Putinlə  Ərdoğan arasında 6 saatdan artıq davam edən görüş başa çatdı
Rusiya prezidenti Vladimir Putinin Soçidəki rezidentsiyasında türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirilən görüşü başa çatıb. Görüş altı saatadan artıq çəkib.

Görüşün əvvəlində Putin Suriyadakı vəziyyətin gərginliyi fonunda Ərdoğanla məsləhətləşmənin vacibliyini vurğulayıb.

Rusiya lideri ona ümid etdiyini bildirib ki, "son zamanlarda Rusiya ilə Türkiyə arasında əldə olunan münasibətlərinin səviyyəsi bu gün bölgədə yaranan bütün mürəkkəb məsələlərin həllində böyük rol oynayır və bu həm Türkiyənin, həm Rusiyanın, həm də bölgənin bütün ölkələrinin maraqlarına uyğun olaraq ən çətin suallara cavab tapmağa yardım edəcək ".

Ərdoğan da inamla qeyd edib ki, Soçi görüşü kəskinləşmiş vəziyyətin xeyrinə olacaq.

"Bugünkü görüş bizə hazırkı vəziyyəti geniş müzakirə etməyə imkan verir və şübhəsiz sülhün təmin olunmasını təmin edəcək".

Bundan bir müddət əvvəl RF prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, bu danışıqlarda "Rusiya Suriyanın şimal-şərqindəki vəziyyəti müzakirə etməyi, baş verənləri tam aydınlığı ilə başa düşməyi, Tükiyənin planları haqqında məlumat almağı və Suriyada siyasi proseslərin ümumi həlli planındakı irəliləyişləri razılaşdırmaq istəyir. O danışıqların heç də asan olmayacağını da söyləyib.

Rusiya prezdentinin beynəlxalq işlər üzrə köməkçisi Yuri Uşakov bazar ertəsi bildirmişdi ki, ilin əvvəlindən iki lider arasında baş tutan səkkizinci əyanı görüşdür. Onun sözlərinə görə görüşdə Suriyanın şimalında Türk ordusunun keçirdiyi hərbi əməliyyat konteksində vəziyyət müzakirə olunacaq.

Yenises.ru
Putin Ərdoğanla görüşdə Suriya məsələsini "kəskin" adlandırıb
Suriya məsələsi kəskindir, lakin Rusiya-Türkiyə münasibətlərinin səviyyəsi bunun çözülməsində ortaq məxrəcə gəlinəcəyinə yardım edəcək.

Rusiya lideri Vladimir Putin, bu gün 22 oktyabrda Rusiya Prezidentinin Soçidəki iqamətgahında türkiyəli həmkarı Tayyib Ərdoğanla görüşü zamanı Suriyadakı vəziyyətin kəskin olduğuna diqqət çəkib. Hər kəs bunu görür və başa düşür, buna görə də bu məsələ ətrafında Moskva ilə Ankara arasında məsləhətləşmələr tələb olunandır. Bu barədə RİA Novosti məlumat yayıb.

Putin ona da ümidvar oldğunu bildirib ki, "Son zamanlarda Rusiya ilə Türkiyə arasında əldə olunan münasibətlərinin səviyyəsi bu gün bölgədə yaranan bütün mürəkkəb məsələlərin həllində rol oynayır və bu həm Türkiyənin, həm Rusiyanın, həm də bölgənin bütün ölkələrinin maraqlarına uyğun olaraq ən çətin suallara cavab tapmağa yardım edəcək ".

Ərdoğan, öz növbəsində, danışıqlarda tərəflər gələcəkdə də sülhün təmin edilməsi məqsədi ilə bölgədəki mövcud vəziyyəti müzakirə edəcəyini bildirib.

YENİSES.RU
iran səfrinin qıaı Moskvada ölü tapıldı
İran səfirinin qızı infarktdanmı öldü, yoxsa özünümü öldürdü? Rusiya KİV-i ziddiyətli xəbər yayıb. İran diplomatik korpusundan verilən məlumatda səfirin qızının infarktdan öldüyünü bildirir. Media qurumlarına məlumat ötürən mənbələr isə psixoliji problemi olan səfir qızının canına qəsd etdiyini deyirlər.

Bu gün səhər -oktaybrın 22-də Rusiya KİV-i İranın Moskvadakı səfirinin qızının intihar etməsi xəbərini yaydı. İran diplomatik korpusundan verilən məlumatda isə onun infarktdan öldüyü xəbər verildi.
Bəşər Əsəd Ərdoğanı oğru adlandıdı
Bəşər Əsəd kürdlərlə əlaqəsindn danışdı. Türklərə qarşı vuruşan bütün qüvvələrlə tərəfdaşıq.

Suriyanın legitim prezidenti Bəşər Əsəd Türkiyə iıə Suriya arasındakı srhəddə hökümət hərbi qüvvəlıri yerləşdirilməsini siysi addım olmadığını açıqlayıb. Dəməşqin Ankaranın hərbi əməliyyatlara başladığı ilk gündən kürdlərlə əlaqədə olduğunu qeyd edib. Bu haqda RİA Novosti məlumat verib.
Solvyev telefiri "zəbt" edib Ginnesin rekordlar kitabına düşdü
Rossiya-1 kanalının qalmaqalli teleaparıcısı Vladimir Solovyev u Ginneson rekordlar kitabına saliblar. Bu haqda təşkilatn rəsmi saytında məlumat verilir.

Qeyd edilir ki, teleaparıcı bir həftə ərzində efirdə ən uzun müddətdə olmaqla rekorda imza atıb. Dərc olunan məlumatda o da göstərilir ki, bu ilin mart ayının 18-i ilə 24-ü arasında Solovyevin iştirakı ilə olan kadrlar 23 saat 53 dədiqə 57 saniyə təşkil edib. Rusiyalı teleaparıcı 4 saatdan artıq vaxt fərqi ilə yapon Monto Minonun rekordunu ötüb keçib.

Yenises.ru
AzerRoss-un   20 illiyinə həsr olunmuş elmi-praktik konfransdan
Ayrılıqdan doğan birlik və ya...

Bəzi məqamlar

“Məndən olan” , “Mənlə olan” paradoksu...
Iki təşkilat bir konfederasiya ...

“Qarabağ problemi”ni qaldırmaq, ona cavab istəmək istimai təşkilatın işi deyil” “tədrisi”

İctimai təşkilat siyasiləşdirmək yolverilməzdir tezisi və dahası...
Pentaqon Manbiji Rusiya ordusunun  nəzarətinə verdi

Türk ordusunun Suriya azad qüvvələri ilə birgə Manbijdə keçirdiyi əməliyyata Rusiyanın dəstək verdiynə eyham edən Pentaqon amerikalıların həmin ərazini faktiki olaraq ruslara verildiyini deyib. Kürd yaraqlılarının təmsil olunduğu "Suriya demokratik qüvvləri" qruplaşması isə amerikalı hərbçilərin oradan çıxarılması, onlara vəd edilən dəstəyin kəsilməsini "bıçaqla arxadan vurulan zərbə" kimi dəyərləndirib.
Rusiyada  elektron poçt  yazışmaları "süzgəncdən" keçiriləcək
Belə bir qaydanın tətbiq olunması təklifi senatorlardan gəlib. Rusiyada yayımlanması qadağan edilən xəbərləri ötürənlərin elektron poçtları bloklanacaq. Bu qadağan olunmuş məlumatların yayılmaısnın qarşısını almaqla bərabər, vətəndaşları daşıyacaqları məsuliyyətdən bir növ qurtarmağa xidmət edir. Yeni qanun layihəsini Dövlət Dumasına təqdim edən müəlliflər belə düşünür.
Macarıstan ukraynalılara verdiyi  pasportunu  geri alır
Macarıstan höküməti saxta sənədlə özünü etnik macar kimi təqdim edən ukraynalı Zakarpatya sakinlərinə verdiyi pasportları geri qaytarmaq məcburiyyətindədir. Bu haqda Obzor TV -nin efirində Zakarpatya vilayət dövlət administrasiyasının rəhbəri Gennadi Moskal deyib.

"İndi onlar birini verir, 20-30 digərini ləğv edir"-deyə o, əlavə edib ki, Macarıstan vətəndaşlığına dair qanunu pozan icra başçısı rəhbərlərinə qarşı məhkəmə araşdırması gedir.

Moskalın sözlərinə görə polislərə göstəriş verilib ki, macar dilində danışa və başa düşməyən insanların sənədləri geri alındı.

O onu da qeyd edib ki, "Macarıstan prezidentinin gündəliyi" mövcuddur və onun hər buraxılışında hansı insanların vətəndaşlığının ləğv olunması iki-üç səhifədə verilir.

Rəsmi Budapeşlə Kiyev arasında növbəti münaqişə 2018-ci ildə internetdə Macarıstan konsulluğunda ukraynalılara macar pasportu verilməsi ilə bağlı video yayımlanandan sonra gərginləşmişdi.

Yenises.ru
Müqayisə olunmayacaq ünvanın adı: Müəllim!
Müəllim- bizə şəkil verən Yaradanın işinə qarışmadan o şəkli anlamla yükləyən İNSANdan bir pillə yüksək Tanrıdan ayrıcalığını haqq edən MÖCÜZƏ kimi gördüyümdü. Valideynlərimdən sonra ilk dəfə danışdığım kəlmələrin şəkli olduğunu, düşündüyümün bir də sözlərə çevrilib yazıya töküldüynü anladandı. Fərqli bir dünyadan fərq yaratmaq üçün gələndi.
Fransa tarixində iki dəfə baş nazir olmuş  sabiq  prezident Jak Şirak vəfat edib
Bu haqa Frans Press agentliyi ailəsindən aldığı xəbərə istinadən məlumat verib. onun 86 yaşı vardı. Jak Şirak 1995-ci ildən 2017-ci ilə kimi ölkəyə başçılıq edib.

Fransa Milli yığıncağı sabiq liderin xatirəsini bir dəqiqəlik sükutla anıb. Jak Şirak ölkənin cənubunda dpğulub. Təhil aldıqdan və hərbi xidmət keçdikdən sonra siyasətə atılıb. Gənc yaşlarında kommunistlərə rəgbəti olub, sonradan sağçıların liderinə çevrilib.

Şarl de Qoll və Jorj Pompidin seçki kampaniyalarında böyük rol oynayıb. İkincinin zamanında kənd təsərrüfatı naziri kimi fəaliyyət göstərib.

Sonrakı prezident Jikar de Estenn zamanında baş nazir təyin edilib. Sonra onu oradan uzaqlaşıdırblar və da "Resublikaya yardım və birləşdirmə" müxalifət partiyasına rəhbər seçilib.

Rusiyada balkonda siqaret çəkmək yasaqlandı
Rusiyada balkonda siqaret çəkmək və kabab bişirmək qadağan olunur.

Rusiya höküməti yanğına qarşı qaydalarda dəyişiklik edərək evlərin, otellərin, yataqxanaların balkonlarında açıq alovdan istifadə etməyin yasaqlanmasını qərara alıb. Bu haqda Rusiya Fövqəladə hallar nazirlyinin mətbuat xidmətinin xəbərində deyilir.

"RF höküməti yanğın təhlükəsizliyini təmin etməkdən ötrü bir neçə tələbləri nəzərə alıb. İndi evlərin, otellərin, yataqxanaların balkonlarında açıq alovdan istifadə edilməsi qanunla qadağan olunur"-deyə məlumatda bildirilir. Beləliklə. rusiyalılar balkonda siqaret çəkə, kabab bişirə, hətta şam yandıra bilməyəcəklər.

Bununla yanaşı siqaret çəkmək üçün ayrılan xüsusi yerlərə bu şamil edilmir. Yeni qayda oktyabrın 1-dən qüvvəyə minəcək.

Yenises.ru
SSRİ-nin dağılmasının "lokomotivi" olan Kravçuk Ukrayna müstəqilliyə səs verməyib- deyir
Müstəqillik aktınin qəbul olunmasına səs verənlər Rusiya ilə ittifaqa razılıq verdiklərini düşünürdülər-deyə Ukraynanın ilk prezidnti Leonid Kravçuk bəyan edib.
Kseniya Sobçak toyuna cənazə maşınında gəldi
Kseniya Sobçak ikinci nigahında "olumla-ölümü" bir araya gətdi

Belə ki, tanınmış və qalmaqallı teleaparıcı nigah evinə qara cənazə maşınında gəlib.

Tramp  G7-nin Rusiya barədə  məxfi məlumatını sızdırdı
Dünya "Böyük 7-lər"ə geri dönməyə can atmayan Rusiya haqqında müzakirərlərdə ikiyə bölünüb. Amerika lideri gizlilik pərdəsini qaldırıb.

RF-nın G7-yə dönməsi məsələsinin qızğın müzakirəsi fonunda Donald Tramp ola bilsin ki, təşkilatın növbəti sammitində Vladimir Putinin də dəvət olunacağını xəbər verib. Amerika liderinin sözlərindən Blumber agetliyi sitat gətirib. Eyni zamanda Peyter agentliyi də məlumat verib ki, G7-lərdə Moskva haqqında danışıqlar olduğunu Tramp təsdiq edib, lakin qeyd edib ki, Rusiyanın "Böyük yeddilərə" dönəcəyi haqqında bir şey deyə bilməz.

RUS ALİMLƏRİNİN XARİCİLƏRLƏ ÜNSİYYƏT QAYDALARI SƏRTLƏŞDİRİLİR
Rus ailmləri xarici həmkarlarları ilə elmi mübadilə aparmaq üçün xüsusi icazə almalı və bu prosesdə bütün danışıqlar qeydə alınıb ali təhsil və elm nazirliyinə təqdim edilməlidir. Bir sözlə alimlərin elmi -praktik konfransları, görüşləri tam nəzarətə götürülür.

Rusiya ali təhsil və elm nazirliyi rus elm adamlarının xarici həmkarları ilə əlaqə qaydalarını sərtləşdirən qanun hazırlayır. Sənədin surəti "Trotsk varınatı" ("Trotskiy varinat") qəzetində dərc olunub. Rusiya Elmlər Akademiyası texnika elmləri üzrə doktoru, professor Aleksandr Fradkovun bu əmrlə bağlı açıq etiraz məktubu da adıçəkilən qəzetdə yer alıb.

FACEBOOK  SƏSLI MESAJLARI GİZLİNCƏ DİNLƏYİRMİŞ
Bir həftə əvvələ qədər Facebook audio-faylları dinləyirmiş. Bunun da istifadəçi anlaşmasında razılaşdırıldığını deyib. Yəni istifadəçilərin bilgisi daxilində olduğu deyilir.

Bloomberg agentliyi Facebook kompaniyası istifadəçilərin səsli mesajlarını açmaq üçün buna yüzlərlə muzlu işçi cəlb etdiyi faktını açıqlayıb.

Anonim mənbə bildirib ki, korporasiyanın rəhbərliyi qarşısına səsli mesajların yer və zamanını gizli saxlamaqla audoi-faylların oxunması məsələsini qoyub. İşçilər bunun nəyə lazim olduğunu bilmədən təəccüblə dinləyiblər.
Mariya Zaxarova: Rusiyanın Qarabağın statusu haqqında fikri dəyişməzdir
Rusiya XİN yetkilisi Mariya Zaxarova bu fikri jurnalistlər üçün keçiridiyi bugüngü brifinqdə səsləndirib.

"Bizi Azərbaycan və Ermənistan münaqişə xəttində sakitliyin müşahidə olunması məmnun edir. Bununla yanaşı, tərəflərin müxtəlif yollarla bir-birini ittiham etməsi də narahatçılıq yaradır"-deyə Zaxarova qeyd edib.

Bu cür ritorikalar danışıqlar prosesində əlverişli şərtlərin formalaşdırılmasına və konfliktin həll olunmasında kompromiss variantlar axtarmağa imkan vermir- Rusiya xarici siyasət qurumundan qeyd ediblər.

"Rusiya Dağlıq Qarabağın son statusunun Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməsindən yanadır"-deyə XİN nümayəndəsi göstərib. Onu da əlavə edib ki, rəsmi Moskvanın mövqeyində heç bir dəyişiklik yoxdur.

Xarıtladaq ki, avqustun 7-də Ermənistan baş naziri Nikol Paşinyanın tanınmamış Dağlıq Qarabağ respublikası haqqında "Bura Ermənistandır"-deməsi Azərbaycan tərəfindən qəzəblə qarşılanıb.

Yenises.ru
Tarix : 4-03-2016, 23:48
DÜNYAYA DÜZƏNİ ŞAİRLƏR VERİR
(Dostum Yavər Həsən haqqında düşüncələr)

“Dostum” dedim iznini-icazəsini almadan. Niyə? Çünki o məşhur nəğmədə deyildiyi kimi “səni sevəcəyəm, sən sevməsən də” timsalı Yavər Həsən istəməsə belə o mənim DOSTumdu. Can dostum. Çünki illərdir kənardan izləyirəm onu. Şəxsi münasibətlərimiz məclislərdə, yığıncaqlardakı salam-kalamdan uzağa getməyib. Sakit, təmkinli əsmər çöhrəsi, təvazökarlığı insanlara məhəbbətini çox qənaətlə payladığı təbəssümündə büruzə verir. Amma bu sakit çöhrə, təmkinli baxışlar nə təlatümlər daşıyır içəridə, onu yalnız Yavərin şeirlərindən duymaq mümkündür. Həm heca vəznində, həm də klassik əruz vəznində sənətkarlıq baxımından, poetik ifadə yönündən bənzərsiz əsərlərin müəllifidir Yavər Həsən. Müasir şairlərin az müraciət etdikləri əruz vəzni əslində elə şairliyin məhək daşıdır. Bu sınaqdan Yavər kimi üzüağ çıxmaq hamıya nəsib olmur:


Olaram yaz yeli, zülfündən, əzizim, əsərəm mən,
Sənə qəlb etsə dönüklük, onu doğrar, kəsərəm mən.

Sən elə hurisən, ey şux, elə göyçək pərisən ki,
Sənə küsməm, küsər olsam da özümdən küsərəm mən.

Gətir ulduz mənə Göydən, desən, ey gözləri məxmur
O qəra zülfünə ulduzları gültək düzərəm mən.

Mənə damla kimi baxma, kiçicik damlayam, əmma
Bir kiçik damlada bir Eşq ilə yüz min Xəzərəm mən.

Ayağım yerdə qərar tutsa da göylərdə qərarəm,
Bütün aləmlər ara aləmi-mə`na gəzərəm mən.

Məni bir əhli-məhəbbət bilir Allahı sevən kəs,
Və bilir Aşiqi-Həqqəm ki, nahaqdan həzərəm mən.

Bu iki gözlərimin, ruhumun Allahdı qərarı
O Bir Allahım ilə, Yavər, ədalətnəzərəm mən.


“Bir kiçik damlada bir Eşq ilə yüz min Xəzər" olan şairin heca vəznindəki lirikası, bənzətmələri də gözəldir. “Unutmaq olarmı Səni” adlı şeirdə qara rəngin “dəyərinə”, ölçüsünə baxın:

Ağartmasın, bənzətməsin
bu dünya qara bəxtimi.
Rəngi zülfünün rəngidi,
sevirəm qara bəxtimi.

Qara günüm gözlərinin
qarasını salır yada.
Onunçun də qara gündən
şikayətim yox dünyada.

Yaxud bu qəzəldə:

Qarədir gündüzümün Göydə Günü, Yerdə gülü,
Bəxtimin rəngini də, indi gərək qarə deyim.


Bu “qara bəxtli” şairə təbibdən də haray yoxdur, çünki

Təbibə söylədim əhvalımı, biçarə təbib
Bildi bu, Eşqdi, ərz etdi:”Necə çarə deyim?”


Azərbaycan dilinin zənginliyindən, zərifliyindən ustalıqla istifadə edən şair “Hansı qapını döyürsən, üzünə qıfıl bağlayır. Pəncərələr də pərdədən gözünə qıfıl bağlayır” deyir. İlk baxışda sadə görünən sətirlərdə həyat fəlsəfəsi var.”Bu nə qayda, bu nə üsul? Hamı qüsur gəzir, qüsur... Kimi dindirirsən susur, sözünə qıfıl bağlayır.” Şeirin üçüncü bəndindəki deyim tərzi fərqlidir: "Adam olsa adam Yarı, olmaz heç bir adam yarı. Bu dünyanın adamları özünə qıfıl bağlayır”. Eşq dərdinə düçar olanların tənhalığının “səbəbini” Yarın “adam olmamağında” görmək ilk baxışda qəribə görünsə də qarşılıqsız eşqlə insanın bütöv deyil, yarım olmasının səbəbi kimi poetik tapıntıdır.

Yavər Həsənin şeir dünyası o qədər rəngarəngdir ki, onu təhlil etməzdən qabaq bütün əsərləri sitat kimi yazıya köçürmək keçir könlümdən. Bu qəzəlin hər beyti ayrıca təhlilə layiqdir:

Ətri-Yarımdan uzaq güllər ətirsizdi mənə
Nə qədər yaz gətirə fani, xətirsizdi mənə

Yarımın yel dağıdan zülfüdü başımda fikir,
Göydə durna səfi də indi sətirsizdi mənə.

Harda qəm var, tökülür başıma yağmur sayağı,
Dərdü möhnət sarıdan Tale çətirsizdi mənə.

Can evim canlı dəyirmanə dönüb, dərd üyüdür,
Bu dəyirman canımın cəhdi fətirsizdi mənə.

Mən bu Yavər Həsənə bağrıbadaşın biriyəm,
Parədir göydə Günəş, Ay da bədirsizdi mənə.

Aşiqin aşiqliyi təmənnasız sevgidir, sevgilisinin eşqindən qarşılıq istəsə də onu görməyəndə yalnız özünü günahkar, o sevgi zirvəsinə çata bilməyən bir yolçu hesab etməyindədir. Hətta çəkdiyi iztirablardan yarın xəbərdar olub-olmadığını belə ehtiyatla soruşur: “Bilmirəm bilirsənmi, Sənsizliyin dadını.” Dağlar duman yeridir. Sinədəki dağ, sevgi, həsrət, ayrılıqdan üstü şan-şan olan bir meydan kimidir. Şair o dağla bu dağı belə “qovuşdurur”: “Sinəmdəki dağlardan gözlərimə çən gəlir. Sənsizliklə varlığım, yoxluğuma tən gəlir”.

Həmin şeirin təzadlar üzərində qurulan sonuncu bəndi isə daha təsirlidir:

Yenə yaman istidi,
yenə yaman üşüdüm.
Eşidirsənsə məni,
sus, səsini eşidim.


Yavər Həsənə bədbinlik yaraşmır. Amma haqqın tapdandığı yerdə də nikbinlik aramaq yanlışdır. Elimizin sağalmamış, korun-korun tüstülənən Xocalı yarası Yavərdən “Qara bayraqlar qaldırın!” kimi hüznlü əmr gətirir:

Bu gün bəlkə də dünyanın
Ən pis günü, nəs günüdü.
Dağılan Yurd, sönən Ocaq,
Haray olan Səs günüdü.

Qar üstündə körpə qanı,
Hər sinə bir arı şanı.
Zülmün Ərşə çıxan günü
İnsafın məhbəs günüdü.

Güllələnib qoca,cavan,
Bu gün mənim çatmır havam.
Mələklər bələnib qana,
İblisin həvəs günüdü.

Əsir düşüb ana, bacı,
Tapdalanıb Namus Tacı.
Qara bayraqlar qaldırın,
Xocalının yas günüdü.


Poeziya çələngində ən zərif çiçəkləri olan şairin yaradıcılığı haqqında fikirlərimin bu dəstini istər-istəməz günümüzün “şəklini çəkən” bu şeirlə bitirir və gələcək söhbətlərdə “Dünyaya düzəni şairlər verir” qənaətini oxucularımızla bolüşməyi düşünürəm:

Bu əsrin insanı qəm çələngidir,
Sevinci başından aşan adam da,
Xoşbəxt adam deyil heç bir zamanda,
Xoşbəxtlik nə gəzir bu qara damda?

Bu əsrin insanı qəm çələngidir,
Özünü özgəyə bürümək ilə,
Bəxtəvər-bəxtəvər yerimək ilə
Xoşbəxt adam olmaq olmaz, ay lələ.

Bu əsrin insanı qan çələngidir,
Güllələr sinədə açır qan gülü,
Hər bir an ölümə tuşdu can gülü,
Şeytan iyi verir kor vicdan gülü...

Bu əsrin insanı qəm çələngidir,
Bu əsrin insanı qan çələngidir,
Özünü şah bilir hər gələn gidi,
Allah qiyaməti hələ ləngidir...

Cəfər Sadıq,
Moskva, 4 mart 2016-cı il.





Baxış: 1081 | Bölmə: Mədəniyyət, slayd1
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru