Medvedevin yeni vəzifəsi-Təhlükəsizlik şurasında müavin


Medvedevin yeni vəzifəsi-Təhlükəsizlik şurasında  müavin
Bu gün Rusiya höküməti nazirlər kabinetinin tam tərkibdə istefa verdiyini alan edən Dmitri Medvedevə ölkə başçısı Təhlükəszilik Şurası sədrinin müavini vəzifəsini tutmağı və müdafiə və təhlükəsizlik mövzularını həll etməyi təklif edib. Prezident Vladimir Putin onu da izah edib ki, , yeni vəzifə üçün qanuna düzəlişlər etmək lazımdırsa, bu ediləcək.

Federasiya Şurası beynəlxalq komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov RİA Novosti-yə bildirib ki, əslində Medvedevə vitse-prezident vəzifəsi təklif olunub. Senator “dövlət başçısının Təhlükəsizlik Şurasının sədri olduğunu nəzərə alaraq bunun ən yüksək vəzifə olduğunu””- deyib.

“”Bu çox şərəfli və vacib bir təyinatdır””. Cabarov onu da qeyd edib ki, Medvedev təcrübəli siyasətçidir və “”özünün qazandığı böyük təcrübəsini yeni vəzifəsində tətbiq edə biləcək””.

YENİSES.RU


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir