
Noyabr ayının 21-də Bakı Slavyan universitetinin Moskva Dövlət Dilçilik universitatinin nəzdindəki Azərbaycan Dili və Mədəniyyəti mərkəzində, Moskva Şəhriyar Ədəbi Mədəni cəmiyyətinin şairlərinin rus tələbələrilə görüşü keçirildi.
Tədbirdə mərkəzin rəhbəri Bella xanım Musayeva, tərcüməçi pedaqoq Olqa Kuraj, AMOR cəmiyyətinin sədr müavini Emin Hacıyev, RİA xəbərlərin müxbiri Sara Əliyeva, “Paritet”in müxbiri Əlimərdan Sultanov, ATV-nin müxbiri Fərhad Hacıyev, eləcə də MDDU-nun azərbaycan, kazax, türkmən və özbək dili öyrənən rus tələbələr, digər fakültetlərdən azərbaycanlı tələbələr və başqaları da iştirak edirdilər.