Medvedev Gürcüstana getsə, onu cərimə, ya da həbs gözləyir


Medvedev  Gürcüstana getsə, onu cərimə, ya da həbs gözləyir
O Gürcüstanın dövlət sərhəddini pozmaqda suçlanır.

Gürcüstan Xarici İşlər Nazirliyi Rusiynın baş naziri Medvedevi dövlət sərhəddini pozmaqda suçlayıb. Yenises.ru-nun “Novosti Qruziya”-yaya istinadən verdiyi xəbərə görə Rəsmi Tbilisi hesab edir ki, qanun Medvedevin Sxinvaliyə səfəri zamanı pozulub.

“Rusiyanın baş naziri 8 avqusta qanunsuz olaraq Gürcüstan müstəqil dövlətinin sərhəddindən keçib və işğal edilmiş Sxinvali regionuna səfər edib”- deyə Gürcüstan XİN-yi təsdiq edib. Orada söhbətin Gürcüstanın “işğal olunmuş torpaqlarından” getdiyi göstərilir.

Gürcüstanda “İşğal olunmuş ərazilər” haqqında qanun 2008-ci ilin payızında, avqust müharibəsi zamanı Abxaziya və Cənubi Osetiyanın Gürcüstandan ayrılıb Rusiyaya keşməsindən sonra qəbul olunub. Rəsmi Tbilisi bu əraziləri Gürcüstanın itirilmiş və “Rusiya tərəfindən işğal edilmiş” hissəsi hesab edir.

Bu qanuna görə Rusiya tərəfindən Abxaziya və Cənubi Osetiyaya keçmək qadağandır. Yəni bura Gürcüstandan keçib getmək lazımdır. Qanunu qozanları cərimə və azadlıqdan məhrumetmə cəzası gözləyir. Təbii ki, həmin adam Gürcüstana gələrsə.

Onu da qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi bu qanuna qarşı çıxaraq onu tənqid etmişdi.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir