Medvedev təqaüdün artırılacağı vədinə inanmamağa çağırdı


Medvedev təqaüdün artırılacağı vədinə inanmamağa çağırdı
RF baş naziri Dmitri Medvedev indiki situasiyada təqaüdləri bir dəfə belə artırmaq mümkün deyil deyib. Yekaterinburqda “Yedinaya Rossiya”” partiyası üzvləri ilə görüşdə bu fikirləri səsləndirən baş nazir bunun seçkiqabağı aldadıcı vəd olduğuna diqqət çəkib.

“”Gəlin doğrusunu etiraf edək ki, bu gün hakimiyyətdə kim olursa olsun, əmək haqqını beş dəfə və ya təqaüdü bir neçə dəfə artıra bilməz, əlbəttə ki, əgər höküməti iflas və büdcəni məhv etmək istəmirsə “”-deyə qeyd edib. Bununla əlaqədar baş nazir onu da əlavə edib ki, təbii, nə qədər çətin olsa da hər bir məsələnin bir həlli yolu var. “”Buna görə bizim məqsədimiz bu haqda anlaşıla bilən dildə danışmaqdır “”.

Onun sözlərinə görə həqiqət belədir:- Dövlət Duması seçkilər uğrunda mübarizə kampaniyasında rəqabət üçün ən yaxşı silahdır. “”Mən öz partiya yoldaşlarımı və potensial oppоnentlərimizi nədən qorumaq istərdim, bu, fantastik gələcək tablosu və qızıl dağlar vəd etnək arzusularıdır “”… Medvedevin fikrincə, reallaşdırılması üçün pul olan məsələlərdən danışmaq lazımdır .

Rosstatın may ayına olan statistikasına görə ölkədə əmək haqqı 36,570 rubl (2015-ci ilin may ayı ilə müqayisədə 6,2 faiz artıq), orta təqaüd isə-12 419 rubl olub (2,7 faiz artıq). Ümumrusiya ictimai rəyi öyrənən tədqiqat mərkəzinin (VTSİOM) keçirdiyi sorğunun nəticələrinə görə rusiyalıların 42 faizi son illər maddi vəziyyətin pisləşdiyini deyib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir