Merkele Moldovada “Molotova” kokteyl butulkası atdılar


Merkele  Moldovada   “Molotova” kokteyl butulkası  atdılar
Xuliqan Almaniya kansleri Angel Merkelin avtomobil karvanına “Molotova” kokteyl butulkası atıb. Lakin hədəfi doğru olmayan dələduzun atdığı butulka Moldovanın baş naziri Vladmir Filatın maşınına dəyib.

Yenises.ru-nun RBK-ya istinadən verdiyi məlumata görə hadisə çərşənbə günü axşam saat 21:00 radələrində Vityazul küçəsindəki “Bukuriya” konditer fabriki yaxınlığında baş verib. Xuliqan Almaniya kanslerinin “Audi A8” zirehli maşınını hədəfə alsa da onu vura bilməyib. Merkelin maşını zərər çəkməyib. Amma Moldova baş nazirinin maşınına dəyən butulka ona zərər veribmi-bu məlum deyil.

Maşın karvanına butulka atan 24 yaşlı Kişinyov sakini saxlanııb. Amma onun kimliyi haqqında məlumat verilmir. Həmin şəxs haqqında cinayət işi qaldırılıb.

Onu da qeyd edək ki, Merkelin Moldova səfərində onun maşın karvanını qorumaq üşün iki mindən artıq xüsusi mühafizəçilər təyin edilməsinə, evlərin damlarında snayperlərin təhlükəzsizlik tədbirləri üçün yerləşdirilməsinə baxmayaraq, gənc adama maşına butulka atmaq müyəssər olub. Onun bunu nə məqsədlə etdiyi soruşdurulur.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir