RUS ALİMLƏRİNİN XARİCİLƏRLƏ ÜNSİYYƏT QAYDALARI SƏRTLƏŞDİRİLİR
Rus ailmləri xarici həmkarlarları ilə elmi mübadilə aparmaq üçün xüsusi icazə almalı və bu prosesdə bütün danışıqlar qeydə alınıb ali təhsil və elm nazirliyinə təqdim edilməlidir. Bir sözlə alimlərin elmi -praktik konfransları, görüşləri tam nəzarətə götürülür.

Rusiya ali təhsil və elm nazirliyi rus elm adamlarının xarici həmkarları ilə əlaqə qaydalarını sərtləşdirən qanun hazırlayır. Sənədin surəti "Trotsk varınatı" ("Trotskiy varinat") qəzetində dərc olunub. Rusiya Elmlər Akademiyası texnika elmləri üzrə doktoru, professor Aleksandr Fradkovun bu əmrlə bağlı açıq etiraz məktubu da adıçəkilən qəzetdə yer alıb.

FACEBOOK  SƏSLI MESAJLARI GİZLİNCƏ DİNLƏYİRMİŞ
Bir həftə əvvələ qədər Facebook audio-faylları dinləyirmiş. Bunun da istifadəçi anlaşmasında razılaşdırıldığını deyib. Yəni istifadəçilərin bilgisi daxilində olduğu deyilir.

Bloomberg agentliyi Facebook kompaniyası istifadəçilərin səsli mesajlarını açmaq üçün buna yüzlərlə muzlu işçi cəlb etdiyi faktını açıqlayıb.

Anonim mənbə bildirib ki, korporasiyanın rəhbərliyi qarşısına səsli mesajların yer və zamanını gizli saxlamaqla audoi-faylların oxunması məsələsini qoyub. İşçilər bunun nəyə lazim olduğunu bilmədən təəccüblə dinləyiblər.
Mariya Zaxarova: Rusiyanın Qarabağın statusu haqqında fikri dəyişməzdir
Rusiya XİN yetkilisi Mariya Zaxarova bu fikri jurnalistlər üçün keçiridiyi bugüngü brifinqdə səsləndirib.

"Bizi Azərbaycan və Ermənistan münaqişə xəttində sakitliyin müşahidə olunması məmnun edir. Bununla yanaşı, tərəflərin müxtəlif yollarla bir-birini ittiham etməsi də narahatçılıq yaradır"-deyə Zaxarova qeyd edib.

Bu cür ritorikalar danışıqlar prosesində əlverişli şərtlərin formalaşdırılmasına və konfliktin həll olunmasında kompromiss variantlar axtarmağa imkan vermir- Rusiya xarici siyasət qurumundan qeyd ediblər.

"Rusiya Dağlıq Qarabağın son statusunun Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməsindən yanadır"-deyə XİN nümayəndəsi göstərib. Onu da əlavə edib ki, rəsmi Moskvanın mövqeyində heç bir dəyişiklik yoxdur.

Xarıtladaq ki, avqustun 7-də Ermənistan baş naziri Nikol Paşinyanın tanınmamış Dağlıq Qarabağ respublikası haqqında "Bura Ermənistandır"-deməsi Azərbaycan tərəfindən qəzəblə qarşılanıb.

Yenises.ru
Sabiq qırğız prezidenti Atambayevin rezidensiyasına basqın davam edir

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin rezidensiyasına basqında yaralananlar Dövlət Milli Təhlükəsizlik komitəsi əməkdaşlarının sayı artır. Almaz Atambayevi tutmaq üçün xüsusi əməliyyatda iştirak edən DTK əmdaşaları arasında yaralananların sayı 27 nəfərə çatdığı haqda RİA Novosti-yə komitənin mətbuat xidmətindən xəbər verilib.
Lukaşenkonun "oyunu" özünə baha başa gələ bilər
Lukaşenkonun Rusiyaya inteqrasiya məsələsini qarşı tərəfə təzyiq vasitəsinə çevirməsinə "Bulba Prestolov" Teleğram kanalı toxunub. Dni.ru iformasiya portalının Telegram kanala istnadən yazdığına görə Belorusiya prezidenti Aleksandr Lukaşenkonun başı üstündə qara buludlar dolaşır. Rusiya rəhbərliyi Batkanın şərtləri ilə inteqrasiyaya razı deyi-deyə ekspertlər xəbərdarlıq ediblər. Onların sözlərinə görə Rusiyada belorus liderinə kimsə güvənmir və onunla ünsiyyətdən qaçırlar.

Son zamanlar Belorusiyada qərbyönlü millətçilik baş qaldırıb-deyə "Bulba Prestolov "Telegram kanalın müəllifləri bildirirlər. Buna görə Rusiya Aleksandr Lukaşenko rejiminin maliyyələşdirilməsinin məqsədəuyğun olduğuna daha çox şübhə edirlər.
Rusiya XİN-dən ABŞ və Almaniyanın 3 avqust aksiyasını işıqlandırmasına   etiraz
RF Xarici işlər nazirliyinin ABŞ və Almaniyaya onların diplomatları və mediasının Rusiyanın daxili işiniə qarışması ilə bağlı rəsmi müracət göndərəcəyini qurumun nümayəndəsi Mariya Zaxarova "Bazar axşamı Vladimir Solovyevla" proqramında açıqlayıb. Bu avqustun 3-də Moskvada keçirilən icazəsiz mitinqin işıqlandırılması ilə əlaqəlidir.

Situasiyanı araşdırmağı xarici işlər nazirliyinin nümayəndəsi Mariya Zaxarova təklif edib.

"Mən düşünürəm ki, ABŞ rəhbərliyi onun diplomatlarının Rusiyanın daxili işinə qarışmalarına təəccüblənəcəklər"-deyə qeyd edib.

RUBRIKA: Belə də olur - SƏYYAR MAĞAR

Axşam aldığım xəbəri kənddən uzaqda yaşayan eloğlu ilə bölüşmək üçün zəng elədim:
--Salam, əmioğlu. Loxəbərlik olmasın, Məmmədəlinin ölümündən xəbərin var?
--Salam. Var, əmioğlu, var.
Moskvadakı icazəsiz mitinqdə 600 nəfər saxlanılıb
DİN-nin paytaxt rəhbərliyindən verilən məlumata görə avqustun 3-də Moskvada keçirilən icazəsiz aksiyada 1500 adam iştirak edib və onlardan 600 nəfərə yaxını saxlanılıb. Bu haqda RİA Novostinin məlumatında deyilir.
Moskvanın mərkəzində yanan binanın söndürülməsində 24 texnika və 2 vertolyotdan istifadə edilib
Bu gün səhər səhər saat 6:18 radələrində Moskvanın mərkəzində- Dubninsk küçəsi ev 41/4 ünvanında olan dördmərtəbəli binada yangın baş verib. Fövqəladə hallar nazirliyindən verilən məlumata görə yanğın 5 min kvadratmetr sahəni əhatə edib. Yanğını n söndürülməsində 80 nəfər yangınsöndürən, 24 texnika, o cümlədən 2 vertolyot iştirak edib. Xilasedicilər yanğının ətrafda yerləşən binalara və eləcəə də yaxınlıqdakı benzindoldurma məntəqəsinə keçməsi təhlükəsinin qarşısını almağa çalışıblar.
[right]Rusiya pasportu alan ukraynalılar sorğuya çəkilirlər
Ukraynanın hərbi prokuroru Anatoli Matios bəyan edib ki, Rusiya pasportu almaq üçün müraciət edən Donetsk və Luqansk vilayətinin sakinləri qurum tərəfindən sorğuya çağırılıb. O, bunu "Radio NV" -yə müsahibəsində söyləyib.

Hərbi prokuror müstəntiqlərin qanun çərçivəsində hərəkət etdiklərini qeyd edib. Matiosun sözlərinə görə hərbi prokurorluq baş verənlər haqqında tam təsəvvürə maikdir və Rusiya pasportu almaq üçün ərizə verən Ukrayna vətəndaşlarının şəxsiyyətini müəyyən etməklə məşğuldur.

ABŞ administrasiyasında Rusiyaya qarşı ikinici sanksiya  paketi hazırlanır
Birləşmiş Ştatlar Skripal işinə görə Rusiyaya qarşı ikinci sanksiya paketi hazırlayır. Bu haqda RİA Novostiyə ABŞ administrasiyasının nümayəndəsi məlumat verib.
Rusiya yığmasının azərbaycanlı oyunçusu Aleksandr Səmədov karyerasını başa  vurdu
35 yaşlı idmançı özünün bu qərarını İnstagram səhifəsindən açıqlayıb.

"Əziz dostllarım, yaxınlarım, azarkeşlərim! Futbolçu kimi özümün idman karyeramı başa vurmağın zamanı gəldi. Uzun illər sizin mənim yanımda olduğunuzu bilərək yaşadım, işlədim, oynadım,arzuladım, planlar qurdum. Sizin mənimlə və Rusiya futbolu ilə qürur duymağınız üçün qələbəyə nail olmağa çalışdım. Mən idmançı, futbolçu və şəxsiyyət kimi yetişmək istədim. Bu arzularım gerçəkləşdi. İstədiyimə çatdım! Mən xoşbəxtəm ki, siz hər zaman mənə inandınız, dəstəklədiz, həyəncanlandınız, irəli getmək, daha böyük uğurlar əldə etmək üçün güc verdiniz!"-deyə futbolçu yazıb.
Sobyanin icazəsiz mitində təxribat ola bilıcəyindən xəbər verib
Sobyanin xəbərdarlıq etdi. Mitinqi təşkil edənlərlər də, oara gələnlər də təxribat törətməyə hazırlaşırlar. Lakin bunun qarşısı alınacaq.

Bu günə təyin olunmuş icazəsiz mitinqində ciddi təxribat baş verəcəyi ehtimalından Moskva meri Sergey Sobyanin özünün Twitter səhifəsindən xəbər verib.


Vüqar Bayramov - Şairin dünyası qız qoxuludu!
Şairin dünyası qız qoxuludu!


Bu yay axşamında bahar havası,
Təbiət bu gecə yaz qoxuludu!
Hamının dilində şirin arzular,
Hamının dodağı söz qoxuludu!

Gözlər intizarda, qəlb həvəsdədi,
Hamı bir arzuda, bir nəfəsdədi.
Qulaqlar həsrətlə xırda səsdədi,
Həsrətin vüsalı naz qoxuludu!

Xəbəri titrətdi küləklər kimi,
Gəldi gecə yarı, mələklər kimi.
Muştuluq həvəsli ürəklər kimi,
Ocaq qoxuludu, köz qoxuludu!

Açıldı cığırım, izim dünyaya,
Qəlbimdən gələni yazım dünyaya.
Bu gecə göz açdı qızım dünyaya,
Şairin dünyası qız qoxuludu!


22.07.2018

Dünya mənim gözümdə bu baxışın boydadı.

Elə şirin baxırsan səddin, çəpərin yoxdur,
Sən elə bir duyğusan ölçün, qədərin yoxdur.
Səninlə gözəlləşib həyat xəbərin yoxdur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Balalar gül doğulur, balalar çiçək olur,
Çirkin körpə görmədim, hamısı göyçək olur.
Bu məsum baxışında arzular gerçək olur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Ömrümün hər saatı, dəqiqəsi, anısan,
Özünü çox sevərsən gözlərimdə tanısan!
Atanın gül qızısan,ürəyisən, canısan,
Dünya mənim gözümdə bu baxışın boydadı.

26.02.2019
Rusiya səfirliyi xəritədə Krımı Ukraynanınkı kimi göstərib
Rusiya səfriliyi Twitter səhifəsindəki paylaşımında Krımı xəritədə Ukrayna ərazisi kimi göstərdi. Ukrayna XİN-i də təşəkkür edərək davamını digər qurumlardan gözləyirik-deyə repost yazdı.

Rusiyanın Böyük Britaniyadakı səfriliyi Twitter səhifəsində Krımı Ukrayna əraizisi kimi göstərib.

Rusların yarısının əmək haqqı 35 min rubldan az imiş
Rosstat-ən məlumatlarına görə, böyük və orta müəssisələrdə işləyən rusların yarısı 34,335 rubldan az gəlir əldə edir. Nisbətən yüksək maaşı olan balıqçılardır.

Peskov Putinlə Zelenski arasındakı  telefon söhbətindən danışdı
Prezident seçilləndə təbrik etmədi, lakin prezident kimi qəbul edib telefonla danışdı. İlk cümləsi "Salam" olub-deyə yazır Rusiya mətbuatı. Salam verməkdə qeyri-adi nə olduğu anlaşılan deyil. Yəni "Alo" deməyibmi? Nə isə ki, prezidentlər arasında olan telefon söhbətini Peskov şərh edib.

Gürcüstan prezidentindən  Putinin sanksiyalara dair sözlərinə reaksiya
Zurabişvili Moskva ilə münasibətləri düzəltməyə hazırdır. Rusiyaya ilımlı mövqeyinin ölkəsində tənqidlə qarşlanacağına gəlincə "Kimsə mənə vətənpərvərlik öyrədə bilməz"-deyib.

Gürcüstan prezidenti Salome Zurabişvili rusiyalı həmkarı Vladimir Putinin Moskvanın Tiflisə qarşı sanksiyalar tətbiq etmək istəmədiyi bəyanatını alqışlayıb. Bu barədə Associated Press-ə müsahibəsində deyib.
Çingiz Aytmatovun qızı atasının naməlum romanın əlyazmasını tapıb
Qırğızıstanın xalq yazıçısı Çingiz Aytmatovun naməlum romanının əlyazması haqqında qızı deputat Şirin Aytmatova məlumat verib. Yazıçının qızı yerli KİV-ə atasının romanını bir il ərzində çap etdirəcəyini söyləyib.
“VOLOŞIN SENTYABRI”   10-CU BEYNƏLXALQ ŞEIR SIMPOZIUMU
“Artıq şeir ölüb!”, “ Ədəbiyyat məhv olmaq üzrədir!”, “Poeziya daha kimə lazımdır?” ...Yaşadığımız bu çətin və qarmaqarışıq dövrdə bunlara bənzər çümlələri tez-tez eşidirik. Və hətta, bəzən bu kəlmələrin doğruluğuna inanmaq belə istəyirik.
«Kurtlar vadisi-Pusu» nun yeni  fraqmenti dəhşət saçdı  On ilə yaxındır ki, miyonlarla tamaşaçını ekran başına toplayan Türkiyənin ən reytinqli serialı “Kürtlar vadisi-Pusu” yeni sezona yenə “dəhşət saçacaq” qədər maraqlı girəcəyi gözlənilir. Serialın yayımlanan ilk fraqmentində “Bu Şehir Girdap Gülüm Türküsü” nün muşaiyəti ilə Polad Ələmdarın gözyaşları ürəkləri yandırdı.

Mustafa Berçinin şeiri Afaq Şıxlının tərcüməsində


Tələsmə!

Atəş almağamı gəldin dünyaya?
Tələsmə, tələsmə, dostum, tələsmə!
Hər şey zamanında düşər sıraya,
Tələsmə, tələsmə, dostum, tələsmə!
Kim ki, insanı sevər,- aşiqi-hürriyyət olur,  Bəli, hürriyyət olan yerdə də insanlıq olur!
Altmış illik ömrüm oldu səndə bərbad, Ərdəbil!

Altmış illik ömrüm oldu səndə bərbad, Ərdəbil!
Bir də namərdəm əgər etsəm səni yad, Ərdəbil!
Rotterdam kinofestivalının  qalib filminin  Rusiyada nümayişi qadağan edildi
Rusiya Mədəniyyət nazirliyi “Sərhədsiz film” şirkətinə serb rejissoru Mayya Miloşun çəkdiyi “Klip” kinosunun nümayişi üçün kirayə qeydiyyyatı verməkdən imtina edib. Mədəniyyət nazirliyi bu imtinanın səbəbini kinoda içki, narkotik və pornoqrafiya səhnələrinin olması ilə əsaslandırıb.
Tuba Böyüküstün Azərbaycanda  əkizlərindən danışdı
Təkcə Türkiyədə deyil, ondan uzaqlarda da sevilən türk aktrisası Tuba Böyüküstünü azərbaycanlı tamaşaçılar “İhlamurlar altında”, “Asi”, “Gönülçelen” kimi seriallardan tanıyırlar.

Həm də saç şampunu reklamlarında oynayan Tuba Böyüküstün bu yaxınlarda bununla bağlı Azərbaycanda keçirilən bir yarışmaya gəlib. “Gönülçelen” serilında rol yoldaşı Onur Saylakla evli olan Tuba Böyüküstünün bu nigahdan iki qızı olduğu da hamıya məlumdur.
Sabaha saxlama!

Afaq Şıxlı

Sabaha saxlama!

İşlərin çoxluğundan çox şeyi unudursan bəzən.
Barmaqlarım arasından süzülüb gedən su kimisən...
Bu get-gəllər arasında səni gözləyən də var,
Sənin şəfqətinə, hənirinə ehtiyacı olan da...
Dayan bir az, nəvaziş göztər,
Sabaha saxlama!

Gəl!

Afaq Şıxlı

Gəl!


Bilirsənmi...
Sabahları axşam etdiyimdə günəşə üz tuturam hər gecə.
Sarmaşıqlar arxasından baxdığım pəncərəm dualarımın şahididir.
Göy üzü - gümanım,
günəş - ümidimdir.
 Yenidən sevilmək istə!
Afaq Shixli

Yenidən gəl ömrümə!
Gözümdə ucalmaq istə.
Yenidən Tanrım ol,
Sevgilim ol, hər şeyim ol....
Dünyanı birgə gəzək,
Otlar döşəyimiz olsun.


Modonna Moskva konsertinə 400 nəfərlik heyətlə gəlib

Madonnanin Moskvanın “Olimpiyskiy” idman kompleksində keçiriləcək konsertinə tamaşaçılar 25 metalaxtarandan keçib baxa biləcəklər. Bu haqda “İnterfaks”a təşkilat kompaniyasının mətbuat xidmətindən məlumat veriblər.
Bundan əlavə konsert vaxtı asayişi 200-dən artıq hüqüq müdafiəçiləri və bir o qədər də xüsusi mühafizə agentliyinin nümayəndələri qoruyacaqlar.
Konsertə 25 min bilet satılıb.


"Səhranin ağ günəşi"
Aleksandr QORODNİTSKİ
(RÜSTƏM İBRAHİMBƏYOVA)

Salam, Bakı qalası, mənim Mədinəm, Məkkəm,
Dolanbac dalanların boyanıb boz-gümüşü.
Burda dastan yaradır İbrahimbəyov Rüstəm.
Başı üstdən asılıb səhranın ağ günəşi.
“Möhtəşəm yüzil”də  Mel Gibson oynayacaqmı?
Türkiyənin hüdudlarından kənarda da sevilən, hətta Russiyanın telekanalında dublyaj olunub göstərilən “Möhtəşəm yüzil” teleserialında Brad Pittin rol alacağı haqqında türk mətbuatı yazmışdı.


Azərbaycan prezidenti İlham Əliyev üçüncü dəfə  baba oldu

Prezident İlham Əliyev üçüncü dəfə baba olub. Onun kiçik qızı Arzu Əliyevanın oğlunun dünyaya gəlməsi haqda lent.az məlumat verib.

Arzu Əliyeva Rusiyadakı Azərbaycan əsilli iş adamı, Ümumrusiya Azərbaycanlıları Konqresinin təməlini qoyanlardan biri, mərhum Aydın Qurbanovun yeganə oğlu Səməd Qurbanovla ailə həyatı qurub. Cütlüyün toyu ötən ilin sentyabrında Bakıda keçirilib.

Tanınmış jurnalist   “Yağış”dan   çıxıb
Pozner “Dojd” telekanalından çıxma səbəbini açıqlayıb. “İzvestiya” ya açıqlamasında getməsinə üç amilin səbəb olduğunu deyib.
YENİ KİTAB
YENİ KİTAB

“Exo Moskvı” radiostansiyasının “48 dəqiqə” verilişi 2006-cı ildən etibarən müntəzəm efirə çıxır. Əsas aparıcıları radiostansiyanın baş redaktoru Aleksey Venediktov və həmyerlimiz Nərgiz Əsədova olan verilişdə xüsusi qonaq kimi digər həmyerlimiz—İTAR-TASS agentliyi baş direkrorunun müavini Mixail Qusman iştirak edir.




Murat Bozdan alqışa layiq hərəkət

Yenises.ru-nun milliyet.com.tr saytına istinadən verdiyi xəbərə görə Murat Boz Dağlıcada şəhit olan 8 əsgərmiz üşün bu axşam Kuruçeşme Arenadaki olan konsertini keçirməyəcəyini söyləyib.

Murat Bozun musiqi şirkəti “Dokuzsekiz Müzik”dən verilən açıqlamaya göre konsert başqa bir tarixə keşirilib.


400 uşağın kirvəsi  oldu
İş adamı Sadettin Sranın Kirikkalada təşkil etdiyi sünnət mərasiminin bu gün sayca 12-cisi keçirilib.

400 uşağa “sünnət” paltarı alan və bu mərasimin bütün xərclərini çəkən S. Saran uşaqlara “Kirvəniz hansı sənətçi olsun”-deyə soruşub. Uşaqlar “Adını Feriha koydum” seialının tanınmış gənc aktoyu Cagatay Ulusoyu seçiblər.


-.
.
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ən çox oxunanlar
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru