Medvedevin oğlu ali məktəbə imhatan verdi


Medvedevin oğlu ali məktəbə imhatan verdi

Baş nazir Medvedevin oğlu İlya qəbul imtahanından 359 bal toplayaraq Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna qəbul olunub. İnstitut rəhbərliyi bu balın ali təhsil ocağına qəbul olunmaq üçün kifayət etdiyini bildirir.

İlya Mevedev MDBƏİ-nun (MQİMO) beynəlxalq hüquq fakultəsinə imhatan verib. Orada 77 büdcə hesablı yer nəzərdə tutulub.

Ruisya baş nazirinin oğlu bal hesabına görə 70-ci yeri tutub. İlya əlavə terst imtahanının mümkün yüz balından 95 bal toplayıb. Bu sınaq beynəlxalq hüquq fakultəsi üçün xüsusi olaraq keçirilir.

Medvedyev fevralda Çeboksaraya səfər etdiyi zaman gimnaziya tələbələri ilə görüşdə oğlunun ali məktəbi seçməsinə qarışmayacağını bildirmişdi. “Ümid edirəm ki, o səhv etməyəcək”- demişdi.

Medvedev özü 1987-ci ildə Leninqrad Dövlət universitetinin hüquq fakültəsini , 1990-cı ildə isə aspiranturanı bitirib. Hüquq elmləri doktoru, dosentdir.

Onu da qeyd edək ki, MDBƏİ yüksək çinli məmurların övladları arasında ənənəvi populyar ali məktəb kimi tatınır. Azərbaycan prezidenti Leyla Əliyeva da bu təhsil ocağının məzunlarındandır.

Burada Sergey İvanovun oğlu, Mixayıl Zurabovun qızı, Mixail Kasyanov və Mixail Qorbaçovun nəvəsi ali təhsil alıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir