Erməni müxalifətçiləri Paşinyanın baş nazir olmasını istəyirlər
Nikol Paşinyanın baş nazir olması üçün 13 səs çatmır. Onun başçılıq etdiyi "Elk" fraksiyası və "Sarukyan" bloku parlamentdə 40 mandata sahibdir.

"Elk" müxalifət fraksiyası Ermənistanın baş nazir postuna öz başçıları və etiraz hərəkatının rəhbəri Nikol Paşinyanın namizədliyini irəli sürüblər.
Etirazçılar Serj Sarqsyanı istefaya göndərdilər
Ermənistanın sabiq prezidenti və hazırkı baş naziri Serj Sarssyan istefa verdiyini elan edib.

S. Sarqsyan hökümətinin mətbuat xidmətindən verilən xəbərdə deyilir ki, o, son günlər Yerevanda etiraz aksiyası keçirənlər də daxil olmaqla bütün vətəndaşlara "axırınıcı dəfə" müraciət edib.
TƏCİLİ-Tver vilayətində yardıma möhtac 4 uşaqlı azərbaycanlı ailənin ANASI vəfat etdi
Bir müddət əvvəl Tverdə yaşayan çoxuşaqlı azərbaycanlı ailəsinin maddi durumunun acınacaqlı və yardıma ehtiyacı olduğu haqda məlumat vermişdik. Bu xahişlə redaksiyamıza bu ailəni tanıyan və uzun zamandır yardım edən bir türk dostu müraciət etmişdi. Saytımızda gedən xəbərdə o da deyirdi ki, Elman Babayevin həyat yoldaşı Nataşa ağır xəstəlikdən əziyyət çəkir və Moskva xəstəxanalarının birində müalicə olunur. Bu gün soydaşımızın xanımı müalicə olunduğu xəstəxanada vəfat edib.
Rusiyada Facebook qapadıla bilər
Telegramdan sonra Facebook ... Rusiyada Facebook qapadıla bilər... Roskomnadzor: "indidən təşvişə düşməyin"- deyir. Bu hələlik bir ehtimaldır...

Roskomnadzor: (Rabitə, Informasiya texnologiyaları və kütləvi kommunikasiya sahəsinə nəzarət üzrə federal xidməti) Facebook-u qapada bilər. Bunu idarənin rəhbəri Aleksandr Jarov "İzvestiya" qəzetinə müsahibəsində deyib. "Əgər Facebook sosial şəbəkəsi Rusiya qanunvericiliyinin tələblərinə tabe olmazsa, o zaman qapadıla bilər".
Başqırdıstan məktəbində olay-yeniyetmə sinif yoldaşlarını bıçaqla yaraladı, sinfə od vurdu
Başqırdıstanın Sterlitamak şəhərində əqli qüsurlu şagirdlərdən ibarət -korreksiya sinfində oxuyan 17 yaşlı yeniyetmə şagirdləri və müəllimi bıçaqla yaralayıb və sonra yanğın törədib.
Merkel yaxında Putinlə görüşəcəyini  anons etdi
Almaniyanın kansleri Angela Merkel jurnalistlərə yaxın gələcəkdə Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini bəyan edib. Lakin hələ tarix müəyyən olunmayıb.
MQİMO-nun tələbəsi  Dağıstanın sabiq baş nazirinin oğluna görə intihara cəhd etdiyi düşünülür
Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MQİMO) 21 yaşlı tələbəsinin intihara cəhdi etməsi ilə bağlı Dağıstanın sabiq baş naziri Muxtar Məcidovun 22 yaşlı oğlu Murtuzəli istintaq tərəfindən sorğuya çağırılıb. Müstəntiqlər tələbə qızı intihar etmə dərəcəsinə onun çatdırdığını düşünürlər.

Amerikanın Rusiyaya qarşı sanksiya "hücumu" davam edir
Ağ Evdən məlumat veriblər ki, tezliklə Rusiyaya qarşı əlavə sanksiya tətbiq ediləcək.
Yerevanda polislə nümayişçilər arasındakı qarşıdurmada 46 adam xəsarət alıb
Yerevanda polislərlə nümayişçilər araşında baş verən qarşıdurmada 46 adam zədə alaraq xəstəxnaya yerləşdirilib. Bu haqda İnterfaks Ermənistanın Səhiyyə nazirliyinin məlumatına istinadən xəbər yayıb.

O da qeyd eolunur ki, xəsarət alanlardan 6-sı polisdir.
ФНКА АзерРос приглашает на Шестой Вечер русско-азербайджанской поэзии
В Москве, Есенин-центре, 28 апреля, 18-00 час. состоится традиционный Вечер русско-азербайджанской поэзии «Поэзия без границ» с участием известных русских и азербайджанских поэтов России и Азербайджана.
Ruslan Əliyev: “Azərbaycan Krasnoyarsk iqtisadi forum kimi nüfuzlu meydançalarda daha da fəal iştirakda maraqlıdır”
Artıq 15-ci dəfə keçirilən Krasnoyarsk iqtisadi forumu (KİF) bu günlərdə öz işini tamamlayıb və bu mötəbər tədbirdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı ticarət nümayəndəsi Ruslan Əliyev iştirak edib. Bu barədə Rusiya azərbaycanlılarının vahid informasiya portalı AzRu.org xəbər verir.
Akif Əhmədgil  - Çanaqqala, bağışla, mən Şuşadan gəlmişəm
(Çanaqqala savaşının 100 illiyinə)

Çanaqqala, bağışla, mən Şuşadan gəlmişəm.
Sinən üstə yazıldı qəhrəmanlıq dastanı.
Bilirəm bağışlamaz tökülən şəhid qanı –
O dastanı unutdum...
Məhkəmə Rusiyada Telegramın təcili bağlanmasına qərar verib
Telegram blok edildi. İstifadəçilərin şifrə açarını FSB-yə verəndən sonra blok qaldırıla bilər. Durov isə buna qəti etiraz edir. Məhkəmə isə bunu dövlətin və vətəndaşın təhlükəsizliyinə zərbə kimi dəyərləndirir.

Rusiyada   yoxlamalardan  sonra 15 ticarət mərkəzi bağlanıb

Kemerovoda baş verən yanğından sonra bütün Rusiyada kütləvi şəkildə yoxlamalara başlanb və 15 ticarət mərkəzində qayda pozulması aşkar edildiynə görə onlar qapadılıb. Bu barədə "Qovorit Moskva" radiostansiyasının efirindən Baş prokurorluğun rəsmi nümayəndəsi aleksandr Kurennoy bildirib.
Tramp Putini Ağ evə dəvət edib
Martın 20-də baş tutan telefon danışığı zamanı Donald Tramp Valdimir Putini ikitərəfli görüş üçün Vaşinqtona dəvət etmişdi. Bu haqda brifinqdə RF prezidentinin yardımçşısı Yuriy Uşakov danışıb.

Zirəddin Rzayev: Məhərrəm Quliyevin həbsi sifarişlidir- Eksklüziv -VİDEO
Moskvadakı tanınmış azərbaycanlı iş adamı Məhərrəm Quliyevin həbs olunması xəbəri gündəmə bomba kimi düşüb. Saytlar həmyerlimizin hüquq mühafizə orqanları tərəfindən həbs edilməsi anı qeyd edilmiş video materala istinadən onun bu vəziyyətdə tutulmasını - diz çökdürüldüyünü “Pokrov Məhərrəm “belə tutuldu””- başlığıyla manşet edib.
Peskov Putinin Kemerovoya getməsi xəbərini təkzib etdi

Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov "Vedomosti"-yə ölkə başçısının Kemerovoya getmə xəbərinin yalan olduğunu deyib. "Hələ yox. Bu doğru deyil"-deyə nəşrin bu barədə sualı ilə bağlı cavab verib.
Putin Kemerovoya getdi
Rusiya prezidentinin təyyarəsi Kemerova hava limanına enib.

Məlumatda qısaca bildirilir ki, dövlət başçısının təyyarəsi faciəli hadisənin baş verdiyi şəhərə enib.

"Vladimir Putinin təyyarəsi Kemerovada eniş edib"-deyə xəbərdə deyilir.

Bundan əvvəl KİV Valdimir Putinin mətbuat katibi Dmitri Peskovun sözlərinə istinadən məlumat vermişdi ki, ölkə başçısı 64 nəfərin ölümü ilə nəticələn yanğın yerinə baş çəkməyi qərara alib.

Yenises.ru
Tarix : 21-04-2017, 20:34
SABAHIN XEYİR, MAESTRO ŞİRİN RZAYEV
Gəncə tarixən ölkəmizin ədəbiyyat və incəsənət aləminə böyük sənətkarlar vermişdir. Bu gün onların hər biri mədəniyyət tariximizin sayılıb, seçilən fərdlərindən biridir. Onlardan biri də xor dirijoru, respublikanın əməkdar mədəniyyət işçisi, maestro Şirin Həsən oğlu Rzayevdir. Bu günlərdə onun 75 yaşı tamam olur. Yubiley qabağı tanınmış maestronun “ömür yolunu” vərəqləməyi qərara aldıq!..

Onun musiqi aləmi ilə ilk fərdi “görüşü” uşaqlıq illərində kamança ilə olub. Qonşu uşaqları ilə birgə uşaq musiqi məktəbinin kamança sinfinə yazılıb. Sonra Q.Hüseynli adına musiqi texnikumunu bitirib. Ali məktəb–Ü.Hacıybəyov adına Azərbaycan Dövlət Konservatoriyasına gedərkən, böyük sənətkarlar ona və məsləhət görüblər ki, sənədlərini xor–dirijorluq fakültəsinə versin. Çox illər əvvəl Azərbaycan musiqi tarixində layiqli yer tutan, görkəmli bəstəkar Cahangir Cahangirovun fikirləri Şirin Rzayevin sənətinə verilən çoxsaylı rəylərin ən ündəsidir desək, məncə səhv etmərik: “Bir sənətkar kimi, Şirinin fəaliyyəti göz qabağındadır... Mənim çox tələbələrim olub. Onların cərgəsində Şirinin adını hər dəfə böyük fərəh və qürurla çəkirəm. Çünki o, sərbəst yaradıcılıq yolunda daha fədakarcasına çalışır. Onun fəaliyyətində həmişə istedadı və zəhmətsevərliyi gözəl bəhrələr verir!..”

Onunla az qala yarım əsrdir dostluq edirəm. Bu illər ərzində həyatda, tədbirlərdə, səfərlərdə onunla çox olmuşam. Adama elə gəlir ki, o, musiqisiz yaşaya bilməz. Hər an musiqi eşitmək, dirijor pultu arxasında musiqi aləminə qovuşmaq, düşüncələrə dalmaq eşqi ilə yaşayır.

Hər dəfə onu pultun arxasında görəndə qeyri–ixtiyari uşaqlıq çağlarıma qayıdıram. Həyətimizin iki addımlığında böyük gilas bağımız vardı. Tən ortasında ulu babam Kəbleyi Əbül Həsən kişinin üç yüz il əvvəl əkdiyi, bəslədiyi nəhəng çinar ağacı sanki göylərə can atırdı. İsti yay günlərində həmyaşı uşaqlarla çinarın kölgəsinə toplaşardıq. Ağacın budaqlarında rəqs edən yarpaqların həzin “mahnısı”na qulaq asardıq. Və hər dəfə yarpaqlar xışıldayanda elə bilirdik ki, təzə “mahnı” çalınır… İndi hər dəfə Şirini dirijor pultu arxasında görəndə həmin çinar ağacı öz vüqarlı gövdəsi ilə gözlərim önündə canlanır. Onun dirijora məxsus boyu, qaməti, iti gözləri, geniş alnı var.

Şirin də həmin çinar vüqarı ilə pult arxasında dayanır. Əlləri ilə havada gah dalğavari çızıqlar çəkir (lirik melodiya anları), bəzən dəniz təlatümlü olduğu kimi əllər kəskin hərəkət edir (sürətli akkordlar səslənir), bəzən də elə bil dəmir ağacının torpağın dərinliyinə işləmiş köklərin. güclə çəkib çıxarırsan. Əllər ağır–ağır hərəkət edir. Şirinin üzü–gözü çiddiləşir, üzündəki qırışıqların sayı sanki artır (musiqi dramaturgiyasındakı dramatik vəziyyətlərdə, hadisələrin kəskin kulminasiya məqamında). Onun əllərində qabaqcadan ölçülüb, biçilmiş, dəfələrlə yoxlanılmış, artıq çilalanmış səma xətləri var. O, dirijor pultu arxasında dayanan kimi, bir an xəyala dalır. Bu, zənnimçə tam məsuliyyətlə yanaşı, yolu cəsarətlə getmək, səhvlərə yol verməmək, partituradakı rəng boyalarını göz qabağında canlandırmaq barədə düşüdüyü andır. Bir də hamının (orkestrdə və ya xordakı musiqiçilərin) diqqətini özünə cəlb etməkdir, xəbərdarlıqdır, eyni zamanda musiqi aləminə qovuşmaq dəqiqələridir. Şirin hər dəfə bu anı keçirəndə qismən kənar mühitdən, adamlardan, auditoriyadan ayrılır. O, yalnız fasilə zamanı dirijor pultundan ayrıldıqdan sonra özünə “gəlir”. Çox sarsılmış və gərgin vəziyyətdə həyacanlı olur. Belə vaxtlar o, susmağı sevir. Musiqi aləmindən asanlıqla ayrılmaq olmur axı…
SABAHIN XEYİR, MAESTRO ŞİRİN RZAYEV
Deyirlər, musiqi insan və təbiət ruhunun səsi, insanın əhatə olduğu aləmlə ünsiyyəti, kainatla əlaqəsini yaradan danışıq dilidir. Hər bir xalqın ayrıca danışıq dili olduğu kimi, onların ruhlarının musiqi adlanan əlaqə dilləri də özünə məxsus çalarları və ahəngi ilə seçilir…

Ş.Rzayev konservatoriyanın sonuncu kurslarında hərbi xidmətə çağrılır. Sankt–Peterburq (Leninqrad) hərbi dairəsində xidmətinin ilk günlərindən hərbi orkestr yaradıb, hərbi dairənin musiqi müsabiqəsində iştirak edir və qalib olur. Məhz buna görə, ona icazə verilir ki, o, Rimski–Karsokov adına Leninqrad konservatoriyasında təhsilini davam etdirsin. 1968–cı ildə Ş.Rzayev yenidən Bakıya qayıdır və konservatoriyanı əla qiymətlərlə bitirib, orada xor dirijorluğu kafedrasında müəllim saxlanılır. Eyni zamanda konservatoriya komsomol komitəsinin katibi işləyir. İstər müəllimlik, istərsə də ictimai işlərdə özünü layiqincə göstərir.

Bir ildən sonra Şirin Rzayev Q.Hüseynli adına Gəncə orta ixtisas musiqi məktəbinə dirktor təyin edilmişdir. 1974–cü ilə qədər bu vəzifədə çalışan Ş.Rzayev istedadlı musiqiçilərin yetişməsində əlindən gələni əsirgəməmişdir.

1969–cu ildə o, Gəncədə ilk simfonik orkestri yaratmış, bədii rəhbəri və dirijoru olmuşdur. Dahi bəstəkar Fikrət Əmirov o zaman orkestri və Şirinin əməyini belə dəyərləndirmişdir! “Vaxtı ilə böyük Üzyir bəy Gəncədə bir necə dəfə olmuş, hər dəfə də o, qədim Gəncəyə gələndə burada yeni–yeni bədii kollektivlər yaratmaq, təşkil etmək arzusu ilə yaşamışdır. İndi kaş Üzeyir bəy sağ olaydı, Gəncədə təşkil edilmiş bu istedadlı kollektivi öz gözləri ilə görəydi… Bax, bizim üçün bundan əziz, bundan qiymətli, bundan böyük hədiyyə nə ola bilər ki?! Heç təsəvvürümə gətirə bilmirəm…”

Bəli, Üzeyir bəyin arzusunu ilk dəfə Gəncədə Şirin Rzayev həyata keçirdi.
Tanınmış dirijor 1970–ci ildə ixtisasca musiqiçi olan Nurlana xanımla ailə qurmuş, üç övladları – Gülbəniz, Xanım və Vüqar dünyaya gəlmişdir.

Musiqi texnikumunun direktoru vəzifəsindən azad olunduqda sonra Konservatoriyanın rektoru, SSRİ xalq artisti, bəstəkar Soltan Hacıbəyov onu konservatoriyada işləməyə dəvət edir, elmi fəaliyyət üçün mövzu müəyyənləşdirir və ailəsini Bakıya gətirmək üçün az vaxtda evlə təmin edəcəyinə söz verir. Di gəl ki, S.Hacıbəyovun qəfil vəfatı onun planlarını alt–üst edir. Cəmi bir il işləyib, yenidən doğma şəhərə qayıdır.

Daim axtarışda olan istedadlı dirijor 1980–ci ildə Gəncə “Şərəfxanlı” el nəğmələri teatri–folklor xorunu yaradır. Əsasən xalq mahnılarını milli koloritdə xalqın ruhuna və zövqünə uyğun gələn surətdə repertuara daxil edən Ş.Rzayev yaratdığı bu yeni kollektivin rəhbəri kimi az müdətdə respublikanın sərhədlərini aşır, daha da məşhurlaşır. Çəmi bir il sonra “Şərəfxanlı” el nəğmələri folklor–xoru Moskvada “Səni tərənnüm edirəm, Vətən” devizi ilə keçirilən Ümumittifaq festivalında münsiflər heyətinin yüksək dəyərinə layiq görülür. Kollektivin bədii rəhbəri Şirin Rzayev qızıl, kollektiv üzvləri qızıl, gümüş və bürünc medallarla təltif olunur. Keçmiş SSRİ Mədəniyyət Nazirliyinin və Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanına layiq görülən kollektiv 10 ildən artıq müddətdə indiki Heydər Əliyev Sarayında Dövlət səviyyəli bütün tədbirlərin bədii hissəsində iştirak etmişdir. Ölkəmizi təmsil etmək üçün kollektiv Türkiyə, Rusiya Federasiyası, Gürcüstan, Moldova və Almaniyada keçirilən Ululararası konsertlərdə iştirak edirdi. Ş.Rzayevin iş təcrübəsinin respublikada tətbiq edilməsi üçün mədəniyyət nazirliyi metodik tövsiyələr hazırlayıb, rayon və şəhər mədəniyyət idarələrinə göndərirdi.
SABAHIN XEYİR, MAESTRO ŞİRİN RZAYEV
Ümummilli liderimiz Heydər Əliyev Gəncədə olarkən, Gəncə simfonik orkestrini (1974–cü il) və “Şərəfxanlı” el nəğmələri teatrı-folklor xorunun (1980–ci il) konsertlərində iştirak etmiş, kollektivin çıxışı barədə xoş təəssüratlarını söyləmişdir. Bundan ruhlanan Ş.Rzayev folklor xoru ilə simfonik orkestrin birgə iştirakında Ü.Hacıbəyovun “Leyli və Məcnun” operasının açıq səma altında konsert ifasını yüksək səviyyədə təqdim edib. Maraqlısı bu idi ki, operada iki Leyli və iki Məcnun iştirak edirdi. Birinci səhnədə Leyli–Nəzakət Məmmədova, Məcnun–Baba Mirzəyev, ikinçi səhnədə isə Leyli–Şahnaz Haşımova, Məcnun–Şəhadət Ömərov oynamışdılar.

Ş.Rzayevin yaratdığı, dirijorluq və rəhbərlik etdiyi simfonik orkestr, “Şərəfxanlı” el nəğmələri folklor teatrı Gəncə incəsənətinin tərcümeyi–halında önəmli yer tutmuş, tarixi izlərini qoymuşdur. Gəncənin 20 min nəfərlik stadionunda hər il keçirilən mahnı bayramında gərgin əmək və yaradıcılıq axtarışı hesabına Şirin Rzayev tamaşaçıları ifaçı rolunda çıxış etdirmiş, kütləvi xora doğru ilk dəfə olaraq cəsarətli addım atmışdır. Adi bir dirijor çubuğu ilə stadionda 10 min tamaşaçını ifaçı kimi oxudaraq, sənət sınaqlarından çıxartmışdır.

1985–ci ildə, zəhmətkeşlərin estetik tərbiyəsində göstərdiyi xidmətlərə görə, Şirin Rzayevə Respublikanın Əməkdar Mədəniyyət işçisi fəxri adı verilmişdir.

Maestro 1990–cı ildə Fikrət Əmirov adına Gəncə Dövlət Filormoniyasına director təyin olunur. Yenidən onun rəhbərlik etdiyi kollektivlər sərhədlər aşır, ölkələr gəzir, alqışlar qazanır…
1995–2011–çi illərdə Gəncə Dövlət Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru olan Ş.Rzayev, şəhərin baş xormeystri olmuşdur. Sonra Samux rayon Sərkar kənd musiqi məktəbinin uşaq xorunu yüksək səviyyədə hazırladığına görə 2009, 2011 və 2013–cü ildə mədəniyyət nazirliyinin Fəxri fərmanına layiq görülmüşdür.
SABAHIN XEYİR, MAESTRO ŞİRİN RZAYEV
Ş.Rzayevin yaradıcılığına mötəbər insanlar, musiqi biliciləri dəyərli fikirlər söyləmiş, tanınmış yazıçı Qərib Mehdi “Hamını oxumağa çağıran adam” ədəbi–fəlsəfi kitabını onun həyat və yaradıcılığına həsr etmişdir. Keçmiş SSRİ–nin və xarici ölkələrin, eləcə də respublikanın dövrü mətbuatında Şirin Rzayevin uğurları barədə onlarla yazılar dərc olunmuş, dünya şöhrətli musiqiçilər və bəstəkarlar xoş sözlər söyləmişlər.

Şirin Rzayev 1991–ci ildə Fikrət Əmirov adına Gəncə Dövlət Filormoniyasının direktoru işləyən zaman Almaniyanın Berlin şəhərində keçirilən “Qafqaz günləri” tədbirində onun rəhbərlik etdiyi “Şərəfxanlı” el nəğmələri folklore xorunun kiçik bir qrupu ölkəmizi layiqincə təmsil etmişdir. 1993–cü ilin may ayında Ş.Rzayevin rəhbərliyi ilə “Göygöl” Dövlət mahnı və rəqs ansamblı Naxçıvanda Heydər Əliyev70 illiyi münasibətilə konsertlər vermişdir. Həmin günlərdə ulu öndər Heydər Əliyev Şirin Rzayevi və kollektivin bir neçə üzüvünü qəbul edərək, səmimi ürək sözlərini bildirmişdir…

Belə xatirələr dil açır, ötən illər yada düşür!..
Ömrünün səkkizinci onluğundan “xərcləməyə” başlayan tanınmış musiqiçi, maestro Gəncədə musiqinin tədrisi və təbliği sahəsində gördükləri, yaratdığı musiqi kollektivləri və onların fəaliyyəti, şəxsən Şirin Rzayevin xidmətləri nəzərə alınıb hörmətli Prezidentimizin tərəfindən Prezident təqaüdünə layiq görülsəydi, bu, bütün musiqisevərlərin ürəyindən olardı.

… “Şirin Rzayevin sənətsevərləri onu tez–tez nəvələri ilə birgə görür, qürur və iftixarla salamlayıb deyirlər:

–Sabahın xeyir, Maestro!.. Biz də səsimizi onların səsinə qatıb: Qarşıdan gələn 75 illik yubileyin mübarək, Şirin müəllim!... - söyləyirik.

Füzuli Rüzigar





Baxış: 661 | Bölmə: Mədəniyyət, slayd3
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru