Rusiya Misir yığmasını məğlub edərək  8/1 finala vəsiqə qazandı
Bu gün Dünya Çempionatına ev sahibliyi edən Rusiya millisi ikinci turda Misir yığması ilə qarşılaşıb. Sankt-Peterburqda keçirilən qarşılaşmanın birinci hissəsində Misir komandası güclü görünsə də, Rusiya yığması oyunun birinci hissəsinin ikinci yarısında təşəbbüsü ələ ala bilib. Lakin komandalar birinci hissəni qolsuz başa vurublar.
Alimlikdə və insanlıqda Xalıq Koroğlu nümunəsi


Hər bir şagirdin, tələbənin öz sevimli müəllimləri olur. Mən, nə az-nə çox, 23 il təhsil almışam.

On il orta məktəbdə Kəlbəcərdə, beş il Bakıda M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda, beş il Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda, üç il isə Rusiya Mədəniyyət, İncəsənət və Turizm Akademiyasında aspiranturada oxumuşam. Tələbəlik dövründə çoxsayda adlı-sanlı, çox savadlı, unudulmaz, hətta dünya miqyasında tanınan pedaqoqlar, alimlər mənə dərs deyib. O vaxt Ədəbiyyat institutunda Viktor Pozov, Lev Ozerov, Lev Oşanin, Yevgeni Dolmatovski, Andrey Dementyev, Stanislav Cimbinov, Lyusian Klimoviç, Feliks Kuznetsov, Yuri Kuznestov, Vladimir Qusev, Vladimir Smirnov, Larisa Vasilyeva, Yevgeniy Vinokurov, Aleksandr Vlasenko, Aza Taxo - Qodi, Xalıq Koroğlu, İqor Peçenev, Yevgeniy Sidorov, Aleksandr Baskakov və digərləri dərs deyirdilər. Həmin illərdə Ədəbiyyat İnstitutunda zəngin, qeyri-adi kitabların müəllifləri olan Mixail Yeryomin, Vladimir Smirnov, Sergey Bondi, Aza Taxo-Qodi, Sergey Artamanov, Çingiz Hüseynov, Mixail İşutin mühazirə oxuyurdular. Bizə dərs deyənlərin hamısı həqiqi akademiklər idi. Onların dərsinə girmək, onların dərsinə qulaq asmaq məsuliyyət idi.
НЕЗАБЫВАЕМАЯ ПОЕЗДКА- ФОТО
Конец весны и первый день лета стали незабываемыми для десяти воспитанников школы-интерната № 2 для детей лишенных родительской опеки. Интернат находится в поселке Мардакяны недалеко от Баку. Под руководством директора школы-интерната Диляры Мешадиевой и воспитателя Саяры Мамедовой группа воспитанников представляла Азербайджан среди бывших стран СНГ в праздничных мероприятиях, посвященных Международному дню защиты детей.
Moskvada  məhşur türk  müğənnilərinin konserti olacaq
Moskvada VIII dəfə Artistlər arasında keçirilən futbol üzrə Dünya Çempionatı "ART-Futbol" festivalı finala yaxınlaşır. İyunun 3-də başa çatacaq festivalda Türkiyənin məhşur sənətçilərindən ibarət futbol komandasının qatılması haqqında da saytımızda məlumat vermişdik. Furbol meydanını coşdura bilməsələr də, mahnıları ilə moskvalıları çoşduracaqlar. Moskvanın "Lokomotiv" futbol arenasında 6 türk müğənnisi paytaxt tamaşaçıları qarşısında konsert verəcək.

Halil Sezai bu arenadan "Usyanı" ilə hayqıracaq, Cem Kılıc "Nasil bir insansın" deyə aşkı ilə "yakacak", Burgahan Çayır "Kal Yanımda" deyə durduracaq, Deniz Cem "Git dedim olmadı" deyə sitəm edəcək , Mustafa K Öztürk "Azize"sı ile yaraları saracaq və Umut Zen "Allahu Allah" deyə sakitləşdirəcək mahnılarıyla müsiqi həyacanı yaşadacaqlar.

On milyonlarla pərəstişkarları olan Türkiyənin tanınmış müğənnilərinin konserti Moskvanın "Lokomotiv" stadionunda saat 19:00 da başlayır. Konsertə giriş pulsuzdur.


Yenises.ru
AzerRos ADR-in 100 illiyi ilə bağlı dəyirmi masa keçirdi
Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi çərçivısində tədbirlər davam edir. Bu gün (dünən)Moskvada Azərbaycanlıların Federal Milli Mədəni Muxtariyyəti (AzərRoss) ADR-nın yubileyinə həsr olunmuş dəyirmi masa keçirtdi.

Dəyirmi masanın iştirakçıları arasında son günlər “Kafkazskie trio” (“Qafqaz üçlüyü”) filmnə görə ittihamlara məruz qalan tanınmış kinorejissor Rüstəm İbrahimbəyov da vardı. Yığıncağa bir az gec gəlib tez gedən kinorejissorun “baxılmamış” filminə “baxmasam da pisdir” prizmasından yanaşıb onun burada olmasına etiraz edən də tapıldı. Bu haqda bir azdan.
Azərbaycan Demokratik Cümhuriyyəti 100 yaşında
Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə

«Ey Gənclik! Sənin öhdəndə böyük bir vəzifə var! Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı və onu min müşkülatla yüksəldərək dedi ki, BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ BİR DAHA ENMƏZ! Əlbəttə sən onun bu ümidini qırmayacaq, Azəri türklərinin yanıqlı nəğmələrinə mövzu olmuş bu bayrağı bir daha o bina üzərinə dikəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan!».
Cansel Elçin: Mən kinoya gülmək üçün yox, düşünmək üçün getmək istəyirəm.
Onunla ünsiyyətdə olmaq bir ayrı zövqdür. Onun başardığının 100-dən birini belə başarmayıb ədasından paltarına sığmayanlar var. Bu insan isə sadə və səmimidir. Sanki sıradan biriymiş kimi danışır. Təvazökarcasına bunu başardımmı-deyə sormağa ürpənməz. Sənətinin fədaisi və olduğu kimi olan ADAM. Həyata baxışı da, filmə baxışı ilə eyni. Mən qurama -xəyal ürünləri deyilənlərindən deyil, rastalaşdığım və ya başqalarınn yaşadıqları hekayələrdən bir bütöv tablo yaratdım. O tabloda həyatımızda iz buraxmış sağalmaz yaraları əks etdirmək və hər kəsə göstərmək istəyirəm. Görsünlər və nəticə çıxarsınlar. Bəlkə o zaman yeni Hasanların doğulmaz -yeni faciələr yaşanmaz. O üzdən mən kinoya gülmək üçün yox, düşünmək üçün getmək istəyirəm. Moskvada kinosunun təqdimatında bunları dedi, bunları yaşatdı.

Cansel Elçinin  “Melekleri taşıyan adam”ı  Moskvada nümayiş olundu (eksklüziv)-VİDEO
Hindistan və Bolqarıstandan sonra “Melekleri taşıyan adam” Moskva seyrçilərinin qonağı oldu.
Moskvada keçirilən “Art Futbol” festivalı çərçivsində nümayiş olunacağı xəbər verilən “Melekleri taşıyan adam”ın premyerası Moskvanın “Yunost” kinoteatrında baş tutdu.
Moskvada  VIII Artistlər arasında futbol üzrə DÇ çərçivəsində  Türkiyə ilə Polşa komandaları qarşılaşacaq

Səhnədən meydana! Bu da oyundur, təbii ki, amma...

Türk sənət ulduzları futbol meydançasında. Moskvanın yaşıl futbol meydanlarında istedad deyil, futbol bacarığı sınanacaq. Türkiyəni yarışmada həm də futbolun "ən yaxşıları" olan məhşurlar təmsil edir. Onlar kimlrdir? Bir az sonra...
KİV Kalininqrad bölgəsini  NATO-nun  "ən pis kabusu" adlandırdı
National Interest nəşrinin müəllifinin fikrincə, "dişinə qədər silahlanmış" Kaliningrad bölgəsi NATO "ən pis kabusu"dur. Nəşr Rusiyanın təkcə Baltikdə flotunun Polşanın ümumi filotundan daha güclü olduğunu qeyd edib. Müəllif ona da diqqət çəkib ki, Kalininqrad bölgəsindəki rus raketləri və gəmiləri regionda ABŞ və Avropa əsgərlərinin manevr dairəsini məhdudlaşdırır.
ADSIZ ADAM
Bilmirəm jurnalist kimi sərtmi olmaq, cəsarətlimi olmaq, ya "düzələn deyil"-deyib olanlara müşahidəçi kimi qalmaqmı-hansını hansı yerdə işlətmək gərəkirdi? Mövlana deyirdi ki, İki şey ağıla nöqsan sayılır, yersiz susmaq ilə yersiz söz demək.
"Rossiya  Seqodnya" və "RIA Novosti Ukrayna"  Ukraynada  qapadıldı
"Rossiya Seqodnya" və "RIA Novosti Ukrayna" informasiya agentlikləri Kiyevin sanksiyalar siyahısına daxil edilib. Hazırda hər iki sayt Ukraynanın ərazisində bağıanıb. Bu barədə məlumat ölkənin prezidenti Petro Poroşenkonun saytında yerləşdirilib.
Putinin Merkelə  gül buketi bağışlamasını almanlar təhqir saydılar
Rusiya prezidenti Vladimir Putinin Soçi görüşməsindən əvvəl Almaniyanın kansleri Angela Merkelə bir dəstə ağ gül bağışlaması xarici mətbuatda birmənalı qarşılanmayıb. Almaniyanın "Bild" nəşrinin jurnalisti Rusiya prezidentinin bu jestini "Bu nəzakət deyil, gizli məna daşıyır"-deyə dəyərləndirib.

İsrailli jurnalsitlərə Türkiyənin Taksim meydanında hücum etdilər
İsrail televiziyasının "Reşet-13" kanalının İstanbula ezam olunmuş xəbər komandası Türkiyənin Taksim meydanında kütlələr tərəfindən döyülüb. Jurnalistlər İsrail ilə Türkiyə arasındakı böhranı işıqlandırmaq üçün İstanbula göndəriliblər. İsrail KİV-nın verdiyi məlumata görə jurnalistlərə hücum edənlər "İsrailliləri öldürməyə gəlmişik"-deyə bağırırlarmış.
Mənbə: Siyasətçi Yuri Kotler  Moskvada  evində ölü tapılıb
Moskvada siyasətçi evində ölü tapıldı. Yanında silahi və başından vurulmuş vəziyyətdə. Hadisəsinin motivi hələ məlum deyil.

Rusiyalı siyasətçi Yuri Kotler Moskvanın mərkəzində Böyük Nikitsk küçəsində yerləşən evdə ölü tapılıb. Bu barədə REN TV ona
yaxın olan mənbəyə istinadən məlumat verib.
Amerika mediası Krım körpüsünü partlatmağa çağırıb
В марте 2014 года в Крыму прошел референдум, по итогам которого полуостров стал территориальной частью России, а Севастополь — городом федерального значения.

Amerika mühafizəkar siyasi həftəlik mətbu orqanı olan "Washington Examiner" in müəllifi Tom Rogan Ukraynanı Krım körpüsünü bombalaya çağırması haqda RİA "Novosti" xəbər verib.
В Президент-Отеле состоится танцевальный спектакль «Связь времен и народов: стань частью танцевальной истории»

В Красном зале столичного Президент-Отеля 18 мая в 18-00 час. состоится показ спектакля «Связь времен и народов: стань частью танцевальной истории».
Mixail Leontiev Ermənistanın baş naziri Nikol Paşinyandan  üzr istədi
Mixail Leontiev Ermənistanın baş naziri Nikol Paşinyandan ölkədəki son hadisələrə dair sözlərinə görə üzr istədi
Tarix : 10-10-2017, 19:19
Moskvadan Azərbaycan pedaqogikasının görkəmli nümayəndəsi Əjdər Ağayevə təbrik məktubu
Əziz və hörmətli Əjdər müəlliim!

Bu gün Sizin ünvanınıza göndərilən bütün təbriklərə qoşuluram. Bütün dostlarınız kimi, mən də Sizi Moskvadan əlamətdar 80-illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə uzun ömür, can sağlığı, xoşbəxtlik, fəaliyyətinizdə uğurlar diləyirəm!

Əziz Əjdər müəllim, Sizi çoxdan tanıyıram, tanışlığımızdan bizi 40 – ildən çox bir zaman ayırır. İstər-istəməz xəyal məni qanadlarında 70- llərin ortalarına tələbəlik illərimə aparır. Mənim 1975-1980 illərdə M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda təhsil aldığın illərə. İnstitutda oxuya-oxuya maddi sıxıntılarla üzləşdiyimdən mənə maddi cəhətdən köməklik edəcək bir adamın olmadığından, məcburiyyət qarşısında qaldığımdan o vaxtkı Respublika Müəllimlər evində gözətçi kimi işə düzəlmişdim. Respublika Müəllimlər evi o vaxtkı Qoqol küçəsi 14-də, Nizami küçəsiylə kəsişdiyi binada yerləşirdi. Müəlimlər evinin direktoru Tofiq Quliyev idi. Allah Tofiq müəllimə rəhmət eləsin mənə bir tələbə, bir gözətçi kimi baxmadı, aramızda yaxşı bir ünsiyyət yarandı və sarsılmaz dostluğa çevrildi. Mənim də Sizinlə tanışlığım elə həmin illərdən başladı. Həmin vaxtlar sizin baş redaktor olduğunuz “Azərbaycan məktəbi” jurnalının redaksiyası da "Müəllimlər evi"nin yerləşdiyi üçüncü mərtəbədə yerləşirdi, amma giriş Nizami küçəsi tərəfdən idi. Mənim onda 20 yaşım var idi gecələr yatmır, işləyir, gündüzlər isə dərsə gedirdim. Tofiq müəllim şer yazdığımı bildiyindən mənə şeirlərimi sizə göstərməyimi məsləhət gördü.Yadımdadır mənim sizə verdiyim şerlərimi oxuyub, məni kabinetinizə çağırdınız, O vaxt yazdığım gövrək şeirlərimə düzəlişlər etdiniz, mənə məsləhətlər verdiniz. Bu gün hardasa mənim xoşa gələn bir misram varsa, orada sizin də müəyyən qədər rolunuz var.

Əjdər müəllim, o vaxt sizin mənə bir kəlmə məsləhətiniz mənə ümman sevinci bəxş elədi. Düşdüyüm çətin yolun daş-kəsəkli, tikanlı, cətin və ağır tərəfini göstərdiniz mənə. Düzəliş etdiyiniz şeirlərdən bir neçəsi o zaman rəhmətlik Əliağa Kürçaylının da xoşuna gəldi və onun təqdimatıyla bir neçə şeirim “Azərbaycan” poeziya almanaxında dərc olundu. Sizin dediklərinizdən sonra məndə şeirə, ədəbiyyata qarşı daha böyük həvəs yarandı və artıq yaradıcılığmla çox ciddi məşğul olmağa başladım. İndi əminliklə deyə bilərəm ki, az da olsa sizin etimadınızı doğrulda bilmişəm.

Əziz Əjdər müəllim, Siz həyatda yalnız insanlara xoş anlar, sevincli anlar bəxş etmək üçün həyata gələn insanlardansınız. Sizin kimi insanlar ona görə doğulurlar ki, insanlara, ağı qaradan, yaxşını pisdən ayırmaqı öyrətsinlər. Yaxından tanımadığınız bir Kəlbəcərli balasını ürəyinizə yaxın buraxaraq, ona düzgün yol

göstərməyə, həmin adama şöhrət gətirəcək xeyirli məsləhətlər verməyə çalışışırdınız. İndi siz deyin, mən Sizi unuda bilərəmmi?

1980-ildə Yaradıcılıq müsabiqəsindən uğurla keçib Moskvaya M.Qorki adına Ədəbiyyat institutuna zəmanət almağıma sevinən o vaxt təmasda olduğum, müəllimlərim və yaxından tanıdığm adamlar vardı. Mirzə İbrahimov, Məmməd Araz, Qəzənfər Paşayev, Cahangir Məmmədli, Şahmar Əkbərzadə, Tofiq Mahmud, Ənvər Rza, Məmməd Aslan,Tofiq Quliyev, Rasim Kərimli, Aqil Ağayev kimi mənim yaxından tanıdığım insanlar Moskvaya Ədəbiyyat institina göndərlində məni dəstəkləyən adamlar idilər. Həmin adamlardan biri də məhz siz olmusunuz. Mənim getdiyim bu təlatümlü, ən çətin, daşlı-kəsəkli yolun başlanğıclnda mənə ümid verən, düzgün yol seçdiyimi dəstəkləyən bir müəllim, pedaqoq kimi qolumdan yapışan adamlardan biri də siz olmusunuz. Sizin tələbəniz olmasam da Sizi özümün mənəvi müəllimim hesab eliyirəm və bu tanışlıqdan qürur hissi duyuram. Fəxr edirəm ki, sizin kimi ziyalını şəxsən tanıyıram.

Bu gün Siz hər kəsdən yaxşı bilirsiniz ki,təhsilimiz gözlədiyimiz və ümid etdiyimiz səviyyədə deyil. Son illərdə Ali məktəblərə qəbul olunmuş tələbələrin səviyyəsi, həm dərslərin səviyyəsi, həm dərsliklərin, hazırlanmış proqramların səviyyəsi, ümumiyyətlə təhsilimizə olan münasibət xoşəgələn vəziyyətdə deyil. İldən-ilə vəziyyətin daha da mürəkkəbləşdiyi göz qabağındadır. Əlbəttə təhsil məsələsində çox ciddi islahatlar keçirilməlidir. Çox vaxt səviyyəsiz dərsliklərin olduğunu görürük. Bir də görürsən ki, tanınmamış bir adam dərslik yazır, təcrübəli pedaqoqlarımız isə kənarda. Kim harada və necə istəyirsə proqramlar tərtib edir vəsonradan da narazığlar yaranır,xoşagəlməz hadisələr baş verir. Siz də gözəl bilirsiniz ki, təhsil ölkənin, millətin taleyini həll edən strateji məsələdir. Buna həm dövlət səviyyəsində, həm ümumi ictimaiyyət səviyyəsində çox ciddi yanaşmaqvə ciddi işlər görmək lazımdı.

Siz Azərbaycan Təhsil Şurasının və Respublika müəllimlər şurasının sədri, pedaqoji elmlər doktoru, görkəmli alim, pedaqoq, publisist, jurnalist, şair, müasir Azərbaycan pedaqoji elminin sanballı nümayəndəsiniz. Azərbaycan təhsilinin inkişafında mühüm rolu olan insansınız. Azərbaycan təhsilinin, tələbələrin, yetişən gənc nəslin hər zaman sizə, sizin məsləhətlərizə, qayğılarınıza ehtiyacı var.

Azərbaycanda yeni nəslin tərbiyəsində, təhsilində sizin xidmətləriniz danılmazdır.

Əziz Əjdər müəllim, inanıram və əminəm ki, Azərbaycanımızın Qarabağ kimi üzləşdiyi ağır bir zamanda Sizin kimi təcrübəli pedaqoqlarımızın səyi nəticəsində, pedaqoji elmimiz inkişaf edəcək, gənc nəslin təhsilində, tərbiyəsində, savadlı, vətənpərvər, yurdsevər, yurdumuza ləyaqətli övlad kimi yetişmələrində öz töhfəsini verəcəkdir.

Dərin hörmətlə, Nəsib Nəbioğlu

Azərbaycan Yazıçılar Birliyi (AYB) Moskva bölməsinin katibi, Rəsul Rza və Yuri Dolqoruki adına beynəlxalq ədəbi mükafatlar laureatı
Moskva,10.10.2017




Baxış: 310 | Bölmə: Mədəniyyət, slayd1
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
Yazarlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru