YAD ET MƏNİ..
Vəqta ki, keçər bu leyli-zülmət,
İşraq edər əxtəri-həqiqət,
Elm ilə ziyalanar bu millət,
Qalxar bu təəssübü cəhalət,
Surət hamı ruh olar, məani,
Aləm hamı eşq olar, məhəbbət,
Ey dərk edən ol gözəl zəmani,
Qıllam sənə iştə bir vəsiyyət!
Yad et məni, qaibanə yad et!


Abbas Səhhət
ELEGİYA
Ömür gün yoldaşım Fatma xanımın əziz xatirəsinə ithaf edirəm


Nurlana Həşimovanın hekayəsi əsasında Ruhəngiz Hacıyevanın ssenariləşdirdiyi “Qaşıq” filmində hadisələr Azərbaycanın bir kəndində cərəyan edir. Filmin quruluşçu rejissoru Müşfiq Balayevdir.

Bu gündən dünənə uzanan keçmişin bir parçası əks olunan “Qaşıq” adlı qısametrajli bədii filmdə müharibə adlı kabusun insanları bir qaşıq ümidə həsrət qoyduğundan söz açılır.

“Neçə illər ötüb gərəsən, amma sən o qaşıq səslərini unuda bilmirsən...” - Sonda filmin qəhrəmanı Musanın dilindən səslənən bu ifadə ilə müəllif səni başlanğıca götürür. Mənə elə gəlir ki, “Qaşıq” filminin kilid nöqtəsinə açarı burada axtarmaq lazımdır.

Müharibənin üstündən əsrin 3-də biri qədər zaman keçib. Amma onun yaşatdığı vəhşət hələ də yuxularda bizi təqib edir, yaxamızı buraxmır...


Alman façizminə, rasizmə qarşı birgə savaşdığımız müharibənin çoxmillətli sövet ailələrində açdığı yaralar hələ də qapanmayıb. Lakin birgə-bərabərliyin hökm sürdüyü sovet cəmiyyətində -iki uşağın timsalında müəllif bu bərabərliyi pozur. Buna misal ilk baxışdan gözə çarpan uşaqların birinin arıq və digərinin kök olmasıdır. Və ocağında xaşıl bişən ananın “yeməyini yeməyə gəl” çağırışı ilə digər ananın buna susması həmin fikri təsdiqləyir. Müəllifin tamaşaçıya verdiyi mesaj budur.

Qaşıq. Bir evdə-həm də xaşıl olan evdə qaşığın olmaması inandırıcı deyil. Fikrimcə müəllif bilərəkdən tamaşaçının diqqətini istər-istəməz qaşığı bəhanə edib Musaya xaşıl vermək istəməyən Məsmə xalaya yönəldir..

Bəli. Müharibədə hər kəs – necə deyərlər süddən çıxan ağ qaşıq olmayıb. Aralarında Məsmə kimiləri də vardı-deyə razılaşmaq istəsən də...

Burda məntiq pozulur, məncə. Azərbaycan qadını, anasının, daha da irəli getsək, bir tikə loxmasını qonşusuyla, dostu ilə bölməyə tərəddüd etməyən bizi-mənəvi dəyərlərimizi ağır töhmət altında buraxmağa müəllifi vadar edın nədir? Nə demək istəyir?

Azərbaycanlı olaraq müharibənin kimsəsiz buraxdığı başqa millətlərin uşaqlarına sahib çıxan analarımıza qarşı - Məsmənin qoyulması hiddət doğurandır. Yenə beynini bir müəmma qurcalayır. Əcəba Məsmə bizimki deyilmi?

Filmin rejissor isə işi o dövrü əks etdirməsi baxımından uğurlu alınıb. Bizə sovet kinomotoqrafiya məktəbini xatırladır. Rüstəm İbrahimbəyov, Rasim Ocaqov məktəbinin izi görünür. Təbii ki, Gəncə məktəbinin Adil İsgəndərov, Mehdi Məmmədov, Əllədin Abbasov kimi kino karifeylərini də xatırlamaq yerinə düşəndir.

Filmin rejissoru Müşfiq Balayevin bir müddət Rusiyada fəaliyyətini də nəzərə alsaq bu professionallığı naxışlayan cizgilər aydın olur.

Azərbaycanın qərb paytaxtı Gəncə yaxınlığında bir kənd, yay fəsli , bir tərəf daşlıq, digəri saralmış susuz zəmi və tənha uşaq-remarkaya söz yox. Müharibənin yaşatdıqlarını təzadlarla əks etdirən kadrlar sanki sözü sıxışdırır, “səssiz film” təəssüratı yaradır. Personajları dilləndirmədən televiziyanın səsini qısıb filmə səssiz baxsan bir şey qaşırmazsan. Personajlar arasında keçən dialoqları təxmin edə, onların yerinə danışa bilərsən. Yəni bu qədər, amma bəsit deyil.

Olmuş həyat hekayəsi əsasında çəkilən filmdə bütöv bir tarixə baxış, bir nəslin faciəsi yaşanır. Bu əslində obyektivin kiçik pəncərəsindən geniş dünyaya açılmaq istəyinin haqqını verib- deməkdir.

Ssenari qısa mətnində müharibə leksikonu üçün xarakterik olan bütün kəlmələr bu kiçik sənədli-bədii parçada tamlığı ilə əksini tapıb. “Güllə”, “qara kağız”, “ölüm”, “aclıq”, “solğun, miskin həyat...” Bir-birinin ardınca sıralanan kadrlarda bu kabusun vəhşətləri iki uşağın, iki ailənin timsalında – rəngiz şəkildə gözümüz önündə sərgilənir. Bu tabloda yayın günəşi belə həyatın bənizini soldurub ...

Müəllif qanlı-qadalı müharibənin gətirdiyi səfalət, ölüm adlı gerçəklyin fonunda tənha xarabazar evdə uşaqlığı yeyilmiş yaşlı Musanın yaddaşından o illərin silinməməsinin səbəbini tamaşaçının ixtiyarına verir. Bu tipli sonluqlar dünya kinosu təcrübəsində var və düşündürücüdür.

Müharibənin qaşıq səsindəki əsk-sədası bizi hara götürür? Sovetlər dönəmində savaşdığın müharibədə verdiyin itkilərin əvəzində xoşbəxt, firavan həyata qovuşmamaq ümidsizliyinəmi? Yoxsa hər yerə basdırıan gülləylə bir ümidin gömülməsinəmi?

Musa niyə “gedim qaşıq gətirim” - deyil, “Mən qaşıq taparam” deyir. Çünki itirdiyin yerdə hər zaman bir tapmaq ümidi var...

Tünzalə Vəliqızı
Moskva
Rusiya diplomatlarını ABŞ-da hədələməyə başlayıblar
Rusiyanın Talibanı maliyyələşdirib Amerika əsgərlərini Əfqanıstanda öldürməyə çağıran xəbər rus diplomatik korpusu heyətinin həyatını təhlükəyə soxub.

Nyu-York Tayms qəzeti guya ki, Rusiyanın Əfqanıstan yaraqlılarını maliyyyələşdirdiyi xəbər verib. Bundan Vaşinqtondakı sonra ruisyalı diplomatlaırn ünvanına hədələr yaşmağa başlayıb.

AFAQ ŞIXLI -- ANASIZ GÜNLƏRİMİN ŞEİRLƏRİ
ANAMA

[i]Ana, neçə gündür sənsiz qalmışam...
O dünya sənlidir, bu dünya sənsiz.
Səndən olan gündən səndən olmuşam,
Bilməm səninləyəm bu gün, ya sənsiz...
AYSEL ƏHMƏDOVA - “COVİD -19”- “Qırımız Zona”dakı könüllü həkimimizBu günlərdə həkimlər haqqında nə qədər pafoslu danışsan azdır. Onların çalışdığı bugünkü şəraiti müharibə dövrünün səhra hospitallarındakı ilə eyniləşdirmək olar... Həm xilas etmək, həm də özünü qorumaq məcburiyyətindədirlər. Moskvada COVİD-19-un “Qırmızı zona”ında çalışmaq onun kimi.

V.P. Demixov adına şəhər klinik xəstəxanasının həkimi ginekoloq Aysel Əhmədova tam 2 ay- “Qırmızı zona”da xəstəxanalarda çarpayı çatışmayan vaxtda o “cəhənnəmi” anladan yerin” içində olub.
KƏNAN HƏMZƏOĞLU  KULİS.AZ saytına   ETİRAZ ETDİ
FƏTƏLİ XAN XOYSKİ ERNƏNİLƏRƏ GÖRƏ GÖRƏ KÜÇƏDƏ KÜÇƏDƏ GÜLLƏLƏNƏN BAŞ NAZİRDİR, BİZƏ GÖRƏ İSƏ ŞƏHİDDİR!

Tarixi şəxsiyyətlərimizi təqdim və təbliğ edərkən bu mövqedən yanaşmaq lazımdır...
"Zenit"in forvardı Dzyubanı "Tottenxem" almaq istəyir

"Zenit" futbol klubunun oyunçusu Artyom Dzyubanı Joze Maurinyo almaq üçün Stanislav Çerçesova zəng edib. Bu barədə Rusiya yığmasının baş məşqçisi Çerçesovun vəkili Alan Aquzarov xəbər verib.

Vəkil Alan Aquzarov Sport-Ekspress-ə müsahibəsində London "Tettenxem"inin portuqaliyalı baş məşqçisi Joze Maurinyonun Çerçesova zən etdiyini söyləyib. Söhbətin mövzusu "Zenit"in forvardı Artyom Dzyuba olub.
Suriyada Rusiya  polis patrul zirehli maşınını partlatmaq istədilər

Suriyanın şimalında Rusiya hərbi polis- patrul xidmətinə məxsus zirehli avtomobilin yolunda partlayıcı qurğu partlayıb. Ölən və yaralanan yoxdur. Çərşənbə axşamı - İyunun 9-da bu xəbər Suriya tərəfində olan Rusiya barışıq mərkəzindən verilib.
Rusiya XİN : Liviyada  "Vagner" muzdlularının olması xəbəri yalandır
ABŞ Dövlət departamentinin Liviyada özəl hərbi şirkət olan "Vagner' döyüşçülərinin olması iddiası ilə əlaqədar açıqlamaları saxta məlumatlara əsaslanır. Bunu Xarici İşlər Nazirinin müavini Mixail Boqdanov Misirin "Al Ahram" qəzetinə müsahibəsində söyləyib.


Boqdanov qeyd edib ki, bu iddialar general Xəlifə Haftarın əleyhdarlarını dəstəkləyən şübhəli mənbələrə əsaslanır. "Liviyada döyüşdüyü iddia edilən insanlar əslində ölkəmizdən kənara çıxmayıblar" -deyib.

Xatırladaq ki, iyun ayında Türkiyənin Anadolu agentliyi ÇVK "Vaqner"in Liviyada olduğu iddia edildi. Nəşr hərbi şirkətdən olan iki Rusiya vətəndaşının koronavirus xəstəliyinə tutulduğunu yazırdı. Lakin sonradan bunun doğruluğunu təsdiqləyən dəlil göstərilmədi.


YENİSES.RU
Rusiyada işə götürəndə üstünlük  öz vətəndaşlarına veriləcək

Rusiyalı işverənlərə işçi qəbul edəndə- əvvəl evin içi, elə sonra da evin içi - deyirlər. Ucuz işçi qüvvəsi sayılan miqrantlar isə istəyir getsin, istəyir qalsın...
Aktyor Mixayıl Yefremovun törətdiyi avtoqəzada  yaralanan sürücü  ölüb

Ötən gün -İyunun 8-də gecə saatlarında tanınmış aktyor Mixayıl Yefremovun törətdiyi avtomobil qəzasında xəsarət alan digər maşının sürücüsü aparıldığı xəstəxanada keçinib.

Mixayıl Yefremovun qarşı yola çıxaraq vurdu mikroavtobusun sürücüsü çoxsaylı zədə ilə Sklifosovski adına xəstəxanaya çatdırılıb. Həkimlər bütün gecəni onun həyatını xilas etməyə çalışsalar da bu mümkün olmayıb. başından və köks qəfəsindən çoxsaylı zədə alan sürücünun iç orqanlarının qanaxmasını dayandıra bilməyiblər. getdikcə orqanlarının hamısı həyati funksiyasını itirib və yaralı vəfat edib. Bu barədə Sklifosovski adına xəstəxanadan məlumat veriblər.
Xaricdən gələn bağlamaların çatdırılması gecikdirilir-səbəb?
Ruslar Federal Gömrük xidmətinin (FGX) yeni qaydalarnın poçtla göndərilən bağlamaların çatdırılama müddətinin uzadılmasına təsir etdiyindən şikayətləniblər.

Espress -çatdırma xidmətinin müştəriləri bəyan ediblər ki, xaricdən göndərilən bağlamalar əvvəlki vaxtlara nisbətən gecikməyə başlayıb. Bu haqda RBK.ru saytı sosial şəbəkə istifadəçilərinin yazdıqlarına istinadən məlumat verib.
Yeni rubrika: DÜNƏN OXUDUM
Əziz dostlar! Yəqin “dünən”in şərti olduğunu hamınız anladınız. Kitab oxumağın dəbdən düşdüyü bu qaçaqaçlı (evdə otura-otura necə qaçaqaçlı olursa o da bir ayrı məsələ) zamanda yaxın və uzaq keçmişimizdə cəmiyyətin ən vacib məsələlərini bədii dillə ifadə etmiş həmvətənlərimizin fikirlərini bir də yada salmağın faydalı olduğunu düşünərək belə qərara gəldik. Deyirlər cəmiyyət daim inkişafdadır. Etirazımız yoxdur. Fəqət ədiblərimizin yüz il bundan əvvəl dedikləri bir çox fikirlərə qulaq asanda adama elə gəlir ki, bi inkişafın qatarı hardasa bizim yanımızdan keçib, bizi də qatara mindirmək yadından çıxıb. Yeni rubrikanı dahi Üzeyir Hacıbəylinin felyetonu ilə başlamaq qərarına gəldik.

Cəfər Sadıq
TƏRS KÖŞƏ...
Coronovirus illətindən dolayı iki günlük izolyasiya və ərzaq dükanında çörək basabası sosial şəbəkələrdə və ictimaiyyətin qınaq obyektinə çevrildi. Hələ də davam etməkdədəir. Önyarqıların da ən başında bizim millətin, xalqın növbə mədəniyyətsizliyi, paylaşmaq duyğusundam məhrum tərəfləri öncəlik təşkil edir. Mən də sözün düzü ilk olaraq önyarqılarımdan sıyrıla blməmişdim ilk bu videonu izlədiyimdə. Hətta yaponlara belə həsəd aparmışdım güclü sunami zəlzələsi nəticəsində onların göstərdiyi yüksək paylaşım və mədəni davranış tərzlərinə.
O DÜNYA-HƏR KƏSİN ÖZ DÜNYASIDIR!

AFAQ ŞIXLI

O dünya - hər kəsin öz dünyasıdır!

Daha maraqlıdır o dünya mənə!
Orada atam var, anam var mənim.
Orada üzünü görə bilməyib,
Sevə bilmədiyim balam var mənim.

Orada şıx babam, vəfalı nənəm,
Nəslimdən, soyumdan neçə igid var.
Orada bu yurdu vətən eyləyən,
Minlərlə, canından keçən şəhid var.

Orada kimsəni əzməz ki, dövran,
O, gözüdönmüşlər dünyası deyil.
Mənsəbə sığınan, pula tutunan,
Diriykən ölmüşlər dünyası deyil!

Yamana – cəhənnəm, yaxşıya – cənnət,
Həqiqət, ədalət, düz dünyasıdır!
Nə qərib yox orda, nə də ki, qürbət,
O dünya - hər kəsin öz dünyasıdır!



05.06.2020
M Ü Ş F İ Q...
Bu gün Azərbaycan ədəbiyyatının ən nakam və ən çox sevilən şairi Mikayıl Müşfiqin doğum gündür.

Hüseyin Cavid demişkən: - " Müşfiq bir oddur ki, öz-özünü yandıracaq..."

Müşfiq bütün mənalarda od idi,kişilikdə,dosta əhdə vəfada,ləyaqətdə hər şeydə,hər şeydə.Onun H.Cavidə vəfası bir ləyaqət,gözəl əxlaq nümunəsidir.Aşağıdakı xatirə qanınızı donduracaq həyəcandan...

Mikayıl Müşfiq həbs olunmamışdan 2-3 ay öncə Ayna Sultanova Müşfqi öz yanına çağırıb demişdi ki,artıq biz Hüseyn Cavidi itiririk,onu həbs eliyəcəklər,sən onun əleyhinə bir iki yazı yaz səni repressiyadan qurtara bilərik.O zaman otaqda Mikayıl Müşfiq bu sözləri deyir:“ Mənim sağ əlim Cavid əleyhinə bir söz yazsa, sol əlimlə onu baltalayaram”.

Hətta Ayna Sultanova bu hadisədən sonra hönkür-hönkür ağlamışdı.

Bu hadisə Ayna Sultanovanın öz xatirələrində var.

Birdə M.Müşfiqin " Tərtərhes nəğmələri"ndən aşağıdakı misraları paylaşıram:

Bu nə yoldur, daşnaq yolu…
Hər dərəsi qanla dolu,
Nə acıdır bunun adı.
O dənizdən bu dənizə
Deyib çıxdı sinəmizə,
Bir tapdadı, bir doğradı.
Orda dəhşət , burda vəhşət,
Əlində baş, dişində ət,
Tanırsınız o cəlladı.
Nə bağ qaldı, nə də bağban…
Qurşun, ölüm, atəş, duman
Yaxamızı parçaladı.
Bilən bilir, bu zülmətə,
Bu uğursuz fəlakətə
Kim əl çaldı, kim ağladı…


MÜHÜM QEYD.Bu əsərdə ilkin variant " Tanırsınız o cəlladı" olub.Müşfiq burada yüzlərə türkün qanını axıdan erməni qatil Andronik Ozanyanı nəzərdə tutaraq yazıb.Amma Sovet senzurası "cəlladı" sözünü " müsavat"la dəyişdirib ki bu da misraların ruhuna uyğun gəlmir.Çünki dərindən diqqət yetirsəniz görərsiniz ki misralarda şəxsdən,ermənilərin "dənizlərdən dənizlərə" utopiyasından bəhs olunur," Müsavat" partiyasından deyi.
Mərhum gözəl şairimiz Rəfiq Zəka Xəndan da bunun belə olduğunu xatirələrində də vurğulayıb.
Nur içində yat Mikayıl Müşfiq!

Məhəmməd İsrafiloğlu
05.06.2020
Фильм бакинца Исмаила Меликова признан победителем в одной из номинаций в США
Решением жюри 3-го Международного Юго-Восточного регионального кинофестиваля (Southeast Regional Film Festival, Джексонвилль, Флорида, США) короткометражный фильм "UP" ("Свыше", оригинальное название дается на английском языке) бакинца Исмаила Меликова признан сегодня победителем в номинации "Лучший экспериментальный фильм и виртуальная реальность". Исмаил является режиссером, продюсером фильма, а также художником по спецэффектам.
Tarix : 4-02-2016, 16:48
Əbədi ezamiyyətə gedənlərdən xəbər var
Yanvar ayının 31-də "Əbədi ezamiyyət" sənədli filminə ikinci dəfə baxdım. Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin doğum günündə. Həmin gün Azərbaycan İctimai telekanalında "Əbədi ezamiyyət" sənədli filmini nümayiş ediləcəyini bilirdim. Bir müddət filmin təsirindən çıxa bilmədim, neçə dəfə duyğulandım, çox mükəmməl, olduqca təsirli filmdir. Həm filmin quruluşu, həm ssenarisi, həm musiqisi, aktyorların oyunu - hər şey cox mükəmməl və mənim düşündüyümdən də daha möhtəşəmdi. Filmi izlədikcə obrazların, deyimlərin, sifət ifadələrinin təsirindən, danışıq tərzindən çıxmaq o qədər asan deyil. Əsası odur ki, tarixi personajlara uyğun aktyorlar seçilməsi də uğurlu alınıb. Ümumiyyətlə filmdə seçilən atributlar tarixi reallığı özündə yüksək səviyyədə əks etdirir. Istedadlı peşəkar və həvəskar insanlar iştirak edib. Onların hamısı öz vəzifələrinin öhdəsindən layiqincə gəlib.

Hələ yanvar ayının 22-də Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Əbədi ezamiyyət” sənədli filminin və “Qərib məzarlar” kitab-albomunun təqdimat mərasiminin keçirildiyindən də xəbərim vardı. O zamandan film haqqında öz təəssüratlarımı bölüşməyi düşünürdüm. Belə qənaətə gəldim ki, bu film tez-tez ekrana çıxsın, Azərbaycanın bütün telekanallarında, bütün bölgələrində, məktəblərdə nümayiş etdirilsin. Hətta MDB məkanında, azərbaycanlıların məskunlaşdığı ölkələrdə də filmin nümayiş etdirilməsi bizim xeyrimizə olardı.

"Əbədi ezamiyyət" filmi Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin üzvlərinin ilk müstəqillik illərimizdə ən ağır missiyanı üzərinə götürən çətin, məşəqqətli, oğullarımızın acı, ağır taleyinə, həsr olunub. Bu film Azərbaycanın müstəqiliyinin asan başa gəlmədiyini, keşməkeşli yollardan keçdiyini, vətənpərvər oğullarımızın əzmkar mübarizəsi nəticəsində əldə edildiyini göstərir.
Əbədi ezamiyyətə gedənlərdən xəbər var

Bəs bu əbədi ezamiyyətə yollananlar kimlər idi? Əlimərdan bəy Topçubaşov Məmmədhəsən Hacıniski, Əkbərağa Şeyxüslamov, Məhəmməd Məhərrəmov, Miryaqub Mirmehdiyev, Ceyhun Hacıbəyov, sonralar nümayəndə heyətinə qatılan Abbas Atamalıbəyov və başqalarıydı.

Bu vətənpərvər insanlar qürbətin bütün iztirablarına sinə gərərək sevgili Azərbaycanına, doğma yurduna bu gün-sabah qovuşmaq arzusu ilə son dərəcə nisgilli bir ömür yaşamışdırlar. Müstəqil Azərbaycanı görmək onlara qismət olmadı, onların arzu və istəkləri gözlərində qaldı. Üzüntülü mühacir həyatı, əbədi ayrılıq, səbrin dəhşətli uzunluğu son ana kimi onların inamını sındıra bilmədi! Onlar öz şəxsi mənafeyi, öz şəxsi arzuları üçün yaşamadılar. Azərbaycan milli azadlıq idеalları, onların azadlıq və müstəqillik arzuları yarımçıq qalsa da, son günlərinədək qürbət həyatı onların vətən eşqini söndürə bilmədi. Zamanın, dövrün çətin sınaqlarına, ağır zərbələrinə məruz qalan, rüzgarın ən kiçik sevinclərindən belə məhrum olan, bu insanlar bu gün ekranında geriyə, doğma Azərbaycana döndülər, nəhayət bu gün xalqımız ədəbi ezamiyyətə gedənlərdən soraq tutdular. Onlar, bütün ömrü boyu Vətən həsrətiylə yaşadılar, vətən həsrəti ilə də haqq dünyasına qovuşdular.

Filmin yaradıcı heyəti bir il yarım müddətində Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparıblar, müxtəlif insanlarla görüşərək, əldə etdikləri tarixi sənədlər, faktlar əsasında sanballı bir sənədli filmin ərsəyə gəlməsinə nail olublar. Həm də müvəffəqiyyətlə nail olublar. Bir saata yaxın müddətdə filmə baxan tamaşaçılar yorulmur. Filmin rejissoru Fariz Əhmədovun sözlərinə görə Topçubaşovun yaşadığı bütün ünvanları çəkilib, filmin üzərində 100-ə yaxın adam çalışıb, xüsusi musiqi bəstələnib.

Bəri başdan “Əbədi ezamiyyət” sənədli filminin bütün yaradıcı heyətinə, baş prodüser Arzu Əliyevaya, ideya müəllifi və baş məsləhətçi Ramiz Abutalıbova, prodüser Orman Əliyevə, quruluşcu rejissorlar,- Vüqar İslamzadəyə, Fariz Əhmədova, ssenari müəllifi Müsəllim Həsənova, quruluşcu operatorlar Rəşad Nuriyevə, Camal Atakişiyevə quruluşçu rəssam Şahin Həsənliyə, bəstəkar Orxan Bağırova, məsləhətçi Tahir Əliyevə filmin ərsə gəlməsində zəhməti olan bütün insanlara dərin təşəkkürümü bildirirəm.
Əbədi ezamiyyətə gedənlərdən xəbər var
Film boyu İnsanın tüklərini biz-biz edən kiçik şeir parçalarının ifası, möhtəşəm aktyor diqtəsi, insanı düşünməyə vadar edən monoloqlar məni heyran elədi:

Ürəkdə bəslənən amalımız iqbalı millətdir,
Yeganə nöqtəyi mətləb istiqlalı millətdir!”


Yaxud:

“Verin mənə yurdumu olsun cənnət bucağı,
Bir dövlət quralım ki, sülhün doğma ocağı!”

Yaxud:

“İsiqlal uğrunda bir qanlı kəfən,
Geymişəm, ölsəm də yaşasın vətən!”

Yaxud:

“Mənə dinmə, sus deyirsən,
Nə vaxtacan susacağam.
Böhranların, hicranların,
Məhbəsində qalacağam?
Niyə susum, danışmayım,
İnsanlıqda payım var.
Mənim ana vətənimdir,
Talan olan bu diyar.!”


Tanınmış diplomat Ramiz Adutalıbovun, tarix elmləri doktoru şərqşünas Solmaz Rüstəmova Tohidinin, (azərbaycan dilində), Fransa Ali İctimai Tədqiqatlar məktəbinin doktoru Giorgi Mamuliyanın rus (dilində) film boyu verdikləri təhlil və şərh mühacir həyatı yaşamağa məhkum olmuş ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətini açmaqla yanaşı, ilk müstəqillik dövrünün dəyişən ictimai-siyasi mənzərəsini, tarixi hadisələrin geniş təsvirini, ADR-in yaranmasını, fəaliyyətini və süqutunu, Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı mürəkkəb şəraiti, dövrün real mənzərəsini yaradır. Ağır faciələrə yol açan bu unudulmaz səhifələr ürəyimizi qürur hissi ilə dolduran səhifələrdir. O dövrün ictimai-siyasi xarakterini öyrənmək baxımından bu film çox dəyərli bir filmdir.

Film həm də tariximizin çox şanlı, amma uzun illər bizim üçün qaranlıq qalan, adlarını belə çəkməyə qorxduğumuz fədakar insanların həyatlarının açılması, tariximizin toz basmış qaranlıq səhifələrindən birinin öyrənilməsi baxımından diqqətəlayiqdir. Yaradıcı heyətin ilhamla, canla-başla, məsuliyyətlə, vətənpərvərliklə, deyərdim ki, lap ürək yanğısıyla çəkdikləri bu film məfkurə tariximizin, uzun illər gizli qalan həqiqətimizin həm xalqımıza, həm də dünyaya çatdırılmasında müstəsna rol oynayır. Bu film Azərbaycanımızın ilk azadlıq carçıları olan, ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş, öz həyatlarından keçən vətənpərvər oğullarımızın ruhuna ehtiramın təsdiqidir. Mühacir həyatına məhkum olmuş oğullarımızın istiqlal uğrunda apardığı mübarizənin ən sanlı səhifələrini açır, azadlıq tariximizə həsr olunan bu yolda özlərini qurban vermiş oğullarımıza, onların xatirəsinə ehtiramla qoyulmuş bir sənət abidəsidir.
Əbədi ezamiyyətə gedənlərdən xəbər var

Bu səpkidə filmlərin çəkilişi və nümayiş etdirilməsi gənclərimizin vətənpərvərlik tərbiyəsi işində onların Vətənə məhəbbət və sədaqət ruhunda böyümələrində, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrində müsbət rol oynayır. Qarşımızda canlandırılan talelər Azərbaycanın tarixinin keşməkeşli dörünün mürəkkəbliyindən əyani surətdə təsəvvür yaradır. "Əbədi ezamiyyət" sənədli filmində çox qiymətli, zəngin,maraqlı tarixi faktlara əsaslanır. "Əbədi ezamiyyət" sənədli filmdə ən əsası odur ki, orada bizim tariximiz əks olunub. Bizim gənclərimiz tariximizi, milli-mənəvi dəyərlərimizi, müstəqillik tariximizi yaxşı bilməlidir. Bunları mütləq bilməlidirlər və qulaqlarında sırğa etməlidirlər ki, azadlıq elə belə başa gəlməz, azadlıq üçün, vətən üçün candan keçmək lazımdır. Hər kəs bilməlidir ki, müstəqilliyimiz hansı əziyyətlər, hansı zülümlər bahasına əldə olunub. Qoy gənclərimiz müstəqil dövlətimizin bizim ücün nə qədər dəyərli, nə qədər əziz olduğunu bir daha anlasınlar. Müstəqilliyimizi göz - bəbəyimiz kimi qorumalıyıq. Tariximizi daha dərindən tanımaq və tanıtmaq üçün belə filmlərə xüsusi yeri verilməlidir. Yeni nəslə vətənə sevgini aşılamaq, yaşadığımız acıları unutmağa qoymamaq filmin əsas qayəsi, ən başlıca vəzifəsidir. Filmi seyr edən gənclərimiz vətənimizin zəngin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq üçün apardığı mübarizələr, azadlıq və müstəqillik uğrunda gedən mücadilələr haqqında biliklər əldə edir, bu biliklər əqidəyə çevrilərək onlarda vətənpərvərlik hisslərini daha da artırır.

1919-cu ilin yanvarın 11-də Azərbaycanın müstəqilliyinin tanınması xəbərinin Azərbaycana gəlməsi, yanvarın 14-də Parlamentin qarşısındakı izdihamın M. Ə. Rəsulzadəni tələb etməsi, insanların onu qolları üstə qaldıraraq ikinci mərtəbəyə eyvana qaldırması, onun, - Azərbaycan öz istiqlalını dünyaya tanıtdı deyərək, odlu çıxış etməsi səhnəsi tamaşaçıları təsirsiz buraxmır.
Əbədi ezamiyyətə gedənlərdən xəbər var
1993-cü ilin dekabrında ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi Fransaya ilk rəsmi səfəri zamanı Paris yaxınlığındakı Sen-Klu qəbiristanlığına getməsi, Əlimərdan bəy Topçubaşovun və Ceyhun Hacıbəylinin qərib məzarlarını ziyarət etməsi də filmin təsirli yerlərindəndir. Şükürlər olsun ki,bu gün Azərbaycan, sözün əsl mənasında, artıq tam müstəqil ölkədir. Azərbaycanın dövlət müstəqilliyi ölkəmizin hər bir vətəndaşı, bizim hər birimiz üçün ən böyük sərvətlərdən biridir. Əminəm ki, bu sərvəti qoruyub saxlamaq, daha da zənginləşdirmək üçün hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirəcəkdir.

NƏSİB NƏBİOĞLU
Moskva 31.01.2016

modern.az




Baxış: 2354 | Bölmə: Mədəniyyət, slayd4
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru