Etirazçılar Serj Sarqsyanı istefaya göndərdilər
Ermənistanın sabiq prezidenti və hazırkı baş naziri Serj Sarssyan istefa verdiyini elan edib.

S. Sarqsyan hökümətinin mətbuat xidmətindən verilən xəbərdə deyilir ki, o, son günlər Yerevanda etiraz aksiyası keçirənlər də daxil olmaqla bütün vətəndaşlara "axırınıcı dəfə" müraciət edib.
TƏCİLİ-Tver vilayətində yardıma möhtac 4 uşaqlı azərbaycanlı ailənin ANASI vəfat etdi
Bir müddət əvvəl Tverdə yaşayan çoxuşaqlı azərbaycanlı ailəsinin maddi durumunun acınacaqlı və yardıma ehtiyacı olduğu haqda məlumat vermişdik. Bu xahişlə redaksiyamıza bu ailəni tanıyan və uzun zamandır yardım edən bir türk dostu müraciət etmişdi. Saytımızda gedən xəbərdə o da deyirdi ki, Elman Babayevin həyat yoldaşı Nataşa ağır xəstəlikdən əziyyət çəkir və Moskva xəstəxanalarının birində müalicə olunur. Bu gün soydaşımızın xanımı müalicə olunduğu xəstəxanada vəfat edib.
Rusiyada Facebook qapadıla bilər
Telegramdan sonra Facebook ... Rusiyada Facebook qapadıla bilər... Roskomnadzor: "indidən təşvişə düşməyin"- deyir. Bu hələlik bir ehtimaldır...

Roskomnadzor: (Rabitə, Informasiya texnologiyaları və kütləvi kommunikasiya sahəsinə nəzarət üzrə federal xidməti) Facebook-u qapada bilər. Bunu idarənin rəhbəri Aleksandr Jarov "İzvestiya" qəzetinə müsahibəsində deyib. "Əgər Facebook sosial şəbəkəsi Rusiya qanunvericiliyinin tələblərinə tabe olmazsa, o zaman qapadıla bilər".
Başqırdıstan məktəbində olay-yeniyetmə sinif yoldaşlarını bıçaqla yaraladı, sinfə od vurdu
Başqırdıstanın Sterlitamak şəhərində əqli qüsurlu şagirdlərdən ibarət -korreksiya sinfində oxuyan 17 yaşlı yeniyetmə şagirdləri və müəllimi bıçaqla yaralayıb və sonra yanğın törədib.
Merkel yaxında Putinlə görüşəcəyini  anons etdi
Almaniyanın kansleri Angela Merkel jurnalistlərə yaxın gələcəkdə Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini bəyan edib. Lakin hələ tarix müəyyən olunmayıb.
MQİMO-nun tələbəsi  Dağıstanın sabiq baş nazirinin oğluna görə intihara cəhd etdiyi düşünülür
Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MQİMO) 21 yaşlı tələbəsinin intihara cəhdi etməsi ilə bağlı Dağıstanın sabiq baş naziri Muxtar Məcidovun 22 yaşlı oğlu Murtuzəli istintaq tərəfindən sorğuya çağırılıb. Müstəntiqlər tələbə qızı intihar etmə dərəcəsinə onun çatdırdığını düşünürlər.

Amerikanın Rusiyaya qarşı sanksiya "hücumu" davam edir
Ağ Evdən məlumat veriblər ki, tezliklə Rusiyaya qarşı əlavə sanksiya tətbiq ediləcək.
Yerevanda polislə nümayişçilər arasındakı qarşıdurmada 46 adam xəsarət alıb
Yerevanda polislərlə nümayişçilər araşında baş verən qarşıdurmada 46 adam zədə alaraq xəstəxnaya yerləşdirilib. Bu haqda İnterfaks Ermənistanın Səhiyyə nazirliyinin məlumatına istinadən xəbər yayıb.

O da qeyd eolunur ki, xəsarət alanlardan 6-sı polisdir.
ФНКА АзерРос приглашает на Шестой Вечер русско-азербайджанской поэзии
В Москве, Есенин-центре, 28 апреля, 18-00 час. состоится традиционный Вечер русско-азербайджанской поэзии «Поэзия без границ» с участием известных русских и азербайджанских поэтов России и Азербайджана.
Ruslan Əliyev: “Azərbaycan Krasnoyarsk iqtisadi forum kimi nüfuzlu meydançalarda daha da fəal iştirakda maraqlıdır”
Artıq 15-ci dəfə keçirilən Krasnoyarsk iqtisadi forumu (KİF) bu günlərdə öz işini tamamlayıb və bu mötəbər tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev iştirak edib. Bu barədə Rusiya azərbaycanlılarının vahid informasiya portalı AzRu.org xəbər verir.
Akif Əhmədgil  - Çanaqqala, bağışla, mən Şuşadan gəlmişəm
(Çanaqqala savaşının 100 illiyinə)

Çanaqqala, bağışla, mən Şuşadan gəlmişəm.
Sinən üstə yazıldı qəhrəmanlıq dastanı.
Bilirəm bağışlamaz tökülən şəhid qanı –
O dastanı unutdum...
Məhkəmə Rusiyada Telegramın təcili bağlanmasına qərar verib
Telegram blok edildi. İstifadəçilərin şifrə açarını FSB-yə verəndən sonra blok qaldırıla bilər. Durov isə buna qəti etiraz edir. Məhkəmə isə bunu dövlətin və vətəndaşın təhlükəsizliyinə zərbə kimi dəyərləndirir.

Rusiyada   yoxlamalardan  sonra 15 ticarət mərkəzi bağlanıb

Kemerovoda baş verən yanğından sonra bütün Rusiyada kütləvi şəkildə yoxlamalara başlanb və 15 ticarət mərkəzində qayda pozulması aşkar edildiynə görə onlar qapadılıb. Bu barədə "Qovorit Moskva" radiostansiyasının efirindən Baş prokurorluğun rəsmi nümayəndəsi aleksandr Kurennoy bildirib.
Tramp Putini Ağ evə dəvət edib
Martın 20-də baş tutan telefon danışığı zamanı Donald Tramp Valdimir Putini ikitərəfli görüş üçün Vaşinqtona dəvət etmişdi. Bu haqda brifinqdə RF prezidentinin yardımçşısı Yuriy Uşakov danışıb.

Zirəddin Rzayev: Məhərrəm Quliyevin həbsi sifarişlidir- Eksklüziv -VİDEO
Moskvadakı tanınmış azərbaycanlı iş adamı Məhərrəm Quliyevin həbs olunması xəbəri gündəmə bomba kimi düşüb. Saytlar həmyerlimizin hüquq mühafizə orqanları tərəfindən həbs edilməsi anı qeyd edilmiş video materala istinadən onun bu vəziyyətdə tutulmasını - diz çökdürüldüyünü “Pokrov Məhərrəm “belə tutuldu””- başlığıyla manşet edib.
Peskov Putinin Kemerovaya getməsi xəbərini təkzib etdi

Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov "Vedomosti"-yə ölkə başçısının Kemerova getmə xəbərinin yalan olduğunu deyib. "Hələ yox. Bu doğru deyil"-deyə nəşrin bu barədə sualı ilə bağlı cavab verib.
Putin Kemerovoya getdi
Rusiya prezidentinin təyyarəsi Kemerova hava limanına enib.

Məlumatda qısaca bildirilir ki, dövlət başçısının təyyarəsi faciəli hadisənin baş verdiyi şəhərə enib.

"Vladimir Putinin təyyarəsi Kemerovada eniş edib"-deyə xəbərdə deyilir.

Bundan əvvəl KİV Valdimir Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə istinadən məlumat vermişdi ki, ölkə başçısı 64 nəfərin ölümü ilə nəticələn yanğın yerinə baş çəkməyi qərara alib.

Yenises.ru
Hansı ölkələr rus diplomatlarını geri göndərir- Tam siyahı
Bu gün Qərb ölkələri demək olar ki, eyni anda rusiyalı diplomatlarınln gerı göndərilməsini elan ediblər. Qərar rus agenti Skripalın Böyük Britaniyada zəhərlənməsi ilə bağlı qəbul edilib.
Tarix : 21-04-2017, 15:57
Söz vermişik, Kəlbəcərdə ona qurban kəsəcəyik! – Cəfər Sadıqın yubileyinəCəfərlə ötən əsrin 80-ci illərində, Moskvada SSRİ Ali Sovetində işlədiyi dövrdə tanış olmuşam. O vaxt mən də SSRİ Dövlət Turizm Komitəsində çalışırdım. Taleyin hökmüydümü vətəndən uzaqlara aparmışdı bizi. Bəlkə də qədərin hökmündən Şəkidən və Kəlbəcərdən iki kəndçi balasının dünyaya hökmranlıq eləyən bir imperiyanın mərkəzində, izdihamlı, təlatümlü Moskva şəhərində rəsmi vəzifələrdə çalışması o qədər də asan deyildi. Ruslar da bizim və bizim kimilərinin nə qara qaşına, (düzdür, Cəfərin qapqara qaşları da var) nə də qara gözlərinə aşiq deyildilər. Sadəcə olaraq onlar ağıllı, savadlı, təmiz, dürüst, bacarıqlı insanları irəli çəkir və onların işlərindən, zəhmətlərindən yararlanırdılar. Vəzifəsindən, mövqeyindən və peşəsindən asılı olmayaraq, Cəfər hələ gənclik illərindən həyatda müəyyən uğurlar qazanmağa, arzusunda olduğu zirvəyə çatmağa can atırdı. Bunun üçün gecə-gündüz çalışırdı, zəhmət çəkirdi. Bu illər ərzində Cəfərin çətin günləri, yuxusuz gecələri çox olub. Və hardasa istəklərinə nail ola bilib.

Uzun illərdir ki, Cəfərlə dostluq edirik. Bu illər ərzində bir-birimizə daha yaxından bağlanmışıq, bir-birimizə hörmətimiz birə-min artıb və bir-birimizə yaxın dost, simsar, qardaş olduq. Mənə elə gəlir ki, insanlar dünyaya göz açandan, lap elə uşaqlıqdan dostluq münasibətlərinə ehtiyac duyurlar. Amma adam heç bilmir ki, əsl dostunu nə zaman, harada tapır. Uşaqlığındanmı, yeniyetmə çağlarındamı, yoxsa yetkinlik illərindənmi? Bəzən elə olur ki, yaxın dostunu ailə üzvlərindən daha yaxşı tanıyırsan və başa düşürsən. Başqalarına deyə bilmədiklərini dostuna deyə bilirsən, sevincini bölüşürsən, dərdinə şərik olursan, ehtiyac olduqda mənəvi və maddi dəstək göstərirsən. Məlumdur ki, dostu olan insan özünü yalqız hiss etməz, ona inanar, etibar edər.
Söz vermişik, Kəlbəcərdə ona qurban kəsəcəyik! – Cəfər Sadıqın yubileyinə
Cəfər çox sədaqətli, etibarlı, dar gündə adamın arxasında dağ kimi duran bir dostdur. Bunu mən 32 illik dostluğumuzun tarixinə və sınağına əsaslanaraq deyirəm. Biz iki qosqoca dost bu qəribçiliyin ağır sınağından üzüağ çıxmışıq. Elə tanışlığımızın ilk illərindən yaranan dostluq münasibətlərimizi aramızdakı səmimiyyəti, hörməti, mehribanlığı qoruyub saxlamışıq. Əsl dost kimi heç vaxt bir-birimizi çətinlikdə, darda qoymamışıq. Sovet dönəmindən sonra düz 7 il bir yerdə çalışmışıq, bu da bu qürbət eldə, yad millətlərin içində bizim dostluğumuzun möhkəmlənməsinə gətirib çıxarıb. Həmin illərdə Cəfərlə dostluğumuz daha da möhkəmlənib. Ola bilsin ki, hardasa Cəfərin xətrinə dəyən sözlər işlətmişəm, onun qəlbini sındırmışam, ancaq bizim umu-küsümüz ən çoxu bir-iki gün çəkib. Biz başqa – başqa yerlərdə doğulub boya-başa çatsaq da, bizi yalnız bir amal birləşdirib: doğma Azərbaycanımıza məhəbbət, Qarabağ yanğısı, işğal olunmuz torpaqlarımızın ağrı-açısı, əqidəmiz, millətimizə xidmət, vətənə, anaya-ataya sevgi, məhəbbət, poeziyanı, müsiqini sevməyimiz və dünyanın bir kiçik pəncərəsindən görünən dünyagörüşlərimiz. Bəli, məkan tanımayan bu dostluğumuz xeyirdə-şərdə, toyda-düyündə özünü təsdiq edir. Deyirlər, dost dar gündə sınanar. Qürbətdə keçirdiyimiz bu illər bizi zamanın sınağından çıxardıb.

Cəfər Moskvada yaşadığı bu illər ərzində xalqımız üçün az iş görməyib. Çoxsaylı məqalələriylə həm rus, həm Azərbaycan mətbuatında öz sözünü deyib. Erməni terrorunun ideoloqlarından biri olan – erməni yazıçısı Zori Balayanın “Nezavisimaya qazeta”da yazdığı bir məqaləsinin qarşılığında onu öz arqumentərilyə, dəlilləriylə yerindəcə oturtduğunu da hamımız bilirik. Hansı ki, “Nezavisimaya qazeta”da ermənilərin mövqeləri olduqca üstündür.
Bu o Zori Balayandı ki, “Ruhumuzun canlanması” adlı kitabında ermənilərin Xocalıda törətdiyi soyqırımı haqqında erməni quldurlarının və özünün ağlasığmaz vəhşiliklərini açıq-aşkar yazdığı halda mətbuatda özunu mələk kimi göstərməyə çalışırdı.

Cəfər özünün Xocalı qətliamını törədənlərin gec-tez cəzalanmalı olduqlarını göstərən “İddia müddəti sonsuzdur” adlı kitabında Z. Balayanın bu türkürpədici yazılarını sitat gətirdi, özünə yazıçı deyən bir caninin, terroristin açıqlamasını rus oxucularına çatdıra bildi.
Söz vermişik, Kəlbəcərdə ona qurban kəsəcəyik! – Cəfər Sadıqın yubileyinə
Cəfər iyirmi ildən çox müddət ərzində “Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyətinin idarə heyətinin fəal üzvü idi. Amma bu gün başqa cəmiyyət və birliklər kimi tənəzzüldə olan cəmiyyətdəki haqsızlıqla barışmadan və narazılığını ümumi müzakirə mövzusuna çevirmədən idarə heyətindən çıxdı. Mən deyərdim ki, “Ocaq” cəmiyyətinin süqutu da ondan sonra başladı. Cəfər formal olaraq bir cəmiyyətin üzvlüyündən çıxdı, amma bu onun hər şeydən üstün tutduğu vətənə, millətə xidmət amalına zərrə qədər təsir etmədi, əksinə, xırda, lüzumsuz vəzifə, şan-şöhrət çəkişmələrindən yüksəkdə olduğunu sübut etdi.

Moskvada ilk şəxsi tanışlığını kəlbəcərli həkim dostu Sabir Həbibovdan başlayan Cəfərin dostlarının çoxu kəlbəcərlidi. Cəfər həmişə biz kəlbəcərlilərin yanında oldu, ağır günlərimizdə, dar günlərimizdə bizi tənha qoymadı. Kəlbəcərin işğal günlərini, anım günlərini keçirdiyimiz tədbirlərdə onun dəfələrlə bizə qoşulub ağladığının şahidi olmusuq. Ötən illər mənim yaddaşımda acılı-şirinli xatirələrlə dolu və yaddaqalan illər kimi qalıb, unudulmaz günlər yaşamışıq.

Biz kəlbəcərlilər onu kəlbəcərlilərin fəxri vətəndaşı seçmişik. Özünə də söz vermişik ki, Kəlbəcər azad olan kimi bizimlə Kəlbəcərə gedəcək onun ayağının altında qurban kəsəcəyik. Təki arzumuz gözümüzdə qalmasın. Cəfərin ilk kəlbəcərli dostlarından biri də mərhum şairimiz Məmməd Aslan olub. Səksəninci illərin ortalarında Türküyəyə gedən şair birbaşa təyyarə uçmadığından Moskvadan getməli olur və burada bir neçə gün ləngiyir. Elə həmin günlərdə də Sabir həkimin vasitəsiylə M.Aslanla tanış olur. Bir-iki gün görüşüb bir yerdə olmaq imkanları olur. Sonra şair kitabını Cəfərə “Altıncı imamım Cəfərsadıq! Dünya itirərdim buluşmasaydıq” aftoqrafı ilə hədiyyə edir. Cəfər o kitabı bu gün də şairin əziz bir xatirəsi kimi hörmətlə, izzətlə qoruyub saxlayır. Elə yeri gəlmişkən onu da deyim ki, C. Sadığın babası ruhani olub evdə altıncı uşaq olduğundan Cəfər Sadıqın (əleyhis-salam) adını ona babası qoymuşdur.

Cəfər 1957-ci ildə Şəkinin Cəyirli kəndində sadə bir ailədə doğulub. Uşaqlıqda çox dəcəl olubmu, bir yerdə durmaz olubmu, bilmirəm. Amma özü indi deyir ki, Eldar nəvəsi dəcəldir, heç bir yerdə durmur. Bəzən telefonla danışmağa imkan vermir, bu iki yaşlı uşaq babasının üzünü görmədiyi, yalnız səsini eşitdiyi dostuyla danışmaq istəyir. Bəlkə Eldar elə babasına çəkib. Cəfər orta məktəbə altı yaşında gedib, məktəbi əla qiymətlərlə bitirib. Elə məktəbi qurtaran ili də Bakıda ADU – nun jurnalistika fakultəsinə daxil olub. Jurnalistliyə marağı həm özünün istəyi olub, həm də atası Ələmdar kişi bu həvəsi oyadıb. Sonra isə Lomonosov adına Moskva Dövlət İnstitutunun hüquq fakültəsini bitirib.
Söz vermişik, Kəlbəcərdə ona qurban kəsəcəyik! – Cəfər Sadıqın yubileyinə
Ələmdar kişi kəndin sayılıb-seçilən el ağsaqqallarından idi. Qarabağda gedən ağır döyüşlərdə şəhid olmuş Məhərrəm adlı bir gəncin cəsədini doğulub- böyüdüyü Cəyirli kəndinə gətiriblərmiş. Altı bacının şəhid qardaş üstündə fəryadını görən Ələmdar kişi özünü saxlaya bilməyib göz yaşlarını axıtdı. Bir kəndin ağsaqqalını camaat heç vaxt belə görməmişdi. Ələmdar kişi gözünün qabağında böyümüş, öz balası kimi xətrini istədiyi gəncin dəfnində ilk infarkta yaxalandı. Minlərlə həmvətənimiz kimi Ələmdar kişinin də ölüm səbəbi Qarabağ yarası, şəhidlərin acısı oldu.

Cəfər həmişə valideynlərindən çox minnətdarlıqla danışır, atasının da, anasının da onun tərbiyəsində, təhsilində, əsl vətəndaş kimi yetişməyində böyük əməyi olduğunu deyir. İndi Cəfərin atası Ələmdar kişi də, anası Əminə ana da haqq dünyasındadırlar. Amma onların ruhu narahat deyil, cünki, özlərindən sonra təmkinli, savadlı, cəmiyyətə yararlı oğul qoyub getiblər.

Cəfəri hamımız yaxşı ata, yaxşı qardaş, yaxçı ailə başçısı kimi tanıyıriq. Bu da böyüdüyü çoxuşaqlı ailədə aldığı tərbiyədən irəli gəlir. Ailədə dörd bacı, dörd qardaş olublar. Təhsilə, elmə, mütaliəyə maraq evin təməlində olub. Tanış olduğumuz, birgə işlədiyimiz illərdən bəri bir-birimizdən çox şeylər öyrəndik. Hamımıza məlumdur ki, vətənpərvərlik insanın daxilində olmalıdır. Bu hissi hər bir insan qəlbində yaşatmalıdır. İşindən, peşəsindən asılı olmayaraq, hər kəs vətənpərvər ola bilər və bu, müqəddəs borcdur. Bir qələm sahibi kimi öz məqalələrində vətənimizi tərənnüm edib Cəfər.

İstər babası, istərsə də atası – bir sözlə, bütün ailə şən, baməzə söhbətləri ilə fərqləniblər. Cəfər də onlara oxşayıb. Deyib-gülməyi, dost-tanışa düzlü-məzəli Şəki lətifələri danışmağı sevir. Pislik, mərdimazarlıq, kiməsə ziyan vurmaq onların ailələrinə xas olan xüsusiyyət deyil. Hazırda vaxtının çox hissəsini ailəsiylə, nəvəsi Eldarla keçirir. Nəvə övladdan şirin olur deyiblər…
Söz vermişik, Kəlbəcərdə ona qurban kəsəcəyik! – Cəfər Sadıqın yubileyinə
Cəfər deyir ki, – doğrudan da, nəvə çox şirindi. İndi nəvəm yanımda olanda sanki istirahət edirəm. Onunla vaxt keçirəndə sözün əsl mənasında dincəlirəm. İnşallah o böyüdükcə ona yurdumuzdan, tariximizdən, Şəkidən, Cəyirlidən söhbət açacam, vətənimizi tanıtdırmağa, sevdirməyə çalışacağam, dilimizi öyrədəcəm. Burda onu da demək yerinə düşər ki, o nəinki vətəndən uzaqda öz övladlarına, hətta Moskva Dövlət Universiteti Asiya və Afrika Ölkələri İnstitutunun başqa millətlərdən olan tələbələrinə də Azərbaycan dili öyrədir. Hələ 1989-cu ildə Moskvada daimi nümayəndəliyimizin binasında ilk Azərbaycan dili kursunu da dostum açmışdı.

İstər şair olsun, istər jurnalist – yaradıcı adam üçün qürbətdə yaşamaq çox ağırdır. Bizim üçün qürbətdə yaşamaq sözün açığı o qədər də asan olmayıb. Elə hesab edirəm ki, insan düşdüyü hər çətin vəziyyətə uyğunlaşmağı bacarmalıdı. Amma əslində biz uyğunlaşa bilmədik. Qürbətdə çox ağır günlər yaşadıq. Çox şükür ki, hamısına sinə gərməyi bacara bildik:
Söz vermişik, Kəlbəcərdə ona qurban kəsəcəyik! – Cəfər Sadıqın yubileyinə
Qürbətdə yaşamaq yaşayış deyil,
Bu qədər səbrli nədən olmuşuq.
Fikrimiz vətəndə, cismimiz burda,
Parçalanıb yarı bədən olmuşuq.

Yır-yığış eylədik köçüb gəlmədik,
Həsrətli yolları ölçüb gəlmədik,
Yaxşını yamandan seçib gəlmədik,
Vətəndən biryolluq gedən olmuşuq.

Qarabağ yarası, Qarabağ dərdi,
Açılmır düyünü görən nə sirdi?
Göylər dağ dərdini üstümə sərdi.
Qəlbi sınıq, saçı dən-dən olmuşuq!

Sağalmaz yara var ürəyimizdə,
Günahkar bizikmi, yoxsa fələkdi?
Qürbətdə göynəy-göynəyə qaldıq!
Qürbətdə yaşamaq gör nə deməkdi?

Dost tək sınanmısan darda, çətində,
Gənclik illərimiz nə tez ötüşdü?
Ay Cəfər, vətəndən danışdın yenə,
Gönlümə dağların havası düşdü.

Bu necə səfərdir çıxmışıq belə,
Qəlbimdə gəncliyin öz həsrəti var.
Ömür dediyimiz yükü aramla,
Haraya aparır görən bu qatar…

Dolandıq dünyanı heyrət içində.
Hara tələsiyir ömrün qatarı,
Qalmışıq bir nisgil, həsrət içində.
Uzanar əlimiz vətənə sarı,

Xəyalım bir əsir yurd yerindədir,
Qəribin dərdləri özündən yekə.
Yalnız buraxmayır xəyallar məni.
Yığıb dərdimizi apara bəlkə!…


Söz vermişik, Kəlbəcərdə ona qurban kəsəcəyik! – Cəfər Sadıqın yubileyinə


Onu da deyim ki, bu günlərdə Səadət xanımın da doğum gününü qeyd etdik. 37 il əvvəl qurduğunuz ailənin xanımı, üç övladınızın anası, şirinli-acılı günlərin əvəzsiz həmdəmi Səadət xanımın. İkinizin 120 yaşınızı səmimi qəlbdən təbrik edirəm!
Əzizimiz Cəfər! Sizə uzun ömür, cansağlığı arzulayıram.

Dunyada nə varsa, gəldi- gedərdi.
Qürbətdə yaşamaq bildik hədərdi.

Dostluq isə əbədidir. Mənəviyyət üzərində qurulan dostluq.
Nəsib NƏBİOĞLU
Moskva, 21.04.2016




Baxış: 410 | Bölmə: Mədəniyyət, slayd1
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru