Medvedev yanvarın 1-dən miqrantların bazarını bağlayacaq


Medvedev yanvarın 1-dən miqrantların  bazarını  bağlayacaq
Medvedev miqrantalara bircə araq-çaxır satmağa icazə verdi. Baş nazir vətəndaşının spirtli içkiyə zəifini imzaladığı qərarda qismən də olsa nəzərə alıb.

Araq-çaxır dükanında çalışanların 15 faizi , idman müəssisəsində isə 25 faiz xarici vətəndaşdan ibarət ola bilər.

Gələn ildən Rusiyada xarici ölkə vətəndaşlarının pərakəndə satış yerlərində, palatkalarda, bazarlarda, mağazalardan kənarda və hətta əczaxanalarda işləməsi qadağan ediləcək. Aidiyyatı sənədi 19 dekabrda Rusiya hökümətinin baş naziri Dmitri Medvedev imzalayıb.

Rəsmi internet portalda dərc olunan sənəddə ümumilikdə xarici vətəndaşların iqtisadi müəssisələrdə, tibbi pereparatların pərakəndə satışı sferasında və həmçinin palatkalarda, bazarlarda, mağazalardan kənar pərakəndə mallar satılan yerlərdə çalışamasına qadağa qoyulduğu göstərilir.

Bununla yanaşı, yeni qərara görə pivə də daxil olmaqla spirtli içkilərin satışı ilə məşğul olan müəssisələrə ümumi sayı 15 faiz olmaqla xarici vətəndaşdan işçi qüvvəsi kimi istifadə etməyə icazə verilir. Müəssisələr tərəfindən idman sahəsinə cəlb olunan xarici vətəndaşların sayı isə 25 faiz təşkil edə bilər.

Sadalanan sferalarda çalışan bütün isqisadi müəssisələr 2014-cü il yanvarın 1-nə kimi xarici işçi qüvvəsini qeyd olunan qərara uygun olaraq göstərməlidir.bu haqda RF Əmək və sosial müdafiə nazirliyinə verilən qərarı həyata keçirmək üçün tapşırıq verilib.

O da qeyd edilir ki, 2013-cü ildə də əczaxanalarda, pərakəndə satışla məşgul olan palatkalarda və bazarlarda çalışan miqrantların sayı sıfır faiz olub.

Ayxan Azəroğlu
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir