Medvedev məmurların xaricdə mal-mülk sahibi olmasına qadağa qoyulmasi əleyhinədir


Medvedev  məmurların xaricdə mal-mülk sahibi olmasına qadağa  qoyulmasi əleyhinədir

Rusiyanın baş naziri Dmitri Medvedev məmurların xaricdə mülk sahibi olmasına qadağa qoyulması əleyhinə çıxış edərək, bunun dövlət xidmətinə faydası olmayacağı qənaətində olduğunu bildirib.

O hesab edir ki, məmurlar iqtisadi riski paylaşaraq öz pullarını yerli banklarda saxlamalıdırlar.
“Onlar öz pullarını ölkədə saxlamalı və onunla riski paylaşmalıdır”-deyə Medvedev “Yedinaya Rossiya” partiyasının aktivləri ilə görüşündə belə deyib.

O həmçinin məmuraların xaricdə mülk sahibi olamsına qadağa qoymağı mənasız hesab etdiyini söyləyib və bu onların dövlətə xidmətini möhkəmləndirməyəcəyini vurğulayıb.

“Əgər biz bununla biznesdən qorxudub, onlara desək “əgər sən dövlət qulluğuna gəlmək istəyirsənsə, onda bütün əmlakını haradasa gizlət”-düşünürəm ki, bu bizim dövlət xidmətimizi möhkəmkəndirməyəcək və son nəticədə bu ölkəmizdə qanunun aliliyinə təşviq etməyəcək” –deyə Medvedev əlavə edib.

“Mənə elə gəlir ki, başqa istiqamətdə getmək lazımdır – gəliri elan etmək və bir sıra xərcləri bəyan etməklə”-deyə o qeyd edib.

Dörd fraksiyadan olan deputatlar avqustun əvvəlində Dövlət Dumasına baxılması üçün dövlət məmurlarının xaricdə daşınmaz əmlakı və xarici banklarda pulu olmasını qadağan edən qanun layihəsi təqdim etmişdilər. Bu qadağanı pozmaya görə isə 10 milyon rubl cərimə və ya 5 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir