Medvedev sanksiyanın ləğv edilməsini gözləmək illüziyadır deyib


Medvedev sanksiyanın ləğv edilməsini  gözləmək  illüziyadır deyib
Rusiya Federasiyası tezliklə antirusiya sanksiyanın ləğv edilməsinə ümid etməsin. Bu haqda RF baş naziri Dmitri Medvedev “Edinaya Rossiya”” partiyasının qurultayında deyib.

Medvedev bunu gözləməyi illüziya sayıb və qeyd edib ki, sanksiya “”uzun sürəcək””.

“”Artıq bizim ölkəmizə qarşı sanksiyaların ləğv olunacağı illüziyasından uzaqlaşmaq lazımdır,””-o, deyib. Baş nazir onu da qeyd edib ki, başqa ölkələrə yeni rəhbərlərin gəlməsinə də ümid etmək lazım deyil. “”Başqa seçkilərlə hansısa xarici ölkələrə yeni rəhbərlərin gələcəyini də gözləməyin””-deyə siyasətçi bildirib.

Qərb antirusiya sanksiyasını Rusiya 2014-cü ilin yazında Krımı tərkibinə daxil edəndən sonra tətbiq etmişdi.

Seçkiqabağı kampaniyada ABŞ prezidenti Donald Tramp dəfələrlə Rusiya ilə münasibətlərin düzəldilməsinin vacibliyindən danışmışdı.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir