Kreml Surkovun istefası ilə bağlı xəbəri şaiyə hesab edir
Politoloq Aleksey Çesnakovun Vladislav Surkovun dövlət qulluğundan istefa etdiyi barədə verdiyi xəbəri RF prezidentinin mətbuat katibi Dmitri Peskov təkzib etdi.

Vladimir Putinin mətbuat katibi Dmitri Peskov prezident köməkçisi Vladislav Surkovun istefası barədə xəbərlərə cavab verib. Peskov TASS-a bildirib ki, Surkovun istefası barədə hər hansı bir qərar yoxdur. O, prezident köməkçisinin istefası haqda məlumatının olmadığını da vurğulayıb.
Putinin köməkçisi Surkov dövlət qulluğundan istefa verdi
Rusiya prezidentinin köməkçisi Vladimir Putinin köməkçisi Vladislav Surkov dövlət qulluğundan istefa edib. İnterfaks xəbər verir ki, bu barədə Siyasi şərait Mərkəzinin direktoru Aleksey Çesnakov açıqlama verib.

Çesnakov qeyd edib ki, bu qərar Ukrayna istiqamətində siyasi kursun dəyişməsi ilə əlaqədar verilib. Surkov bu addımın səbəbləri və gələcək planları barədə bir aydan sonra məlumat verəcəyini deyib.


"Növbəti ay ərzində o, meditasiya ilə məşğul olacaqdır", - Chesnakov öz Telegram kanalında bunları yazıb.

Yanvar ayında Vladislav Surkov Abxaziyadakı siyasi böhranı həll etmək üçün Suxumiyə gəlmişdi.

Vladislav Surkov 2013-cü ildən bəri Rusiya prezidentinin köməkçisidir. Abxaziya və Cənubi Osetiya ilə sosial-iqtisadi əməkdaşlıq, habelə Ukraynanın şərqindəki münaqişənin nizamlanması məsələlərinə nəzarət onun səlahiyyətində idi. Bundan əvvəl, 2011-ci ildən Rusiya hökuməti sədrinin müavini, 2012-ci ildən isə Rusiya hökuməti aparatının rəhbəri vəzifələrində çalışıb. 2004-2008-ci illərdə də prezidentin köməkçisi olub.

YENİSES.RU
Türkiyənin Elazığ bölgəsində güclü  zəlzələ baş verib
Elazığda zəlzələ nəticəsində ölənlərin sayı artır.

Türkiyə, dünən axşam saat 20.55 radələrində Elazığdan gələn zəlzələ xəbəriylə sarsıldı. Kandillidən veriən məlumatlarına görə Elazığda baş verən zələzələ 6.8 bal gücündə olub. Kilisdən Samsuna İraqdan Suriyaya qədər çox böyük bir bölgədə hiss edilən zəlzələ Elazığ və Malatyada dağıntılar yaradıb. İlkin xəbəbrlərdə zəlzələdə i 18 nəfər ölmüş, 555 nəfər yaralanmışdır. Zəlzələ sonrası yeraltı təkanlar 97 dəfə təkrar olunub. Təbii fəlakət bölgəsinə yollanan daxili işlər naziri Süleyman Soylu, Səhiyyə naziri Fahrettin Koca, Ətraf və şəhərsalma üzrə naziri Murat Kurum, Elazığdakı zəlzələdən sonra açıqlama veriblər.

Nazir Soylu, "İndiyə qədər Malatyada 5 və Elazığda 10 adam öldüyünü bildirib. O, Elazığda 30 vətəndaşın axtarış və xilasetmə işləri davam etdiyini də qeyd edib. Səhiyyə naziri Fahrettin Koca, "Ağır yaralılardan üçünün Malatyadan, ikisinin Elazığdan olduğunu deyib. . Ölü sayının artacağı da verilən xəbərlər sırasındadır.

Son məlumatlara görə Elazığda 2 nəfər infarktan , 13 nəfər isə zəlzələnin dağıntıları nəticəsində həyatını itirib. Malatyada isə ölü sayı 5 nəfərdir.

Yenises.ru

Deputalığa namizəd İbrahim Xəlil Balayoğulları  vəd vermir-istəklərinizə körpü ola bilərəm -deyir- VİDEO
"Mənim varlığım bütün türk varlığına ərməğan olsun! ", "Mən türk dünyasında qardaşlarımın ayaqları altındakı körpüyəm, birləşmək üçün mənim üstümdən keçin"-deyir.



Medvedevin yeni vəzifəsi-Təhlükəsizlik şurasında  müavin
Bu gün Rusiya höküməti nazirlər kabinetinin tam tərkibdə istefa verdiyini alan edən Dmitri Medvedevə ölkə başçısı Təhlükəszilik Şurası sədrinin müavini vəzifəsini tutmağı və müdafiə və təhlükəsizlik mövzularını həll etməyi təklif edib. Prezident Vladimir Putin onu da izah edib ki, , yeni vəzifə üçün qanuna düzəlişlər etmək lazımdırsa, bu ediləcək.

Federasiya Şurası beynəlxalq komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov RİA Novosti-yə bildirib ki, əslində Medvedevə vitse-prezident vəzifəsi təklif olunub. Senator "dövlət başçısının Təhlükəsizlik Şurasının sədri olduğunu nəzərə alaraq bunun ən yüksək vəzifə olduğunu"- deyib.

"Bu çox şərəfli və vacib bir təyinatdır". Cabarov onu da qeyd edib ki, Medvedev təcrübəli siyasətçidir və "özünün qazandığı böyük təcrübəsini yeni vəzifəsində tətbiq edə biləcək".

YENİSES.RU
Rusiyada nazirlər kabineti istefa etdi
Baş nazir Dmitri Medvedev prezident Vladimir Putinə bütün hökumətin istefa etdiyini bildirib.

Bu, dövlət başçısının Federal Məclisə müraciəti zamanı Konstitusiyaya bir sıra əsaslı dəyişikliklər olacağı açıqlamasından sonra baş verib. Medvedevə görə, bu islahatlar ölkədə güc balansını dəyişdirəcək.

"İcra, qanunverici və məhkəmə hakimiyyəti. Bu konterksdə biz hökumət olaraq, ölkə başçısına lazım olan bütün qərarlar qəbul etmək imkanı verməliyik"- deyə o, qeyd edib.

Buna cavab olaraq Putin hökumət üzvlərinə birlikdə çalışdıqlarına görə təşəkkür edib, lakin onu da vurğulayıb ki, "hər şey bitmədi". O, yaxın vaxtlarda nazirlərin hər biri ilə ayrı-ayrılıqda görüş keçirəcəyinə söz verib.

Prezident, həmçinin hökumətdən yeni tərkib formalaşana qədər vəzifəsini davam etdirməyi istəyib.

Prezidentin Dövlət Dumasındakı səlahiyyətli nümayəndəsi Harry Minh RİA Novosti-yə açıqlamasında əgər hökumətin istefası əvvəldən hazırlanmış bir prosesdirsə, o zaman yeni Nazirlər Kabinetinin formalaşdırılmasının uzun çəkməyəcəyini söyləyib.

"Unutmayın ki, prezident seçkiləri keçirildi - hökumət istefa verdi və əslində ertəsi gün yeni kabinet formalaşdı"-deyə xatırladıb.


YENİSES.RU



Bu gün Şırvan Kərimovun ad günüdür
Bu gün günlərdən o gün! Hardasa dünyanın kiçik bir guşəsində böyük bir insan doğulur, Ve... Ssenariləşmiş həyatlardan fərqli bir yol vardı qarşısında...Doğulduğu o kiçik yer bir gün əlçatmaz olacaq desəydilər...

Rəssam olsam Sizin portretinizi Göy Qurşağı olaraq çəkərdim. Ya da Səhər Şəfəqi, yox bəlkə də Üfüqdən boylanıb Aya əl edən Günəş. Ya da tablonu ağ buraxardım. Hər kəsə bir toxunmuşluğunuz var, qoy onlar çəksinler... Rəssam deyiləm. Amma sözlə tablonuzu çəkməkdə dilim kasıb deyil də, sadəcə Siz çox Varlıqlısınız! Nə yaxşı doğulmusunuz!

Fərqli doğulmaq alın yazısıdır. Amma Fərq yaratmaq fərdidir. Sizin dostunuz, bacınız olmaq xoşbəxtlikdir. Doğum gününüz mübarək olsun, Şirvan Kərimov!!!

Tünzalə Vəliqızı

VİDEO
Rusiyada qara çörək bahalanacaq
Aqrar sənaye sferasının mütəxəssisləri qara çörəyin bahlanacağı proqnozunu verirlər. Onları belə düşünməyə vadar edən ötən il covdar məhsulunun və ehtiyatının az olmasıdır. Bu haqda Yenises.ru RİA Novosti-yə istinadən xəbər verib.
Kiyev İranda  Boeing təyyarəsinin  bilərəkdən vurulduğu fikrindədir

İran 3 gün keçdikdən sonra Ukrayna təyyarəsnin səhvən raketlə vurulduğunu etiraf etdi. Ukrayna tərəfi isə bu qəzanın düşünülmüş olduğu qənaətindədir. Təyyarənin vurulması ilə bağlı açılmış İstintaq axtarış işinin də istiqaməti dəyişdirilidi.

Bu haqda Telegram kanalda yayımlanan mesajda bildirilir.


İran raketlə layneri səhvən vurduğunu etiraf etdikdən sonra Ukrayna Baş Prokurorluğu qəzanın araşdırılması ilə bağlı olan maddəni dəyişdirib.

Ukrayna Baş Prokurorluğu İrandan PS752 reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin araşdırılması maddəsini dəyişdirib. . Bu barədə Ukraynanın nəzarət orqanının Telegram kanalında yayımlanan mesajda deyilir.

"İstintaq Cinayət Məcəlləsinin iki və ya daha çox insanın qəsdən öldürülməsinə və təyyarənin məhv edilməsinə görə məsuliyyəti nəzərdə tutan maddələrə əsasən davam etdiriləcək" deyə məlumat verilib.

Əvvəlcə, təyyarənin əqzaya uğraması faktı ilə Ukraynada "Hərəkətin təhlükəsizliyi qaydalarının pozulması və ya insanların ölümü ilə nəticələnən hava nəqliyyatının istismarı" maddəsi ilə cinayət işi açılmışdı

Xəbərdə, həmçinin, Ukrayna Təhlükəsizlik Xidmətinin Baş İstintaq İdarəsinin bu işi araşdıracağı bildirilib.


Yanvarın 11-də, laynerin qəzasından üç gün sonra, İran hakimiyyəti Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boeing 737-nin səhvən raketlə vurulduğunu etiraf etdi. İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Kosmik Qüvvələrinin komandiri Əmir Əli Hacızadənin izah etdiyi kimi, hava hücumundan müdafiə sistemi operatoru Tehran hava limanından uçan təyyarəni qanadlı raketi kimi təsbit edib. Rabitə əlaqəsi kəsilməsi səbəbindən operator komandanlığa hesabat vermədən müstəqil olaraq laynerin vurulmasına qərar verib. İran prezidenti bunu "bağışlanmaz bir səhv" adlandırıb.


YENİSES.RU
Putin Liviyada rus muzdlularının ola biləcəyini dedi

Liviyadakı ÇVK Vagner-in muzdluları ilə bağlı sualı cavablandırıb. Vladimir Putin və Angela Merkelin Moskvadakı danışıqlardan sonra keçirdiyi birgə mətbuat konfransında Liviyada vətəndaş müharibəsi, hətta Vagnerin muzdluları məsələsi də qaldırıldı.

Rusiya Prezidenti Vladimir Putin Liviyada hərbi əməliyyatlarda iştirak edən rusların ola biləcəyini, lakin onların Rusiyanın maraqlarını təmsil etmədiklərini bildirib. Beləliklə, ijurnalistlərin dövlət başçısıı Liviyada ÇVK Vagnerin muzdlu muzdluların olduğunu təsdiqləyə bilərmi-sualına cavabını prezident belə cavablandırıb.

"Əgər (Liviyada - RBC) Rusiya vətəndaşı varsa, onlar Rusiya dövlətinin maraqlarını təmsil etmirlər" deyə Putin söyləyib. . Həniçinin onlar "Rusiya dövlətindən pul almırlar" deyə əlavə edib.


YENİSES.RU
CNN: Ukrayna təyyarəsi iki raketlə vurulub
ABŞ kəşfiyyatı yanvarın 8-də Tehran yaxınlığında qəzaya uğrayan Ukrayna təyyarəsinin bir yox, iki İranın hava hücumundan müdafiə raketi ilə vurulduğunu düşünür. Bu barədə CNN bu informasiyadan x'b'ri olan Amerika administrasiyasının işçilərinə istinadən məlumat verib.

ABŞ Konqressi Trampın İranla bağlı  hərbi səlahiyyətini məhdudlaşdırdı

Amerika Konqressi nümayəndələr palatası Trampın İran siyasətinə qarşı qqətnamə imzalayıb.

ABŞ Konqressi nümayəndələr palatası Amerika prezidenti Donald Trampın qanunvericilərin icazəsi olmadan İranla müharibə aparması ilə bağlı hərbi səlahiyyətlərini məhdudlaşıdran qətnaməni qəbul ediblər.

Yenises.ru-nun TASS agentliyinə istinadən verdiyi xəbərə görə sənədi 224 koqressmen dəstəkləyib, 194-ü isə əleyhinə çıxıb.

Qətnamə həmçinin ABŞ senatına göndərilib.

Bundan əvvəl Amerika Konqressi nümayəndələr palatasının spikeri Nensi Pelosi bəyan etdmişdi ki, konqressmenlər ABŞ vətəndaşlarını qoruma öhdəliyini yerinə yetirməlidirlər.

Xatırladaq ki, yanvarın 3-ü gecəsi Bağdad aeroportu yaxınlığında İram İslam İnqilabı Keşikçiləri korpusunun generalı Qasım Süleymani ABŞ -ın raketl hücumu nəticəsində öldürülmüşdü.

Yanvarın 8-də Tehran Süleymaninin qətlinə görə qisas əməliyyatı elan etmiş və İrakdakı iki Amerika bazasına raket zərbəsi endirmişdi.

YENİSES.RU


Qasım Süleymaninin qızı ABŞ-ı hədələdi
Öldürülən iranlı general Qasım Süleymaninin qızı Zeynab atasının dəfn mərasimində ABŞ və İsrailə bu qətlin sonucunun ağır olacağı xəbərdarlığını edib.

"Axmaq Trump, düşünmə ki, atamın ölümü ilə bağlı hər şey bitdi" -deyə Zeynəb bildirib.
Tanınmış vəkil Əziz Qəmbərovun namizədliyi qeydə alındı
2020-ci il fevral ayının 9-da Milli Məclisə növbədənkənar keçiriləcək seçkilərlə bağlı deputatlığa namizədlərin qeydiyyata alınması mərhələsi davam edir.

Əslən Kəlbəcərdən olan tanınmış vəkil Əziz Qənbərov 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Əziz Qənbərovun namizədliyi Dairə Seçki Komissiyası tərəfindən təsdiqlənib. BU haqda vəkil özü məlumat verib. .

Qeyd edək ki, Əziz Qənbərov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. O, həmçinin "Qarabağa Qayıdış" İctimai Birliyinin təsisçisidir.


Yenises.ru


Marşal Xəlifə Haftar Liviyada cihad və ümumi səfərbərlik elan etdi

Türkiyə parlamentinin Liviyaya hərbi qüvvə göndərilməsinə icazə verməsi barrikadanın o biri tərəfində olan Liviya Mlli Ordusunun komandiri, marşal Həlifə Haftardan cavab reaksiyası gəldi. Xəlifəni Liviyada qadınlar da daxil olmaqa, əli silah tutan hər kəsə silah veriləcəyini bildirdi. O, xarici qoşunlarla qarşıdurma və ümumi səfərbərlik və elan etdi.

Liviyalılara ünvanladığı videomüraciətdə hərbi lider ölkənin cihad elan etdiyini söylədi. RİA Novosti xəbər verir ki, silah hamıya - hərbi və mülki şəxslərə, kişilərə və qadınlara veriləcək.

Bundan əvvəl Tripoli hökuməti Liviyanın paytaxtına Xəlifə Haftar qüvvələrinin hücum edəcəyi təqdirdə Türkiyədən hərbi yardım istəmişdi. Söhbət hücumu dəf etmək üçün "hava, quru və dəniz" hərbi yardımdan gedir.

Xatırladaq ki, Türkiyə parlamenti yanvarın 2-də səs çoxluğu ilə Liviyaya türk hərbçiləri göndərməyə razılıq verib.

Yenises.ru
Türkiyə parlamenti Liviyaya hərbi qüvvə göndərməyə izn verdi

Liviyadan Türkiyəyə dəstək göndərilməsi lehinə 325, əleyhinə isə 184 millət vəkili səs verib. Birinci etapda türk hərbi mütəxəssisləri liviyalı döyüşçülərə təlim keçəcəklər. Əməliyyata qatılanların sayını prezident müəyyənləşdirəcək və bu məsələyə yanvar ayında baxacağı bildirilir.

Türkiyə parlamentariləri ordu qüvvələrinin Liviyaya göndərilməsini nəzərdə tutan qanun layihəsini təsdiqlədiyi barədə NTV kanalı məlumat yayıb.

Səsvermədə iştirak edən 509 deputatdan 184-ü qanun layuhəsinin əleyhinə, 325-i isə lehinə səs verib.. Birinci mərhələdə Liviya döyüşçülərini yetişdirmək üçün hərbi mütəxəssislərin göndərilməsindən söhbət gedir. Qanun layihəsində türk ordusunun Liviyaya bir illik göndəriləcəyi nəzərdə tutulur. Əməliyyata qatılanların sayını prezident təyin edəcək.

Yenises.ru
Araz Ağalarov  rus təqaüdçülərinin yoxsulluğuna işarə etdi
Rus və azərbaycanlı iş adamı, "Crocus Group" un prezidenti və sahibi Araz Ağalarov rusların aşağı pensiya və maaş aldıqlarını söylədi. Onun sözlərinə görə, buna görə ölkədə ÜDM (Ümumi daxili məhsul) artmayacaq.

Əhalinin gəlirləri indi çox aşağıdır və əhalinin gəlirlərinin artması olmadan ÜDM-in artması mümkün deyil. Forbes milyarderə istinadən bildirir ki, bu gün ölkədə orta pensiya 200 dollar civarındadır, bəzilərininki daha azdır, orta əmək haqqı da aşağıdır.

Ağalarov onu da qeyd edib ki, ölkədə istehsal çiçəklənə bilməz, çünki insanların istehsal olunan mallar və xidmətlər almaq üçün pulları yoxdur. O, onu da əlavə edib ki, vergilər çox yüksəkdir və azaldılmalıdır.

Yeтises.ru
Hollandiya Niderland oldu- I Pyotr səhvən Hollandiya dediyi üçünmü?
I Pyotrun səhvən Hollandiya adlandırdığı ölkə Niderland olaraq rəsmiləşdirildi. Adın dəyişdirilməsinin tarixi səhvin düzəldilməsi yönündən edilməsi versiyalardan biridir, amma əsası deyil...
Tarix : 13-11-2012, 11:22
Afaq ŞIXLI    DÜNYAYA AÇILAN BİR PƏNCƏRƏ VAR...
Sizə sual versələr ki, bir adam həm riyaziyyatçı, həm jurnalist; həm mühasib, həm inşaatçı; eyni zamanda gözəl saz çalan və təkrarsız misralar sahibi bir şair ola bilərmi? Bütün bunların üzərinə də, səmimilik, mehribanlıq, dürüstlük, etibarlı və iradəli olmaq kimi müsbət insani keyfiyyətləri gəlsək?
“Belə birisi yoxdur”, - deyərsiniz... və yanılarsınız. Belə bir insan var! Elə bu oxuyacağınz yazı da onun haqqındadır.

Nədənsə, biz insanlar, adicə yol gedərkən, ya da dəniz sahilində gəzərkən, yüyürüb qaçarkən, yorulub dincələrkən – necə də xoşbəxt olduğumuzu anlamırıq. Amma, bir anlığa bunlardan məhrum olduğumuzu fikirləşsək, dəhşətə gələrik yəqin ki.
Bütün dünyası - pəncərəsi önündə açılan mənzərədən, səyahət etdiyi yerlər – evinin dörd otağından, gördüyü insanlar isə, yanına gedib gələn əzizlərindən və bir neçə dostundan ibarət olan bir şair var aramızda. Çoxları onu tanıyır, lakin çoxları da tanımır. Gəlin tanış olaq:

Elman Şəmşəd oğlu Tovuz – şair, jurnalist, riyaziyyatçı, inşaatçı, layihəçi, modelyer və s... və s... 10 aprel 1961 ildə Tovuz mahalının Şıxheybət kəndində dünyaya gəlib.
Bozalqanlı kənd orta məktəbini, sonralar Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun ümumiqtisad fakültəsini və həmin institutun o zamanlar açılmış jurnalistika fakültəsini bitirib.
Elə tələbəlik illərindən qəzetlərdə, jurnallarda şeirləri və məqalələri dərc olunub.
Dörd şeir kitabının müəllifidir.
1998-ci ilin dekabr ayında avtomobil qəzasına uğrayıb, elə o zamandan da əlil arabasındadır.

Bizim tanışlığımızın və sonrakı qırılmaz dostluğumuzun tarixi 3 ilə yaxındır... Amma onun qəmli nağılı çoxsan başlayıb, lap çoxdan... Bu nağılın əvvəlini o özü belə danışır:

“... Mən valideynlərimin 3-cü övladıyam. Atamla heç vaxt bu haqda söhbətlərimiz olmayıb, amma, rəhmətlik anam, mənim uşaq maraqlarımı cavablandırmaq üçün deyirdi ki, yazda yer əkini vaxtları doğulmuşam. Biçin vaxtı taxıllıqdan tapıldığımı söyləyirdi anam... Həmişə düşünürdüm ki, məni ora kim gətirib qoyub görəsən? Evimizin qarşısında bir zolaq taxıl zəmisi olduğunu indi də xatırlayıram...
Doğrusu, çox utancaq idim... İndi də o hiss qalıb məndə. Güləndə üzümdə oyuq yaranırdı, çökəlirdi yəni. O da həmişə başıma bəla olurdu. Bir dəfə qonşumuza bir qız gəlmişdi. Məndən çox böyük idi (onda mən 5-ci sinifdə oxuyurdum). Üzünü o biri uşaqlara tutub dedi ki, mən yuxumda görmüşəm ki, güləndə üzü çökələn oğlana ərə gedirəm. Hamınız gülün! Mən ordumu köpürdüb gülmək istədim, o isə ikiəlli üzümdən tutub dedi: " Elə yuxuda gördüyüm sənsən, əl çəkən deyləm”. Qıpqırmızı olmuşdum. Sonra onlar rayona qayıdanda bir neçə gün ağladım. Anama yox, bacıma dedim, o da məni ələ salırmış kimi başladı gülməyə... 2-3 gün bacımı danışdırmadım...
Orta məktəbdə 6-cı sinifdən sonra başlamışam oxumağa, özü də necə... Hətta deyənlər vardı ki, Şəmşədin oğluna "vergi" verilib. Məktəbdə mən çıxıb dərs danışanda artıq yoldaşlarımın təəccübünü açıqca hiss edirdim.
Mən 1978 - ci ildə orta məktəbi bitirdim. ADU-nin tətbiqi riyaziyyat fakültəsinə daxil ola bilmədim, necə deyərlər "konkurs"a düşdüm. Bir ilə yaxın iişlədim və 79-da sənədlərimi XTİ-nun ümumiqtisad fakültəsinə verdim və daxil oldum. O sevinci sözlə ifadə edəmmirəm. Tələbə biletini almışdım yenə tələbə olduğuma inanmağım gəlmirdi.
İkinci kursda oxuyanda tələbə yoldaşlarım artıq şeir yazdığımı bilirdilər. Şair İsa Musayev bizim müəllimimiz idi. O, məni m bir neçə şeirimi dinlədikdən sonra, institutun redaksiyasına apardı. Redaktorla tanış etdi. Redaktor bir mövzu dedi və o mövzu haqddina kiçik bir məqalə yazmağı tapşırdı. Yazdığımı oxuyandan sonra 3-4 şeir götürdü... İki həftə keçmiş olardı, dərsə gələndə tələbə yoldaşlarım məni təbrik etdilər, hətta şair - deyə zarafatlaşdılar da... Özümü itirmişdim...
Tələbə olduğum vaxtlar institutda İTF (içtimai peşələr fakültəsi) təsis edildi. Mən də həmin fakültənin jurnalistika ixtisasına daxil oldum. Dərslər axşam keçirilirdi və beləcə, mən iki fakültədə oxuyurdum. Jurnalistikanın əsasları, natiqlik və onun inkişafı, nitq mədəniyyəti kimi fənnləri sevməyə başladım. 82-ci ildə instututun "İqtisadçı" qəzetinin heyətində iki tələbədən biri mən oldum. O vaxtdan etibarən hiss etdim ki yazmalıyam, daha doğrusu yazmaya bilmirəm. İnstitutda keçirilən ədəbi məclislərə, ad günlərinə, yaradıcılıq gecələrinə dəvət almağım məni daha da ruhlandırır, yeni şeirlər yazmağa sövq edirdi... Tələbə dostlarım mənə "şair" deyə müraciət etmələri çox xoşuma gəlirdi, hətta küçədə gedəndə elə bilirdim məni tanıyırlar...”

...Gülür.
Mehriban çöhrəsinə gülmək həqiqətən də gözəl yaraşır. O tutulanda, sanki bir hüzün çökür bu böyük və yaraşıqlı evə.
Amma hər bir nağılın bir qəmli, kədərli yeri də olur. Elman Tovuz nağılında da ürəkgöynədən məqam vardır - həyat dolu bir insanın, gələcəyə ümid, yaşam eşqi, ilham dolu bir şairin bütün dünyasını bir pəncərə önünə cəmləşdirən məqam... Və bu anlarda gözləri yol çəkir, qeyri-ixtiyari başını silkələyir, sanki istəmədiyi xatirələri özündən uzaqlaşdırmaq istəyir.

“...O vaxtlar Kürdəmirdə Dəyirman tikdirirdik. Tikinti başa çatmışdı. Müəssisənin açılışına hazırlaşırdıq. Bununla bağlı rayon müəssisələrindən birinin müdiri ilə görüşüm var idi. 1998 - ci dekabrın 11 - də saat 10 -00 Kürdəmirim Mollakənd kəndində olmalı idim. Bakıdan saat 6-05 də çıxmışdım. saat 8-30 da həmin rayon ərazisində (İmişli yolu da deyirlər) qəflətən maşın oynadı. İdarəetməni itirdim, əyləci basdım. Maşın yolun kənarına şığdı və bir andaca aşdı, göydə çevrilib 3 metr hündürlükdə olan enişdən aşağı düşdü və bərk yerə çırpıldı.
Onurğamın sınıq səsi hələ qulağımdadır.

Beləcə, 13 ildir əlil arabasındayam. Allaha min şükür - sizlərin arasındayam, yaxşıyam, gümraham. Tanrı mənə, kimsəyə vermədiyi bir dözüm verib. Fəda olum Yaradana. Biz onunuq! O özü yaradıb, nə istəyir edir, nə karəyik ki, etiraz edək?! Bəlkə də belə olduğu daha yaxşıdır. Dünya elə yamanlaşıb ki! Pislikləri, haqsızlıqları görmürəm heç olmasa...”

...Susur.
Dediyi sözlərə inanır da, inanmır da. Sazını bir dəli nisgillə sinəsinə sıxıb çalır:

Nə dərddi çəkirəm, hələ bilmirəm,
Sağala bilmirəm, ölə bilmirəm.
Ayrı cür yanına gələ bilmirəm,
Sən məni yuxuda çağır bir axşam.

Bu qəmi, möhnəti əritmək üçün,
Sızlayan qəlbimi kiritmək üçün,
Yapışıb qolumdan, yeritmək üçün
Sən məni yuxuda çağır bir axşam.


Bu sevda nur olub, zülməti haqlar,
Qorxma, sirrimizi özündə saxlar.
Yanan – gözlər olar, susan – dodaqlar,
Sən məni yuxuda çağır bir axşam.

Əli dolu gəlim, əli boş gedim...
Gedəndə büdrəyim yolu çaş gedim.
Sənə ac olsam da, könlü xoş gedim,
Sən məni yuxuda çağır bir axşam.

Beləcə, qəlbimin ehtiyacı bol,
Haqqa gedən yoldu sənə gələn yol!
Adımı çağırma, ehtiyatlı ol...
Sən məni yuxuda çağır bir axşam.

...Qəribə insandır Elman müəllim - bir yeniyetmə qədər utançaq, bir ahıl qədər müdrikdir. Yalan, saxtakarlıq bilməz... Düzə düz, əyriyə əyridir. Amma bununla belə, kimsənin könlünü qırmaq istəməz. Öz yüngül aurası ilə insanda elə xoş təəssürat yaradır ki, ilk görüşdən hər kəs onunla yoldaşlığa can atır. Nə olur olsun ruhdan düşmür. Ədəbiyyat sevgisi, poeziya sevgisi onu hər zaman nikbin və özü dediyi kimi, gümrah saxlayır.
Şəxsi layihəsi əsasında tikilmiş iki mərtəbəli səliqəli ev də, bəyaz işləməli hasar da, güllü-çiçəkli bağça da, meyvə ağacları da, hətta çiyələk kolları da gedəni bir daha qaytarır. Özü də, xanımı da olduqca qonaqpərvərdirlər. Süfrələri, nəinki dostlara, evlərinə gələn hər bir insana hər zaman açıqdır.

Çaldığı telli sazının sədaları könül oxşayır, insana yorğunluğunu, dərd-sərini unutdurur, bəzən isə titrədir, kövrəldir, duruldur...

Mən Bakıya hər getdiyimdə, vaxtım nə qədər az olur-olsun, ilk növbədə onun görüşünə gedirəm. Bu bir adət halını alıb. Hətta qızım Nilufər də, onu öz əmilərindən seçmir, mənsiz də olsa, mütləq Elman əmisini ziyarət edir. Aralarında qəribə ülvət və məhəbbət var, ata-bala məhəbbəti. Özünün övladı olmasa da, bütün gəncləri balası qədər sevir bu mükəmməl insan. Neçə-neçə gənc şair onun müdrikliyindən, biliyindən və təcrübəsindən bəhrələnib.
Yaşadığım Moskva şəhərində də əziz dostumu yaxşı tanıyırlar. Bakıya gedən zaman ona baş çəkir və sonra da, bir qayda olaraq, mənə xəbər verirlər. Onunla tanış olan hamı, nə bu görüşü, nə də onun duzlu-məzəli, sazlı-sözlü, şeir dolu söhbətlərini unuda bilmir.

Keçən il, Elman Tovuzun “Sən məni yuxuda çağır bir axşam” adlı dördüncü şeir toplusunu işıq üzü görmüş və böyük oxucu kütləsi toplamışdı.

Üzvü olduğum Şəhriyar Ədəbi məclisinin təşəbbüsü ilə Moskvada bu kitabın təqdimatı keçirildi. Müəllifin özü yanımızda olmasa da, qəlbən hər birimiz onun yanında idik. Telefon bağlantısı quraraq, bir-bir onunla danışıb təbrik etdik. Cəmiyyətimizin sədri Vasif Məmmədov: “ Əziz Elman qardaşım! Bu gündən sizi də bu Moskva Şəhriyar Ədəbi Mədəni cəmiyyətinin fəxri üzvlüyünə qəbul etdik!” deyərkən, səsi titrədi. Hamımız mütəəssür olduq. Vasif müəllim, sonradan, Elman müəllimin kövrəldiyini və danışa bilmədiyini dedi.

Bu addım, əlbəttə ki, önəmli bir şey sayılmaya da bilər. Bir kitabın, müəllif iştirakı olmadan, təqdim olunması, bir cəmiyyətə üzv seçilməsi... Təbii, kimin üçünsə bunlar sıradan olan şeylərdir. Lakin, önəmlisi - bizdən 2500 km uzaqda yaşayan Vətən oğlumuzun könlünü sevindirmək, onun gələcəyə, insanlara və tutduğu yolun uğurlu olmasına inamını artırmaq idi. Dostlarının sayının gün-gündən çoxaldığını bildirmək zərurəti idi.

Şeir - səma, şeir - dərya, şeir - çöl,
Şeriyyətin yox bucağı, yox ucu...
Mənim şerim - dağ kəndindən gələn yol,
Yormaz səni, qorxma, yeri, oxucu!
Oxuduqca baxışları ləngidin...
Duyuq düşsə misralarda yatmış dərd,
İstəsəniz bu nömrəyə zəng edin:
“Beş yüz yetmiş, sıfır doqquz, altmış dörd”.


Əgər, bu inadçı, həyatın dərdləriniə yenilməyən şairi özümün sevdiyim qədər, sizə də sevdirə bildimsə, xoşbəxtəm.
Siz yaxındasınız, dostlar! Onunla bir Vətəndə, bir şəhərdəsiniz. Sözlərilə sizə yalnızlığınızı və qəmlərinizi unutduran şairi tək qoymayın. Adi bir telefon zəngiylə, adi bir mesajla sevindirin, fərəhləndirin.
Unutmayın: dünya - qəribə dünyadır. Ayaqda olan zaman bu günümüzü, yataqda olan zaman isə sabahımızı düşünürük. Amma hər nəyi düşünürüksə düşünək, insan olduğumuzu və insanlar arasında yaşadığımızı unutmayaq! Dünyaya bir pəncərədən baxanların gözü, qulağı, əli, ayağı olaq! Bu dünyanı daralmağa, saralmağa, adiləşməyə və ümidsizləşməyə qoymayaq!

Məşhur Rus yazıçısı və həkim A.P. Çexov demişdir: “Sənin sağalmağını gözləyənlərin olduğunu bilən zaman, xəstəlik də gözəldir!”

P.S. Sözlərimi əziz dostuma yazdığım bir şeirlə tamamlamaq istəyirəm.

SƏNINTƏK
Qələm dostum Elman Tovuza


Bu aləmi qarış-qarış gəzənlər
Çöl-çəməni görə bilməz sənintək!
Min çəməndən min bir çiçək üzənlər
Gözəlini dərə bilməz sənintək!

Yaman çoxdu bəd niyyəti xoş bilən,
Bayquşu da bir uğurlu quş bilən.
Hər damcını gözdən axan yaş bilən
Könüllərə girə bilməz sənintək!

İnsaf elə, balığı at dəryaya...
Haqq önündə dura bilməz daş-qaya.
Ayrı kimsə bu qəribə dünyaya
Ürəyini verə bilməz sənintək!



13.11.12.
Moskva.





Baxış: 1272 | Bölmə: Mədəniyyət
Fikirler
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru