RUS ALİMLƏRİNİN XARİCİLƏRLƏ ÜNSİYYƏT QAYDALARI SƏRTLƏŞDİRİLİR
Rus ailmləri xarici həmkarlarları ilə elmi mübadilə aparmaq üçün xüsusi icazə almalı və bu prosesdə bütün danışıqlar qeydə alınıb ali təhsil və elm nazirliyinə təqdim edilməlidir. Bir sözlə alimlərin elmi -praktik konfransları, görüşləri tam nəzarətə götürülür.

Rusiya ali təhsil və elm nazirliyi rus elm adamlarının xarici həmkarları ilə əlaqə qaydalarını sərtləşdirən qanun hazırlayır. Sənədin surəti "Trotsk varınatı" ("Trotskiy varinat") qəzetində dərc olunub. Rusiya Elmlər Akademiyası texnika elmləri üzrə doktoru, professor Aleksandr Fradkovun bu əmrlə bağlı açıq etiraz məktubu da adıçəkilən qəzetdə yer alıb.

FACEBOOK  SƏSLI MESAJLARI GİZLİNCƏ DİNLƏYİRMİŞ
Bir həftə əvvələ qədər Facebook audio-faylları dinləyirmiş. Bunun da istifadəçi anlaşmasında razılaşdırıldığını deyib. Yəni istifadəçilərin bilgisi daxilində olduğu deyilir.

Bloomberg agentliyi Facebook kompaniyası istifadəçilərin səsli mesajlarını açmaq üçün buna yüzlərlə muzlu işçi cəlb etdiyi faktını açıqlayıb.

Anonim mənbə bildirib ki, korporasiyanın rəhbərliyi qarşısına səsli mesajların yer və zamanını gizli saxlamaqla audoi-faylların oxunması məsələsini qoyub. İşçilər bunun nəyə lazim olduğunu bilmədən təəccüblə dinləyiblər.
Mariya Zaxarova: Rusiyanın Qarabağın statusu haqqında fikri dəyişməzdir
Rusiya XİN yetkilisi Mariya Zaxarova bu fikri jurnalistlər üçün keçiridiyi bugüngü brifinqdə səsləndirib.

"Bizi Azərbaycan və Ermənistan münaqişə xəttində sakitliyin müşahidə olunması məmnun edir. Bununla yanaşı, tərəflərin müxtəlif yollarla bir-birini ittiham etməsi də narahatçılıq yaradır"-deyə Zaxarova qeyd edib.

Bu cür ritorikalar danışıqlar prosesində əlverişli şərtlərin formalaşdırılmasına və konfliktin həll olunmasında kompromiss variantlar axtarmağa imkan vermir- Rusiya xarici siyasət qurumundan qeyd ediblər.

"Rusiya Dağlıq Qarabağın son statusunun Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməsindən yanadır"-deyə XİN nümayəndəsi göstərib. Onu da əlavə edib ki, rəsmi Moskvanın mövqeyində heç bir dəyişiklik yoxdur.

Xarıtladaq ki, avqustun 7-də Ermənistan baş naziri Nikol Paşinyanın tanınmamış Dağlıq Qarabağ respublikası haqqında "Bura Ermənistandır"-deməsi Azərbaycan tərəfindən qəzəblə qarşılanıb.

Yenises.ru
Sabiq qırğız prezidenti Atambayevin rezidensiyasına basqın davam edir

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin rezidensiyasına basqında yaralananlar Dövlət Milli Təhlükəsizlik komitəsi əməkdaşlarının sayı artır. Almaz Atambayevi tutmaq üçün xüsusi əməliyyatda iştirak edən DTK əmdaşaları arasında yaralananların sayı 27 nəfərə çatdığı haqda RİA Novosti-yə komitənin mətbuat xidmətindən xəbər verilib.
Lukaşenkonun "oyunu" özünə baha başa gələ bilər
Lukaşenkonun Rusiyaya inteqrasiya məsələsini qarşı tərəfə təzyiq vasitəsinə çevirməsinə "Bulba Prestolov" Teleğram kanalı toxunub. Dni.ru iformasiya portalının Telegram kanala istnadən yazdığına görə Belorusiya prezidenti Aleksandr Lukaşenkonun başı üstündə qara buludlar dolaşır. Rusiya rəhbərliyi Batkanın şərtləri ilə inteqrasiyaya razı deyi-deyə ekspertlər xəbərdarlıq ediblər. Onların sözlərinə görə Rusiyada belorus liderinə kimsə güvənmir və onunla ünsiyyətdən qaçırlar.

Son zamanlar Belorusiyada qərbyönlü millətçilik baş qaldırıb-deyə "Bulba Prestolov "Telegram kanalın müəllifləri bildirirlər. Buna görə Rusiya Aleksandr Lukaşenko rejiminin maliyyələşdirilməsinin məqsədəuyğun olduğuna daha çox şübhə edirlər.
Rusiya XİN-dən ABŞ və Almaniyanın 3 avqust aksiyasını işıqlandırmasına   etiraz
RF Xarici işlər nazirliyinin ABŞ və Almaniyaya onların diplomatları və mediasının Rusiyanın daxili işiniə qarışması ilə bağlı rəsmi müracət göndərəcəyini qurumun nümayəndəsi Mariya Zaxarova "Bazar axşamı Vladimir Solovyevla" proqramında açıqlayıb. Bu avqustun 3-də Moskvada keçirilən icazəsiz mitinqin işıqlandırılması ilə əlaqəlidir.

Situasiyanı araşdırmağı xarici işlər nazirliyinin nümayəndəsi Mariya Zaxarova təklif edib.

"Mən düşünürəm ki, ABŞ rəhbərliyi onun diplomatlarının Rusiyanın daxili işinə qarışmalarına təəccüblənəcəklər"-deyə qeyd edib.

RUBRIKA: Belə də olur - SƏYYAR MAĞAR

Axşam aldığım xəbəri kənddən uzaqda yaşayan eloğlu ilə bölüşmək üçün zəng elədim:
--Salam, əmioğlu. Loxəbərlik olmasın, Məmmədəlinin ölümündən xəbərin var?
--Salam. Var, əmioğlu, var.
Moskvadakı icazəsiz mitinqdə 600 nəfər saxlanılıb
DİN-nin paytaxt rəhbərliyindən verilən məlumata görə avqustun 3-də Moskvada keçirilən icazəsiz aksiyada 1500 adam iştirak edib və onlardan 600 nəfərə yaxını saxlanılıb. Bu haqda RİA Novostinin məlumatında deyilir.
Moskvanın mərkəzində yanan binanın söndürülməsində 24 texnika və 2 vertolyotdan istifadə edilib
Bu gün səhər səhər saat 6:18 radələrində Moskvanın mərkəzində- Dubninsk küçəsi ev 41/4 ünvanında olan dördmərtəbəli binada yangın baş verib. Fövqəladə hallar nazirliyindən verilən məlumata görə yanğın 5 min kvadratmetr sahəni əhatə edib. Yanğını n söndürülməsində 80 nəfər yangınsöndürən, 24 texnika, o cümlədən 2 vertolyot iştirak edib. Xilasedicilər yanğının ətrafda yerləşən binalara və eləcəə də yaxınlıqdakı benzindoldurma məntəqəsinə keçməsi təhlükəsinin qarşısını almağa çalışıblar.
[right]Rusiya pasportu alan ukraynalılar sorğuya çəkilirlər
Ukraynanın hərbi prokuroru Anatoli Matios bəyan edib ki, Rusiya pasportu almaq üçün müraciət edən Donetsk və Luqansk vilayətinin sakinləri qurum tərəfindən sorğuya çağırılıb. O, bunu "Radio NV" -yə müsahibəsində söyləyib.

Hərbi prokuror müstəntiqlərin qanun çərçivəsində hərəkət etdiklərini qeyd edib. Matiosun sözlərinə görə hərbi prokurorluq baş verənlər haqqında tam təsəvvürə maikdir və Rusiya pasportu almaq üçün ərizə verən Ukrayna vətəndaşlarının şəxsiyyətini müəyyən etməklə məşğuldur.

ABŞ administrasiyasında Rusiyaya qarşı ikinici sanksiya  paketi hazırlanır
Birləşmiş Ştatlar Skripal işinə görə Rusiyaya qarşı ikinci sanksiya paketi hazırlayır. Bu haqda RİA Novostiyə ABŞ administrasiyasının nümayəndəsi məlumat verib.
Rusiya yığmasının azərbaycanlı oyunçusu Aleksandr Səmədov karyerasını başa  vurdu
35 yaşlı idmançı özünün bu qərarını İnstagram səhifəsindən açıqlayıb.

"Əziz dostllarım, yaxınlarım, azarkeşlərim! Futbolçu kimi özümün idman karyeramı başa vurmağın zamanı gəldi. Uzun illər sizin mənim yanımda olduğunuzu bilərək yaşadım, işlədim, oynadım,arzuladım, planlar qurdum. Sizin mənimlə və Rusiya futbolu ilə qürur duymağınız üçün qələbəyə nail olmağa çalışdım. Mən idmançı, futbolçu və şəxsiyyət kimi yetişmək istədim. Bu arzularım gerçəkləşdi. İstədiyimə çatdım! Mən xoşbəxtəm ki, siz hər zaman mənə inandınız, dəstəklədiz, həyəncanlandınız, irəli getmək, daha böyük uğurlar əldə etmək üçün güc verdiniz!"-deyə futbolçu yazıb.
Sobyanin icazəsiz mitində təxribat ola bilıcəyindən xəbər verib
Sobyanin xəbərdarlıq etdi. Mitinqi təşkil edənlərlər də, oara gələnlər də təxribat törətməyə hazırlaşırlar. Lakin bunun qarşısı alınacaq.

Bu günə təyin olunmuş icazəsiz mitinqində ciddi təxribat baş verəcəyi ehtimalından Moskva meri Sergey Sobyanin özünün Twitter səhifəsindən xəbər verib.


Vüqar Bayramov - Şairin dünyası qız qoxuludu!
Şairin dünyası qız qoxuludu!


Bu yay axşamında bahar havası,
Təbiət bu gecə yaz qoxuludu!
Hamının dilində şirin arzular,
Hamının dodağı söz qoxuludu!

Gözlər intizarda, qəlb həvəsdədi,
Hamı bir arzuda, bir nəfəsdədi.
Qulaqlar həsrətlə xırda səsdədi,
Həsrətin vüsalı naz qoxuludu!

Xəbəri titrətdi küləklər kimi,
Gəldi gecə yarı, mələklər kimi.
Muştuluq həvəsli ürəklər kimi,
Ocaq qoxuludu, köz qoxuludu!

Açıldı cığırım, izim dünyaya,
Qəlbimdən gələni yazım dünyaya.
Bu gecə göz açdı qızım dünyaya,
Şairin dünyası qız qoxuludu!


22.07.2018

Dünya mənim gözümdə bu baxışın boydadı.

Elə şirin baxırsan səddin, çəpərin yoxdur,
Sən elə bir duyğusan ölçün, qədərin yoxdur.
Səninlə gözəlləşib həyat xəbərin yoxdur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Balalar gül doğulur, balalar çiçək olur,
Çirkin körpə görmədim, hamısı göyçək olur.
Bu məsum baxışında arzular gerçək olur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Ömrümün hər saatı, dəqiqəsi, anısan,
Özünü çox sevərsən gözlərimdə tanısan!
Atanın gül qızısan,ürəyisən, canısan,
Dünya mənim gözümdə bu baxışın boydadı.

26.02.2019
Rusiya səfirliyi xəritədə Krımı Ukraynanınkı kimi göstərib
Rusiya səfriliyi Twitter səhifəsindəki paylaşımında Krımı xəritədə Ukrayna ərazisi kimi göstərdi. Ukrayna XİN-i də təşəkkür edərək davamını digər qurumlardan gözləyirik-deyə repost yazdı.

Rusiyanın Böyük Britaniyadakı səfriliyi Twitter səhifəsində Krımı Ukrayna əraizisi kimi göstərib.

Rusların yarısının əmək haqqı 35 min rubldan az imiş
Rosstat-ən məlumatlarına görə, böyük və orta müəssisələrdə işləyən rusların yarısı 34,335 rubldan az gəlir əldə edir. Nisbətən yüksək maaşı olan balıqçılardır.

Peskov Putinlə Zelenski arasındakı  telefon söhbətindən danışdı
Prezident seçilləndə təbrik etmədi, lakin prezident kimi qəbul edib telefonla danışdı. İlk cümləsi "Salam" olub-deyə yazır Rusiya mətbuatı. Salam verməkdə qeyri-adi nə olduğu anlaşılan deyil. Yəni "Alo" deməyibmi? Nə isə ki, prezidentlər arasında olan telefon söhbətini Peskov şərh edib.

Gürcüstan prezidentindən  Putinin sanksiyalara dair sözlərinə reaksiya
Zurabişvili Moskva ilə münasibətləri düzəltməyə hazırdır. Rusiyaya ilımlı mövqeyinin ölkəsində tənqidlə qarşlanacağına gəlincə "Kimsə mənə vətənpərvərlik öyrədə bilməz"-deyib.

Gürcüstan prezidenti Salome Zurabişvili rusiyalı həmkarı Vladimir Putinin Moskvanın Tiflisə qarşı sanksiyalar tətbiq etmək istəmədiyi bəyanatını alqışlayıb. Bu barədə Associated Press-ə müsahibəsində deyib.
Tarix : 27-10-2012, 00:01
.Ramiz Abutalıbov-75
























“Mən kasıb gəncliyimin istənilən dövrünü şirin xatirə kimi əzizləyirəm”.


Cəfər Sadığın Ramiz Abutalıbovla blits söhbəti:

-Sevdiyiniz rəng?

--Ağ və qara.

-Yemək?

-Plov.

-Musiqi?

-Muğam və caz.

-Nəqliyyat?

-Trolleybus.

-Şəhər?

-Paris.

-Ölkə?

-Azərbaycan, Fransa, Rusiya. Bu ardıcıllıqla.

-Şair, yazıçı?

-Ramiz Rövşən, Heminquey.

-İnsanlarda ən çox dəyər verdiyiniz cəhət?

-Sədaqət, vəfalılıq

-Sevmədiyiniz xasiyyət?

-Diqqətsizlik, laqeydlik, biganəlik.

-Bağışlaya bilməyəcəyiniz xəta?

-Xainlik.

-Yuxularınız yadda qalırmı?

-Qalır. Son vaxtlar cavan vaxtlarım yuxuma girir.

-Gəncliyinizin hansı çağına daha çox qayıtmaq istərdiniz?

-Heminqueyin bir əsəri var, adını rusca bir az fərqli tərcümə ediblər: mənası “həmişə səninlə olan bayram” kimi səslənir. Əsər belə başlanır: Əziz oxucu. Bir vaxt gənc idin, kasıb idin, Parisdə yaşayırdın və ən xoşbəxt adam idin.” Mən də o kasıb gəncliyimin istənilən dövrünü şirin xatirə kimi əzizləyirəm.

-Gənclər qarşısında çıxış eləməli olsanız onlara nə tövsiyə edərdiniz?

-Ardıcıllıq, mətinlik, qarşıya qoyulan məqsədə nail olmaq, yorulmaq bilmədən çalışmaq.

-Yadınızda qalan gülməli vəziyyət varmı?

- Bir gündə məni pərt, narahat və heyrətli vəziyyətə salan üç gülməli xatirəm var. 1971-ci il dekabrın 16-da Parisə gəlişimin ikinci günü idi. O vaxt SSRİ-də mehmanxanada, iş yerində telefonla danışmaq adi şeydi. Otelin geydiyyat şobəsində “zəng edə bilərəmmi?” deyə soruşdum. “Olar” dedilər. Bir dəqiqə danışıb təşəkkür edib getmək istəyirdim ki, məni geri çağırdılar: “Müsyö, bəs pulu niyə ödəmirsiz?” Pərt oldum. Bu kapitalizmlə ilk “görüşüm” idi. Çıxıb çörək almağa getdim. Müxtəlif çeşidli çörəklərə baxa-baxa satıcıdan soruşdum: çörək təzədir?” Özünü təhqir olmuş sayan satıcı az qaldı məni döysün. Üçüncüsü də ət dükanında SSRİ-də tanışlıqla, arxa qapıdan aldığımız “ağ ət”in qalaq-qalaq yığılması idi.

-Xoşbəxtliyi nədə görürsünüz?

-Allah mənə nəticə görməyi nəsib edib, bü—xöşbəxtlikdir.

************************************************************************************************
Cəmil HƏSƏNLİ “ Bulanıq tarixdə güclə sezilən bir işıq” ( azadliq.info)

Ramiz Abutalıbov-75
Oktyabrın 27-də Azərbaycan milli fikir tarixində böyük rol oynayan fədakar bir insanın, Ramiz Abutalıbovun 75 yaşı tamam olur. Bu yubiley ilində Ramiz müəllimin keçdiyi həyat yoluna baxanda adamı heyrət bürüyür. Bir ömürdə bu qədər xeyirli əməli öz həyat tarixçəsinə yazmaq çox az adamlara nəsib olub. Sözün tam mənasında Ramiz Abutaliıbov canlı bir tarixdir. O, tarixin içində yaşayır və içində olduğu tarixi də özü ilə bərabər yaşadır. Özü də, 75-i haqlayan yaşının bu çağında yorulmadan, dinclik bilmədən, hay-küy salmadan, ən gərgin anlarda belə təmkinini pozmadan sadə bir həyat yaşayır, tarixə bələdçilik edir.

Tarixin yükünü çəkən, onu çiyinlərində aparan və bu yükün ağırlığından dizləri bükülməyən Ramiz Abutalıbovun keçdiyi həyat yolu vətənə xidmətin, milli mənəvi yaddaşa sonsuz məhəbbətin təkrarsız bir nümunəsidir. Tarixə nümunə vermək hər adamın işi deyil. Ramiz Abutalıbov Sovet dövründə vətənə xidmət etməyin nümunəsini verdi. Bu gün çoxlarının öz sovet dövrü keçmişini gizlətdiyi, həmin dövrdəki əməllərinin xəcalət tərini sildiyi bir vaxtda Ramiz Abutalıbov o illərin qürurunu yaşamaq haqqına malikdir.

Ömer ÖZCAN “Ramiz Abutalıbov 75 yaşında” (EKİM 2012 • TÜRK YURDU dərgisi)

Ramiz Abutalıbov-75
Sovyet sistemi içinde uzun süre yaşayan Türk cumhuriyetlerinde sosyal hayat, rejimin hâkim unsuru Rusların dâhil oldukları kültür çerçevesinden belirli ölçüde etkilenmiştir. Doğum, evlenme yıldönümleri gibi kişinin hayatındaki
önemli günlerin teferruatlı olarak kutlanması gelenek haline gelmiştir. Bunların yanında tanınmış cemiyet adamları, sanatçılar belirli yaşlara ulaştıklarında kutlama merasimleri yapılır. Bazıları için devlet yönetimince önceden çıkarılan bir emirle yapılacaklar, takvime bağlanır. Benzer kutlamalar ebediyete intikal eden kültür adamları içinde yapılmaktadır.

27 Ekim 1937 tarihinde doğan Azerbaycan’ın değerli kültür adamlarından Ramiz Abutalibov, 75. yaşını idrak etmektedir. Abutalibov, mütevazı kişiliğiyle daima gölgede kalmaya özen göstermekle birlikte Azerbaycan’ın kültür hayatına önemli hizmetlerde bulunmuştur ve çalışmalarını aralıksız olarak sürdürmektedir.

Ramiz Bey, Azerbaycan’ın yakın dönem siyasi hayatında önemli roller oynayan siyasi muhaceretin yaşayan fertleriyle kurduğu ilişkiler, onlar hakkında matbuatta neşrettiği makalelerle kamuoyunun dikkatini çekmiştir. 1993 yılında Haydar Aliyev, Fransa’ya yaptığı ilk resmi ziyaret esnasında Topçubaşı ailesi fertlerinin medfun bulundukları Paris yakınındaki Saint Cluny kasabası mezarlığına da gitti. Topçubaşı’nın bu şehrin Rue Decamps Sokağında ikamet ettiği binanın ön cephesine hatıra levhasının konulması, Fransa’nın hürriyeti uğruna hayatlarını vermiş Azerbaycanlılar adına Rodez şehrinde bir anıtın dikilmesi, Ekber Ağa Şeyhülislamov’un mezarının yapılması onun gayretleri sonucu gerçekleşmiştir. Ramiz Bey, Azerbaycan’ın yakın dönem siyasi hayatında önemli roller oynayan siyasi muhaceretin yaşayan fertleriyle kurduğu ilişkiler, onlar hakkında matbuatta neşrettiği makalelerle kamuoyunun dikkatini çekmiştir. 1993 yılında Haydar Aliyev, Fransa’ya yaptığı ilk resmi ziyaret esnasında Topçubaşı ailesi fertlerinin medfun bulundukları Paris yakınındaki Saint Cluny kasabası mezarlığına da gitti. Topçubaşı’nın bu şehrin Rue Decamps Sokağında ikamet ettiği binanın ön cephesine hatıra levhasının konulması, Fransa’nın hürriyeti uğruna hayatlarını vermiş Azerbaycanlılar adına Rodez şehrinde bir anıtın dikilmesi, Ekber Ağa Şeyhülislamov’un mezarının yapılması onun gayretleri sonucu gerçekleşmiştir.

Ədalət TAHİRZADƏ “Xəzinə-adam” (525.az)

Ramiz Abutalıbov-75
Doğrudur, mən arxivlərdə çalışmağa üstünlük verirəm, ancaq Ramiz bəyin buna elə də ehtiyacı yoxdur, çünki onun özü ən etibarlı arxivdir, ən qiymətli sənədlər xəzinəsidir. Mənim günlərcə, aylarca çalışıb əldə edə bildiyim bilgilərin əksəriyyəti çoxdan Ramiz bəyin yaddaşındadır. Bu gün əzabla axtardığım insanların çoxunun ya özüylə, ya da övladlarıyla şəxsən görüşüb, onların öz ağzından həqiqətləri eşidib, öz əlləriylə verdiyi sənədlərin əslini toplayıb, onları göz bəbəyi kimi qoruyub və Vətənə gətirərək doğma xalqının malı edib. Böyük bir araşdırıcılar kollektivi onun Fransadan toplayaraq Azərbaycana qaytardığı yarım ton ağırlığında tarixi sənədlərdən yaranmış arxivi (təəssüf ki, bu sənədlər bir neçə arxivə səpələnib) on illərcə araşdırsa yenə azlıq edər. Millətimizin tarixinin ən ağrı-acılı dönəmini - Azərbaycan siyasi mühacirətinin tarixini Ramiz Abutalıbovun arxivi olmadan öyrənmək, sadəcə, mümkün deyil.

Cəfər SADIQ “Ramiz müəllim” (yenises.ru)

Ramiz Abutalıbov-75
Əməllərindən mümkün qədər çox adamın xəbərdar olmasını istədiyim insanlar barəsində yazı hazırlayanda ilk növbədə onu başqalarından seçən cəhəti axtarır, bayağı tərif, yorucu təkrarlardan, sönük epitetlərdən qaçmağa çalışıram. Bu dəfə isə məsələ tamamilə başqa cürdü. Hansı təyinin, hansı sifətin qəhrəmanıma daha çox yaraşdığını kəsdirə bilmirəm. Hər təyin o birindən çox yaraşır.Tərəddüdlərim qəribə qərara gətirib çıxartdı məni. Gördüm ki, Ramiz Abutalıbovu tanıtmaq üçün dilimizdə o qədər söz var ki, bir yazıya sığışdırmağa oğul istəyir. Eləmədim tənbəllik, aldım əlimə ana dilimizin əlifbasını və yuxarıdan aşağıya yol başladım.

Və sonda...

Elə insanlar var ki, söz nə qədər qüdrətli olsa da, Onun qüdrətini sözə sığışdırmaq olmur. Bu gün 75 yaşı tamam olan Ramiz Abutalıbov haqqında Cəmil Həsənlidən, Ədalət Tahirzadədən, Ömer Özcandan və başqalarından atrıq söz demək də mənim həddimə deyil. Əlifbanın bütün söz yaradan hərflərində A-dan Z-yə Ramiz müəllim haqqında Cəfər Sadığın onun keyfiyyətlərinin sözlə şəklini cızdığının fonunda nə desən, nə yazsan yenə azdır.

Ramiz müəllimi tarixin hansısa şəxsiyyətinə, ədəbiyyatın hansısa personajına bənzətmək istəsən, oxşar talelərin fərqli çalarlarında üç 25-lik ömrünün hər üç ayrımında “göydən düşən üç alma”dan üç kəsimə pay olan kimi. onun da həyatında üç nəslə örnək olacaq məqamlar var. Gəncliyində ahıllıq, ahıllığında gənclik həvəsi və bu ikisinin arası- əsrin yarısı olan 50-sində sağını-solunu yerbəyer edə bilmək müdrikliyi ki, bu də ona xasdır.

Ramiz Abutalıbovu 75 illik yubileyi münasibətilə kollektivimiz adından təbrik edirik!



Tünzalə VƏLİQIZI, Moskva
27.10.2012




Baxış: 1640 | Bölmə: Mədəniyyət, slayd1
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru