RUS ALİMLƏRİNİN XARİCİLƏRLƏ ÜNSİYYƏT QAYDALARI SƏRTLƏŞDİRİLİR
Rus ailmləri xarici həmkarlarları ilə elmi mübadilə aparmaq üçün xüsusi icazə almalı və bu prosesdə bütün danışıqlar qeydə alınıb ali təhsil və elm nazirliyinə təqdim edilməlidir. Bir sözlə alimlərin elmi -praktik konfransları, görüşləri tam nəzarətə götürülür.

Rusiya ali təhsil və elm nazirliyi rus elm adamlarının xarici həmkarları ilə əlaqə qaydalarını sərtləşdirən qanun hazırlayır. Sənədin surəti "Trotsk varınatı" ("Trotskiy varinat") qəzetində dərc olunub. Rusiya Elmlər Akademiyası texnika elmləri üzrə doktoru, professor Aleksandr Fradkovun bu əmrlə bağlı açıq etiraz məktubu da adıçəkilən qəzetdə yer alıb.

FACEBOOK  SƏSLI MESAJLARI GİZLİNCƏ DİNLƏYİRMİŞ
Bir həftə əvvələ qədər Facebook audio-faylları dinləyirmiş. Bunun da istifadəçi anlaşmasında razılaşdırıldığını deyib. Yəni istifadəçilərin bilgisi daxilində olduğu deyilir.

Bloomberg agentliyi Facebook kompaniyası istifadəçilərin səsli mesajlarını açmaq üçün buna yüzlərlə muzlu işçi cəlb etdiyi faktını açıqlayıb.

Anonim mənbə bildirib ki, korporasiyanın rəhbərliyi qarşısına səsli mesajların yer və zamanını gizli saxlamaqla audoi-faylların oxunması məsələsini qoyub. İşçilər bunun nəyə lazim olduğunu bilmədən təəccüblə dinləyiblər.
Mariya Zaxarova: Rusiyanın Qarabağın statusu haqqında fikri dəyişməzdir
Rusiya XİN yetkilisi Mariya Zaxarova bu fikri jurnalistlər üçün keçiridiyi bugüngü brifinqdə səsləndirib.

"Bizi Azərbaycan və Ermənistan münaqişə xəttində sakitliyin müşahidə olunması məmnun edir. Bununla yanaşı, tərəflərin müxtəlif yollarla bir-birini ittiham etməsi də narahatçılıq yaradır"-deyə Zaxarova qeyd edib.

Bu cür ritorikalar danışıqlar prosesində əlverişli şərtlərin formalaşdırılmasına və konfliktin həll olunmasında kompromiss variantlar axtarmağa imkan vermir- Rusiya xarici siyasət qurumundan qeyd ediblər.

"Rusiya Dağlıq Qarabağın son statusunun Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməsindən yanadır"-deyə XİN nümayəndəsi göstərib. Onu da əlavə edib ki, rəsmi Moskvanın mövqeyində heç bir dəyişiklik yoxdur.

Xarıtladaq ki, avqustun 7-də Ermənistan baş naziri Nikol Paşinyanın tanınmamış Dağlıq Qarabağ respublikası haqqında "Bura Ermənistandır"-deməsi Azərbaycan tərəfindən qəzəblə qarşılanıb.

Yenises.ru
Sabiq qırğız prezidenti Atambayevin rezidensiyasına basqın davam edir

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin rezidensiyasına basqında yaralananlar Dövlət Milli Təhlükəsizlik komitəsi əməkdaşlarının sayı artır. Almaz Atambayevi tutmaq üçün xüsusi əməliyyatda iştirak edən DTK əmdaşaları arasında yaralananların sayı 27 nəfərə çatdığı haqda RİA Novosti-yə komitənin mətbuat xidmətindən xəbər verilib.
Lukaşenkonun "oyunu" özünə baha başa gələ bilər
Lukaşenkonun Rusiyaya inteqrasiya məsələsini qarşı tərəfə təzyiq vasitəsinə çevirməsinə "Bulba Prestolov" Teleğram kanalı toxunub. Dni.ru iformasiya portalının Telegram kanala istnadən yazdığına görə Belorusiya prezidenti Aleksandr Lukaşenkonun başı üstündə qara buludlar dolaşır. Rusiya rəhbərliyi Batkanın şərtləri ilə inteqrasiyaya razı deyi-deyə ekspertlər xəbərdarlıq ediblər. Onların sözlərinə görə Rusiyada belorus liderinə kimsə güvənmir və onunla ünsiyyətdən qaçırlar.

Son zamanlar Belorusiyada qərbyönlü millətçilik baş qaldırıb-deyə "Bulba Prestolov "Telegram kanalın müəllifləri bildirirlər. Buna görə Rusiya Aleksandr Lukaşenko rejiminin maliyyələşdirilməsinin məqsədəuyğun olduğuna daha çox şübhə edirlər.
Rusiya XİN-dən ABŞ və Almaniyanın 3 avqust aksiyasını işıqlandırmasına   etiraz
RF Xarici işlər nazirliyinin ABŞ və Almaniyaya onların diplomatları və mediasının Rusiyanın daxili işiniə qarışması ilə bağlı rəsmi müracət göndərəcəyini qurumun nümayəndəsi Mariya Zaxarova "Bazar axşamı Vladimir Solovyevla" proqramında açıqlayıb. Bu avqustun 3-də Moskvada keçirilən icazəsiz mitinqin işıqlandırılması ilə əlaqəlidir.

Situasiyanı araşdırmağı xarici işlər nazirliyinin nümayəndəsi Mariya Zaxarova təklif edib.

"Mən düşünürəm ki, ABŞ rəhbərliyi onun diplomatlarının Rusiyanın daxili işinə qarışmalarına təəccüblənəcəklər"-deyə qeyd edib.

RUBRIKA: Belə də olur - SƏYYAR MAĞAR

Axşam aldığım xəbəri kənddən uzaqda yaşayan eloğlu ilə bölüşmək üçün zəng elədim:
--Salam, əmioğlu. Loxəbərlik olmasın, Məmmədəlinin ölümündən xəbərin var?
--Salam. Var, əmioğlu, var.
Moskvadakı icazəsiz mitinqdə 600 nəfər saxlanılıb
DİN-nin paytaxt rəhbərliyindən verilən məlumata görə avqustun 3-də Moskvada keçirilən icazəsiz aksiyada 1500 adam iştirak edib və onlardan 600 nəfərə yaxını saxlanılıb. Bu haqda RİA Novostinin məlumatında deyilir.
Moskvanın mərkəzində yanan binanın söndürülməsində 24 texnika və 2 vertolyotdan istifadə edilib
Bu gün səhər səhər saat 6:18 radələrində Moskvanın mərkəzində- Dubninsk küçəsi ev 41/4 ünvanında olan dördmərtəbəli binada yangın baş verib. Fövqəladə hallar nazirliyindən verilən məlumata görə yanğın 5 min kvadratmetr sahəni əhatə edib. Yanğını n söndürülməsində 80 nəfər yangınsöndürən, 24 texnika, o cümlədən 2 vertolyot iştirak edib. Xilasedicilər yanğının ətrafda yerləşən binalara və eləcəə də yaxınlıqdakı benzindoldurma məntəqəsinə keçməsi təhlükəsinin qarşısını almağa çalışıblar.
[right]Rusiya pasportu alan ukraynalılar sorğuya çəkilirlər
Ukraynanın hərbi prokuroru Anatoli Matios bəyan edib ki, Rusiya pasportu almaq üçün müraciət edən Donetsk və Luqansk vilayətinin sakinləri qurum tərəfindən sorğuya çağırılıb. O, bunu "Radio NV" -yə müsahibəsində söyləyib.

Hərbi prokuror müstəntiqlərin qanun çərçivəsində hərəkət etdiklərini qeyd edib. Matiosun sözlərinə görə hərbi prokurorluq baş verənlər haqqında tam təsəvvürə maikdir və Rusiya pasportu almaq üçün ərizə verən Ukrayna vətəndaşlarının şəxsiyyətini müəyyən etməklə məşğuldur.

ABŞ administrasiyasında Rusiyaya qarşı ikinici sanksiya  paketi hazırlanır
Birləşmiş Ştatlar Skripal işinə görə Rusiyaya qarşı ikinci sanksiya paketi hazırlayır. Bu haqda RİA Novostiyə ABŞ administrasiyasının nümayəndəsi məlumat verib.
Rusiya yığmasının azərbaycanlı oyunçusu Aleksandr Səmədov karyerasını başa  vurdu
35 yaşlı idmançı özünün bu qərarını İnstagram səhifəsindən açıqlayıb.

"Əziz dostllarım, yaxınlarım, azarkeşlərim! Futbolçu kimi özümün idman karyeramı başa vurmağın zamanı gəldi. Uzun illər sizin mənim yanımda olduğunuzu bilərək yaşadım, işlədim, oynadım,arzuladım, planlar qurdum. Sizin mənimlə və Rusiya futbolu ilə qürur duymağınız üçün qələbəyə nail olmağa çalışdım. Mən idmançı, futbolçu və şəxsiyyət kimi yetişmək istədim. Bu arzularım gerçəkləşdi. İstədiyimə çatdım! Mən xoşbəxtəm ki, siz hər zaman mənə inandınız, dəstəklədiz, həyəncanlandınız, irəli getmək, daha böyük uğurlar əldə etmək üçün güc verdiniz!"-deyə futbolçu yazıb.
Sobyanin icazəsiz mitində təxribat ola bilıcəyindən xəbər verib
Sobyanin xəbərdarlıq etdi. Mitinqi təşkil edənlərlər də, oara gələnlər də təxribat törətməyə hazırlaşırlar. Lakin bunun qarşısı alınacaq.

Bu günə təyin olunmuş icazəsiz mitinqində ciddi təxribat baş verəcəyi ehtimalından Moskva meri Sergey Sobyanin özünün Twitter səhifəsindən xəbər verib.


Vüqar Bayramov - Şairin dünyası qız qoxuludu!
Şairin dünyası qız qoxuludu!


Bu yay axşamında bahar havası,
Təbiət bu gecə yaz qoxuludu!
Hamının dilində şirin arzular,
Hamının dodağı söz qoxuludu!

Gözlər intizarda, qəlb həvəsdədi,
Hamı bir arzuda, bir nəfəsdədi.
Qulaqlar həsrətlə xırda səsdədi,
Həsrətin vüsalı naz qoxuludu!

Xəbəri titrətdi küləklər kimi,
Gəldi gecə yarı, mələklər kimi.
Muştuluq həvəsli ürəklər kimi,
Ocaq qoxuludu, köz qoxuludu!

Açıldı cığırım, izim dünyaya,
Qəlbimdən gələni yazım dünyaya.
Bu gecə göz açdı qızım dünyaya,
Şairin dünyası qız qoxuludu!


22.07.2018

Dünya mənim gözümdə bu baxışın boydadı.

Elə şirin baxırsan səddin, çəpərin yoxdur,
Sən elə bir duyğusan ölçün, qədərin yoxdur.
Səninlə gözəlləşib həyat xəbərin yoxdur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Balalar gül doğulur, balalar çiçək olur,
Çirkin körpə görmədim, hamısı göyçək olur.
Bu məsum baxışında arzular gerçək olur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Ömrümün hər saatı, dəqiqəsi, anısan,
Özünü çox sevərsən gözlərimdə tanısan!
Atanın gül qızısan,ürəyisən, canısan,
Dünya mənim gözümdə bu baxışın boydadı.

26.02.2019
Rusiya səfirliyi xəritədə Krımı Ukraynanınkı kimi göstərib
Rusiya səfriliyi Twitter səhifəsindəki paylaşımında Krımı xəritədə Ukrayna ərazisi kimi göstərdi. Ukrayna XİN-i də təşəkkür edərək davamını digər qurumlardan gözləyirik-deyə repost yazdı.

Rusiyanın Böyük Britaniyadakı səfriliyi Twitter səhifəsində Krımı Ukrayna əraizisi kimi göstərib.

Rusların yarısının əmək haqqı 35 min rubldan az imiş
Rosstat-ən məlumatlarına görə, böyük və orta müəssisələrdə işləyən rusların yarısı 34,335 rubldan az gəlir əldə edir. Nisbətən yüksək maaşı olan balıqçılardır.

Peskov Putinlə Zelenski arasındakı  telefon söhbətindən danışdı
Prezident seçilləndə təbrik etmədi, lakin prezident kimi qəbul edib telefonla danışdı. İlk cümləsi "Salam" olub-deyə yazır Rusiya mətbuatı. Salam verməkdə qeyri-adi nə olduğu anlaşılan deyil. Yəni "Alo" deməyibmi? Nə isə ki, prezidentlər arasında olan telefon söhbətini Peskov şərh edib.

Gürcüstan prezidentindən  Putinin sanksiyalara dair sözlərinə reaksiya
Zurabişvili Moskva ilə münasibətləri düzəltməyə hazırdır. Rusiyaya ilımlı mövqeyinin ölkəsində tənqidlə qarşlanacağına gəlincə "Kimsə mənə vətənpərvərlik öyrədə bilməz"-deyib.

Gürcüstan prezidenti Salome Zurabişvili rusiyalı həmkarı Vladimir Putinin Moskvanın Tiflisə qarşı sanksiyalar tətbiq etmək istəmədiyi bəyanatını alqışlayıb. Bu barədə Associated Press-ə müsahibəsində deyib.
Tarix : 30-01-2016, 01:35
Dağ sevdalı, dağ nisgilli şair üçün səmimiyyət abidəsi
Yazıçı-publisist Vəliyəddin Misiroğluya açıq məktub

Nəsib NƏBİOĞLU

Çox hörmətli Vəliyəddin müəllim!

Bu günlərdə sizin mənə ünvanladığınız, xalqımızın sevimli şairi mərhum Məmməd Aslanın həyatına və yaradıcılığına həsr etdiyiniz "Misrası qala bürcü olanın nə dərdi" və "Gözümə Kəlbəcər torpağı tökün. Pıçıltısından tanınan şair haqqında" məqalələrinizi oxudum. Məqalələr mənə müsbət təsir bağışladı və təkrar-təkrar oxudum, sizə deyəcəyim sözümü mətbuat vasitəsiylə demək qənaətinə gəldim. Hamımıza məlumdur ki, Azərbaycanın tanınmış şair və yazıçıları M.Aslanın həyatından, ömür yolundan, yaradıcılığından çox sayda məqalə yazıblar, bənzərsiz şairimizə yüzlərlə şeir həsr ediblər. Mən də yazmışam. Sevindirici haldır ki, sizin yazdığınız məqalələr tamamilə fərqlənir və oxucuda bambaşqa, yüksək əhval-ruhiyyə yaradır. Bu məqalələr sanballı olmaqla bərabər, oxunaqlı, ciddiliklə yanaşı, səmimidir.

Əslində, bu iki məqalə sizin bütöv yaradıcılığınızdan xəbər verir və sizin haqqınızda söz deməyə bəs edir.

Məqalənin biri M.Aslanın sağlığında, biri isə şair haqq dünyasına qovuşduqdan sonra yazılıb. Bu məqalələr bir-birini tamamlayır, oxucuya daha dolğun təəssürat bağışlayır.

Bəri başdan onu da deyim ki, mən sizi bir ictimai xadim kimi tanıyırdım, Sovet dönəmində Kəlbəcər rayon komsomolunun katibi və digər məsul vəzifələrdə olduğunuzu da bilirdim. Mən o vaxtlardan, orta məktəb illərimdən sizi uzaqdan-uzağa bacarıqlı, ləyaqətli, bir yurdsevər Kəlbəcər ziyalısı kimi tanıyıb yadda saxlamışam. Amma təvazökarlığınızdan, bədii ədəbiyyatla, publisistikayla da məşğul olduğunuzu bir dəfə də olsun dilinizə gətirməmisiniz. Sonralar öyrəndim ki, Vəliyəddin Misiroğlu bir çox sənət, söz adamlarına həsr olunmuş dəyərli məqalələrin və esselərin müəllifidir. Gözəl şeirlər də yazırsınız. Yazılarınızı oxuyanda dilinizin səlistliyi, təmizliyi məni heyran elədi. Bu da sizin xalqın içərisindən çıxmağınızdan, uzun illər xalqla təmasda olmağınızdan və mütaliənizdən irəli gəlir.

Məqalələrinizi oxuyanda hiss edirsən ki, müəllif - V. Misiroğlu M.Aslanı hər zaman bütöv şəxsiyyət, yaxşı insan, səmimi dost kimi qəbul edib, onun poetik istedadına, bənzərsiz yaradıcılığına da böyük hörmət, rəğbət bəsləyib.

M. Aslanın şeirlərini təhlil etməklə yanaşı, siz şairin parlaq obrazını yaratmısınız. Dağlarımızın gözəlliyini, qüdrətini füsunkar gözəllik abidəsi olan Kəlbəcərimizi məhəbbətlə tərənnüm etmisiniz. Bu yazıları oxuyanda mən özüm də kövrək duyğular yaşadım. Elə bilirəm ki, sizin M. Aslan poeziyasına olan əbədi sevginiz Kəlbəcərə olan məhəbbətinizdən, şairin şeirlərindəki doğma hisslərə bağlılığınızdan gəlir.

Məlumdur ki, dağlar bir şair kimi M.Aslanın ümid yeri, pənah apardığı müqəddəs varlıq idi. Onu bir şair kimi yaşadan, ona ilham, qol-qanad verən, ruhunu pərvazlandıran, həm də şəxsiyyətini formalaşdıran, həyatda, cəmiyyətdə yararlı insan edən dağların müstəsna təsiri idi. Odur ki, M.Aslanın yaradıcılığını dağlarsız təsəvvür etmək mümkün deyil. Təbii, siz uzun illər şairlə təmasda olmusunuz və bu da xatirələrinizdə öz əksini tapıb. M. Aslan şeirlərinin bənzərsizliyi, özünəməxsus deyim tərzi, yeni tapıntıları, şeirinin vacib olan keyfiyyətlərinin heç biri nəzərinizdən qaçmayıb.
Dağ sevdalı, dağ nisgilli şair üçün səmimiyyət abidəsi

Müxtəlif dövrlərdə, lap elə bizim dövrümüzdə də bəzən yazıçılar, ümumiyyətlə, qələm sahibləri kiməsə pərəstiş ediblər, hardasa bəhrələnmək istəyənlər də olub. Amma siz M. Aslan şeirini sevə-sevə təhlil edərkən, onu bütləşdirməkdən, heykəlləşdirməkdən yan keçib, dəyərini olduğu kimi verirsiniz. Məsələn, M. Aslanın dağlara vurğunluğunu, dağların özü boyda sevgisini, onun dağlarla bağlı nisgilini belə ifadə edirsiniz:
"Gör sənin nə boyda tükənməz sərvətin vardır, a Məmməd! Bu qədər xəzinəni, dəfinəni, yatarı köksün altdamı, Laçın qayadamı gizlətmişdin, yoxsa Murovda, Dəlidağda?! Bəlkə onun üçün Dəlidağa baxıb kövrəlmisən?

Ömür keçir, yaxınlaşan sıram var,
Bir kövrəl ki, mənim ciyərparam var!
Aç qolunu bas bağrına, yaram var,
Kimim var ki, səndən yaxın, Dəlidağ".

Məqalənin mənim ruhumu oynadan, mənə rahatlıq verməyən bir parçasını olduğu kimi oxucuların nəzərinə çatdırıram. Çünki sizin cümlələriniz M. Aslanın misralarıyla bir-birini tamamlayır, onlar sıx vəhdətdədir:

"Şeirlərində deyildiyi kimi, bəlkə də o dağların zirvəsinə ildırımlar onun üçün çaxırmış. Qamçısı şimşək olan ildırımlar o dağlara işıq salıb Məmmədi axtarırmış ki, dəfinəni üzə çıxartsın.

Bitib-tükənmədi dünyanın cəngi,
Əsrarlı göylərə dağlar üzəngi!
Başına ildırım şığıyar, çünki
Duyub ki, yatar var o dağın altda.


İndi bildik ki, yəhərli köhlənin üzəngisi olduğu kimi göylərin də üzəngisi varmış. O da ki, biz qoynunda böyüdüyümüz dağlar imiş... Ona görə də sən dağları yetim sayanları, onu boynubükük kimi təsəvvür edənləri qınayırsan:

Dağlar zirvələrin övladlarıdı,
Sən yetim deyirsən niyə dağlara?!
Dağların dərdi var özündən böyük,
Kimdi gedib duran yiyə dağlara.


Yenə dağlara özün yiyə durursan. Həmişə gözəlin başında qeylü-qal olar... "Gözəllik təhlükəlidir, deyiblər"...
Ona görə də sən dağları çevrəsində halə olan mələyə bənzədib, onu qoruyursan... yad gözdən, yad nəfəsdən. Düşmürsən zirvələrdən, keşik çəkirsən:

Bir mələk ki, çevrəsində halə var,
O Leyli gözələ Məcnun hələ var!
Eşitsəniz zirvələrdə nalə var,
Məmməddir, yandırıb-yaxır dağları".


Bu məqalədə dilimizdə çox az işlənən sözlərə rast gəldim. Ümumiyyətlə, danışıqda az yer verilən sözləri uğurla işlədirsiniz. Zərb məsəllərlə, atalar sözləriylə yazı dilinizi zənginləşdirir və bu da yazının təsirini artırır, daha da oxunaqlı edir. Kiçik bir abzası xatırladıram: "Məmmədin misraları, "suyu sovulmuş dəyirman" kimi lal dayanmır. Çax-çaxlı dəyirman kimi şaqqıldayır, təvərədən çıxmır, haray çəkir, üyüdür-tökür, tişəkdən düşmür. Onun misraları ağırlığı göndərilmiş "dəyə" kimi boş görünmür, alaçığın söz "çöysü"sü - dirəyi var, çökmür. Həmişə "muxuru" alaçıq kimi dolu və zəngin görünür".

Yaxud, az işlənən sözlərin sıralandığı bu cümlələrdə necə misilsiz kolorit var: "O, "ömrünə qadağa qoyar, dilinə qadağa qoymazdı". Sözü yerində deməyi bacarırdı. Ucuz pilləyə çatmaq üçün heç vaxt iməkləməyib.

Onun yəhərə qançığa, xurcuna gözək, dükcəyə qulaqça olanlardan heç vaxt xoşu gəlməyib. Ortada tesi kimi fırlanmaqdansa, küncdə buxarı kimi yanmağı üstün tutub. Nə olubsa, özü olub, nə yazıbsa, özünün yatımlı dili ilə yazıb. Çeynənilmiş qafiyə, çiy söz işlətməkdən qaçıb, boyat fikir söyləməyib. Rəvan tələffüzü, şirin deyimi ilə həmişə diqqəti cəlb edib!"

Son vaxtlar, daha doğrusu, Sovetlər Birliyinin süqutundan sonra bizim telekanallardakı əməkdaşların əksəriyyəti dilimizi korlayırlar, onu bərbad halda işlədirlər. Bəzi "sənətçilərin" yarıçılpaq səhnəyə, ekrana çıxması və ədəbsizlik nümayiş etdirməsi bir yana qalsın, hələ dilimizi də eybəcər şəklə salırlar. Şükürlər olsun ki, siz və dilimizə dəyər verən başqa bir sıra qələm sahibləri Azərbaycan dilinin gözəlliyini qoruyur, onun zənginləşməsi üçün əlinizdən gələni edirsiniz.

Vəliyəddin müəllim, əziz qələmdaşım! Sizə cansağlığı arzulayıram, uğurlar diləyirəm! Qələminiz daima iti, sözünüz həmişə kəsərli olsun! Kəlbəcərdə görüşmək ümidiylə!

Moskva, 26 yanvar 2016.




Baxış: 983 | Bölmə: Mədəniyyət, slayd4
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru