2018

Dünya mənim gözümdə bu baxışın boydadı.

Elə şirin baxırsan səddin, çəpərin yoxdur,
Sən elə bir duyğusan ölçün, qədərin yoxdur.
Səninlə gözəlləşib həyat xəbərin yoxdur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Balalar gül doğulur, balalar çiçək olur,
Çirkin körpə görmədim, hamısı göyçək olur.
Bu məsum baxışında arzular gerçək olur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Ömrümün hər saatı, dəqiqəsi, anısan,
Özünü çox sevərsən gözlərimdə tanısan!
Atanın gül qızısan,ürəyisən, canısan,
Dünya mənim gözümdə bu baxışın boydadı.

26.02.2019
Rusiya səfirliyi xəritədə Krımı Ukraynanınkı kimi göstərib
Rusiya səfriliyi Twitter səhifəsindəki paylaşımında Krımı xəritədə Ukrayna ərazisi kimi göstərdi. Ukrayna XİN-i də təşəkkür edərək davamını digər qurumlardan gözləyirik-deyə repost yazdı.

Rusiyanın Böyük Britaniyadakı səfriliyi Twitter səhifəsində Krımı Ukrayna əraizisi kimi göstərib.

Rusların yarısının əmək haqqı 35 min rubldan az imiş
Rosstat-ən məlumatlarına görə, böyük və orta müəssisələrdə işləyən rusların yarısı 34,335 rubldan az gəlir əldə edir. Nisbətən yüksək maaşı olan balıqçılardır.

Peskov Putinlə Zelenski arasındakı  telefon söhbətindən danışdı
Prezident seçilləndə təbrik etmədi, lakin prezident kimi qəbul edib telefonla danışdı. İlk cümləsi "Salam" olub-deyə yazır Rusiya mətbuatı. Salam verməkdə qeyri-adi nə olduğu anlaşılan deyil. Yəni "Alo" deməyibmi? Nə isə ki, prezidentlər arasında olan telefon söhbətini Peskov şərh edib.

Gürcüstan prezidentindən  Putinin sanksiyalara dair sözlərinə reaksiya
Zurabişvili Moskva ilə münasibətləri düzəltməyə hazırdır. Rusiyaya ilımlı mövqeyinin ölkəsində tənqidlə qarşlanacağına gəlincə "Kimsə mənə vətənpərvərlik öyrədə bilməz"-deyib.

Gürcüstan prezidenti Salome Zurabişvili rusiyalı həmkarı Vladimir Putinin Moskvanın Tiflisə qarşı sanksiyalar tətbiq etmək istəmədiyi bəyanatını alqışlayıb. Bu barədə Associated Press-ə müsahibəsində deyib.
Tarix : 23-02-2014, 04:00
Moskva  Millətlər  evində şairə Afaq Şıxlının yaradıcılıq gecəsi keçirildi
Moskva Millətlər evində şairə-publisist Rusiya və Avarsiya Yazarlar birliyinin üzvü Afaq Şıxlının yaradıcılığına həsr olunmuş gecə keçirildi.

“Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin təşkil etidyi gecə Afaq Şıxlının yaradıcılığından bəhs edən video süjetlə başladı.

“Şeirlər şairlərin övladları kimidir. Doğma övladlarına məhəbbət və qayğı payından kəsmək hesabına doğulur, o şeirlər. Bəlkə elə ona görədir ki, o övladlar şair ata-anaları üçün deyil, sadəcə ata-anaları üçün darıxır, onları istəyirlər”.

Gecədə Afaq Şıxlının qızı, ÜAK saytının baş redaktoru Nilufər A. Şıxlı anası haqqında nitqinə elə şairənin yuxarıda söylədiyi bu sözlərdən yola çıxaraq başladı.
Moskva  Millətlər  evində şairə Afaq Şıxlının yaradıcılıq gecəsi keçirildi
“Anaya məhəbbət - uşağın doğulduğu andan hiss etdiyi ilk məhəbbətdir. O insanın mayasındadır. Ona görə ananı ana kimi sevmək təbii ki, asandır. Amma ananı həm də şairə kimi sevmək – bax bu, çox çətindir. Və mən bu illər ərzində onu təkcə anam kimi deyil, yüzlərlə oxucusunun urəyini fəth etmiş tanınmış şairə Afaq Şıxlı kimi sevməyi öyrəndim”.

Nilufər A. Şıxlı anasının onlara-övladlarına ayıracağı vaxtdan kəsib şeirə verməsdindən kədərlənsə də, “hər bir şeir yazılıb yığılıb kitab halına düşdükdən sonra o kitabları vərəqləyib oxuduqca anlayırsan ki, bu belə də olmalıdır və ona qarşı cıxmaq günahdır”ç- qənaətinə gəldiyini söylədi.

O, davam edərək şairə Afaq Şıxlının qızı kimi bu gecəni açmaq ona həvalə olunduğu uchun qürur duyduğunu da gizlətmədi.

“Şəhriyar” ƏMC-nin sədri Vasif Məmmədov şairə Afaq Şıxlının həyat və yaradıcılıq yoluna qısa nəzər salaraq onun Moskva ədəbi mühitinə gəlişindən və az bir zamanda bir neçə kitaba imza atmasından danışdı. Sonra şairəni səhnəyə dəvət etdi.

Boynunda Azərbaycan qadınının simvolu olan ag kəlağayı ilə səhnəyə çıxan Afaq Şıxlı bu gecəni təşkil edənlərə minnətdarlıqla Azərbaycan poeziyası ətrafına toplaşanları salamlayaraq, təmsil olunduğu “Şəhriyar” ƏMC və öz adından hamıya "xoş gəldin" etdi.

“Qürbət biz qələm adamlarını bir az daha kövrək edir. Mənə elə gəlir ki, bu kövrəklik altında Vətənə ikiqat atrıq sevgi gizlənib. Biz oranın nisgilini qəlbimizdən süzülən poetik misralarla söndürürük”,-dedi.

Onu sözün yaxşı mənasında təsirləndirən bu gecədə “çatmayanlardan” danışdı.

“Bu gecə bu sevinci mənimlə birgə paylaşmaq istədiyim anam Mirvari çatmır. Yol uzaq, yaş da o yaş deyil deyə gələ bilməyib. Bakinin baş geoloqu mənim rəhmətlik atam Arif Şıxlınski çatmır. Məni tərbiyə edən və ədəbiyyatı mənə sevdirən rəhmətlik bibim çatmır. Və bir də əmim-xalq yazıçısı İsmayıl Şıxlı çatmır ”.

Gecənin nüfuzlu qonağı-Türkiyədən şairənin yubileyinə gələn taninmiş şair Məmməd İsmayıl:“Şeirə sevgi, sözə sevgi-Allaha sevgidir!”-dedi.
Moskva  Millətlər  evində şairə Afaq Şıxlının yaradıcılıq gecəsi keçirildi

“Afaq xanımın seirlərini sevmək elə Allahı sevmək deməkdir. Sənətə gələn qadınlar öz ədəbi mühitlərini özləri yaradırlar və bunu dişi ilə, dirnağı ilə edirlər. Marina Svetayeva, Anna Axmatova kimi şairələr də bu yoldan keçiblər. Adlar da taleyimizdə böyük rol oynayır. Anna Axmatova – A.A və Afaq Abdullayeva Şıxlı-yenə A.A. Mən Afaqı Azərbaycanın Anna Axmatovası adlandırardım. Bəlkə bunu söyləmək üçün hələ tezdir, amma olsun, onun da zamanı gələcək.

Bir şerimdə dediyim kimi:

Bir nurlu sahil var hələ sabahda,
Qaranlıq sulara yol açar avar.
Bir adam yol gedər bizdən qabaqda,
Amma bir adam da bizdən sonra var.


Bizdən sonra gələnlər - gənclər də var. İsmayıl Şıxlı nəslinin ən böyük uğuru Afaq Şıxlıdır.

Məmməd İsmayıl onu da əlavə etdi ki, əgər ədəbi mühitdə son iki ildə əldə edilən nailiyyətlər üzrə yarış keçirilsəydi, Afaq Şıxlı məshuldarlıq baxımından sözsüz ki, qalib gələrdi. “Mən ona həyatda və sənətdə uğur arzulayıram”-sözləriylə fikrinə yekun vurdu.

Yaradıcılıq gecəsində çıxış edən “Ocaq” ədəbi-ictimai cəmiyyətinin sədri, AYB Moskva bölməsinin rəhbəri , türkoloq alim, professor Tofik Məlikli isə Afaq Şıxlı nəzmindən söz açaraq, “onun şeirlərini sevdirən o şeirlərdə səmimiyyətin olmasıdır”, - söylədi.
Moskva  Millətlər  evində şairə Afaq Şıxlının yaradıcılıq gecəsi keçirildi

“Afaq Şıxlı yazdığı şeirlərə ürəyini qoyur yazır. Ona görə o şeirlər belə axıcı və gözəl alınır. Onun şeirlərində diqqəti çəkən iki məqam var - sevgi və obrazlılıq. Onun şeirlərinin leytmotivi məhz bu iki hiss üzərində qurulub. Şeiri oxuduqca ondan aldığın duyğu obrazlı olaraq gözün onundə canlanır”.

O şairəinin qızının çıxışından mütəəssir olduğunu da gizlətməyərək M. Qorkinin oğluna verdiyi kitabda avtoqraf kimi “ Ən gözəl əsərim olan oğluma” yazdığını xatırladaraq, “Afaq xanım, sizin ən böyük əsəriniz Nilufər Şıxlıdır!”-dedi.

MDDU-nin Azərbaycan dili və mədəniyyəti mərkəzinin direktoru filologiya elmləri doktoru, professor Bella Musayeva Afaq Şıxlının bütün kitablarını, mətbuatda gedən çıxışlarını oxuduğunu qeyd etdi.
Moskva  Millətlər  evində şairə Afaq Şıxlının yaradıcılıq gecəsi keçirildi
“Afaq xanım, müsahibələrinizin birində mən şairə yox, şairəm deyirsiniz. Mən bu fikirlə razılaşmıram. Sizin şeirlərinizdə zəriflik, incəlik, məlahət var. Və şairə sözü də, elə bununla asossiasiya olunur ”.

O Afaq xanımı Azərbaycan şairələri Məshəti Gəncəvi, Xurşudbanu Natavan, Nigar Rəfibəyli kimi şairələrimizə bənzətdiyini bildirdi.

Rusiya Yazıçılar Birliyinin üzvləri: şair-tərcüməçi Mixail Sinelnikov, Sergey Karatov, şairlər: Sultan Mərzili, Nəsib Nəbioğlu, İlham Bədəlbəyli, Ümumrusiya Azərbaycanlıları Konqresinin nümayəndəsi Manaf Ağayev, müəllimələr: Xalidə Səmədova, Mehriban Abdullayeva və digər çıxış edənlər Afaq Şıxlının yaradıcılığına qiymət verərək onun şeirlərindəki poetik sözə vurğunluqdan, vətən, qürbət mövzusunun incə şair ruhu ilə qələmə alınmasından söz açdılar.

Gecədə Azərbaycanın əməkdar artisti - tarzən Qorxmaz Axundovun rəhbərliyi ilə muğam üçlüyü şairənin qəzəllərini ifa etdilər.
Moskva  Millətlər  evində şairə Afaq Şıxlının yaradıcılıq gecəsi keçirildi
Abbas Alıyev, Orxan Türkoğlunun sazda səsləndirdiyi havalar yaradıcılıq gecəsinin xoş abu-havasına şirin ovqat qatdı.

MDDU-nun rus tələbələrinin Afaq xanımın şeirlərini ana dilimizdə səsləndirmələri, 157 saylı Azərbaycan etno-təmayüllü məktəbin şagirdlərinin hazırladığı kompozisiya, Rusiya Gözəllik və İstedadlar müsabiqəsinin laureatı Higar Zakirovanın skripkada ifası alqışlarla qarşılandı.

Saratovdan gələn qonaq, gənc naşir Ramilə Bəşirzadənin Afaq Şıxlının “Yeddidən biri. Bədii tərcümələr" kitabını çap edərək şairəyə hədiyyə etməsi və rəssam İlhamə Qurbanovanın bir dəstə çiçək yerinə, yağlı boya ilə kətan üzərinə işlədiyi "Gızılgül dəstrəsi" rəsm əsərini ərməğan etməsi isə şairəyə gözlənilməz və xoş bir sürpriz oldu.

Gecədə Azərbaycan mədəniyyətinni və ədəbiyyatının Rusiyada və Türkiyədə təbliğinə və inkişafına töhvə verənlər- 18 Mart Çanaqqala universitetinin professoru, şair Məmməd İsmayıl, şairə Afaq Şıxlı, alim, mühəndis, Saratov “Volqopromstroybezopastnosti” elmi-texniki təhqiqat mərkəzinin rəhbəri Rafail Qəribov və 157 saylı məktəbin metodisti Sevil İsmayılovaya “Şəhriyar” ƏMC-nin diplomu təqdim edildi.

Yaradıcılıq gecəsində Azərbaycanın Rusiyadakı səfirliyinin, ÜAK-ın, “Ocaq” cəmiyyətinin, Azərbaycan Mədəniyyət və Həmrəylik mərkəzinin, AzərRos-un, Azərbaycan Mədəniyətinin İntibahı və İnkişafı fondunun nümayəndələri, Rusiya Yazarlar birliyinin katibi A. Anançev, Yuri Kuznetsovu ana dilimizə, tərcumə edən Xalid Xoca, şairlər: Əşrəf Hüseynli, Yavər Hüseynli, Əliş Əvəz və başqaları iştirak edirdilər.

Tünzalə Vəliqızı
/Yenises.ru/


Şəkillər Abbas Alıyevə məxsusdur.
Moskva  Millətlər  evində şairə Afaq Şıxlının yaradıcılıq gecəsi keçirildi
Moskva  Millətlər  evində şairə Afaq Şıxlının yaradıcılıq gecəsi keçirildi
Moskva  Millətlər  evində şairə Afaq Şıxlının yaradıcılıq gecəsi keçirildi
Moskva  Millətlər  evində şairə Afaq Şıxlının yaradıcılıq gecəsi keçirildi
Moskva  Millətlər  evində şairə Afaq Şıxlının yaradıcılıq gecəsi keçirildi
Moskva  Millətlər  evində şairə Afaq Şıxlının yaradıcılıq gecəsi keçirildi
Moskva  Millətlər  evində şairə Afaq Şıxlının yaradıcılıq gecəsi keçirildi
Moskva  Millətlər  evində şairə Afaq Şıxlının yaradıcılıq gecəsi keçirildi




Baxış: 3139 | Bölmə: Mədəniyyət, slayd1
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru