Bakı Ulitskaya, Federmesser və Jukovanı "qara siyahıya" saldı
Qarabağa səfərindən sonra Ulitskaya, Federmesser və Jurovanın Azərbaycana girişinə qadağa qoyuldu.

Azərbaycan Xarici işlər nazirliyi Svetlana Jurova, Lyudmila Ulitskaya və Nyut Federmesserin Ermənistanın baş nairi Nikol Paşinyanın həyat yoldaşının dəvəti ilə Qarabağa səfərindən sonra onları qara siyahıya salıb.
Navalnı azadlıqda-50 gündən sonra

Çıxdım, amma durmayacam. 50 günlük nəzarətdən sonra Navalnının ilk ismarışı belə oldu.
Repçi 50 Cent-dən Nurməhəmmədova böyük təklif
Amerikalı repçi 50 Cent rusiyalı döyüşçü Həbib Nurməhəmmədovun UFC-dən çıxıb Bellator turnirinə keçməsi üçün 2 miyon dollar təklif etdi.

O, "UFC-nin Nurməhəmmədova qarşı özünü düzgün aparmadığını, Markqreqoru fərqli yanaşdığını" və rusiyalı döyüşçü Bellator-a keçməyə razı olarsa, "bu gün" nəğd olaraq 2 milyon dollar ödəməyə hazır olduğunu bildirib.
Türkiyə məhkəməsi amerikalı pastor Bransonu azad etdi
Məhkəmə formal olaraq rahibi 3 il həbs cəzasına məhkum etmişdi və o, cəza müddəti başa çatdığı üçün azad edilib. ABŞ prezidenti Donald Tramp pastor Bransonun azad ediləcəyi haqda məlumat verib: O tezliklə evdə olacaq.

Qırğızıstanın XİN başçısı Erlan Abdıldayev istefa verdi
Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayev ölkənin Cənubi Koreyadakı səfirinin bəyanatı fonunda istefa edib. Bu haqa RİA "Novosti" məlumat yayıb.

Ramzan Kadırov Nurməhəmmədova  "Mersedes" hədiyyə etdi-VİDEO
UFC-nin yünğül çəki dərəcəsində qaydasız döyüş üzrə çempionu Həbib Nurməhəmmədov dünən Çeçenistan rəhbəri Ramzan Kadırovun qonağı olub və Qroznı şəhərinin fəxri vətəndaşı seçilib.
"3,5 min rubla yaşamaq olar" deyən nazir işindən azad edildi
Minimum 3,5 min rubla yaşamağın mümkünlüyünü bəyan edib bunu öz üz üzərində eksperiment etməkdən imtina edən Saratovun Əmək, məşğulluq və miqrasya naziri Natalya Sokolova vəifəsindən azad edildi. Bu haqda RBK-ya region qubernatorluğunun mətbuat xidmətindən məlumat verilib.


Saratovun naziri 3,5 min rubla bir ay yaşamaq olar dedi və...
Saratov vilayəti Əmək və məşğulluq naziri Natalya Sokolova 3,5 min rublun "minimla fiziki tələbat üçün" tam yetərli olduğunu söyləyib. Bu haqda yerli "Obşestvennoe mnenie" ( "İctimai rəy") nəşri onun danışığının videoyazısını təqdim edib.

Sokolova bu deyimi vilayət Dumasının sosial siyasət komitəsinin yığıncağında işləməyən təqaüdçülərin yaşayış minimumunu qaldırmaq məsələsinin müzakirəsi zamanı səsləndirib.

İştirakçılar arasında bir ayda hansı məbləğlə keçinməyin mümkün olması ilə bağlı gərgin mübahisə gedib.

Sokolova "minimal fikziki tələbat üçün" 3,5 min rublun yetərli olması fikri ilə çıxış edib.

Ukrayna  prezident seçkilərində MDB müşahidəçilərindən imtina etdi
Ukrayna tərəfinin 2019-cu il prezident seçkilərində MDB moritorinq qrupu müşahidəçilərinin iştirakından imtina etməsi barədə birliyin idarətmə komitəsinin başçısı Segey Lebedev RİA "Novosti"-yə məlumat verib.

Moskva vilayətinində baş müstəntiq güllələndi
Rusiya DİN Nəqliyyat idarətməsi xüsusi işlər idarəsinin Mərkəzi Federal dairəsindəki bölməsinin müstəntiqi Yevqeniya Şişkina Moskva vilyətinin Krasnoqorski rayonunda evinin qarısındaca güllələnib. Bu barədə RF İstintaq Komitəsinin Moskva vilayəti üzrə nümayəndəliyinin yetkilisi Olqa Vradiy TASS-a məlumat verib.
Peskov Petrov və Boşirov barədə sual-cavabın gözlənilməz olduğunu deyib
Kremlin sözçüçü Dmitri Peskovun sözlərinə görə Böyük Britaniyanın Skripal işində şübhəli bildiyi ruslar haqqıdna Vladivostok forumunda verilən sual və Putinin cavabı gözlənilməz i."Biz bu haqda heç nə bilmirdik"-deyə Rossiya-1 kanalına verdiyi müsahibsində deyib.

Rosqvardiyanın başçısı Navalnını duellə hədələdi

"Zabit ortamında" belə təhqirlərə duellə cavab verilir. Mən də səni duelə çağırır və səndən döyülmüş ət qiyməsi edəcəyimə söz verirəm. İylənmiş, çürük birisiniz. Zolotov Navalnını belə hədələdi.

Rosqvardiyanın başçısı Viktor Zolotov Korrupsiyaya qarşı mübarizə fondunu (FBK) rəhbəri Aleksey Navalnıya videomüraciət ünvanlayaraq onu hədələyib. Bununla o, müxalifətçinin Rosqvardiya döyüşçülərinə alınan qida məhsulları ilə bağlı apardığı araşdırmaya və onun şəxsinə qarşı işlədilmiş "təhqiredici" və "böhtan xarakterli" ittihamlara cavab verib.
Ermənistan Amerikanın pulu ilə tikilən biolaboratoriyanın qapısını  Rusiyaya açdı
«Ъ»-a müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində Amerika vəsaiti ilə tikilən biolaboratoriyanı rus ekspertlərinin ziyarət etdiyi barədə məlumat verib.
Putin Sobyanini təbrik etdi

Rusiya prezidenti Vladimir Putin senytabrın 9-da keçirilən mer çekilərində Sergey Sobyanini qalib gəlməsi münasibətilə təbrik edib. Bu haqda TASS agentliyinin məlumatında deyilir.

Ukrayna mətbuatı Zaxarçenkonun ölmədiyindən şübhələnir
Ukrayna KIV-nin qondarma DNR-in başçısı Aleksandr Zaxarçenkonun ölümünün səhnələşdirildiyindən (tamaşa olduğundan) şübhləndiyi haqda Dni.ru qəzeti yazıb.
Dinlə bağlı  zarafat edəni həbs gözləyir

Səudiyyə Ərəbistanında dinlə bağlı zarafat edəni həbsə atmağı düşünürlər.
Moskva əyalətində qubernatorluğa namizədlə görüş zamanı atışma olub

"Yaşıllar alyansı" partiyasından Moskva vilayəti qubernatorluğuna namizəd olan Liliya Belova Sergiyev-Posad rayonunun Mexovo kəndində seçiciləri ilə gğrüç zamanı silahlı insident müşahidə olunub. Bu haqda TASS agentliyinə namizıdin qərargahından məlumat verilib.
İsveç siyasətçiləri "Şimal axını-2"-yə  qarşı
İsveçin parlament partiyalarının əksəriyyəti Rusiyanın "Şimal axını-2" qaz kəmərinin tikintisinin dayandırılmasını istəyir. Bu barədə Sveriges Radio radisotansiyası xəbər verib. İsveçli siyasətçilər bunua səbəb olaraq təhlükəsizlik və Avropa Şurasının yenilənən enerji mənbələrinin istehlak payının artırması məsələlərini önə sürürlər.
Tarix : 17-12-2016, 00:14
"Sinəni öyrətmə orden, medala..." - Ramiz Rövşənə Moskvadan məktub...
Rusiyada yaşayan tanınmış şair Nəsib Verdiyev Ramiz Rövşənin 70 illik yubileyinə həsr etdiyi şeiri Moderator.az - a göndərib:

Eşitdim ki, Anar müəllim Ramiz Rövşənin sinəsinə medal taxmaq istəyəndə şair gülümsəyərək etiraz eləyib: “Sinəm medala öyrəşməyib, sonra taxaram”.


Ramiz Rövşənə

Təpədən dırnağa hirs içindəsən,
Tənhasan, yalqızsan söz meydanında.
Özün bir əyilməz heykəl kimisən,
Hələ dayanmısan öz meydanında.

Sinən səltənəti şerin, sənətin,
Sən ki, oynamısan alovla, odla.
Sözünün gücündən tanıdıq səni,
Sənin nə işin var orden-medalla.

Sinənin altında dərd düyün-düyün,
Yüzdümü, mindimi, bilinmir sayı.
Sənə ulu Tanrı elə pay verib,
Axı sən neynirsən dəmirdən payı?

Min ilin dərdini daşımaq çətin,
Gözlərin yol çəkir çimir eləmir.
Bir dəmir parçası mələk deyil ki,
O dəmir adamı şair eləmir.

Haqqın yuvasıdır sinənin altı,
Vallah haqsızlıqla barışa bilməz.
Onsuz da o sinə öyrəşən deyil.
Medallar sinənə yaraşa bilməz,

Budur parçalanan, soyulan vətən,
Budur ağzı günə qoyulan vətən,
Götür bağrına bas, gözlərinə təp.
Sənin yaraların sağalan deyil.

Yenə öz yarana öz külünü səp.
Qol qoya bilməzsən bəd əməllərə,
Sənin tək şairlər ədalı olmur.
Özün də bilirsən yaxşı şairin.

Sinəsi üstündə medalı olmur.
Tutubsan üzünü, göylərə sarı,
Yeddinci qata bax, adın var orda.
Sinəni heç kəsə ümid eləmə,

Sənin ağlatdığın qadın var orda.
Yuyula bilməzsən ay işığında,
Parçalayar, bölər, kəsər, doğrayar.
Sənin harayını, sənin səsini,

Allahın bir yazıq bəndəsi duyar.
Ürəkdə yaralar qaysaq geyinib.
Qırılar qərib tək qolun-qanadın.
Hardasa bir tində qınayar səni,
Əlindən öpdüyün dilənçi qadın.

Əyilməz iradə sahibi kimi,
Sınmış istəkləri gəl calaq eylə.
-Daşa bas göyləri deyərlər sənə,
Göydə mələkləri daş qalaq eylə.

Dərdin dağlar boyda, vətən boydadır,
Bu dünya bimirəm nəyi umacaq.
Kədər yağdırdılar, başının üstə,
Nisgil dağlar boyda, qəm qucaq-qucaq.

Bir az səbrli ol, tələsmə hələ,
Bir qızın baxışı öldürər səni.
Dünya öz kefində, öz işindədir.
Hər gəlib, keçənə güldürər səni.

Sənin sözlərindən tilsimə düşən,
Adam fikirləşər bir iz tapılmaz.
Bu şər dünyasında özünü qoru,
Bir də sənin kimi Ramiz tapılmaz!

Mənzili uzaqdı getdiyin yolun,
Bu sədləri uçur, dağıt, parçala.
Qoy yağsın başına yenə qar, yağış,
Sinəni öyrətmə orden, medala.


Nəsib Nəbioğlu, Moskva 15.12.2016




Baxış: 751 | Bölmə: Mədəniyyət, slayd1
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yazarlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru