RUS ALİMLƏRİNİN XARİCİLƏRLƏ ÜNSİYYƏT QAYDALARI SƏRTLƏŞDİRİLİR
Rus ailmləri xarici həmkarlarları ilə elmi mübadilə aparmaq üçün xüsusi icazə almalı və bu prosesdə bütün danışıqlar qeydə alınıb ali təhsil və elm nazirliyinə təqdim edilməlidir. Bir sözlə alimlərin elmi -praktik konfransları, görüşləri tam nəzarətə götürülür.

Rusiya ali təhsil və elm nazirliyi rus elm adamlarının xarici həmkarları ilə əlaqə qaydalarını sərtləşdirən qanun hazırlayır. Sənədin surəti "Trotsk varınatı" ("Trotskiy varinat") qəzetində dərc olunub. Rusiya Elmlər Akademiyası texnika elmləri üzrə doktoru, professor Aleksandr Fradkovun bu əmrlə bağlı açıq etiraz məktubu da adıçəkilən qəzetdə yer alıb.

FACEBOOK  SƏSLI MESAJLARI GİZLİNCƏ DİNLƏYİRMİŞ
Bir həftə əvvələ qədər Facebook audio-faylları dinləyirmiş. Bunun da istifadəçi anlaşmasında razılaşdırıldığını deyib. Yəni istifadəçilərin bilgisi daxilində olduğu deyilir.

Bloomberg agentliyi Facebook kompaniyası istifadəçilərin səsli mesajlarını açmaq üçün buna yüzlərlə muzlu işçi cəlb etdiyi faktını açıqlayıb.

Anonim mənbə bildirib ki, korporasiyanın rəhbərliyi qarşısına səsli mesajların yer və zamanını gizli saxlamaqla audoi-faylların oxunması məsələsini qoyub. İşçilər bunun nəyə lazim olduğunu bilmədən təəccüblə dinləyiblər.
Mariya Zaxarova: Rusiyanın Qarabağın statusu haqqında fikri dəyişməzdir
Rusiya XİN yetkilisi Mariya Zaxarova bu fikri jurnalistlər üçün keçiridiyi bugüngü brifinqdə səsləndirib.

"Bizi Azərbaycan və Ermənistan münaqişə xəttində sakitliyin müşahidə olunması məmnun edir. Bununla yanaşı, tərəflərin müxtəlif yollarla bir-birini ittiham etməsi də narahatçılıq yaradır"-deyə Zaxarova qeyd edib.

Bu cür ritorikalar danışıqlar prosesində əlverişli şərtlərin formalaşdırılmasına və konfliktin həll olunmasında kompromiss variantlar axtarmağa imkan vermir- Rusiya xarici siyasət qurumundan qeyd ediblər.

"Rusiya Dağlıq Qarabağın son statusunun Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməsindən yanadır"-deyə XİN nümayəndəsi göstərib. Onu da əlavə edib ki, rəsmi Moskvanın mövqeyində heç bir dəyişiklik yoxdur.

Xarıtladaq ki, avqustun 7-də Ermənistan baş naziri Nikol Paşinyanın tanınmamış Dağlıq Qarabağ respublikası haqqında "Bura Ermənistandır"-deməsi Azərbaycan tərəfindən qəzəblə qarşılanıb.

Yenises.ru
Sabiq qırğız prezidenti Atambayevin rezidensiyasına basqın davam edir

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin rezidensiyasına basqında yaralananlar Dövlət Milli Təhlükəsizlik komitəsi əməkdaşlarının sayı artır. Almaz Atambayevi tutmaq üçün xüsusi əməliyyatda iştirak edən DTK əmdaşaları arasında yaralananların sayı 27 nəfərə çatdığı haqda RİA Novosti-yə komitənin mətbuat xidmətindən xəbər verilib.
Lukaşenkonun "oyunu" özünə baha başa gələ bilər
Lukaşenkonun Rusiyaya inteqrasiya məsələsini qarşı tərəfə təzyiq vasitəsinə çevirməsinə "Bulba Prestolov" Teleğram kanalı toxunub. Dni.ru iformasiya portalının Telegram kanala istnadən yazdığına görə Belorusiya prezidenti Aleksandr Lukaşenkonun başı üstündə qara buludlar dolaşır. Rusiya rəhbərliyi Batkanın şərtləri ilə inteqrasiyaya razı deyi-deyə ekspertlər xəbərdarlıq ediblər. Onların sözlərinə görə Rusiyada belorus liderinə kimsə güvənmir və onunla ünsiyyətdən qaçırlar.

Son zamanlar Belorusiyada qərbyönlü millətçilik baş qaldırıb-deyə "Bulba Prestolov "Telegram kanalın müəllifləri bildirirlər. Buna görə Rusiya Aleksandr Lukaşenko rejiminin maliyyələşdirilməsinin məqsədəuyğun olduğuna daha çox şübhə edirlər.
Rusiya XİN-dən ABŞ və Almaniyanın 3 avqust aksiyasını işıqlandırmasına   etiraz
RF Xarici işlər nazirliyinin ABŞ və Almaniyaya onların diplomatları və mediasının Rusiyanın daxili işiniə qarışması ilə bağlı rəsmi müracət göndərəcəyini qurumun nümayəndəsi Mariya Zaxarova "Bazar axşamı Vladimir Solovyevla" proqramında açıqlayıb. Bu avqustun 3-də Moskvada keçirilən icazəsiz mitinqin işıqlandırılması ilə əlaqəlidir.

Situasiyanı araşdırmağı xarici işlər nazirliyinin nümayəndəsi Mariya Zaxarova təklif edib.

"Mən düşünürəm ki, ABŞ rəhbərliyi onun diplomatlarının Rusiyanın daxili işinə qarışmalarına təəccüblənəcəklər"-deyə qeyd edib.

RUBRIKA: Belə də olur - SƏYYAR MAĞAR

Axşam aldığım xəbəri kənddən uzaqda yaşayan eloğlu ilə bölüşmək üçün zəng elədim:
--Salam, əmioğlu. Loxəbərlik olmasın, Məmmədəlinin ölümündən xəbərin var?
--Salam. Var, əmioğlu, var.
Moskvadakı icazəsiz mitinqdə 600 nəfər saxlanılıb
DİN-nin paytaxt rəhbərliyindən verilən məlumata görə avqustun 3-də Moskvada keçirilən icazəsiz aksiyada 1500 adam iştirak edib və onlardan 600 nəfərə yaxını saxlanılıb. Bu haqda RİA Novostinin məlumatında deyilir.
Moskvanın mərkəzində yanan binanın söndürülməsində 24 texnika və 2 vertolyotdan istifadə edilib
Bu gün səhər səhər saat 6:18 radələrində Moskvanın mərkəzində- Dubninsk küçəsi ev 41/4 ünvanında olan dördmərtəbəli binada yangın baş verib. Fövqəladə hallar nazirliyindən verilən məlumata görə yanğın 5 min kvadratmetr sahəni əhatə edib. Yanğını n söndürülməsində 80 nəfər yangınsöndürən, 24 texnika, o cümlədən 2 vertolyot iştirak edib. Xilasedicilər yanğının ətrafda yerləşən binalara və eləcəə də yaxınlıqdakı benzindoldurma məntəqəsinə keçməsi təhlükəsinin qarşısını almağa çalışıblar.
[right]Rusiya pasportu alan ukraynalılar sorğuya çəkilirlər
Ukraynanın hərbi prokuroru Anatoli Matios bəyan edib ki, Rusiya pasportu almaq üçün müraciət edən Donetsk və Luqansk vilayətinin sakinləri qurum tərəfindən sorğuya çağırılıb. O, bunu "Radio NV" -yə müsahibəsində söyləyib.

Hərbi prokuror müstəntiqlərin qanun çərçivəsində hərəkət etdiklərini qeyd edib. Matiosun sözlərinə görə hərbi prokurorluq baş verənlər haqqında tam təsəvvürə maikdir və Rusiya pasportu almaq üçün ərizə verən Ukrayna vətəndaşlarının şəxsiyyətini müəyyən etməklə məşğuldur.

ABŞ administrasiyasında Rusiyaya qarşı ikinici sanksiya  paketi hazırlanır
Birləşmiş Ştatlar Skripal işinə görə Rusiyaya qarşı ikinci sanksiya paketi hazırlayır. Bu haqda RİA Novostiyə ABŞ administrasiyasının nümayəndəsi məlumat verib.
Rusiya yığmasının azərbaycanlı oyunçusu Aleksandr Səmədov karyerasını başa  vurdu
35 yaşlı idmançı özünün bu qərarını İnstagram səhifəsindən açıqlayıb.

"Əziz dostllarım, yaxınlarım, azarkeşlərim! Futbolçu kimi özümün idman karyeramı başa vurmağın zamanı gəldi. Uzun illər sizin mənim yanımda olduğunuzu bilərək yaşadım, işlədim, oynadım,arzuladım, planlar qurdum. Sizin mənimlə və Rusiya futbolu ilə qürur duymağınız üçün qələbəyə nail olmağa çalışdım. Mən idmançı, futbolçu və şəxsiyyət kimi yetişmək istədim. Bu arzularım gerçəkləşdi. İstədiyimə çatdım! Mən xoşbəxtəm ki, siz hər zaman mənə inandınız, dəstəklədiz, həyəncanlandınız, irəli getmək, daha böyük uğurlar əldə etmək üçün güc verdiniz!"-deyə futbolçu yazıb.
Sobyanin icazəsiz mitində təxribat ola bilıcəyindən xəbər verib
Sobyanin xəbərdarlıq etdi. Mitinqi təşkil edənlərlər də, oara gələnlər də təxribat törətməyə hazırlaşırlar. Lakin bunun qarşısı alınacaq.

Bu günə təyin olunmuş icazəsiz mitinqində ciddi təxribat baş verəcəyi ehtimalından Moskva meri Sergey Sobyanin özünün Twitter səhifəsindən xəbər verib.


Vüqar Bayramov - Şairin dünyası qız qoxuludu!
Şairin dünyası qız qoxuludu!


Bu yay axşamında bahar havası,
Təbiət bu gecə yaz qoxuludu!
Hamının dilində şirin arzular,
Hamının dodağı söz qoxuludu!

Gözlər intizarda, qəlb həvəsdədi,
Hamı bir arzuda, bir nəfəsdədi.
Qulaqlar həsrətlə xırda səsdədi,
Həsrətin vüsalı naz qoxuludu!

Xəbəri titrətdi küləklər kimi,
Gəldi gecə yarı, mələklər kimi.
Muştuluq həvəsli ürəklər kimi,
Ocaq qoxuludu, köz qoxuludu!

Açıldı cığırım, izim dünyaya,
Qəlbimdən gələni yazım dünyaya.
Bu gecə göz açdı qızım dünyaya,
Şairin dünyası qız qoxuludu!


22.07.2018

Dünya mənim gözümdə bu baxışın boydadı.

Elə şirin baxırsan səddin, çəpərin yoxdur,
Sən elə bir duyğusan ölçün, qədərin yoxdur.
Səninlə gözəlləşib həyat xəbərin yoxdur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Balalar gül doğulur, balalar çiçək olur,
Çirkin körpə görmədim, hamısı göyçək olur.
Bu məsum baxışında arzular gerçək olur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Ömrümün hər saatı, dəqiqəsi, anısan,
Özünü çox sevərsən gözlərimdə tanısan!
Atanın gül qızısan,ürəyisən, canısan,
Dünya mənim gözümdə bu baxışın boydadı.

26.02.2019
Rusiya səfirliyi xəritədə Krımı Ukraynanınkı kimi göstərib
Rusiya səfriliyi Twitter səhifəsindəki paylaşımında Krımı xəritədə Ukrayna ərazisi kimi göstərdi. Ukrayna XİN-i də təşəkkür edərək davamını digər qurumlardan gözləyirik-deyə repost yazdı.

Rusiyanın Böyük Britaniyadakı səfriliyi Twitter səhifəsində Krımı Ukrayna əraizisi kimi göstərib.

Rusların yarısının əmək haqqı 35 min rubldan az imiş
Rosstat-ən məlumatlarına görə, böyük və orta müəssisələrdə işləyən rusların yarısı 34,335 rubldan az gəlir əldə edir. Nisbətən yüksək maaşı olan balıqçılardır.

Peskov Putinlə Zelenski arasındakı  telefon söhbətindən danışdı
Prezident seçilləndə təbrik etmədi, lakin prezident kimi qəbul edib telefonla danışdı. İlk cümləsi "Salam" olub-deyə yazır Rusiya mətbuatı. Salam verməkdə qeyri-adi nə olduğu anlaşılan deyil. Yəni "Alo" deməyibmi? Nə isə ki, prezidentlər arasında olan telefon söhbətini Peskov şərh edib.

Gürcüstan prezidentindən  Putinin sanksiyalara dair sözlərinə reaksiya
Zurabişvili Moskva ilə münasibətləri düzəltməyə hazırdır. Rusiyaya ilımlı mövqeyinin ölkəsində tənqidlə qarşlanacağına gəlincə "Kimsə mənə vətənpərvərlik öyrədə bilməz"-deyib.

Gürcüstan prezidenti Salome Zurabişvili rusiyalı həmkarı Vladimir Putinin Moskvanın Tiflisə qarşı sanksiyalar tətbiq etmək istəmədiyi bəyanatını alqışlayıb. Bu barədə Associated Press-ə müsahibəsində deyib.
Tarix : 11-02-2017, 22:28
O mehriban, o əziz...  O GÜNLƏRDƏN NƏ QALDI?

Universitetin jurnalistika fakültəsində hörmətli müəllimimiz Cahangir Məmmədli mühazirələrarası söhbətlərinin birində dedi ki, məndən olsa savadlı, qabiliyyətli abituriyentlərlə bərabər savadsız sayılan, ipə-sapa yatmayan, hətta qanunla dostluq eləməyən gəncləri də ali təhsil almaq üçün qəbul edərdim. Onların hamısının elmə fayda verəcəyini düşünmək sadəlövhlük olardı, amma təhsilin sonunda ən azından cibində bıçaq gəzdirməkdən, özünün də, başqasının da taleyinə qara kölgə salmaqdan çəkinərdilər. Həm də bu beş ildə heç olmasa bir az mədəni sərvət toplayardılar.

Danışacağım və sizinlə paylaşacağım bu yazıya yuxarıdakı söhbətin çox az dəxli var. Sadəcə o tələbəlik illərinin əvvəlində hağğında çoxumuzun heç nə bilmədiyimiz, bəzilərinin adını bir rayonun, yaxud yaxınlarının adında eşitdiyi Füzulinin şeir, qəzəl ümmanına baş vurmağımız, yenə çoxumuzun o ümmanın elə kənarında qalmağımız, bəzilərinin sahildən bir-iki addım aralanmadan boğulub-batması gəldi ağlıma. Çox fənlər öyrənirdik, onlardan birini də yanlış xatırlamıramsa, o vaxt hələ filologiya elmləri namizədi olan Firuz Sadıqzadə tədris edirdi. Çox xırdalıqlara, təfərrüata girmədən onun klassik ədəbiyyatımızın qəzəl, qitə kimi incilərinin düzüldüyü əruzu öyrətməsindən ağlıma saplanmış bir misaldan söhbət açacağam.

Məlumdur ki, bu gün Füzuli qəzəllərini oxuyub tam başa düşənlər çox azdır. Müğam sənətinin son vaxtlar yaxşı inkişaf etməsi bu yolda bir irəliləyiş yaratsa da müəyyən ixtisas qrupları nəzərə alınmazsa əksəriyyət klassik şeirə meyl göstərmir. Onun yerinə müasir, bədii siqləti ağır, dili axıcı, obrazları zəngin poeziya nümunələrinə həvəs varsa çox gözəl. Amma, təəssüf ki, televiziyalarda mahnı adı ilə tamaşaçıya, üzr istəyirəm, “sırınan” söz yığınının şeirlə yox, heç “üç badam, bir qoz”la da əlaqəsi yoxdur və bu giley ayrı yazının mövzusudur.

Mətləbdən uzaqlaşmayaq. Bir gün Firuz müəllim Məhəmməd Füzulinin “Pənbeyi-dağı-cünun içrə nihandır bədənim,..” misrası ilə başlanan məşhur qəzəlini təhlil etdi. Yolüstü bir “eksperiment” edək. Təhlili oxumadan qəzəli əvvəldən sona qədər oxuyub hər kəs onun nə qədərini tamamilə başa düşdüyü barədə öz vicdanı qarşısında hesab versin. Əgər bu rəqəm qəzəlin yarısı—yəni əlli faizi qədərdirsə, yenə vəziyyət pis deyil. Amma mən etiraf edim ki, ilk dəfə qəzəli bütöv oxuyanda (o vaxt on altı yaşım vardı) heç üçdə birini anlamamışdım.

O mehriban, o əziz...  O GÜNLƏRDƏN NƏ QALDI?

Pənbeyi-dağı-cünun içrə nihandır bədənim,
Diri olduqca libasım budur, ölsəm, kəfənim.

Canı canan diləmiş, verməmək olmaz, ey dil!
Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim.

Daş dələr ahim oxu, şəhdi-ləbin şövqündən,
Nola zənbur evinə bənzəsə beytülhəzənim.

Tövqi-zənciri-cünun daireyi-dövlətdir,
Nə rəva kim, məni ondan çıxara zəfi-tənim.

Eşq sərgəştəsiyəm, seyli-sirişk içrə yerim,
Bir hübabəm ki, həvadan doludur pirəhənim.

Bülbüli-qəmzədəyəm, bağü bəharım sənsən,
Dəhənü qəddi rüxun, qönçəvü sərvü səmənim.

Edəmən tərk, Füzuli, səri-kuyin yarın,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!


Qəzəli əvvəlindən sonuna dərk edənləri bəri başdan təbrik edir, aşağıda müəllimin izahından yadımda qalanları söylərkən şərhdə yanlışımı gördükləri halda düzəliş vermələrini xahiş edirəm. Çünki mən bir peşəkar tədqiqatçı kimi deyil, məsul oxucu kimi fikirlərimi bölüşürəm.

Öz qəlbi, könlü ilə munis söhbətində sevgilisinə olan məhəbbətin izahını, məğzini anlatmağa çalışan şair vəziyyətinin təsviri ilə başlayır. Eşq bəlasına düçar olanlar bəzən ciddi şəkildə xəstələnir və el arasında bu xəstəliyə “dəlilik”, “cünunluq” xəstəliyi deyilirmiş. Xəstəlyi müalicə etmək üçün xəstənin bədəninə dağ basılır və dağ yerindən qan çıxmasının qarşısını almaq üçün oraya ağ pambıq piltələri qoyulur. Azacıq da olsa qan hopan pambıq pənbə qırmızımtıl rəng alır. Xəstəlik nə qədər güclü olursa dağlanan nayihələr də o qədər çox olur. Şairin-aşiqin bədəninə o qədər dağ basılıb, pambıq elə qızarıb ki, aşiqin bədəni tamamilə bu “örtüyün” altında gizlənib.

Pənbeyi-dağı-cünun içrə nihandır bədənim

Sağalıb normal paltar geyəcəyinə ümid bəsləməyən aşiq bi “paltarı” diriliyinin libası, öldüyü zaman isə kəfəni hesab edir.

Diri olduqca libasım budur, ölsəm kəfənim.

Sanki canının verilməsinə qaib sualla etiraz edən könlünə cavab olaraq deyir ki, bu can canana məxsusdur, o dilədikdən sonra sən və mən nəkarəyik ki, tərəddüd edək.

Cananın gülüşünü, təbəssümünü görüncə çəkdiyi ahın oxunun daşı dəlib keçdiyini deyən şair öz ah-fəğanının sədasını pətəyi-evi qarşısında dolaşan arıların avazına bənzədir.

Daş dələr ahim oxu şəhdi-ləbin şövqündən,
Nola zənbur evinə bənzəsə beytül-həzənim.

Cünunluq xəstəliyinə tutulanların başqalarına və özlərinə zərər verməməsi üçün zəncirlə (tövqi-zənciri-cünun) bağlandığı da söylənir. Buna işarə edən şair dəlilik zəncirinin halqasını dövlət sərhədi ilə müqayısə edir və vücudunun zəiflik göstərib bu sərhəddən çəxmasını, zəncirdən qurtulmasını özünə rəva bilmir.

Nə rəva kim, məni ondan çıxara zəfi-tənim.

Suyu göz yaşlarından ibarət eşq dənizində üzən məcnun-dəli özünü dalğadan sonra suyun üzündə qalan və içərisi hava ilə dolu olan köpüyə bənzədir.

Bir hübabəm ki, həvadan doludur pirəhənim.

Bağı, baharı gözəllik mücəssəməsi sevgilisi olan sair bir bülbüldür və onun təsir dairəsindən, cazibəsindən bir an belə uzaqlaşmağı ağlına belə gətirmir, çünki yarın səri-kuyi onun əbədi vətənidir.

Edəmən tərk, Füzuli, səri-kuyin yarın,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!

Bu xatirə tonqalına qığılcım olan nədir? Birincisi, tələbəni mütəxəssis eləmək üçün ömrünü şam edən müəllimlərə vaxtında deyilməyən minnətdarlığı dilə gətirib onlara dua etmək ehtiyacı. İkincisi, pepsikolalı, redbullu, elzacahanlı süni mayalanmalı su masasına təşnələr üçün bir dəsti duru büllur bulaq suyu qoymaq istəyi. Üçüncüsü, yüzilliklərin sal qayalarından süzülüb gələn bu bulaq suyunun gec-tez bütün suları durultması təmənnası.

Əlbəttə, hər dövrün öz tələbi, hər insanın öz zövqü var. Amma zövqləri formalaşdıranlar öz məsuliyyətini pendir-çörək yeyən kimi həzmi-rabedən keçirəndə televiziya ekranına Məhəmməd Füzulinin Leylisi yerinə Füzuli dayının havadarlıq elədiyi elzalar çıxır.

Cəfər Sadıq,
Jurnalist
11 fevral 2017-ci il





Baxış: 809 | Bölmə: Mədəniyyət, slayd2
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru