Keçmiş Moskva meri Yuri Lujkov vəfat edib
RİA Novostinin verdiyi məlumata görə keçmiş Moskva meri Yuri Lujkov ömrünün 84-cü ilində vəfat edib.

Bu məlumatı Sergey Sobyanin bu informasiyanı təsdiqləyib. “Mən çox təəssüf edirəm ki, postsovet dövründə Moskvaya rəhbərlik edən və paytaxtmız üçün çöx işlər görən enerjili, həyat dolu bir adam itidirk. Doğmalraına və yaxınlaırna başsağlığı verirəm”-deyə özünün twitter səhifəsində yazıb.

Y
Яшар Сулейманлы--МЕДОВЫЙ МЕСЯЦ
Опустошив бутылку до последней капли, он, прищурившись, долго смотрел на пустую бутылку, и бросил её в море, волны которого нежно ласкали ему ноги.
Стояла поздняя ночь, и отражение луны окутало всё вокруг странным, желтоватым светом. На фоне этого света его тень создавала ощущение какого-то невиданного явления. Глядя со стороны, невозможно было бы распознать в его силуэте человека или животного.
Moskvada Afaq Şıxlının 50 illik yubileyi keçirildi
Həkim-şair-tərcümçi, 12 şeirlər və tərcümələr kitabının müəllifi, Azərbaycan yazıçılar birliyi Moskva bölməsinin katibi Afaq Şıxlının 50 illiyi ilə bağlı “Poeziya axşamı” Azərbaycan konqresinin konfrans zalında baş tutdu.

Tədbiri Azərbaycan Yazarlar Birliyi Moskva bölməsinin rəhbəri Abuzər Bağırov açaraq Afaq Şıxlı yaradıcılığının çoxşahəli olmasından danışdı. Onu sevgi-məhəbbət şairi adlandıran A.Bağırov yubiliyarın çoxsaylı şeirlər və təcrcümə kitabının müəllifi olduğu, adının ölkəmizdən kənarda tanındığı, kitablarının müxtəlif dillərə tərcümə edildiyi haqda qısa məlumat verdi.
AVRO-2020 Futbol turniri püşkatmasının nəticələri məlum oldu
Buxarestdə futbol üzrə Avropa Çempinatı-2020-nin püşkatması keçirilib. Turnirin 20 iştirakçısı artıq məlumdur. Daha 2 komanda isə 2020-ci il martın sonunda keçiriləcək qarşılaşma oyunlarından sonra bilinəcək.
Dörd ölkə Rusiyadan Ukraynanın süverenliyinə hörmət etməyi tələb etdi
Ukrayna, Estoniya, Litva və İsveçin xarici siyasət idarəsinin başçıları Rusiyanın Ukraynanın süverenliyinə hörmət etməsi tələbi ilə bəyanat imzalamışlar. Sənəd Ukrayna XİN-nin rəsmi saytında dərc olunub.


Bəyanatda RF-nin 2018-ci ildə Kerç boğazında saxladığı Ukrayna gəmisindəki dənizçiləri verilməsi tələbi əksini tapıb. Nazirlər nəinki Ukraynanın süverenliynə hörmət etməyi xahiş edir, həmçinin Azov dənizindən maneəsiz Ukrayna limanlarına keçid və sərbəst hərəkətin təmin edilməsini tələb edirlər. Onlar bununla guya Rusiya tərəfinin beynəlxalq hüquqlara və əsas prinsiplərə əməl etməsini istəyirlər.

Kipr milyarder  rusların "qızıl pasportlarını" ləğv etdi
Kiprin Politis qəzeti ilk dəfə olaraq vətəndaşlığı ləğv olunan milyarderlərin siyahısını dərc edib. Siyahıda üç vəsait qoyan rusiyalının adı da var. Bundan əlavə onların ailə üzvlərinin də vətəndaşlığı geri alınıb.

Rusiyada emiqrasiya  etmək əhval-ruhiyyəsi  artıb
Rusiyada getmək istəyələrin sayı artır. "Levada" sosial araşdırma mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə 21 faiz ölkədən getmək istəyindədir. Xaricdə daimi yaşamaq istəyində olanların sayı may ayından bu yana dəyişib. . May ayında keçiriən sorğuda iştirak edənlərin 15 faizi bu istəkdə olduğunu bildirmişdi.

"Levada-mərkəz"in verdiyi məlumata görə 18-24 yaşında olanlar arasında keçirilən sorğuda 53 faiz emiqrasiya etmək iəhval-ruhiyyəsində olduğunu deyiblər. May ayında bu yaşda olanların 37 faiz ölkəni tərk etmək istəyində idi.

25-39 yaş arasında olanların 30 faizi, 40-54 yaş arasında olanların isə 19 faizi daimi yaşayış üçün xaricə getməyi düşünürlər. 55 və ondan yuxarı yaşdlıların cəmi 7 faizi 7 faiz bu fikridədir.
Günay Bəylərqızı  "O səs Türkiyə" də ifası ilə salonu  titrətdi- VİDEO
"O səs Türkiyə " yarışmasının bu gecı-24 noyabr tarixli bölümündə azərbaycanlı iştirakçı Günay Bəylərqızı "Saçlarımı yol gətir" şarkısıyla münsiflər heyətinin hamısını döndürməyi başardı. Populyar musiqi yarışmasının builki mövsümündə münsifləri səsinə ən az zaman aralığında-11 saniyə içərisində düyməyə basmağa vadar edən Günay Bəylərqızına əvvəl Murad Boz və Bəyazid Öztürk ardınca Seda Sayan, Hadisə döndü
SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ
Volqa-Xəzər sülhün görünməyən körpüsü

Körpülər təkcə qarşı sahilləri deyil millətləri, münasibətləri, sevgiləri birləşdirməyə götürən yoldur. Noyabrın 15-16-da Samarada Azərbaycan mədəniyyəti günlərinin “Volqa-Xəzər sülhün görünməz körpüsü” adı altında keçirilməsində əsas vurğu buna yönəlmişdi.

Əvvəldən də xəbər verildiyi kimi 14 regionu birləşdirən Privoljsk Federal dairəsinin milli-mədəni ictimai birlikləri belə bir tədbirin keçirilməsi üçün coğrafi cəhətdən mərkəzdə yerləşən və Rusiyanın ürəyi sayılan Samaranı məkan seçmişdilər.

Samarada Azərbaycan mədəniyyəti günləri çərçivəsində keçirilən tədbir şəhərin Şöhrət meydanında Böyük Vətən müharibəsində həlak olanların şərəfinə ucaldılmış naməlum əsgərin barelyefi qoyulmuş memorial abidə kompleksinin önünə əklil və çiçək dəstələri qoyma mərasimi ilə başlandı.
SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ

Sonra regionlarından gələn Azərbaycan təşkilatlarının nümayəndələr dəyirmi masanın keçirildiyi Samara Quberniya Dumasına gəldilər.

Forum ıştirakçılar Samara vilayətinin isqtisadi-sosial həyatındakı yeniliklərdən bəhs edən “Samara Rusiyanın döyünən qəlbidir” adlı videoçarxı izlədilər.
SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ
Tədbirin təşəbbüskarı və təşkilatşılarından olan Samara vilayəti Azərbaycanlıları Liqasının sədri, Samara vilayətı İctimai palatasının üzvü Şirvan Kərimov yığıncaqda iştirak edən Samara vilayəti qubernatorluğunun, Quberniya və şəhər Dumasının, vilayəti höküməti və şəhər administrasiyasının, Samara vilayəti İctimai palatasının, eləcə də regionlaradan gələn Azərbaycan ictimai birliklərinin nümayəndələrini və qonaqları salamlayaraq dəvətini qəbul etdiklərinə görə hər birinə ayrı-ayrılıqda təşəkkür etdi.

Şirvan Kərinov yığıncağın “Volqa-Xəzər – sülhün görünməz körpüsü” adı ilə keçirilməsinin təsadüfi olmadığına da diqqət çəkdi.

“Böyük Vətən mümharibəsi dövründə çətin şərtlər altında Bakı nefti Volqa –Xəzər yolu ilə Rusiyanın müxtəlif regionlarına çatdırılıb. Bizim ümumu qələbəmizin təmin olunmasında bu yolun böyük rolu olub. Volqa-Xəzər -bu yol sülhün, bərabərliyin, qardaşlığın görünməz körpüsüdür”.
Qarakənd faciəsindən ... keçir
Sayaraq keçirik, onsuzda.Nöqtələrin yerini də siz doldurun. Onların yerini biz doldura bilməyəndən sonra...

O gün nə olmuşdu ki?-soran varsa hələ aranızda, aramızda. İlləri geriyə sayın və...yenə keçin. Ya da o günün nəğməsini dilləndirin.

20 Noyabrın sadəcə bir nəğməsi var: 20 Yanvardan yol alan faciələrə köklənmiş, hər kəsin qəlbində sıxışan bir nidaya, bir ağıya, bir aha çevrilmiş ALI Mustafayevin fəryadını əks etdirən nəğmə!!!
Ərdoğan ABŞ-dan  "Patriot" almaq ehtimalı ola bilər deyib

Təbii ki, şərtlər əlverişli olarsa Türkiyə Amerikadan "Patriiot" zenit-raket sistemi almaq ehtimalını rədd etmir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampa bildirib ki, ABŞ-dan sərfəli təklif gəldiyi təqdirdə, ölkəsi "Patriot" zenit raket sistemini almaq variantı üzərində düşünə bilər.

"Biz C-400 və F-35 ətrafında yaranan anlaşmazlığı aradan qaldıra bilərik"-deyə Tükiyə lideri qeyd edib.

Bir müddət əvvəl xəbər verilişdi ki, Tramp və Ərdoğan öz nazirlərinə Türkiyənin havadan müdafiə sistemi С-400-ün Rusiyadan alınması ətrafındakı vəziyyətin nizamlanması üçün çalışmalara başlanmasını tapşırıblar.

Yenises.ru
В Самаре пройдут Дни азербайджанской культуры

В Самаре 15-16 ноября пройдет серия мероприятий в рамках Дней азербайджанской культуры под названием «Волга – Каспий: незримый мост мира» с участием руководителей азербайджанских национально-культурных объединений регионов Приволжского Федерального округа, сообщает Единый информационный портал азербайджанцев России AZRU.

Организатором мероприятий является Лига азербайджанцев Самарской области (ЛАСО).

Дни азербайджанской культуры начнутся с церемонии возложения цветов к Вечному Огню и горельефу «Скорбящей Матери-Родине». Затем пройдет круглый стол «Волга – Каспий: незримый мост мира», состоится экскурсия по городу и гала-концерт с участием азербайджанских творческих коллективов Самарской области.

Во второй день мероприятий состоится литературный меджлис, посвященный 650-летию азербайджанского поэта и мыслителя Имадеддина Насими. Завершатся мероприятия Дней азербайджанской культуры встречей актива Самарской областной общественной организации «Лига азербайджанцев Самарской области» (ЛАСО) с гостями из регионов Приволжского Федерального округа.
В Самаре пройдут Дни азербайджанской культуры
Надо отдать должное, что ЛАСО, созданная в 85-ю годовщину создания Азербайджанской Демократической Республики, т.е. 28 мая 2003 года, все эти годы успешно и на достойном уровне представляет азербайджанскую общину Самарской области. Пропаганда богатого историко-культурного наследия азербайджанского народа, защита прав соотечественников, развитие межнационального мира и согласия в регионе, последовательная работа с молодежью, популяризация здорового образа жизни на примере собственных блистательных спортивных достижений и многое другое как нельзя лучше характеризуют единственную признанную на всех уровнях власти и общества организацию азербайджанцев Самарской области. Любое мероприятие ЛАСО, будь то круглые столы на актуальные темы, научно-практические конференции, фестивали, концерты, выставки, по своему уровню и масштабу заслуживают огромного внимания и слов благодарности, деятельность ЛАСО всегда находится в центре внимания местных и региональных СМИ. У ЛАСО есть свой ансамбль, а футбольная команда организации по доброй традиции неоднократно становилась чемпионом. ЛАСО стала родным домом для местных азербайджанцев. Помимо всего прочего, ЛАСО по праву гордится тем, что стала площадкой для создания семей – молодые люди, познакомившись в ЛАСО, скрепили свою любовь семейными узами.

Председатель правления ЛАСО Ширван Керимов активно участвует в общественно-политической жизни города и области, представляя азербайджанскую общину в общественных структурах. Каждое крупное мероприятие ЛАСО проводится с участием губернатора области, руководства, официальных лиц, представителей общественности. Это – не хвалебные оды в адрес ЛАСО и его руководителя, а отражение того, что есть в действительности – как говорится на языке журналистов, основано на реальных событиях.
Sankt-Peterburq universitetinin dosenti tələbəsini doğrayıb

Cümə günü qonaq qəbul edən Sankt-Peterburq dövlət universitetinin dosenti Oleq Sokolovun öldürdüyü tələbəsinin meyidi evdə imiş. Qonaqlardan gizlətdiyi və doğradığı cəsədi hissə-hissə Moyka çayına atmağı planlayıbmış.
BILIRSİNİZMİ?  Moskva metrosunda dahi Azərbaycan şairinin adı çəkilən tablo

Nə olsun ki-deyib keçməyin. Etirafdır. Nizaminin adının azərbaycanlı kimi vurğulanması da "Turandot" nağılının ona aid olması da, 5 əsr sonra Karlo Qotssinin ona müraciət etməsi də . "Vaxtanqov ! teatrında tamaşaya qoyulmasının "teatr hadisəsi" adlandırılması isə bir ayrı mövzudur.

Moskvanın tam mərkəzinə gətirən "Arbat" və "Biblioteka imeni Lenina" adına metro stansiyalarının kəsişmə-keçidində asılan bu lövhəni görməmək mümkün deyil. 2019-cu il "Rusiyada teatr ili" elan edildiyindən təbliğedici lövhələrin asılmasında qəribə heç nə yoxdur. Lakin biz-azərbaycanlıların ədəbiyyat korifeylərinin tanıdılması baxımından çox əhəmiyyətlidir.
НОВЫЕ КНИГИ О КАВКАЗЕ

Кафедра стран Центральной Азии и Кавказа Института стран Азии и Африки МГУ имени М.В. Ломоносова совместно с Центром Восточной литературы Российской государственной библиотеки провели 24 октября 2019 года выставку-презентацию под названием «В фокусе - Кавказ», в ходе которой были представлены два новых научных труда профессоров Караева Таймураза Муссаевича и Зайцева Ильи Владимировича.
Dost təbriki
Türk dümyasının sevimli şairi, professor Məmməd İsmayılı bu il ayrıca təbrik edə bilmədik. Bu bəlkə də sosial şəbəkədəki təbriklərə qoşulmağımıza görə belə alındı. Amma Saratovdakı dostumuz professor Rafail Qəribov bizim bu "səhvimizi " xüsusi təbriklə düzəltdi və hələ biz az da bizi utandırdı.

Sevimli şairiiz Məmməd İsmayılın 80 illiyini YeniSəs-dəki salamımızla başlayırıq. Məmməd İsmayılın 80 illiyi davam edir. Və bizim onun haqqında yazımız olacaq.
Təbrizdə 80 min  azərbaycanlı  "Türkiyə" deyə səsləndi
İranın Təbriz şəhərində Mustafa Dənizlinin baş məşqmi olduğu “Traktor”futbol komandası ilə yerli “İstiqlal” komandası arasındakı görüş 80 minlik Səhənd idman meydanında keçirilib. Oyunu izləmək üçün Ərdəbil, Kozvin, Xoy, Şirazdan minlərlə tərəfdar gəlib.
Seyran Səxavətin “Yol” şeirinə klip çəkilib


Əməkdar artist Kəmalə Məmmədovanın ifasında səsləndirilən Seyran Səxavətin “Yol” şeirinin rejissoru Müsfiq Balayevdir. Rejissor iki sevən arasındakı ayrılığı susuzluqdan-sevgisizlikdən cadar olmuş torpağa bənzədərək, abadlıqdan viranəliyə götürən yolda taykeş ayaqqabı ilə yeriyən gənc qadını canladırıb.
“Həsrətin beş, ümidin bir xal” qazanmağına yol verməmək üçün çağırış-fəryad edilən klipdə rejissor bunu təzadlı səhnələrlə verib.
Aramızdakı məsafə bir qarışdır-deyərək o yaxınlıqla uzun bir yol qət eləmək varkən...
Tarix : 5-03-2016, 00:24
 YUSİF, SƏNLƏ NƏĞMƏ DEYƏR TƏRTƏRİM!
Onun yaradıcılığı haqqında çoxdan yazmaq istəyirdim. Məndəki kitablarını bir də təkrar oxudum və nəhayət qərara gəldim. Və sərlövhəyə çıxardığım misra da bu gün qan ağlayan Tərtərin yaxınlarda eşitmək istədiyim nəğməsinə işarədi.
Yaxın dostum, istedadlı şair, “Qızıl qələm” mükafatı laureatı Yusif Hüseyn müxtəlif illərdə nəşr olunmuş “ Ömrün ətri”, “Bir parça ömür yolu”, “Ömür ağacı var, dar ağacı var”, ”Günlərin birində”, “Məndə bu dünyadan beləcə keçdim”, "Ömür bir nağıl imiş”, “Kəlbəcər ağrılı dünyamdı mənin” kimi bir-birindən maraqlı kitabların müəllifidir.

Doğrusu, Yusif Hüseyn haqqında yazı yazmaq üçün onun istənilən şeirini oxuyub fikir yürütmək, xarakterini açmaq mümkündür. Lakin bir şeirinin sehrinə düşdünmü o biri şeirləri oxumadan durmaq mümkün deyil. Onun yaradıcılığıyla tanış olduqca nə qədər həssas, kövrək, ilhamlı, təəssübkeş, yurdsevər şair olduğunu gördüm. Şairin yaradıcılığında vətən sevgisi, yurd həsrəti, bu həsrətdən yaranan ağrı- acılar, ana məhəbbəti, təbiət şeirləri, məhəbbət şeirləri mühüm yer tutur. 2004-cü ildə Bakıda nəşr olunmuş “Bir parça ömür” kitabına yazdığı ön sözdə böyük xalq şairimiz M. Araz deyir:--“...Bir neçə kəlbəcərli şair və saz-söz xiridarlarının da yaradıçılığı ilə yaxından tanışam. Deyərdim ki, İlahinin bu ulu ozan yurduna verdiyi əvəzolunmaz nemətlərdən biri də məhz burada doğulanların dilinin poetikliyi, qəlbinin və ruhunun lirik bir ümman olmasıdır!.. Yusif Hüseynin də şeirlərində mən bütöv bir Kəlbəcər obrazını, sonra isə Azərbaycan dünyasını gördüm.Yusifin şeirlərinin hər sətrində vətənpərvər bir oğulun ürəyinin döyüntüləri eşidilir...”!
Həqiqətən də Yusif Hüseyn elinə-obasına, doğma Azərbaycanına, candan artıq sevdiyi, lakin uzun illər bizim üçün əlçatmaz, ünyetməz olan həsrətiylə yaşadığımız Kəlbəcərimizə bağlı olan bir şairdir. Bəlkə yeniyetmə illərindən başlayaraq hər yerini, dərəsini, dağını - düzünü, yaylaqlarını, zümrüd meşələrini qarış- qarış gəzdiyindəndir ki, bütün yaradıcılığında Kəlbəcərin gözəlliklərini oxucunun gözü qarşısında canlandırır.

Söz yazdığım xınalı daş dəftərim,
Yol boyunca nəğmə deyir Tərtərim,
Qonağım ol, sənə heyrət göstərim,
Yorğun düşsən, duman dönər balınca,
Daşa dönüm burdan ayrı qalınca.

Yaxud:

Nəfəsində, ləşək-ləçək gül açar,
İlmələnər, çiçək-çiçək tül açar?
Bülbüllərin cəh-cəhində dil açar,
Qızılgülün yarpağında gələr yaz.

Yaxud:

Kəlbəcər! - Daşımdı, qayamdı mənim,
Kəlbəcər! – Kökümdü, mayamdı mənim,
Kəlbəcər! – Ömrümün dərd yapıncısı,
Kəlbəcər! – Gözümdə ziyamdı mənim.

Yusif Hüseyni uzun illərdi tanıyıram, ilk tanışlığımız 80-ci illərin əvvəllərindən Kəlbəcərdən başlayıb. Mən o vaxt Moskvada Ədəbiyyat institutunda təhsil alırdım, yay tətillərində evimizə, Kəlbəcərə gedirdim. O vaxt Yusif Hüseyn məndən böyük qardaşım adaşı Yusiflə bir idarədə çalışırdılar. Elə bizi qardaşım tanış elədi, dedi ki, yaxşı adamdır, yaxşı şeirlər yazır, şairdir, həm də Bəhmən Vətənoğlunun xalası oğludur. Sonra bu tanışlıq dostluğa gətirib çıxardı. Sonralar öyrəndim ki, hələ qohumluğumuz da varmış.Yusif Hüseynlə tez-tez görüşmək bizə nəsib olmasa da, yönüm Azərbaycana düşəndə vaxt tapıb zəng edirəm, görüşürük.
“Kəlbəcər ağrılı dünyamdı mənim” kitabını oxuyuram. Kitabda müəllifin müxtəlif qoşmaları, gəraylıları, təcnisləri, müxtəlif illərdə müxtəlif mövzularda yazdığı şeirləri toplanıb. Tanınmış publisist “Qızıl qələm” mükafatı laureatı Vəlyəddin Misiroğlu kitaba “Qürbət yorğanında qızınmayan şair” başlığı altında maraqlı, dolğun ön söz yazıb.
Şairin “Bir parça ömür yolu” kitabına xalq şairi Məməd Arazın, “Ömür ağacı var, dar ağacı var” kitabına isə sevimli şairimiz Məmməd Aslanın ön söz yazması da təsadüfi deyildir. Bu yazılar və təhlillər körkəmli şairlərimizin Y. Hüseyn yaradıcılığına verdikləri dəyərdir.
Şair sunilikdən qaçır, oxunaqlığı, ürəyəyatımlı şeirləriylə ruhumuzu oxşayır, belə sadə deyim tərzi onun şeirlərinn xalq arasında yayılmasına, sevilməsinə səbəb olur. “Vətəndi, ay oğul, vətəndi-torpaq”şeirində oxuyuruq:

Torpaq qorudunsa, papaq sənindi.
Yurdunda od sənin, ocaq sənindi.
Sonucda bir qarış torpaq sənindi,
Yaxşını, yamanı örtəndi, torpaq,
Vətəndi, ay oğul, vətəndi- torpaq!

İnsanın qəlbinin odu, ocağı,
Behiştin ünvanı ordan aşağı.
Cismin son gümanı, dayanacağı,
Şəhid ruhlarına kəfəndi-torpaq!
Vətəndi, ay oğul, vətəndi- torpaq!

Yolunda oğul tək yarımadınsa,
Yurdunda qurd olub qarımadınsa,
Qanın bahasına qorumadınsa,
Yağı tapdağında itəndi-torpaq!
Vətəndi, ay oğul, vətəndi- torpaq!

Onun qoşma, gəraylı və digər şeirlərində hissin, duyğunun, ağlın süzgəcindən süzülüb gəlir. Heca vəznində yazdığı şeirlərində Aşıq Alı, Aşıq Qurban, Aşıq Ələsgər, Dədə Şəmşir ənənələri özünü göstərir. Y. Hüseyn elinə, obasına, torpağına bağlı olan vətənpərvər şairdir. Vətəninin dağlarının, bağlarının, çiçəklərinin vəsfindən doymayan şair qürur hissi ilə doğma Azərbaycanını, həm də doğulub, boya-başa çatdığı Kəlbəcərini şeirlərində gözəl poetik ifadələrlə təsvir edir:

Cənnətdə, bir bağım varmış,
Nə gözəl növrağım varmış?!
Sonda, bir fərağım varmış,
Adı, Kəlbəcər...Kəlbəcər...

Şairin yaradıcılığına klassik şairlərimizlə yanaşı, Kəlbəcər aşıq məktəbinin, şifahi xalq ədəbiyyatımızın, el şairlərimizin güclü təsiri olduğunu duymamaq mümkün deyil. Qoşma, gəraylı, təcnis şəklindədi bu şeirlər, Dəlidağdan pərvazlanaraq Gəncədən, Şamaxıya, İsmayıllıya, Bakıya uçur, bütün Azərbaycanı gəzib dolanır, Qarabağ dərdini, Kəlbəcər dərdini, işğal olunmuş torpaqlarımızın nisgilini aləmə yayır. İşğal altında inildəyən dağlarımızın nisgili Yusifin bütün şeirlərinin baş mövzusudur:

Yuva axtarıram, olmayan yerdə,
O dağlar özüymüş, ocaq da, pir də,
Qayıda ömrümə, qayıda bir də,
O güllü, çiçəkli yamacın ətri.

İtdi arzuların ümid boxçası,
Soldu bu dünyanın bağı, baxçası,
Qayıtmaz anamın taxtı- taxçası,
O qucağın ətri, o sacın ətri.

Bütün Kəlbəcər şairlərində olduğu kimi Qarabağın və digər torpaqlarımızın işğalından sonra şairin yaradıcılığında bir dönüş yarandı, onun yaradıcılığnda qəmli notların sayı çoxaldı.
Şairin təbiət, məhəbbət mövzusunda yazdığı lirik şeirlər, ictimai motivli şeirləri də rəngarəngdir. Bu şeirlərin mövzusu həyatdan, şahidi olduğu hadisələrdən götürülüb. Haqsızlıqdan, biganəlikdən, vətən torpaqlarının işğalından doğan dərin kədər hissi Vətən həsrətini daha acı edir. Digər tərəfdən şairin yaradıcılığında sevgi və məhəbbət duyğuları, təbiət mənzərələrinin əsrarəngiz təsviri də mühüm yer tutur.
Yusifin şeirlərini oxuyanda xəyal əllərimdən tutub məni qarış-qarış Kəlbəcəri, dağlarımızı, yaşıl donlu meşələrimizi, ilməsi maralçiçəyindən olan göz oxşayan, könül açan allı-güllü yaylaqlarımızı gəzdirir. Bu şeirlər poeziya vurğununa qida verəcək, zövqünü oxşayacaq qədər doğmadır, əzizdir.
Kəlbəcərin uca dağları, əzəmətli qarlı zirvələri insanları qürurlu, mərd, əyilməz edib, ulu tanrıya yaxın olduğundan bu keyfiyyətləri şairlərinə ikiqat verməyi əsirgəməyib.
Yusif Hüseyn 1951-ci ilin may ayının 10-da Azərbaycanın füsünkar guşəsi Kəlbəcərdə doğulub, orada da orta təhsil alıb. 1975-ci ildə Bakıda Azərbaycan Politexnik İntitutunu bitirib Kəlbəcərə qayıtdıqdan sonra 1993 - cü ilin aprel ayına, yurdumuzun bu incisinin düşmən əlinə keçdiyi günə qədər orada yaşayıb.
Uşaqlığı çox ağrı-acılı keçib. Səkkiz yaşında atasını itirən Yusifi anası böyüdüb. Atasız böyüsə də atalı-analı olanlara heç vaxt həsrətlə, həsədlə baxmayıb, atasızlığı bir alın yazısı, tale, qədər kimi qəbul eləyib. Elə o yaşından evin kişisi olub, zamanın sərt sınaqlarına kişi kimi sinə gərib. “Kötüklərin dərdi” adlı bir şeirində şair yetim qalmış qardaş və bacılarını dolandırmaq üçün erkən yaşlarından zəhmətə qatlaşdığını yazır:

Dünyanın qəribə üzü varıymış
Qəribə ocağı, közü varıymış
On da dünyamın da, adı özgəydi,
Baharın, payızın dadı özgəydi.
Yıqardı altına dağı, aranı,
Hələ yaşayırdı obamız onda,
Odunla yanardı sobamız onda.
Yaxşı ki, var idi başımın tacı,
Yaxşı ki, sağ idi anamız onda....
... Bəzən, yarılmayan kötükləri mən,
Çeynəyib, didirdim, sanki dişimnən.
Qarlı axşamlarda, hər kötük bir dərd,
Balta qan ağlardı, üzümə sərt-sərt.
Bəzən dağ olardı, kötüyün dərdi,
Kötük yarılmasa,yatmaq hədərdi.

Səkkiz yaşında bir uşağın odun yox, kötük yarmasının necə çətin olduğunu mən yaxşı bilirəm. Mənim də taleyimə elə ağır günlər yazılıb, mənim də qismətimə elə o yaşlarımdan ağır işlər görmək, odun yarmaq, ot biçmək, yer belləmək, dərz bağlamaq düşüb. Götüklər cürbəcür olduğundan, onları yarmaq da çətin olur, bu kötüyün az və ya çox düyünlü, sərt olmasından asılıdır. Qədimdə qızları ərə verəndə bəyi sınaqdan çıxarmaq üçün ona götük yardırarmışlar. Kötüyü yarıb qurtarırdısa bəyin bəxti gətirər və evlənmək şansını qazanırdı. Amma səkkiz yaşında uşağın götük yarması evlənmək üçün deyil, soyuqdan donub ölməmək, ailənin sabaha sağ-salamat çıxması üçün həyatın imtahanıydı. Lakin, şeirin sonunda oxuyuruq:
...İllərdir,qəlbimdə, bir gırdın dərd var,
Gündüz çabalayar, gecə ağlayar.
Bu, vətən nisgili,yurd ağrısıdı,
Yurdsuz insanların dərd-ağrısıdı.
Əridə bilmirəm, illər uzunu,
Əlac da tapmıram, deyim düzünü.
Yığılıb qəlbimə ylğın-yığındı,
Bunlar dərd kötüyü, dərd gırdınıdı.
Əridə bilmirəm,dərd düyün-düyün,
Qələbə olacaq əritdiyim gün...

Bu dərd-düyün davası-dərmanı hələ tapılmayan torpaqların işğalıdır. Qarabağın, Laçının, Kəlbəcərin, Ağdamın, Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın dərdidir. Əzəmətli dağları, səfalı yaylaqları, min bir dərdə məlhəm olan, əsirlikdə qan ağlayan bulaqlarımızın dərdidir, qaçqınlarımızın nisgili, şairin qəlbində ona rahatlıq verməyən bir sərt gırdına dönmüş dərdidir.

Bilmirəm sirdaşdır, həmdəmdir, nədir,
Səhər aşılmamış yolumda bitir,
Gündüz qayğılara qarışır, itir,
Gecələr doluşur yatağa dərdim.


M. Aslan Yusifin anası haqqında yazırdı ki,” Rəhmətlik Yetər ana, eldə deyildiyi kimi, saçının birini ağ, birini qara hörmədi, elə ikisini də dümağ hördü. Bir ağ gün görmədi fağır. Təki övladları bay olsunlar”. Zəhmətkeş, talesiz Yetər ananın bir parca corək üçün hansı əzab- əziyyətlərə qatlaşdığını duymamaq mümkün deyil. Hansı əzab-əziyyətlər, olmazın çətinlikləriylə üzləşən, bir xoş gün görməyən anasını Yusif belə xatırlayır:


Perik düşdü gecələrin yuxusu,
Dərd içində ömrün-günün çoxusu,
Duyğumdadı navazişi, qoxusu,
İndi bildim yolumuzda nə çəkmiş,
Mənim anam çox kişidən zirəkmiş.

Nurlu idi ömrü-günü solsa da,
Təmkinliydi, qarğasa da, qalsa da,
Yerli-yersiz kövrəlsə də, solsa da,
Çox gec bildim çiynindəki nə yükmüş,
Mənim anam çox kişidən böyükmüş.

Körpəliyindən anasının şirin-şirin bayatılarıyla, nağıllarıyla böyüyən uşaq dünyanın necə şirin olduğuna, ananın,- dünya gözəl dünyadı deməsinə inanır, qəm-qüssəsini bir anlıq unudub bu gözəl, şirin dünyada yaşadığına ürəyində şükr etsə də, böyüyəndə, həyatın ağır zərbələriylə üzləşəndə, dünyanın nə qədər amansız, haqsız, ədalətsiz olduğunu dərk edəndə dünyadan gileylənir:

Sevinci zərrə-zərrə, dərdi dağından böyük,
Sinəmdəki yarası yurd ocağından böyük,
Dünyanın nəyi var ki, dərd otağından böyük,
Yox, bu dünya dediyin dünya deyilmiş, ana!

2009-cu ilin yanvar ayının 31-də Bakıda anam mənə , - ay oğul, məni Kəlbəcərə apar deyə - deyə qucağımda keçindi. Eşidənlər, Moskvadan, Rusiyanın, başqa şəhərlərindən müxtəlif rayonlarımıza səpələnmiş kəlbəcərlilər, dost-tanışlar, vaxt tapıb gələ bilməyənlər, bilənlər mənə başsağlığı verirdilər, zənglərin ardı-arası kəsilmirdi. Həmin gün Yusif də anamın ölüm xəbərini eşidib mənə İsmayıllıdan Girdimançay sahilindən zəng vurmuşdu, gəraylısıyla mənə başsağlığını belə vermişdi onda:

Nəsib, dərdin bizim dərddir,
Qorx ki, dərddən çöküm, qardaş.
Köçən köçdü, gedən getdi,
Qalmayıbdı təkim qardaş.

Yurd bir olar, yurd beş olmaz,
Köç bir olar, köç beş olmaz,
Dərd bir olar, on beş olmaz,
Hansı dərdi çəkim, qardaş?!

Yusif Hüseynin şeirləri içərisində Kəlbəcərin tanınmış insanlarına, şairlərinə, dostlarına, öz övladlarına, doğmalarına, söz-sənət adamlarına həsr olunmuş səmimi ithafları da çoxdur.
Şairin qüdrətli qələm sahibi, dünyasını vaxtsız dəyişən şairimiz Ənvər Rzaya həsr etdiyi eyniadlı şeiri bu baxımdan xüsusi maraq doğurur, şairin əziz xatirəsinə həsr etdiyi həzin misraları həyəcansız oxumaq mümkün deyil:

Amma, onun gəlişi də özgə idi,
Təbiətlə,insanlarla
Görüşü də özgə idi.
Lap adicə görüşü də özgə idi.
Yox, unutmaq olarmı heç,
O qüdrəti, o təmkini?
Sən biryolluq yox etmişdin
Insanlığa qarşı kini....
Vaxt oldu ki,
çoxlarına gərək oldun,
Çoxlarının üz tutduğu,
Ümid yeri-örnək oldun.
Sən əlçatmaz bir zirvəsən,
insanlığı duyan üçün.
Niyə belə tez tələsdi,
Ömür yolun, karvan köçün.

Xalqımızın müqəddəs nemətləri kimi əziz tutduğu və bizə miras qoyub getdiyi mənəvi, əxlaqi dəyərlərin göz bəbəyi kimi qorunmasını şair ön plana çəkir. ”Qorxuram başıma papaq qoymağa” şeiri şairin ciddi narahatçılığını ifadə edir:

...Mən qərib taleli qərib dəvrişəm,
Ömrümü illərə qurban vermişəm,
O qədər biqeyrət papaq görmüşəm,
Qorxuram, başıma papaq qoymağa.


“Dünyanın ağzından qan iyi gəlir”, “Beşikdən məzara qədərdi dünya”, “Ömür ağacı var,dar ağacı var”, “Burdan ayrı qalınca”, “Kəlbəcər haqqı”, “Ağlatdı”, “İllərdir gecələr yol gedirəm mən”, “Gözlərim yol çəkir vətənə sarı”,” Qeyrət qanda ulayar” və s. şairin ictimai-siyasi və mədəni həyatımızda baş vermiş hadisələr, müstəqillik dövrünə xas olan keçid mərhələsinin sosial sıxıntıları, çətinliklər, qaçqınlıq - köçkünlüyün yaratdığı əzablar, Qarabağ işğalından yaranan ruhi sarsıntılar bütöv əqidəsi, yurdsevərliyi, azərbaycançılığı, ocağa, yurda bağlılığı ilə seçilir.
Hər cığırına bələd olan, hər gülündən-çiçəyindən ruhlanan, qayasına, daşına arxalanan, zirvəsində qartal yuva quran dağlarının tapdaq altında qalmasına,Tərtərin,Tutğunun, Qamışlıçayın şırıltısına həsrət qalan şair neyləməlidir?

Həsrətdən daşlar da yəqin dil açıb?!
Qanlı yurd yerində, qanlı gül açıb!!
Xoş gün ömrümüzdən perikib, qaçıb,
Üzükməz nə mənə, nə sənə sarı!!

Kəlbəcər-Kərbəla, cihad mənzili!!
Qeyrət savaşı var, bir at mənzili!!
Göy at yox, Boz at yox, Qırat mənzili,
Gedən var, qoşulam, gedənə sarı?!

Ay Yusif, hardadı o ad, o şərəf?!
Yol gedək namusa, papağa tərəf!!
Qeyrət məni çəkir, torpağa tərəf,
Ömür məni dartır, kəfənə sarı!!

Sanki Kəlbəcərsizliyin yaratdığı nisgili, dərdi ac qalmış uşağı ovutmağa çalışan ana həssaslığı ilə sözün gücü ilə ovutmağa çalışır Yusif Hüseyn!
Dərdini bölsə də ağrı-acıları yüngülləşmir, şairi sıxıntılarla, çətinliklərlə qarşı-qarşıya qoyur. Pərvanə şamın başına dolanan kimi Yusif də dərdinin başına dolana-dolana yaşayır. Qarabağ boyda dərdinə, Şuşa, Kəlbəcər, Laçın nisgilinə poetik abidə yaradır və özünü söz memarı kimi təqdim edə bilir!

Məmməd Arazın məşhur “Bəlkə bu yerlərə bir də gəlmədim, Duman, salamat qal, dağ, salamat qal” deyib əbədi vidalaşdığı dağlar, şair Yusif Hüseynin dünyam adlandırdığı dağlardır. Şair o dağlara--Kəlbəcərdə qalan, talanan, dağılan dünyasına üz tutur:

Daşı gövhər, gülü incə,
Özü boyda dərd-düşüncə,
Çiçək-çiçək, qönçə-qönə,
Açan dünyam, solan dünyam,
Kəlbəcərdə qalan dünyam.

Şair “Mənim qala yurdum, qalaçam dağlar” adlı başqa bir şeirində isə dağlar həsrətinə, ayrılığına necə tab gətirəcəyini desə də ümidini itirmir:

Sizsiz dünya mənə haramdır, haram,
Sizsiz qəbirdə də sağalmaz yaram,
Əlacım varmı ki səcdənə duram,
Daşına, qayana əl açam, dağlar?

Yusif Hüseynin yaradıcılığında məhəbbət şeirləri sayca az olsa da məzmun gözəlliyi ilə ilə oxucuları valeh edir:

Gəl, yetməz bir kimsəyə harayım,
Xəzri olum, tellərini darayım,
Ay vəfasız, indi kimi arayım,
Kimə açım varaq-varaq dərdimi?

Könül həsrət, dərdim pünhan, görən yox,
Sonam tənha, zülf pərişan, hörən yox,
Mən Yusifə səndən xəbər verən yox,
Artırırsan bax bu sayaq dərdimi.

Yaxud:

Elə bilmə yorulubdu köhlənim,
Özün söylə hansı kökə köklənim?
Aman vermə gecələrdə təklənim,
Gözəlliyin nazın danış bu gecə.

Təbiət haqqında yazdığı şeirlər orjinaıdır, təbiidir:

Cığıra iz düşüb, ləpir-ləpirdi,
Ləpirlər bulağı arxac eyləyib.
Şaxta suları da “göm-göy kəsibdi”,
Şaxta suları da ağac eyləyib.

Güzgülər çəkilib ayna sulara,
Sular naxış-naxış naxışlanıbdı.
Şəlalə asılıb hörüklərindən,
Elə yerindəcə donub qalıbdı.

Yazımın sonunda Yusif Hüseynə üz tuturam: Sən əsl şairsən, dilimizə, ədəbiyyatımıza layiq insansan. öz dünyaduyumu olan qələm sahibisən. Sənə uğurlar arzulayıram. Özün dediyin kimi, gün o gün olsun ki, tale üzümüzə gülsün yaxinda olan qələbəmizi öz gözlərimizlə görək:


Can qıydınsa, bax ondadı qələbə,
Haqsızlığı yıxandadı qələbə,
Tale gülsə yaxındadı qələbə,
Ana yurda bir şəhid can borcluyuq.


Nəsib Nəbioğlu
Moskva,12.02.2016





Baxış: 2415 | Bölmə: Mədəniyyət, slayd2
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru