SSRİ-nin dağılmasının "lokomotivi" olan Kravçuk Ukrayna müstəqilliyə səs verməyib- deyir
Müstəqillik aktınin qəbul olunmasına səs verənlər Rusiya ilə ittifaqa razılıq verdiklərini düşünürdülər-deyə Ukraynanın ilk prezidnti Leonid Kravçuk bəyan edib.
Kseniya Sobçak toyuna cənazə maşınında gəldi
Kseniya Sobçak ikinci nigahında "olumla-ölümü" bir araya gətdi

Belə ki, tanınmış və qalmaqallı teleaparıcı nigah evinə qara cənazə maşınında gəlib.

Tramp  G7-nin Rusiya barədə  məxfi məlumatını sızdırdı
Dünya "Böyük 7-lər"ə geri dönməyə can atmayan Rusiya haqqında müzakirərlərdə ikiyə bölünüb. Amerika lideri gizlilik pərdəsini qaldırıb.

RF-nın G7-yə dönməsi məsələsinin qızğın müzakirəsi fonunda Donald Tramp ola bilsin ki, təşkilatın növbəti sammitində Vladimir Putinin də dəvət olunacağını xəbər verib. Amerika liderinin sözlərindən Blumber agetliyi sitat gətirib. Eyni zamanda Peyter agentliyi də məlumat verib ki, G7-lərdə Moskva haqqında danışıqlar olduğunu Tramp təsdiq edib, lakin qeyd edib ki, Rusiyanın "Böyük yeddilərə" dönəcəyi haqqında bir şey deyə bilməz.

RUS ALİMLƏRİNİN XARİCİLƏRLƏ ÜNSİYYƏT QAYDALARI SƏRTLƏŞDİRİLİR
Rus ailmləri xarici həmkarlarları ilə elmi mübadilə aparmaq üçün xüsusi icazə almalı və bu prosesdə bütün danışıqlar qeydə alınıb ali təhsil və elm nazirliyinə təqdim edilməlidir. Bir sözlə alimlərin elmi -praktik konfransları, görüşləri tam nəzarətə götürülür.

Rusiya ali təhsil və elm nazirliyi rus elm adamlarının xarici həmkarları ilə əlaqə qaydalarını sərtləşdirən qanun hazırlayır. Sənədin surəti "Trotsk varınatı" ("Trotskiy varinat") qəzetində dərc olunub. Rusiya Elmlər Akademiyası texnika elmləri üzrə doktoru, professor Aleksandr Fradkovun bu əmrlə bağlı açıq etiraz məktubu da adıçəkilən qəzetdə yer alıb.

FACEBOOK  SƏSLI MESAJLARI GİZLİNCƏ DİNLƏYİRMİŞ
Bir həftə əvvələ qədər Facebook audio-faylları dinləyirmiş. Bunun da istifadəçi anlaşmasında razılaşdırıldığını deyib. Yəni istifadəçilərin bilgisi daxilində olduğu deyilir.

Bloomberg agentliyi Facebook kompaniyası istifadəçilərin səsli mesajlarını açmaq üçün buna yüzlərlə muzlu işçi cəlb etdiyi faktını açıqlayıb.

Anonim mənbə bildirib ki, korporasiyanın rəhbərliyi qarşısına səsli mesajların yer və zamanını gizli saxlamaqla audoi-faylların oxunması məsələsini qoyub. İşçilər bunun nəyə lazim olduğunu bilmədən təəccüblə dinləyiblər.
Mariya Zaxarova: Rusiyanın Qarabağın statusu haqqında fikri dəyişməzdir
Rusiya XİN yetkilisi Mariya Zaxarova bu fikri jurnalistlər üçün keçiridiyi bugüngü brifinqdə səsləndirib.

"Bizi Azərbaycan və Ermənistan münaqişə xəttində sakitliyin müşahidə olunması məmnun edir. Bununla yanaşı, tərəflərin müxtəlif yollarla bir-birini ittiham etməsi də narahatçılıq yaradır"-deyə Zaxarova qeyd edib.

Bu cür ritorikalar danışıqlar prosesində əlverişli şərtlərin formalaşdırılmasına və konfliktin həll olunmasında kompromiss variantlar axtarmağa imkan vermir- Rusiya xarici siyasət qurumundan qeyd ediblər.

"Rusiya Dağlıq Qarabağın son statusunun Azərbaycan və Ermənistan arasında danışıqlar yolu ilə müəyyən edilməsindən yanadır"-deyə XİN nümayəndəsi göstərib. Onu da əlavə edib ki, rəsmi Moskvanın mövqeyində heç bir dəyişiklik yoxdur.

Xarıtladaq ki, avqustun 7-də Ermənistan baş naziri Nikol Paşinyanın tanınmamış Dağlıq Qarabağ respublikası haqqında "Bura Ermənistandır"-deməsi Azərbaycan tərəfindən qəzəblə qarşılanıb.

Yenises.ru
Sabiq qırğız prezidenti Atambayevin rezidensiyasına basqın davam edir

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin rezidensiyasına basqında yaralananlar Dövlət Milli Təhlükəsizlik komitəsi əməkdaşlarının sayı artır. Almaz Atambayevi tutmaq üçün xüsusi əməliyyatda iştirak edən DTK əmdaşaları arasında yaralananların sayı 27 nəfərə çatdığı haqda RİA Novosti-yə komitənin mətbuat xidmətindən xəbər verilib.
Lukaşenkonun "oyunu" özünə baha başa gələ bilər
Lukaşenkonun Rusiyaya inteqrasiya məsələsini qarşı tərəfə təzyiq vasitəsinə çevirməsinə "Bulba Prestolov" Teleğram kanalı toxunub. Dni.ru iformasiya portalının Telegram kanala istnadən yazdığına görə Belorusiya prezidenti Aleksandr Lukaşenkonun başı üstündə qara buludlar dolaşır. Rusiya rəhbərliyi Batkanın şərtləri ilə inteqrasiyaya razı deyi-deyə ekspertlər xəbərdarlıq ediblər. Onların sözlərinə görə Rusiyada belorus liderinə kimsə güvənmir və onunla ünsiyyətdən qaçırlar.

Son zamanlar Belorusiyada qərbyönlü millətçilik baş qaldırıb-deyə "Bulba Prestolov "Telegram kanalın müəllifləri bildirirlər. Buna görə Rusiya Aleksandr Lukaşenko rejiminin maliyyələşdirilməsinin məqsədəuyğun olduğuna daha çox şübhə edirlər.
Rusiya XİN-dən ABŞ və Almaniyanın 3 avqust aksiyasını işıqlandırmasına   etiraz
RF Xarici işlər nazirliyinin ABŞ və Almaniyaya onların diplomatları və mediasının Rusiyanın daxili işiniə qarışması ilə bağlı rəsmi müracət göndərəcəyini qurumun nümayəndəsi Mariya Zaxarova "Bazar axşamı Vladimir Solovyevla" proqramında açıqlayıb. Bu avqustun 3-də Moskvada keçirilən icazəsiz mitinqin işıqlandırılması ilə əlaqəlidir.

Situasiyanı araşdırmağı xarici işlər nazirliyinin nümayəndəsi Mariya Zaxarova təklif edib.

"Mən düşünürəm ki, ABŞ rəhbərliyi onun diplomatlarının Rusiyanın daxili işinə qarışmalarına təəccüblənəcəklər"-deyə qeyd edib.

RUBRIKA: Belə də olur - SƏYYAR MAĞAR

Axşam aldığım xəbəri kənddən uzaqda yaşayan eloğlu ilə bölüşmək üçün zəng elədim:
--Salam, əmioğlu. Loxəbərlik olmasın, Məmmədəlinin ölümündən xəbərin var?
--Salam. Var, əmioğlu, var.
Moskvadakı icazəsiz mitinqdə 600 nəfər saxlanılıb
DİN-nin paytaxt rəhbərliyindən verilən məlumata görə avqustun 3-də Moskvada keçirilən icazəsiz aksiyada 1500 adam iştirak edib və onlardan 600 nəfərə yaxını saxlanılıb. Bu haqda RİA Novostinin məlumatında deyilir.
Moskvanın mərkəzində yanan binanın söndürülməsində 24 texnika və 2 vertolyotdan istifadə edilib
Bu gün səhər səhər saat 6:18 radələrində Moskvanın mərkəzində- Dubninsk küçəsi ev 41/4 ünvanında olan dördmərtəbəli binada yangın baş verib. Fövqəladə hallar nazirliyindən verilən məlumata görə yanğın 5 min kvadratmetr sahəni əhatə edib. Yanğını n söndürülməsində 80 nəfər yangınsöndürən, 24 texnika, o cümlədən 2 vertolyot iştirak edib. Xilasedicilər yanğının ətrafda yerləşən binalara və eləcəə də yaxınlıqdakı benzindoldurma məntəqəsinə keçməsi təhlükəsinin qarşısını almağa çalışıblar.
[right]Rusiya pasportu alan ukraynalılar sorğuya çəkilirlər
Ukraynanın hərbi prokuroru Anatoli Matios bəyan edib ki, Rusiya pasportu almaq üçün müraciət edən Donetsk və Luqansk vilayətinin sakinləri qurum tərəfindən sorğuya çağırılıb. O, bunu "Radio NV" -yə müsahibəsində söyləyib.

Hərbi prokuror müstəntiqlərin qanun çərçivəsində hərəkət etdiklərini qeyd edib. Matiosun sözlərinə görə hərbi prokurorluq baş verənlər haqqında tam təsəvvürə maikdir və Rusiya pasportu almaq üçün ərizə verən Ukrayna vətəndaşlarının şəxsiyyətini müəyyən etməklə məşğuldur.

ABŞ administrasiyasında Rusiyaya qarşı ikinici sanksiya  paketi hazırlanır
Birləşmiş Ştatlar Skripal işinə görə Rusiyaya qarşı ikinci sanksiya paketi hazırlayır. Bu haqda RİA Novostiyə ABŞ administrasiyasının nümayəndəsi məlumat verib.
Rusiya yığmasının azərbaycanlı oyunçusu Aleksandr Səmədov karyerasını başa  vurdu
35 yaşlı idmançı özünün bu qərarını İnstagram səhifəsindən açıqlayıb.

"Əziz dostllarım, yaxınlarım, azarkeşlərim! Futbolçu kimi özümün idman karyeramı başa vurmağın zamanı gəldi. Uzun illər sizin mənim yanımda olduğunuzu bilərək yaşadım, işlədim, oynadım,arzuladım, planlar qurdum. Sizin mənimlə və Rusiya futbolu ilə qürur duymağınız üçün qələbəyə nail olmağa çalışdım. Mən idmançı, futbolçu və şəxsiyyət kimi yetişmək istədim. Bu arzularım gerçəkləşdi. İstədiyimə çatdım! Mən xoşbəxtəm ki, siz hər zaman mənə inandınız, dəstəklədiz, həyəncanlandınız, irəli getmək, daha böyük uğurlar əldə etmək üçün güc verdiniz!"-deyə futbolçu yazıb.
Sobyanin icazəsiz mitində təxribat ola bilıcəyindən xəbər verib
Sobyanin xəbərdarlıq etdi. Mitinqi təşkil edənlərlər də, oara gələnlər də təxribat törətməyə hazırlaşırlar. Lakin bunun qarşısı alınacaq.

Bu günə təyin olunmuş icazəsiz mitinqində ciddi təxribat baş verəcəyi ehtimalından Moskva meri Sergey Sobyanin özünün Twitter səhifəsindən xəbər verib.


Vüqar Bayramov - Şairin dünyası qız qoxuludu!
Şairin dünyası qız qoxuludu!


Bu yay axşamında bahar havası,
Təbiət bu gecə yaz qoxuludu!
Hamının dilində şirin arzular,
Hamının dodağı söz qoxuludu!

Gözlər intizarda, qəlb həvəsdədi,
Hamı bir arzuda, bir nəfəsdədi.
Qulaqlar həsrətlə xırda səsdədi,
Həsrətin vüsalı naz qoxuludu!

Xəbəri titrətdi küləklər kimi,
Gəldi gecə yarı, mələklər kimi.
Muştuluq həvəsli ürəklər kimi,
Ocaq qoxuludu, köz qoxuludu!

Açıldı cığırım, izim dünyaya,
Qəlbimdən gələni yazım dünyaya.
Bu gecə göz açdı qızım dünyaya,
Şairin dünyası qız qoxuludu!


22.07.2018

Dünya mənim gözümdə bu baxışın boydadı.

Elə şirin baxırsan səddin, çəpərin yoxdur,
Sən elə bir duyğusan ölçün, qədərin yoxdur.
Səninlə gözəlləşib həyat xəbərin yoxdur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Balalar gül doğulur, balalar çiçək olur,
Çirkin körpə görmədim, hamısı göyçək olur.
Bu məsum baxışında arzular gerçək olur,
Dünya mənim gözümdə bu baxışın boydadı.

Ömrümün hər saatı, dəqiqəsi, anısan,
Özünü çox sevərsən gözlərimdə tanısan!
Atanın gül qızısan,ürəyisən, canısan,
Dünya mənim gözümdə bu baxışın boydadı.

26.02.2019
Rusiya səfirliyi xəritədə Krımı Ukraynanınkı kimi göstərib
Rusiya səfriliyi Twitter səhifəsindəki paylaşımında Krımı xəritədə Ukrayna ərazisi kimi göstərdi. Ukrayna XİN-i də təşəkkür edərək davamını digər qurumlardan gözləyirik-deyə repost yazdı.

Rusiyanın Böyük Britaniyadakı səfriliyi Twitter səhifəsində Krımı Ukrayna əraizisi kimi göstərib.

     Bakıda Şairlər günü keçirilib
Artıq ikinci dəfədir ki, gənc yazarlar və şairlər iyun ayının 5-ni - Mikayıl Müşfiqin anadan olduğu günü Şairlər günü kimi qeyd edirlər.

Bu il də, Rəşid Behbudov adına Mahnı teatrında şair Xəyal Rzanın təşəbbüsü və başçılığı ilə Şairlər gününə həsr edilmiş tədbir keçirildi. Tədbirdə Türk müğənnilərindən Mehmet Özkaya və Azərbaycan müğənnilərindən Yaqub Zorufçu və başqalarının ifasında gözəl mahnılar, eləcə də, Vüqar Rahi, Əkbər Qoşalı, Afaq Şıxlı, Xanım Aydın, Habil Yaşar və digər şairlərimizin ifasında lirik şeirlər səsləndi.




Zirəddin Rzayev  oğlu Ruslana möhtəşəm toy etdi  Eksklüziv
Rusiyalı tanınmış ekstrasens Zirəddin Rzayevin oğlu Ruslana kiçik toy edəcəyi haqqında məlumat vermişdik. Dünən Moskvanın möhtəşəm restoranlarından biri olan “Napaleon”da təntənəli kiçik toy məclisi baş tutub.

Məclisi Rusiyanın Ru Tv kanalının məşhur aparıcıları Maks və Dilya açaraq qonaqları ev yiyəsi adından salamladı. Aparıclıar Azərbaycanı Rusiyada tanıdan dostları Zirəddin Rzayevi təbrik etməklə yanaşı, bu torpağın dünya şohrətli sənətkarlar yetişdiriyini söylədilər. Sonra qonaqları salamlamaq üçün səhnəyə ev sahibləri-kiçik bəyin atası Zirəddin Rzayev və xanımı Ellada Rzayevanı dəvət etdilər. Zirəddin Rzayev Azərbaycan milli adət-ənənələrindən gələn bu mərasim xalqımızın adətlərinə hörmət nümunəsi olmaqla yanaşı, bu gözəl günü yaxınlar və dostlarla bölüşmək bizim bir-birimizə bağlılıq və sevgimizin təzahürüdür-dedi. “Bu günü mənimlə paylaşan hər kəsə xoş gəldin deyirəm və gəldiyiniz üçün hamınıza minnətdaram”.
Deyirlər ki, toy olacaq! Eksklüziv
Bir müddət əvvəl oğlunun “müsəlman” olmasını ailə arasında qeyd edən Rusiyalı tanınmış ekstarsens Zirəddin Rzayev bunu geniş şəkildə keçirəcyini də mətbuata açıqlamışdı. Zirəddin Rzayev əslində bunu dostlarının israrı ilə edəcəyini də vurğulamışdı. Ekstrasensin mətbuat xidmətindən Yenises.ru-ya verilən məlumata görə Moskvanın məşhur restoranlarının birində yaxın günlərdə oğluna təntənəli şəkildə toy edəcəyi gözlənilir.

Məlumatda o da bildirilir ki, Rusiya və Azərbaycan ictimai mühitində tanınan yüksək statuslu qonaqların da dəvət olunduğu “kiçik toy” məclisini Rusiyanın tanınmış şou-biznes nümayəndələri şənləndirəcək. Toyun nə zaman və hansi restoranda keçiriləcəyi barədə isə ekstrasens məlumat verməyib.
Moskvadakı azərbaycanlı şairlərimizin şeirləri  Almaniyada çıxan jurnalda
Yenises.ru-nun verdiyi məlumata görə Almaniyanın Köln şəhərində Olqa Oolqertin redaktorluq etdiyi "Evropeyskaya slovesnost" jurnalında Moskvada yaşayan şair, tarix elmləri namizədi Əşrəf Hüseynlinin və Avroasiya Yazarlar birliyinin üzvü şairə Afaq Şıxlının rus dilində bir neçə şeiri dərc olunub.
Arxeoloqlar Londonda  Şekspirin  pyesi göstərilən  teatr tapıblar

Londonda arxeoloqlar XVI əsrə aid olan teatrın qalıqlarını tapıblar. Belə güman edilir ki, həmin teatrda Şekspirin “V Henrix” və “Romeo və Cülyetta” pyeslərinin tamaşası göstərilib.

“Zanaves” adlanan teatr 1577-ci ildə tikilib. Bu məşhur “Qlobus” teatrından əvvələ təsadüf edir.


   M.F. Axundzadənin  əsəri Azərbaycan Rus Dram teatrının quruluşunda Ukraynada
Yenises.ru-nun İnterfax agentliyine istinadən verdiyi xəbərə görə Ukraynada Azərbaycan günləri çərçivəsində Rus Dram teatri Azərbaycan M.F. axundzadənin “Müsyö Jordan həkimi nəbatat və Dərviş Məstəli şah cadükünü- məşhur” dramının motivləri əsasında hazirladıqları tamaşanı göstərəcəklər.
Tamaşa iyunun 2-də Kiyev və iyunun 4-də Odessa şəhərlərində nümayiş etdiriləcək.

Bu tamaşaya M.F.Axundzadənin 200 illik yubileyi münasibətilə Bakıda quruluş verilib.



Meyxanamız  Rusiyanın RTR-1 kanalında
Rusiyanin məhşur RTR1 kanalında ve "This is Хорошо " blokunda Azerbaycan ədəbiyyatının bir qolu olan meyxana sənəti haqqında məlumat verilib və Astara rayonunda toyda deyilən rus dilində meyxanadan fraqmentlər gostərilib. Meyxananın bu stildə deyilməsi rus həmkarlarımız tərəfindən maraqla qarşılanlb və bu meyxana deyən sənatkarlarla görüşmək istədiklərini bildiriblər.


«Kurtlar vadisi»nin  "Çakır"ı Oktay Kaynarca nişanlandı
“Kurtlar vadisi”ndəki möhtəşəm oyunu ilə yadda qalan Oktay Kaynarca, uzun zamandır aralarındaki sevgini gizli saxladığı İstanbulda teatr təhsili alan 31 yaşlı Melek Angunla nişanlandı.

Oktay Kaynarca Bursanın Mustafa Paşa bölgəsində yaşayan Melek Angunun ailəsinə elçilərini göndərib onu ana-atasından istədib. Mekeyin ailesi bu evliliye razılıq verib. Melek Angunun atası xırda ticaretlə meşğul olub, indi təqaüddçü, anası isə evdar qadındır.
“Lale devri”-nin  Toprağı Selen Soyderin adı  eşq qalmaqalında

“Lale devri”-nin Topraığı Selen Soyderin adı eşq qalmaqalında
Yenises.ru-nun mynet.com saytına istinadən verdiyi xəbərə görəTürkiə gözəli “Lale Devri” serilaından sonar şöhrəti üstünə şöhrət gətirən Selen Soyder keşmiş sevgilisi Buğra Gülsoyun Burcu Kaya ilə evlilyinin bitməsində onun rolu olduğu soylənilir.
Moskvadan Çanaqqalaya 2-ci məktub
MOSKVADAN ÇANAQQALAYA 2-CI MƏKTUB
Kipr təmsilçisi İvi Adamou qəfil evlənmə təklifi alıb

Kipr təmsilçisi İvi Adamou qəfil evlənmə təklifi alıb

Eurovision Mahnı Müsabiqəsi 2012-nin yarımfinalından sonra təşkil olunan mətbuat konfransında ona
rusiyalı jurnalist eşq elan edərək, “Mənimlə evlənərsinizmi?” deyib. O da zarafatla müsbət cavab verib.
Cavan oğlan müğənniyə filmlərdə çəkilməyi də məsləhət görüb. Hətta onu Stiven Spilberq, Nikita Mixalkov, Roman Polanski kimi dünya şöhrətli rejissorların filmində təsəvvür etdiyini deyib.
Moskvadan Çanaqqalaya  1-ci Məktub
Moskvadan Çanaqqalaya 1-ci Məktub
Udmurtiyada "Buranovsk nənələri"nin şərəfinə yatmayacaqlar
Udmurtiya "Buranovsk nənələri"nin şərəfinə yatmayacaqlar
Təşkilatçılar "Бурановские бабушки" qrupunun finala çıxacağına əmindirlər.
Ebru  Gundəş "Kimə nə?"  dedi
Əbru Gündəş "Kimə nə?"-dedi
-.
.
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru