Deputalığa namizəd İbrahim Xəlil Balayoğulları  vəd vermir-istəklərinizə körpü ola bilərəm -deyir- VİDEO
"Mənim varlığım bütün türk varlığına ərməğan olsun! ", "Mən türk dünyasında qardaşlarımın ayaqları altındakı körpüyəm, birləşmək üçün mənim üstümdən keçin"-deyir.



Medvedevin yeni vəzifəsi-Təhlükəsizlik şurasında  müavin
Bu gün Rusiya höküməti nazirlər kabinetinin tam tərkibdə istefa verdiyini alan edən Dmitri Medvedevə ölkə başçısı Təhlükəszilik Şurası sədrinin müavini vəzifəsini tutmağı və müdafiə və təhlükəsizlik mövzularını həll etməyi təklif edib. Prezident Vladimir Putin onu da izah edib ki, , yeni vəzifə üçün qanuna düzəlişlər etmək lazımdırsa, bu ediləcək.

Federasiya Şurası beynəlxalq komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov RİA Novosti-yə bildirib ki, əslində Medvedevə vitse-prezident vəzifəsi təklif olunub. Senator "dövlət başçısının Təhlükəsizlik Şurasının sədri olduğunu nəzərə alaraq bunun ən yüksək vəzifə olduğunu"- deyib.

"Bu çox şərəfli və vacib bir təyinatdır". Cabarov onu da qeyd edib ki, Medvedev təcrübəli siyasətçidir və "özünün qazandığı böyük təcrübəsini yeni vəzifəsində tətbiq edə biləcək".

YENİSES.RU
Rusiyada nazirlər kabineti istefa etdi
Baş nazir Dmitri Medvedev prezident Vladimir Putinə bütün hökumətin istefa etdiyini bildirib.

Bu, dövlət başçısının Federal Məclisə müraciəti zamanı Konstitusiyaya bir sıra əsaslı dəyişikliklər olacağı açıqlamasından sonra baş verib. Medvedevə görə, bu islahatlar ölkədə güc balansını dəyişdirəcək.

"İcra, qanunverici və məhkəmə hakimiyyəti. Bu konterksdə biz hökumət olaraq, ölkə başçısına lazım olan bütün qərarlar qəbul etmək imkanı verməliyik"- deyə o, qeyd edib.

Buna cavab olaraq Putin hökumət üzvlərinə birlikdə çalışdıqlarına görə təşəkkür edib, lakin onu da vurğulayıb ki, "hər şey bitmədi". O, yaxın vaxtlarda nazirlərin hər biri ilə ayrı-ayrılıqda görüş keçirəcəyinə söz verib.

Prezident, həmçinin hökumətdən yeni tərkib formalaşana qədər vəzifəsini davam etdirməyi istəyib.

Prezidentin Dövlət Dumasındakı səlahiyyətli nümayəndəsi Harry Minh RİA Novosti-yə açıqlamasında əgər hökumətin istefası əvvəldən hazırlanmış bir prosesdirsə, o zaman yeni Nazirlər Kabinetinin formalaşdırılmasının uzun çəkməyəcəyini söyləyib.

"Unutmayın ki, prezident seçkiləri keçirildi - hökumət istefa verdi və əslində ertəsi gün yeni kabinet formalaşdı"-deyə xatırladıb.


YENİSES.RU



Bu gün Şırvan Kərimovun ad günüdür
Bu gün günlərdən o gün! Hardasa dünyanın kiçik bir guşəsində böyük bir insan doğulur, Ve... Ssenariləşmiş həyatlardan fərqli bir yol vardı qarşısında...Doğulduğu o kiçik yer bir gün əlçatmaz olacaq desəydilər...

Rəssam olsam Sizin portretinizi Göy Qurşağı olaraq çəkərdim. Ya da Səhər Şəfəqi, yox bəlkə də Üfüqdən boylanıb Aya əl edən Günəş. Ya da tablonu ağ buraxardım. Hər kəsə bir toxunmuşluğunuz var, qoy onlar çəksinler... Rəssam deyiləm. Amma sözlə tablonuzu çəkməkdə dilim kasıb deyil də, sadəcə Siz çox Varlıqlısınız! Nə yaxşı doğulmusunuz!

Fərqli doğulmaq alın yazısıdır. Amma Fərq yaratmaq fərdidir. Sizin dostunuz, bacınız olmaq xoşbəxtlikdir. Doğum gününüz mübarək olsun, Şirvan Kərimov!!!

Tünzalə Vəliqızı

VİDEO
Rusiyada qara çörək bahalanacaq
Aqrar sənaye sferasının mütəxəssisləri qara çörəyin bahlanacağı proqnozunu verirlər. Onları belə düşünməyə vadar edən ötən il covdar məhsulunun və ehtiyatının az olmasıdır. Bu haqda Yenises.ru RİA Novosti-yə istinadən xəbər verib.
Kiyev İranda  Boeing təyyarəsinin  bilərəkdən vurulduğu fikrindədir

İran 3 gün keçdikdən sonra Ukrayna təyyarəsnin səhvən raketlə vurulduğunu etiraf etdi. Ukrayna tərəfi isə bu qəzanın düşünülmüş olduğu qənaətindədir. Təyyarənin vurulması ilə bağlı açılmış İstintaq axtarış işinin də istiqaməti dəyişdirilidi.

Bu haqda Telegram kanalda yayımlanan mesajda bildirilir.


İran raketlə layneri səhvən vurduğunu etiraf etdikdən sonra Ukrayna Baş Prokurorluğu qəzanın araşdırılması ilə bağlı olan maddəni dəyişdirib.

Ukrayna Baş Prokurorluğu İrandan PS752 reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin araşdırılması maddəsini dəyişdirib. . Bu barədə Ukraynanın nəzarət orqanının Telegram kanalında yayımlanan mesajda deyilir.

"İstintaq Cinayət Məcəlləsinin iki və ya daha çox insanın qəsdən öldürülməsinə və təyyarənin məhv edilməsinə görə məsuliyyəti nəzərdə tutan maddələrə əsasən davam etdiriləcək" deyə məlumat verilib.

Əvvəlcə, təyyarənin əqzaya uğraması faktı ilə Ukraynada "Hərəkətin təhlükəsizliyi qaydalarının pozulması və ya insanların ölümü ilə nəticələnən hava nəqliyyatının istismarı" maddəsi ilə cinayət işi açılmışdı

Xəbərdə, həmçinin, Ukrayna Təhlükəsizlik Xidmətinin Baş İstintaq İdarəsinin bu işi araşdıracağı bildirilib.


Yanvarın 11-də, laynerin qəzasından üç gün sonra, İran hakimiyyəti Ukrayna Beynəlxalq Hava Yollarına məxsus Boeing 737-nin səhvən raketlə vurulduğunu etiraf etdi. İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Kosmik Qüvvələrinin komandiri Əmir Əli Hacızadənin izah etdiyi kimi, hava hücumundan müdafiə sistemi operatoru Tehran hava limanından uçan təyyarəni qanadlı raketi kimi təsbit edib. Rabitə əlaqəsi kəsilməsi səbəbindən operator komandanlığa hesabat vermədən müstəqil olaraq laynerin vurulmasına qərar verib. İran prezidenti bunu "bağışlanmaz bir səhv" adlandırıb.


YENİSES.RU
Putin Liviyada rus muzdlularının ola biləcəyini dedi

Liviyadakı ÇVK Vagner-in muzdluları ilə bağlı sualı cavablandırıb. Vladimir Putin və Angela Merkelin Moskvadakı danışıqlardan sonra keçirdiyi birgə mətbuat konfransında Liviyada vətəndaş müharibəsi, hətta Vagnerin muzdluları məsələsi də qaldırıldı.

Rusiya Prezidenti Vladimir Putin Liviyada hərbi əməliyyatlarda iştirak edən rusların ola biləcəyini, lakin onların Rusiyanın maraqlarını təmsil etmədiklərini bildirib. Beləliklə, ijurnalistlərin dövlət başçısıı Liviyada ÇVK Vagnerin muzdlu muzdluların olduğunu təsdiqləyə bilərmi-sualına cavabını prezident belə cavablandırıb.

"Əgər (Liviyada - RBC) Rusiya vətəndaşı varsa, onlar Rusiya dövlətinin maraqlarını təmsil etmirlər" deyə Putin söyləyib. . Həniçinin onlar "Rusiya dövlətindən pul almırlar" deyə əlavə edib.


YENİSES.RU
CNN: Ukrayna təyyarəsi iki raketlə vurulub
ABŞ kəşfiyyatı yanvarın 8-də Tehran yaxınlığında qəzaya uğrayan Ukrayna təyyarəsinin bir yox, iki İranın hava hücumundan müdafiə raketi ilə vurulduğunu düşünür. Bu barədə CNN bu informasiyadan x'b'ri olan Amerika administrasiyasının işçilərinə istinadən məlumat verib.

ABŞ Konqressi Trampın İranla bağlı  hərbi səlahiyyətini məhdudlaşdırdı

Amerika Konqressi nümayəndələr palatası Trampın İran siyasətinə qarşı qqətnamə imzalayıb.

ABŞ Konqressi nümayəndələr palatası Amerika prezidenti Donald Trampın qanunvericilərin icazəsi olmadan İranla müharibə aparması ilə bağlı hərbi səlahiyyətlərini məhdudlaşıdran qətnaməni qəbul ediblər.

Yenises.ru-nun TASS agentliyinə istinadən verdiyi xəbərə görə sənədi 224 koqressmen dəstəkləyib, 194-ü isə əleyhinə çıxıb.

Qətnamə həmçinin ABŞ senatına göndərilib.

Bundan əvvəl Amerika Konqressi nümayəndələr palatasının spikeri Nensi Pelosi bəyan etdmişdi ki, konqressmenlər ABŞ vətəndaşlarını qoruma öhdəliyini yerinə yetirməlidirlər.

Xatırladaq ki, yanvarın 3-ü gecəsi Bağdad aeroportu yaxınlığında İram İslam İnqilabı Keşikçiləri korpusunun generalı Qasım Süleymani ABŞ -ın raketl hücumu nəticəsində öldürülmüşdü.

Yanvarın 8-də Tehran Süleymaninin qətlinə görə qisas əməliyyatı elan etmiş və İrakdakı iki Amerika bazasına raket zərbəsi endirmişdi.

YENİSES.RU


Qasım Süleymaninin qızı ABŞ-ı hədələdi
Öldürülən iranlı general Qasım Süleymaninin qızı Zeynab atasının dəfn mərasimində ABŞ və İsrailə bu qətlin sonucunun ağır olacağı xəbərdarlığını edib.

"Axmaq Trump, düşünmə ki, atamın ölümü ilə bağlı hər şey bitdi" -deyə Zeynəb bildirib.
Tanınmış vəkil Əziz Qəmbərovun namizədliyi qeydə alındı
2020-ci il fevral ayının 9-da Milli Məclisə növbədənkənar keçiriləcək seçkilərlə bağlı deputatlığa namizədlərin qeydiyyata alınması mərhələsi davam edir.

Əslən Kəlbəcərdən olan tanınmış vəkil Əziz Qənbərov 123 saylı Kəlbəcər Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Əziz Qənbərovun namizədliyi Dairə Seçki Komissiyası tərəfindən təsdiqlənib. BU haqda vəkil özü məlumat verib. .

Qeyd edək ki, Əziz Qənbərov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. O, həmçinin "Qarabağa Qayıdış" İctimai Birliyinin təsisçisidir.


Yenises.ru


Marşal Xəlifə Haftar Liviyada cihad və ümumi səfərbərlik elan etdi

Türkiyə parlamentinin Liviyaya hərbi qüvvə göndərilməsinə icazə verməsi barrikadanın o biri tərəfində olan Liviya Mlli Ordusunun komandiri, marşal Həlifə Haftardan cavab reaksiyası gəldi. Xəlifəni Liviyada qadınlar da daxil olmaqa, əli silah tutan hər kəsə silah veriləcəyini bildirdi. O, xarici qoşunlarla qarşıdurma və ümumi səfərbərlik və elan etdi.

Liviyalılara ünvanladığı videomüraciətdə hərbi lider ölkənin cihad elan etdiyini söylədi. RİA Novosti xəbər verir ki, silah hamıya - hərbi və mülki şəxslərə, kişilərə və qadınlara veriləcək.

Bundan əvvəl Tripoli hökuməti Liviyanın paytaxtına Xəlifə Haftar qüvvələrinin hücum edəcəyi təqdirdə Türkiyədən hərbi yardım istəmişdi. Söhbət hücumu dəf etmək üçün "hava, quru və dəniz" hərbi yardımdan gedir.

Xatırladaq ki, Türkiyə parlamenti yanvarın 2-də səs çoxluğu ilə Liviyaya türk hərbçiləri göndərməyə razılıq verib.

Yenises.ru
Türkiyə parlamenti Liviyaya hərbi qüvvə göndərməyə izn verdi

Liviyadan Türkiyəyə dəstək göndərilməsi lehinə 325, əleyhinə isə 184 millət vəkili səs verib. Birinci etapda türk hərbi mütəxəssisləri liviyalı döyüşçülərə təlim keçəcəklər. Əməliyyata qatılanların sayını prezident müəyyənləşdirəcək və bu məsələyə yanvar ayında baxacağı bildirilir.

Türkiyə parlamentariləri ordu qüvvələrinin Liviyaya göndərilməsini nəzərdə tutan qanun layihəsini təsdiqlədiyi barədə NTV kanalı məlumat yayıb.

Səsvermədə iştirak edən 509 deputatdan 184-ü qanun layuhəsinin əleyhinə, 325-i isə lehinə səs verib.. Birinci mərhələdə Liviya döyüşçülərini yetişdirmək üçün hərbi mütəxəssislərin göndərilməsindən söhbət gedir. Qanun layihəsində türk ordusunun Liviyaya bir illik göndəriləcəyi nəzərdə tutulur. Əməliyyata qatılanların sayını prezident təyin edəcək.

Yenises.ru
Araz Ağalarov  rus təqaüdçülərinin yoxsulluğuna işarə etdi
Rus və azərbaycanlı iş adamı, "Crocus Group" un prezidenti və sahibi Araz Ağalarov rusların aşağı pensiya və maaş aldıqlarını söylədi. Onun sözlərinə görə, buna görə ölkədə ÜDM (Ümumi daxili məhsul) artmayacaq.

Əhalinin gəlirləri indi çox aşağıdır və əhalinin gəlirlərinin artması olmadan ÜDM-in artması mümkün deyil. Forbes milyarderə istinadən bildirir ki, bu gün ölkədə orta pensiya 200 dollar civarındadır, bəzilərininki daha azdır, orta əmək haqqı da aşağıdır.

Ağalarov onu da qeyd edib ki, ölkədə istehsal çiçəklənə bilməz, çünki insanların istehsal olunan mallar və xidmətlər almaq üçün pulları yoxdur. O, onu da əlavə edib ki, vergilər çox yüksəkdir və azaldılmalıdır.

Yeтises.ru
Hollandiya Niderland oldu- I Pyotr səhvən Hollandiya dediyi üçünmü?
I Pyotrun səhvən Hollandiya adlandırdığı ölkə Niderland olaraq rəsmiləşdirildi. Adın dəyişdirilməsinin tarixi səhvin düzəldilməsi yönündən edilməsi versiyalardan biridir, amma əsası deyil...
İbrahim Xəlil Balayoğulları 114 saylı Şəki seçki dairəsindən deputatlığa namzidəliyini irəli sürüb - VİDEO

“Varlığım millətimə, Türk birliyinə ərməğan olsun!”

Türk dünyasının tanınmış ziyalısı, tarixçi alim, hüquqşünas İbrahim Xəlil Balayoğulları 9 fevral 2020-ci il tarixində keçiriləcək Azərbaycan Milli Məclsinin növbədənkənar seçkilərində iştirakına qərar verməsi haqqında facebook səhifəsində paylaşdığı xəbəri bu sözlərlə bitir.
Keçmiş Moskva meri Yuri Lujkov vəfat edib
RİA Novostinin verdiyi məlumata görə keçmiş Moskva meri Yuri Lujkov ömrünün 84-cü ilində vəfat edib.

Bu məlumatı Sergey Sobyanin bu informasiyanı təsdiqləyib. “Mən çox təəssüf edirəm ki, postsovet dövründə Moskvaya rəhbərlik edən və paytaxtmız üçün çöx işlər görən enerjili, həyat dolu bir adam itidirk. Doğmalraına və yaxınlaırna başsağlığı verirəm”-deyə özünün twitter səhifəsində yazıb.

Y
Яшар Сулейманлы--МЕДОВЫЙ МЕСЯЦ
Опустошив бутылку до последней капли, он, прищурившись, долго смотрел на пустую бутылку, и бросил её в море, волны которого нежно ласкали ему ноги.
Стояла поздняя ночь, и отражение луны окутало всё вокруг странным, желтоватым светом. На фоне этого света его тень создавала ощущение какого-то невиданного явления. Глядя со стороны, невозможно было бы распознать в его силуэте человека или животного.
SADAY ŞƏKƏRLI-55   "Səni sevənlərin hamısı sənsən"
Ömürdən iki “5” almaq. Bir ömrə “əla”ları sığışdırmaq sadəcə illəri yaşayıb keçməklə başa gəlmir. O illər içərisində yamanları yaxşılara qurban vermək, həyatın sınaqlarında sınmamaq, özünlə, istedadınla savaşında məğlub olmamaq, yeniləndə belə məğrurluqla dayanmaq var. Ömürdən “əla” almaq bu olsun gərək. Şair Saday Şəkərli ömrünün 55-nə imza atdığı "Səni sevənlərin hamısı sənsən" kitabı ilə bir də oxucularının imtahanı qarşısındadır.

Yenises.ru saytı şairi yubiley yaşı münasibətilə təbrik edir. Və onun "Səni sevənlərin hamısı sənsən" kitabından bəzi şeirlərini təqdim edir.

Moskvadan “Səni sevənlərin hamısı sənsən”-deyə sevərək sevilməyə səsləyən şairə sevgilərimizlə...


Tünzalə Vəliqızı
Moskvada  azərbaycanlı rəssamların “Xarı bülbül  ”sərgisi
Bu gün Moskva Millətlər evində azərbaycanlı rəssamların işlərindən ibarət “ Xarı bülbül-Sülh və sevgi çiçəyi” sərgisinə start veriləcək.
Rusiya azərbaycanlıları milli mədəni muxtariyyəti -Azərros tərəfindən təşkil olunmuş 15-18 avqust tarixində baş tutacaq sərgi adıçəkilən təşkilatın 15 illik yubileyi çərçivəsində həyata keçirdiyi tədbirlərin davamıdır.

Rusiyanın tanınmış opera müğənnisi Anna Netrebko  azərbaycanlıya ərə gedir
Məşhur opera muğənnisi Anna Netrebko Luşçano Pavorottinin tələbəsi olmuş Yusif Eyvazova ərə getməyə hazırlaşır. Bu xəbəri Yusif Eyvazov oz Facebook səhifəsində paylaşıb. Hələ bu ilin martında 33 yaşlı azərbaycanlı tenor Yusif Eyvazov Anna və oğlu ilə bir yerdə olan şəklini sosial şəbəkədə paylaşıb və şəklin altına “bu sevgi və xoşbəxtlikdir” yazıbmış. Elə o zamandan pərəstişkarları Anna ilə Yusif arasında sevgi münasibəti olduğunu anlayıblarmış.
Moskvanın  Gül bayramında  Azərbaycan milli mətbəxi nümayiş olundu
Yenises.ru.Moskva. Moskvada keçirilən gül bayramında şəhər meriyası, diaspor təşkilatlarının nümayəndələri ilə bərabər "Yeni nəfəs" ictimai birliyinin Rusiya nümayəndəliyi də iştirak edib. Birlik təbdirdə Azərbaycan mətbəxini nümayiş etdirib.

"Yeni nəfəs" ictimai birliyi Rusiya nümayəndəliyin rəhbəri Toğrul Allahverdili Azərbaycan stendinə yaxınlaşan festival iştirakçıları və qonaqlara milli mətbəximiz haqqında dolğun məlumat verib.
Yaşar SÜLEYMANLI  ŞEİRLƏR
SƏN MƏNİ HƏLƏ ÇOX AXTARACAQSAN...

Ayrılaq söylədin, tərk edib getdin,
İllərin sevgisin yıxıdın, puç etdin,
Sanma ki arzuna, murada yetdin,
Sən məni hələ çox axtaracaqsan...

Yeni imza: Həsrət SƏDA (Şeirlər)
[i]Hər halda mənim üçün yeni imzadır, o. Moskvada bir el şənliyində aparıcıliq edərkən gördüm. Ilk cümləmi keçmiş zaman üzərində qursam da, bu bitmiş və uzaq keçmişlə bağlı deyil. Elə bu yaxınlarda idi. Şənliyin ruhuna uyğun köklənmiş şeirlərlə-sözlərlə məclisdəkiləri ələ almış gülər üzlü bu gənc hər kəs kimi mənim də diqqətimi cəlb etdi. Bir çox televiziya aparıcılarından daha səlis, gözəl, məntiqli nitqi olması da bir ayrı söhbətin mövzusudur. Indilik əsas olan o məclisdə söylədiyi şeirlərdir mövzu.
“BURDAN KƏLBƏCƏRƏ ELƏ YAXINDI…”  (Şair Nəsib Nəbioğlunun 60 illik yubileyinə!)
Afaq Şıxlı

...Qazağımı görmüşdüm bir gecə yuxuda, Azərbaycanımın şeiriyyat ocağını, söz xiridarlarının vətənini, müqəddəsliyi canıma-qanıma hopmuş elimi... İllər öncə Qarabağımı qamarlamış yad əllər, yuxumda Qazağıma da uzanmışdı. Torpaq davası, qan davası gedirdi yenə...
Afaq ŞIXLIDAN iki şeir
BELƏCƏ DOLANIRIQ...

Başımızda
fikirlər,
düşüncələr, gümanlar,
neçə-neçə insanın səsi, sözü hərlənir.
Hərdən də bir səbəbdən,
dünya hərləndiyitək,
elə özü hərlənir,
İstəsək, istəməsək


Moskvada şair Nəsib Nəbioğlunun təntənəli yubileyi keçirildi
DILININ DÜYÜNLƏNƏN KƏLMƏSI KƏLBƏCƏR OLAN ŞAIR
[i][b]Yubiley gecəsində onu “nəğməkar döyüşçü”yə də bənzətdilər, “Azərbaycanın Yesenini”nə də. Adı çəkiləndə doğulduğu yer xatırlananlardan, doğulduğu yer xatırlananda adı çəkilənlərdən olmaq var bir də qismətdə. Onun qismətinə qismətdən ilk pay kimi bu sözə sinonim olan Nəsib adı düşüb. Nəsibinə nələr düşdü?
Moskvada   “”Könlümə sən düşən kimi...” kitabının təqdimatı oldu
Moskvada “Şəhriyar” mədəni-ədəbi cəmiyyəti və Ümumrusiya Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə şairə Mahirə Əliyevanın “Könlümə sən düşən kimi” şeir kitabının təqdimatı keçirildi.

ÜAK-ın toplantı zalında keçirən təqdimat mərasimini “Şəhriyar” mədəni- ədəbi cəmiyyətinin sədri Vasif Məmmədov açdı. O, Mahirə Əliyevanın yaradıcılıq yolundan söz açaraq, cəmiyyətlərinin üzvü olan şairənin sayca 4-cü olan “Konlümə sən düşən kimi...” kitabında əsas leytmotivinin sevgi təşkil edən şeirlərdə kövrək qadın qəlbinin çırpıntıları hiss olunduğunu söylədi.
Moskva azərbaycanlıları  Qələbə gününü “Biz birlikdə qalib gəldik”  konsert proqramı ilə qeyd  etdi
Moskva veteranları və Moskva Azərbaycan ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilimiş, Azərbaycan-rus mədəniyyəti və həmrəyliyi mərkəzinin təşkil etdiyi konsert-yığıncaq alman işğalçılarını vahiməyə salan Levitanın səs yazısı ilə başladı. Paytaxtın Uşaq Estrada teatrının salonunda baş tutan gecənin əvvəlində qanlı-qadalı Böyük Vətən müharibəsi illəri və onun qəhrəmanlarından bəhs edən “Gəlin xatırlayaq” videosujeti göstərildi.
AZƏRBAYCAN ƏDƏBIYYATININ “CAHANDAR AĞASI”!
Özünün unudulmaz “Dəli Kür” romanı ilə Azərbaycan ədəbiyyatında neorealizmin əsasını qoymuş böyük yazar, ssenarist, ədəbiyyatşünas, ictimai-siyasi xadim – İsmayıl ŞIXLInın 95 illik yubileyi nəinki Azərbaycanda, həm də onun hüdudlarından kənarda qeyd olunmaqdadır.
Ruslan Dost Əli- Ah...uşaqlığım
[i]“Hələ nə yaşadın ki?!”-demək keçir içimdən. Onun şeirlərindən uşaqlıq həsrətinə boyanan misralar, xatirələrin şəkli boylanır. Bunu ömrünün qurubunda o illərin nostalgiyasını canlandıran bir yaşlı-başlı adamın yazdığını düşünürsən. Amma... Gənc birinin qəbindən süzülən qocaman ruhlu misralarla simasının uzlaşmadığı insanın fikirini uşaq vaxtı uçurdugumuz şərpələng kimi uzaga aparır. Hələ uşaqlığından aralanmayan biri niyə itən uşaqlığını axtarır? Onu pessimizmə kökləyən nədir? “Hətta şairlərin pessimizmi belə insanı ruhlandırır”- deyib bir dahi. Ruslan Dost Əli -bu gənc imzanın da kövrəkliyi o qədər mərhəmdir ki, onu oxuduqca oyuncağı əlindən alınanda ağlayan, geri veriləndə göz yaşı içində gülən uşaq kimi iki hissin arasında qalırsan. İki hissi eyni anda yaşadan poeziyası bəlkə mənim ruhuma yaxındır deyə sevirəm onun şeirlərini.

ДЖАХАНДАР-АГА АЗЕРБАЙДЖАНСКОЙ ЛИТЕРАТУРЫ»
Исмаил Шихлы является выдающимся писателем, сценаристом, литературоведом и общественно-политическим деятелем Азербайджана. Его роман «Кура неукратимая», над которым писатель работал в течение 10 лет, стал важной вехой в истории азербайджанской литературы, положив начало новому направлению – неореализму.
В честь 95-летия Исмаила Шихлы в Саратове по инициативе известного в Саратовской области азербайджанского ученого, инженера, президента научно-технического центра «Волгапромстройбезопасность», доктора технических наук Рафаила Гарибова состоялось мероприятие, в котором приняли участие писатели, поэты, общественные и политические деятели обеих стран.
BAYRAMINIZ MÜBARƏK!
Bir bahar da gəldi. Yaralarımızı sağaltmağa, acılarımızı azaltmağa, sabaha ümidimizi artırmağa, arzularımızı çin eləməyə. Xoş gəldi, səfa gətirdi. Gözünüz aydın olsun. Süfrələriniz naz-nemətli, ocağınız hərarətli, tarlalarınız bərəkətli olsun.
“Turetskiy tranzit” serialında 4 azərbaycanlı ismi - Camal Qurbanovun debütü
Moskvada yaşayan 9 yaşlı həmyelimiz Camal Qurbanov Rusiyanın əməkdar artisti Teymur Bədəlbəylinin oynadığı " Turetskiy tranzit" serialında balaca Alini canlandırıb.

Bü gündən hər həftənin çərşənbə axşamı saat 21:00-da Rossiya-1 telekanalında türkmənistanlı rejissor Murad Əliyevin Vladimir Qrinkovun eyniadlı dedektiv romanı əsasında çəkdiyi “Turktskiy tranzit” (Türkiyə keçidi) serialının ilk nümayişinə başlanıb.
Фонд развития и возрождения Азербайджанской культуры поздравил девушек с 8 марта
В стенах офиса прошло чаепитие, где молодые люди во главе с директором Фонда Тагиевым Ш.А. продемонстрировали видео со своими поздравлениями.

После чего, директор от всех ребят и от себя лично еще раз выступил с теплыми пожеланиями: «Дорогие сестра! Несмотря на то, что данный праздник напрямую не связан с нашей культурой и религией, все же, он является международным женским днем, и сегодня мы не могли не поздравить наших прекрасных дам с их праздником. Будьте счастливы, оставайтесь всегда такими красивыми, лучезарными, дарите улыбки и радуйте своих близких. С 8 марта»!

От имени Фонда РВАК всем девушкам были вручены цветы и подарки.

Махнур Сафиева
Əlvan Əliyev (Kəbirli) dünyasını dəyişdi.
Azərbaycan ziyalılarına, böyük hərflə yazılan İnsan axtarışında olanlara, təmənnasız, obyektiv bilik əldə etmək arzusiylə yaşayan tələbə–gənclərə ağır itki üz vermişdir.

2014–cü ilin mart ayının 3–də səhər saat 3.29 dəqiqədə Gəncə Dövlət Universitetinin baş müəllimi, respublikanın qabaqcıl təhsil işçisi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl Qələm” mükafatçısı, “Ruzigar” qəzetinin redaksiya heyətinin üzvü, fəal və dəyərli müəlliflərindən birincisi Əlvan Mədət oğlu Əliyev (Kəbirli) bu dünyadan gözlərini çəkib, ulu Tanrının dərgahına köçdü.

-.
.
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sorğu
suali daxil et

cavab 1
cavab 2
cavab 3
cavab4

Müəllif hüquqları qorunur.
Yenises.ru-nun məlumatlarından istifadə etdikdə istinad mütləqdir.
Copyright 2012 yenises.ru. Powered by Dara ( DaDaSHoV)
Рейтинг@Mail.ru