RUS ALİMLƏRİNİN XARİCİLƏRLƏ ÜNSİYYƏT QAYDALARI SƏRTLƏŞDİRİLİR
Rus ailmləri xarici həmkarlarları ilə elmi mübadilə aparmaq üçün xüsusi icazə almalı və bu prosesdə bütün danışıqlar qeydə alınıb ali təhsil və elm nazirliyinə təqdim edilməlidir. Bir sözlə alimlərin elmi -praktik konfransları, görüşləri tam nəzarətə götürülür.

Rusiya ali təhsil və elm nazirliyi rus elm adamlarının xarici həmkarları ilə əlaqə qaydalarını sərtləşdirən qanun hazırlayır. Sənədin surəti "Trotsk varınatı" ("Trotskiy varinat") qəzetində dərc olunub. Rusiya Elmlər Akademiyası texnika elmləri üzrə doktoru, professor Aleksandr Fradkovun bu əmrlə bağlı açıq etiraz məktubu da adıçəkilən qəzetdə yer alıb.

FACEBOOK  SƏSLI MESAJLARI GİZLİNCƏ DİNLƏYİRMİŞ
Bir həftə əvvələ qədər Facebook audio-faylları dinləyirmiş. Bunun da istifadəçi anlaşmasında razılaşdırıldığını deyib. Yəni istifadəçilərin bilgisi daxilində olduğu deyilir.

Bloomberg agentliyi Facebook kompaniyası istifadəçilərin səsli mesajlarını açmaq üçün buna yüzlərlə muzlu işçi cəlb etdiyi faktını açıqlayıb.

Anonim mənbə bildirib ki, korporasiyanın rəhbərliyi qarşısına səsli mesajların yer və zamanını gizli saxlamaqla audoi-faylların oxunması məsələsini qoyub. İşçilər bunun nəyə lazim olduğunu bilmədən təəccüblə dinləyiblər.
Mariya Zaxarova: Rusiyanın Qarabağın statusu haqqında fikri dəyişməzdir
Rusiya XİN yetkilisi Mariya Zaxarova bu fikri jurnalistlər üçün keçiridiyi bugüngü brifinqdə səsləndirib.

"Bizi Azərbaycan və Ermənistan münaqişə xəttində sakitliyin müşahidə olunması məmnun edir. Bununla yanaşı, tərəflərin müxtəlif yollarla bir-birini ittiham etməsi də narahatçılıq yaradır"-deyə Zaxarova qeyd edib.

Bu cür ritorikalar danışıqlar prosesində əlverişli şərtlərin formalaşdırılmasına və konfliktin həll olunmasında kompromiss variantlar axtarmağa imkan vermir- Rusiya xarici siyasət qurumundan qeyd ediblər.

"Rusiya Dağlıq Qarabağın son statusunun Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməsindən yanadır"-deyə XİN nümayəndəsi göstərib. Onu da əlavə edib ki, rəsmi Moskvanın mövqeyində heç bir dəyişiklik yoxdur.

Xarıtladaq ki, avqustun 7-də Ermənistan baş naziri Nikol Paşinyanın tanınmamış Dağlıq Qarabağ respublikası haqqında "Bura Ermənistandır"-deməsi Azərbaycan tərəfindən qəzəblə qarşılanıb.

Yenises.ru
Sabiq qırğız prezidenti Atambayevin rezidensiyasına basqın davam edir

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin rezidensiyasına basqında yaralananlar Dövlət Milli Təhlükəsizlik komitəsi əməkdaşlarının sayı artır. Almaz Atambayevi tutmaq üçün xüsusi əməliyyatda iştirak edən DTK əmdaşaları arasında yaralananların sayı 27 nəfərə çatdığı haqda RİA Novosti-yə komitənin mətbuat xidmətindən xəbər verilib.
Lukaşenkonun "oyunu" özünə baha başa gələ bilər
Lukaşenkonun Rusiyaya inteqrasiya məsələsini qarşı tərəfə təzyiq vasitəsinə çevirməsinə "Bulba Prestolov" Teleğram kanalı toxunub. Dni.ru iformasiya portalının Telegram kanala istnadən yazdığına görə Belorusiya prezidenti Aleksandr Lukaşenkonun başı üstündə qara buludlar dolaşır. Rusiya rəhbərliyi Batkanın şərtləri ilə inteqrasiyaya razı deyi-deyə ekspertlər xəbərdarlıq ediblər. Onların sözlərinə görə Rusiyada belorus liderinə kimsə güvənmir və onunla ünsiyyətdən qaçırlar.

Son zamanlar Belorusiyada qərbyönlü millətçilik baş qaldırıb-deyə "Bulba Prestolov "Telegram kanalın müəllifləri bildirirlər. Buna görə Rusiya Aleksandr Lukaşenko rejiminin maliyyələşdirilməsinin məqsədəuyğun olduğuna daha çox şübhə edirlər.
Rusiya XİN-dən ABŞ və Almaniyanın 3 avqust aksiyasını işıqlandırmasına   etiraz
RF Xarici işlər nazirliyinin ABŞ və Almaniyaya onların diplomatları və mediasının Rusiyanın daxili işiniə qarışması ilə bağlı rəsmi müracət göndərəcəyini qurumun nümayəndəsi Mariya Zaxarova "Bazar axşamı Vladimir Solovyevla" proqramında açıqlayıb. Bu avqustun 3-də Moskvada keçirilən icazəsiz mitinqin işıqlandırılması ilə əlaqəlidir.

Situasiyanı araşdırmağı xarici işlər nazirliyinin nümayəndəsi Mariya Zaxarova təklif edib.

"Mən düşünürəm ki, ABŞ rəhbərliyi onun diplomatlarının Rusiyanın daxili işinə qarışmalarına təəccüblənəcəklər"-deyə qeyd edib.

RUBRIKA: Belə də olur - SƏYYAR MAĞAR

Axşam aldığım xəbəri kənddən uzaqda yaşayan eloğlu ilə bölüşmək üçün zəng elədim:
--Salam, əmioğlu. Loxəbərlik olmasın, Məmmədəlinin ölümündən xəbərin var?
--Salam. Var, əmioğlu, var.
Moskvadakı icazəsiz mitinqdə 600 nəfər saxlanılıb
DİN-nin paytaxt rəhbərliyindən verilən məlumata görə avqustun 3-də Moskvada keçirilən icazəsiz aksiyada 1500 adam iştirak edib və onlardan 600 nəfərə yaxını saxlanılıb. Bu haqda RİA Novostinin məlumatında deyilir.
Moskvanın mərkəzində yanan binanın söndürülməsində 24 texnika və 2 vertolyotdan istifadə edilib
Bu gün səhər səhər saat 6:18 radələrində Moskvanın mərkəzində- Dubninsk küçəsi ev 41/4 ünvanında olan dördmərtəbəli binada yangın baş verib. Fövqəladə hallar nazirliyindən verilən məlumata görə yanğın 5 min kvadratmetr sahəni əhatə edib. Yanğını n söndürülməsində 80 nəfər yangınsöndürən, 24 texnika, o cümlədən 2 vertolyot iştirak edib. Xilasedicilər yanğının ətrafda yerləşən binalara və eləcəə də yaxınlıqdakı benzindoldurma məntəqəsinə keçməsi təhlükəsinin qarşısını almağa çalışıblar.
[right]Rusiya pasportu alan ukraynalılar sorğuya çəkilirlər
Ukraynanın hərbi prokuroru Anatoli Matios bəyan edib ki, Rusiya pasportu almaq üçün müraciət edən Donetsk və Luqansk vilayətinin sakinləri qurum tərəfindən sorğuya çağırılıb. O, bunu "Radio NV" -yə müsahibəsində söyləyib.

Hərbi prokuror müstəntiqlərin qanun çərçivəsində hərəkət etdiklərini qeyd edib. Matiosun sözlərinə görə hərbi prokurorluq baş verənlər haqqında tam təsəvvürə maikdir və Rusiya pasportu almaq üçün ərizə verən Ukrayna vətəndaşlarının şəxsiyyətini müəyyən etməklə məşğuldur.

ABŞ administrasiyasında Rusiyaya qarşı ikinici sanksiya  paketi hazırlanır
Birləşmiş Ştatlar Skripal işinə görə Rusiyaya qarşı ikinci sanksiya paketi hazırlayır. Bu haqda RİA Novostiyə ABŞ administrasiyasının nümayəndəsi məlumat verib.
Rusiya yığmasının azərbaycanlı oyunçusu Aleksandr Səmədov karyerasını başa  vurdu
35 yaşlı idmançı özünün bu qərarını İnstagram səhifəsindən açıqlayıb.

"Əziz dostllarım, yaxınlarım, azarkeşlərim! Futbolçu kimi özümün idman karyeramı başa vurmağın zamanı gəldi. Uzun illər sizin mənim yanımda olduğunuzu bilərək yaşadım, işlədim, oynadım,arzuladım, planlar qurdum. Sizin mənimlə və Rusiya futbolu ilə qürur duymağınız üçün qələbəyə nail olmağa çalışdım. Mən idmançı, futbolçu və şəxsiyyət kimi yetişmək istədim. Bu arzularım gerçəkləşdi. İstədiyimə çatdım! Mən xoşbəxtəm ki, siz hər zaman mənə inandınız, dəstəklədiz, həyəncanlandınız, irəli getmək, daha böyük uğurlar əldə etmək üçün güc verdiniz!"-deyə futbolçu yazıb.
Sobyanin icazəsiz mitində təxribat ola bilıcəyindən xəbər verib
Sobyanin xəbərdarlıq etdi. Mitinqi təşkil edənlərlər də, oara gələnlər də təxribat törətməyə hazırlaşırlar. Lakin bunun qarşısı alınacaq.

Bu günə təyin olunmuş icazəsiz mitinqində ciddi təxribat baş verəcəyi ehtimalından Moskva meri Sergey Sobyanin özünün Twitter səhifəsindən xəbər verib.


Vüqar Bayramov - Şairin dünyası qız qoxuludu!
Şairin dünyası qız qoxuludu!


Bu yay axşamında bahar havası,
Təbiət bu gecə yaz qoxuludu!
Hamının dilində şirin arzular,
Hamının dodağı söz qoxuludu!

Gözlər intizarda, qəlb həvəsdədi,
Hamı bir arzuda, bir nəfəsdədi.
Qulaqlar həsrətlə xırda səsdədi,
Həsrətin vüsalı naz qoxuludu!

Xəbəri titrətdi küləklər kimi,
Gəldi gecə yarı, mələklər kimi.
Muştuluq həvəsli ürəklər kimi,
Ocaq qoxuludu, köz qoxuludu!

Açıldı cığırım, izim dünyaya,
Qəlbimdən gələni yazım dünyaya.
Bu gecə göz açdı qızım dünyaya,
Şairin dünyası qız qoxuludu!


22.07.2018

Dünya mənim gözümdə bu baxışın boydadı.

Elə şirin baxırsan səddin, çəpərin yoxdur,
Sən elə bir duyğusan ölçün, qədərin yoxdur.
Səninlə gözəlləşib həyat xəbərin yoxdur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Balalar gül doğulur, balalar çiçək olur,
Çirkin körpə görmədim, hamısı göyçək olur.
Bu məsum baxışında arzular gerçək olur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Ömrümün hər saatı, dəqiqəsi, anısan,
Özünü çox sevərsən gözlərimdə tanısan!
Atanın gül qızısan,ürəyisən, canısan,
Dünya mənim gözümdə bu baxışın boydadı.

26.02.2019
Rusiya səfirliyi xəritədə Krımı Ukraynanınkı kimi göstərib
Rusiya səfriliyi Twitter səhifəsindəki paylaşımında Krımı xəritədə Ukrayna ərazisi kimi göstərdi. Ukrayna XİN-i də təşəkkür edərək davamını digər qurumlardan gözləyirik-deyə repost yazdı.

Rusiyanın Böyük Britaniyadakı səfriliyi Twitter səhifəsində Krımı Ukrayna əraizisi kimi göstərib.

Rusların yarısının əmək haqqı 35 min rubldan az imiş
Rosstat-ən məlumatlarına görə, böyük və orta müəssisələrdə işləyən rusların yarısı 34,335 rubldan az gəlir əldə edir. Nisbətən yüksək maaşı olan balıqçılardır.

Peskov Putinlə Zelenski arasındakı  telefon söhbətindən danışdı
Prezident seçilləndə təbrik etmədi, lakin prezident kimi qəbul edib telefonla danışdı. İlk cümləsi "Salam" olub-deyə yazır Rusiya mətbuatı. Salam verməkdə qeyri-adi nə olduğu anlaşılan deyil. Yəni "Alo" deməyibmi? Nə isə ki, prezidentlər arasında olan telefon söhbətini Peskov şərh edib.

Gürcüstan prezidentindən  Putinin sanksiyalara dair sözlərinə reaksiya
Zurabişvili Moskva ilə münasibətləri düzəltməyə hazırdır. Rusiyaya ilımlı mövqeyinin ölkəsində tənqidlə qarşlanacağına gəlincə "Kimsə mənə vətənpərvərlik öyrədə bilməz"-deyib.

Gürcüstan prezidenti Salome Zurabişvili rusiyalı həmkarı Vladimir Putinin Moskvanın Tiflisə qarşı sanksiyalar tətbiq etmək istəmədiyi bəyanatını alqışlayıb. Bu barədə Associated Press-ə müsahibəsində deyib.
Tarix : 22-11-2014, 16:40
Bir yüyrək nağılın dilində - Moskvada Elman Tovuzun yaradıcılıq gecəsi

Bax elə bu sübhün yelinə dönüb,
Uçaydim, bir durna telinə dönüb.
Bir yüyrək nağılın dilinə dönüb,
Kaş durub yanına gələ biləydim!


“Kaş ki...” bir çarəsizlik sonucunda işlənən, boynumuz təəssüf ilməyində sıxışan anda köksümüzdən ötürdüyümüz kəlmənin adıdır. Addırmı, ahdırmı, kim bilir!?

“Kaş ki..., onun dilində edə biləcəyindən daha artığını etməyə can atdığı istəkdir. Onun “Kaş ki...” ilə başlanan cümlələrində şərtlərə doy gəlib əngəlləri aşmağa çağırış var.

“Kaş gələ biləydim” niyyətinin durna səfli söz qatarında, sazın tellərindən havalanıb can yaxan, cana yaxın musiqinin qanadında pərvazlanaraq bir “Elman Tovuz nağılı”nın yüyrək diliylə yanımıza - Moskvaya gəldi o gecə. Moskva da “Sən məni yuxuda çağır bir axşam” çağırışına “Elman Tovuz gecəsi” ilə hay verdi.

O gecə, şairə yuxuların gerçəkliyini yaşatmaq missiyasını üzərinə götürənlərin həm də şair qarşısında imtahan idi, sanki. Məkanın məktəb olması, təşkilatçıların, iştirakçılarin başlanğıcdakı şagird həyəcanına Bakıdan videogörüntü ilə öz gecəsinə qoşulan Elman Tovuz su səpələdi.

Və beləcə, Rusiyadakı Azərbaycan diasporunun nümayəndələrinin, şairlərin, ictimai xadimlərin və KİV nümayəndələrinin iştirak etdiyi, şair Elman Tovuzun yaradıcılıq gecəsi Moskvada 157 saylı Azərbaycan etno-təmayüllü məktəbdən Bakıyacan yol aldı.

Gecədə əvvəl Elman Tovuzun həyat və yaradıcılığının qısa bir dönəmini əks etdirən vidoçarx göstərildi.

Təbdirin bütün ağırılığını və məsuliyyətini çiyninə götürən, gecənin təşəbbüskarlarından və təşkilatçılarından biri olan - məktəbin metodisti Sevil İsmayılova gecəni açaraq Elman Tovuz poesiyası işığına toplaşanları salamladı. Bu gecənin hazırlığından və onun həyəcanından danışaraq Elman müəllimə xoş istəklərini çatdırdı.

Gecənin aparıcısı şairə Afaq Şıxlı, Elman Tovuz yaradıcılığından qisa söz açaraq, onun gözəl şair olması ilə bərabər, başqalarına müyəssər olmayan bir çöx müsbət xüsusiyyətlərindən danışdı:
“Şair, jurnalist, saz ifaçısı, riyaziyyatçı, inşaatçı... və ən başlıcası isə dəyanətli insan, gözəl dost! Nə qədər adam özündə bu keyfiyyətləri daşıya bilər?! Elman Tovuz bütün bu sənətləri və, üstəlik də, insanlığa layiq gözəl keyfiyyətlərin cəmini özündə yaşadan, yaşayan nadir insanlardandır! Mən onun qədər səmimi, sədaqətli, mərhəmətli, özgə dərdinə özününkündən artıq yanan ikinci birinə rast gəlmədim”- dedi.

Elman Tovuzun yaradıcılıq gecəsində bu sözlərlə Moskvadakı Kərim Kərimov adına 157 saylı məktəbin direktoru Elmira İsmayılova çıxış edərək, gecənin təşkilatçıları Sevil İsmayılovaya və şairə Afaq xanıma onu Elman Tovuzla tanış etdiyinə görə təşəkkür etdi:
“Elman Tovuz və onun yaraıcılığı ilə bu gün, elə bu gecədə ilk dəfədir tanış oluram. Və gec tanıdığım üçün təəssüfümü də qeyd etmək istəyirəm. Həmyerlimə həsr olunmuş gecəyə məhz məktəbimizin qucaq açmasının ikiqat xoşbəxtliyni, həyəcanını yaşayıram”.

Videobağlantı ilə görüşə qoşulan Elman Tovuzun ekrandan görünməsinə salondan alqış sədaları gəldi. Və gecənin xoş ovqatını dəyişdi.

“Moskvada soyuq diyarda, kiçik bir Azərbaycan qurub, o ocaq başında toplaşmısınız. Bu gün oradan bura həmin istiliyi hiss etdirəm, hiss etdirirsiniz mənə” - sözləriylə bu görüşü təşkil edənləri, iştirakçıları salamlayan Elman Tovuz, "ən cüzi zəhməti keçən hər bir kəsə minnətdarlığımı bildirirəm” -dedi.

Elman Tovuzun hər zaman qonaqlı-qaralı olan evində, Moskvadan getmiş “Dərviş” teatrının aktyoru Şirzad Pirallahi də ekranda göründü. Şairin yaradıcılıq gecəsində yanında olan aktyorumuz, bir gözəl hekayətdən doğub yaranmış “Məktub” şeirini oxumazdan əvvəl, "O əhvalatı Elman müəllimin dilindən eşidək", - deyərək gecəyə qatıldı.

Gecə bir çox yenilklərə, sürprizlərə imza atdı. Afaq Şıxlının Elman Tovuzun sözlərinə bəstələdiyi “Gülüm” mahnısı, əməkdar tarzən Qorxmaz Axundovun müşayəti ilə, Zəhra Salmanlının ifasında alqışlarla qarşılandı.

"Şəhriyar" ƏMC-nin üzvü Abbas Alıyev də sazı sinəsinə basıb aşıq havası ilə iştirakçıları və Elman müəllimi xəyalların ağuşuna alıb doğma yurda götürdü.

Gecəyə daha bir ərməğanı gənc şairə, jurnalist Nilufər Şıxlıdan təqdim etdi. Nilufər:
“Elə insanlar var ki, biz onları sevirik, elələri də var ki, bizi çox sevirlər. Bəzən bu istəklər kəsişməyə bilir. Amma bəzən isə, qeyri-şərtsiz sevirik və sevilirik. Elman əmi mənim üçün o doğmalardandır, mən onu çox istəyirəm. Və onun da məni çox istədiyinə inanıram, elədirmi, Elman əmi?! –sualıyla şairə üz tutdu. Sonra isə Nilufər Şıxlı, Elman Tovuza maraqlı bir sürpriz edərək, onun "Yaxin gəlmə, uzaq durma" şeirini rus dilinə tərcümə etdiyini bildirib həmin şeiri oxudu.

“Şəhriyar ” fondunun sədri Nüsrəddin Məmmədov, Azəri-Rus mədəniyyəti və həmrəyliyi mərkəzinin rəhbəri Mehman Şükürov və gözəl qiraət ustası, ədəbiyyat müəlliməsi Xalidə Səmədova Elman Tovuza xoş ürək sözlərini çatdıraraq, onun şeirlərindən söylədilər.

Qoxmaz Axundovun tarda müşaiyəti ilə Zahir Balaşovun Elman Tovuzun "Bu gecə" qəzəlini “Mahur təsnifi”ndə ifa etməsi, məktəb şagirdlərinin hazırladığı şeir kopmozisiyaları, rəqs nömrəsi, Afaq Şıxlı və Qorxmaz Axundov duetinin – həzin tar səsi və şairədən bir şeir nümunəsi qoşalığı da gecənin yaddaqalan məqamlarından oldu.

Oxunan şeirlərin, edilən çıxışların təsiri altında, hamı ədəbiyyatın, sözün və o sözü sevgiylə, səmimiyyətlə, başqdan-başa şəfqət, mərhəmət, insana, insanlığa sevgi aşılayan hissə vasitə edib işlədən Elman Tovuzun xoş aurasında sehrlənmişdi.

Gecə boyu bu təsirdən kövrələn məktəb direktoru Elmira İsmayılova son söz olaraq: “Məişət qayğılarıyla yükləndiyimiz, yorğun və hər şeydən qıcılandığımız bir zamanda bəzən başqalarnın problemlərinin yanından etinasız keçirik. Ta ki, o problemləri özümüz yaşayana kimi. Bax o zaman insanların təmənnasız yardımına, mərhəmətinə, şəfqətinə ehtiyac duyuruq. Bütün bu sadaladıqlarımı həyat vərdişinə çevirmək hər kəsə bəxş olunan hünər deyil. Elman Tovuzun şeirlərində bunu gördüm, bunu hiss etdirdi. Bu gecə o möcüzəni yaşatdı. Bir anlıq bütün problemləri unutdurdu. “Sevgiylə, mərhəmətlə yanaşanda dünya daha gözəl olar”-ı bizə göstərdi”, - dedi.

Elman Tovuz da öz növbəsində ona yaşadılan bu gecə üçün hər kəsə adbaad minnətdarlığını bildirərək, onun şeirlərini belə hərarət lə söyləyən balaları bağrına basıb öpdüyünü söylədi.

Bu unudulmaz gecə, Azərbaycan mətbəxi şirniyyatları ilə zəngin çay süfrəsi arxasında, beləcə də sazlı-sözlü davam etdi.



Tünzalə Vəliqızı
Moskva, 21.11.2014

.
Bir yüyrək nağılın dilində - Moskvada Elman Tovuzun yaradıcılıq gecəsi
Bir yüyrək nağılın dilində - Moskvada Elman Tovuzun yaradıcılıq gecəsi
Bir yüyrək nağılın dilində - Moskvada Elman Tovuzun yaradıcılıq gecəsi




Baxış: 1304 | Bölmə: Mədəniyyət, slayd1
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru