Bakı Ulitskaya, Federmesser və Jukovanı "qara siyahıya" saldı
Qarabağa səfərindən sonra Ulitskaya, Federmesser və Jurovanın Azərbaycana girişinə qadağa qoyuldu.

Azərbaycan Xarici işlər nazirliyi Svetlana Jurova, Lyudmila Ulitskaya və Nyut Federmesserin Ermənistanın baş nairi Nikol Paşinyanın həyat yoldaşının dəvəti ilə Qarabağa səfərindən sonra onları qara siyahıya salıb.
Navalnı azadlıqda-50 gündən sonra

Çıxdım, amma durmayacam. 50 günlük nəzarətdən sonra Navalnının ilk ismarışı belə oldu.
Repçi 50 Cent-dən Nurməhəmmədova böyük təklif
Amerikalı repçi 50 Cent rusiyalı döyüşçü Həbib Nurməhəmmədovun UFC-dən çıxıb Bellator turnirinə keçməsi üçün 2 miyon dollar təklif etdi.

O, "UFC-nin Nurməhəmmədova qarşı özünü düzgün aparmadığını, Markqreqoru fərqli yanaşdığını" və rusiyalı döyüşçü Bellator-a keçməyə razı olarsa, "bu gün" nəğd olaraq 2 milyon dollar ödəməyə hazır olduğunu bildirib.
Türkiyə məhkəməsi amerikalı pastor Bransonu azad etdi
Məhkəmə formal olaraq rahibi 3 il həbs cəzasına məhkum etmişdi və o, cəza müddəti başa çatdığı üçün azad edilib. ABŞ prezidenti Donald Tramp pastor Bransonun azad ediləcəyi haqda məlumat verib: O tezliklə evdə olacaq.

Qırğızıstanın XİN başçısı Erlan Abdıldayev istefa verdi
Qırğızıstanın xarici işlər naziri Erlan Abdıldayev ölkənin Cənubi Koreyadakı səfirinin bəyanatı fonunda istefa edib. Bu haqa RİA "Novosti" məlumat yayıb.

Ramzan Kadırov Nurməhəmmədova  "Mersedes" hədiyyə etdi-VİDEO
UFC-nin yünğül çəki dərəcəsində qaydasız döyüş üzrə çempionu Həbib Nurməhəmmədov dünən Çeçenistan rəhbəri Ramzan Kadırovun qonağı olub və Qroznı şəhərinin fəxri vətəndaşı seçilib.
"3,5 min rubla yaşamaq olar" deyən nazir işindən azad edildi
Minimum 3,5 min rubla yaşamağın mümkünlüyünü bəyan edib bunu öz üz üzərində eksperiment etməkdən imtina edən Saratovun Əmək, məşğulluq və miqrasya naziri Natalya Sokolova vəifəsindən azad edildi. Bu haqda RBK-ya region qubernatorluğunun mətbuat xidmətindən məlumat verilib.


Saratovun naziri 3,5 min rubla bir ay yaşamaq olar dedi və...
Saratov vilayəti Əmək və məşğulluq naziri Natalya Sokolova 3,5 min rublun "minimla fiziki tələbat üçün" tam yetərli olduğunu söyləyib. Bu haqda yerli "Obşestvennoe mnenie" ( "İctimai rəy") nəşri onun danışığının videoyazısını təqdim edib.

Sokolova bu deyimi vilayət Dumasının sosial siyasət komitəsinin yığıncağında işləməyən təqaüdçülərin yaşayış minimumunu qaldırmaq məsələsinin müzakirəsi zamanı səsləndirib.

İştirakçılar arasında bir ayda hansı məbləğlə keçinməyin mümkün olması ilə bağlı gərgin mübahisə gedib.

Sokolova "minimal fikziki tələbat üçün" 3,5 min rublun yetərli olması fikri ilə çıxış edib.

Ukrayna  prezident seçkilərində MDB müşahidəçilərindən imtina etdi
Ukrayna tərəfinin 2019-cu il prezident seçkilərində MDB moritorinq qrupu müşahidəçilərinin iştirakından imtina etməsi barədə birliyin idarətmə komitəsinin başçısı Segey Lebedev RİA "Novosti"-yə məlumat verib.

Moskva vilayətinində baş müstəntiq güllələndi
Rusiya DİN Nəqliyyat idarətməsi xüsusi işlər idarəsinin Mərkəzi Federal dairəsindəki bölməsinin müstəntiqi Yevqeniya Şişkina Moskva vilyətinin Krasnoqorski rayonunda evinin qarısındaca güllələnib. Bu barədə RF İstintaq Komitəsinin Moskva vilayəti üzrə nümayəndəliyinin yetkilisi Olqa Vradiy TASS-a məlumat verib.
Peskov Petrov və Boşirov barədə sual-cavabın gözlənilməz olduğunu deyib
Kremlin sözçüçü Dmitri Peskovun sözlərinə görə Böyük Britaniyanın Skripal işində şübhəli bildiyi ruslar haqqıdna Vladivostok forumunda verilən sual və Putinin cavabı gözlənilməz i."Biz bu haqda heç nə bilmirdik"-deyə Rossiya-1 kanalına verdiyi müsahibsində deyib.

Rosqvardiyanın başçısı Navalnını duellə hədələdi

"Zabit ortamında" belə təhqirlərə duellə cavab verilir. Mən də səni duelə çağırır və səndən döyülmüş ət qiyməsi edəcəyimə söz verirəm. İylənmiş, çürük birisiniz. Zolotov Navalnını belə hədələdi.

Rosqvardiyanın başçısı Viktor Zolotov Korrupsiyaya qarşı mübarizə fondunu (FBK) rəhbəri Aleksey Navalnıya videomüraciət ünvanlayaraq onu hədələyib. Bununla o, müxalifətçinin Rosqvardiya döyüşçülərinə alınan qida məhsulları ilə bağlı apardığı araşdırmaya və onun şəxsinə qarşı işlədilmiş "təhqiredici" və "böhtan xarakterli" ittihamlara cavab verib.
Ermənistan Amerikanın pulu ilə tikilən biolaboratoriyanın qapısını  Rusiyaya açdı
«Ъ»-a müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində Amerika vəsaiti ilə tikilən biolaboratoriyanı rus ekspertlərinin ziyarət etdiyi barədə məlumat verib.
Putin Sobyanini təbrik etdi

Rusiya prezidenti Vladimir Putin senytabrın 9-da keçirilən mer çekilərində Sergey Sobyanini qalib gəlməsi münasibətilə təbrik edib. Bu haqda TASS agentliyinin məlumatında deyilir.

Ukrayna mətbuatı Zaxarçenkonun ölmədiyindən şübhələnir
Ukrayna KIV-nin qondarma DNR-in başçısı Aleksandr Zaxarçenkonun ölümünün səhnələşdirildiyindən (tamaşa olduğundan) şübhləndiyi haqda Dni.ru qəzeti yazıb.
Dinlə bağlı  zarafat edəni həbs gözləyir

Səudiyyə Ərəbistanında dinlə bağlı zarafat edəni həbsə atmağı düşünürlər.
Moskva əyalətində qubernatorluğa namizədlə görüş zamanı atışma olub

"Yaşıllar alyansı" partiyasından Moskva vilayəti qubernatorluğuna namizəd olan Liliya Belova Sergiyev-Posad rayonunun Mexovo kəndində seçiciləri ilə gğrüç zamanı silahlı insident müşahidə olunub. Bu haqda TASS agentliyinə namizıdin qərargahından məlumat verilib.
İsveç siyasətçiləri "Şimal axını-2"-yə  qarşı
İsveçin parlament partiyalarının əksəriyyəti Rusiyanın "Şimal axını-2" qaz kəmərinin tikintisinin dayandırılmasını istəyir. Bu barədə Sveriges Radio radisotansiyası xəbər verib. İsveçli siyasətçilər bunua səbəb olaraq təhlükəsizlik və Avropa Şurasının yenilənən enerji mənbələrinin istehlak payının artırması məsələlərini önə sürürlər.
Tarix : 22-05-2012, 13:33
Moskvadan Çanaqqalaya  1-ci Məktub

Salam, hörmətli Məmməd müəllim! Məndən bir dəfə soruşdunuz ki, sizi nə zaman tanımışam və nə zamandan sizin şeirlərinizi oxuyuram. “Bir ildən bir qədər çox zaman olar ki, sizin şeirlərinizi oxuyuram”, - dedim. Amma, məncə bunun əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan şey - ilk şeirinizi oxuyan andan - Bu insan son 100 ildə dünyaya gəlmiş şairlərin ən gözəlidir, - demişəm. Bu insan dahidir, - demişəm. Həmin şeir - "Bir ildir" qoşması idi.
Ah, bu qoşma mənim həyatımı necə alt-üst elədi, bir bilsəniz! Və ürəyimdən nələr keçdi... Düşüncələrim üsyan elədi... Həyata, sevənləri ayıran zamana, şəraitə, kimsəsizliyə, imkansızlığa və çarəsizliyə üsyan etdim! Nədən? - deyə düşündüm. Nədən? Nədən kosmos əsrində, insanların Aya uça bildikləri bir əsrdə, bu qədər inkişaf və tərəqqi dövründə, hələ də ayrılığın dərmanı tapılmadı? Hələ də sevginin ağrı-acılarını sakitləşdirəcək bir əlac bulunmadı? Amma sonra fikirləşdim ki, bəlkə də bu əlac - elə şeirin özüdür?! Bəlkə , yaralı bir könlün sızıltıları misralara süzülərkən dahi şeirlər yarandığı kimi, bu şeir öz növbəsində könlün məlhəminə çevrilir? Bəlkə, şeir - Allahın sevgi dərdləri üçün göndərdiyi dərmandır? Bəs onda şairlər? Demək, onlar da loğmandırlar!
Təsadüfi deyil ki, şairlər və yazıçılar arasında peşəcə həkim olanlar çoxdur. Axı, həkimlər bədənin üzvlərini sağaltdığı kimi, yazarlar da insan ruhunu sağaldırlar.
Mən də həkiməm. Uşaqlığımdan şeir yazmağa başlasam da, hər zaman insanlara şəfa vermək, sağlamlığın keşiyində durmaq arzusunda olmuşam. Hələ 14 yaşım olarkən, rəhmətlik əmim İsmayıl Şıxlı mənə belə demişdi: “...Həkim hər kəsə lazımlı insandır, həkimlik də mötəbər bir sənətdir. Həkim olmaq istəyirsən ol! Amma ədəbiyyat hər zaman səninlə olacaq, ürəyində. Neçə yaşın olur olsun, səni yenidən özünə çəkib gətirəcək. Ürəyin hər dəfə dindiyində yazacaqsan...”
O zaman, Məmməd müəllim, mən bu sözlərin dahiliyini anlamamışdım. Amma indi, üstündən bu qədər zaman keçəndən sonra dərk edirəm ki, ədəbiyyat həqiqətən də sehirli və möçüzəli bir aləmdir. O, onu sevənləri özündən kənara buraxmır. Onun cazibəsi bəlkə də Yerin cazibə qüvvəsinə bərabərdir. Həkim olub, insanların hər bir xəstəliyinə kömək edə bilərsən, lakin ruhun yaralarını yalnız poeziya sağalda bilər. Bu sarıdan, əsil şairlər hər biri özlüyündə müqəddəs və təkrarolunmaz şəxslərdir. Və mən sizi belə şəxslərdən biri hesab edirəm.

Söhbətimizin əsas mövzusu olan “Bir ildir” qoşmasına qayıtmaq istəyirəm. Mövzu baxımından adi məhəbbət şeiri deyə bilmərəm mən ona. Çünki, siz bu şeirə, Allah insanın bədəninə ruh üfürüb can verərn kimi, elə bir ruh üfürmüsünüz ki, əsrlər dönüb qərinələr dolansa da, bu şeir ölməyəcək, yaşayacaq.

“Ay şair Ələddin, şair dostunun
Açılmır qabağı, qaşı bir ildir!“

– misraları ilə başlayan bu şeir elə ilk kəlmələrdən maraq doğurur. Bir şairin digərinə öz ürəyini açması necə də doğal və səmimidir. Və fikir versək görürük ki, Məmməd İsmayıl burada özünə 3-cü şəxs kimi müraciət etmişdir. Bəlkə də bir başqası bunu, sadəcə şeirin yazılma üsulu kimi qəbul edə bilər. Amma məncə, sizin yazılarınızda təsadüf olmur. Məncə özünə üçüncü şəxs kimi müraciət etməniz – daşına bilməyəcək bir ağrını, azacıq da olsa, özündən uzaq tutmaq niyyətidir. Məcnuni bir sevginin dözülməz həsrət acılarından qaçmaq istəyidir.


Şeirin sonuncu bəndi də qəlbləri riqqətə gətirməyə bilmir:

“Ay Məmməd, haqlayar səni subaylıq...
İslanar, quruyar verdiyi yaylıq.
Onun körpəsinin yaşı üç aylıq,
Sənin həsrətinin yaşı bir ildir!”

Məncə burada artıq şərhə ehtiyac yoxdur...
Bu qoşma, bütün nakam sevgilərin matəm himnidir! Bu qoşma sevginin dəyərini bilməyənlərin töhməti, danlağıdır! Bu qoşma sevən bir ürəyin həm dərdi, həm dərmanıdır!
Şeirə “ədəbi təbii riyaziyyat” gətirən şair! Yazdığı rəqəmlərlə hər kəsi düşünməyə və kövrəlməyə məhkum edən şair! Şeirləri ölməzliyə qovuşan şair! Sizi necə sevməmək olar?!
Bəlkə də zamansız olan məktubumun sonunda, bu qoşmanın yazılmasına səbəb olan şair dostunuz Ələddinə, bu sevginin gözəlliklərindən bəhrələnə bilməyən nakam sevdanıza Allah rəhmət eləsin deyirəm! Sizə isə, əziz şairim, dünyanın bütün gözəlliklərini və uzun, sağlam bir həyat arzulayıram.

P.S. Söhbət açdığımız qoşmanızdan təsirlənərək yazdığım bir şeirimi cəsarət edib sizə yollayıram.

NƏDƏN MƏNİM DEYİLSƏN?

Nədən mənim deyilsən,
ey mənim ayrı dünyam?
Kövrək nağıllarımın ağ atlı şəhzadəsi!
Ey ağlımı çaşdıran,
başımı hərləndirən ətirli mey badəsi!
Xəyalını qurduğum,
baxışlardan sorduğum,
ey istəyim, ey arzum!

Bəlkə, görmürsən məni?
Bəlkə, görüb keçirsən?
Bəlkə də inamını itirənlər çox olub,
hələ ölçüb-biçirsən?
Kim bilir, ürəyindən necə küləklər əsib...
Yoxsa, de, yollarını ölən ümidlər kəsib?
Sən – mənə nur gətirən,
kədərimi götürən
sevinc dolu fəsilsən!
Hər zaman gözlədiyim,
Tanrıdan gecə-gündüz yalvarıb istədiyim,
Nədən mənim deyilsən?

Bütün ömrüm uzunu təkcə sənin olmuşam
bunu bilməsən belə!
Yenə də sevəcəyəm - məni sevməsən belə!
Bax, ömrüm, yolun üstə saf ürəklə çıxmışam…
Gəl!
Səni,
yalnız səni görməkçün darıxmışam!


Hörmətlərimlə: Afaq Şıxlı
Moskva




Baxış: 1627 | Bölmə: Mədəniyyət, slayd3
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yazarlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru