MEYMUN KİMLƏRƏ QIYDI?


MEYMUN KİMLƏRƏ QIYDI?

Son vərəqlərini çevirdiyimiz 2016-cı il Qırmızı Meymun ili deyə qeyd olunub ulduz təqvimlərində. Əslində kainatın məhvəri dolandıqca bir yandan boşalıb bir yandan dolan dünya öz axarı ilə gedir. Amma bu il sanki əvvəlkilərdən daha ağrılı-acılı oldu. Əlbəttə, qanlı-qadalı müharibə illərini, 20 yanvarlı 1990-cı(Bakı qırğını), 20 noyabrlı 1991-ci(helikopter faciəsi), 26 fevrallı 1992-ci(Xocalı qətliamı), bir-birinin ardınca itirilən rayonlarımızın, verilən şəhidlərimizin, qırılan ümidlərimizin olduğu illər yaddan çıxmaz. 2016-cı ilin yaraları da bir başqadır. Əsrin dörddə birini haqlayan işğala son qoymaq üçün bir neçə günlük parlayan aprel savaşı xalqın əzmini, torpaqları geri qaytarmaq qətiyyətini ortaya qoydu. Əfsuslar olsun ki, nər oğulları, mərd igidləri qurban verdiyimiz o rəşadətli günləri də qələbə ilə nəticələndirməyə imkan vermədilər. Yenə baş altına Minsk yastığı döşədilər, vədlər verdilər. 1988-ci ildən bəri itirdiyimiz şanlı oğullar siyahısı bir az da artdı.

MEYMUN KİMLƏRƏ QIYDI?Moskvada yaşayan azərbaycanlıların hüznü görkəmli jurnalist, burada ilk “İnteraz” televiziya şirkətinin yaradıcısı Saleh Xudiyevin vaxtsız vəfatı ilə başladı. Azərbaycandan kənarda yaşayan həmvətənlərimizin uğurlarını, əməllərini işıqlandıran, vətəndən uzaqda Azərbaycan dilində jurnalist fəaliyyəti göstərən mütəxəssislərə həyat vəsiqəsi verən bir məktəbin müəllimi idi Saleh Xudiyev.

MEYMUN KİMLƏRƏ QIYDI?Sözün əsil mənasında ağsaqqal kimi qəbul edilən, minlərlə həmyerlimizin təmənnasız sevgisini, rəğbətini qazanmış hüquqşünas, Bakı şəhərinin keçmiş prokuroru, müstəqilliyin ilk illərində Azərbaycan Milli Məclisində aparıcı komitələrdən birinə rəhbərlik etmiş, Moskvada azərbacanlılar üçün məscid inşa etdirmiş Məmməd Quliyevin qəfil ölüm xəbəri hamımızı sarsıtdi may ayında. Bu ağrının sızıltıları azalmadan daha bir böyük itki verdik.MEYMUN KİMLƏRƏ QIYDI? Uzun illər Moskva Dövlət Universitetinin professoru olmuş, Əl-Əzhar universitetinin ilk azərbaycanlı məzunu, “İslam və onun mahiyyəti”, “Şəriət qanunları” kimi sanballı əsərlərin müəllifi, nüfuzlu islamşünas Qasım Kərimov dünyasını dəyişdi.

Moskvadakı diaspor təşkilatlarının fəallarından olan şərqşünas Əlipənah Abuşovu da elə həmin günlərdə itirdik.
MEYMUN KİMLƏRƏ QIYDI?

Daha bir həmyerlimiz, bütün platformalarda mərdliklə və təmkinlə, tutarlı dəlillərlə islam dinini təbliğ və müdafiə edən, çəsarətli və məntiqli çıxışları ilə rəqiblərini belə məftun edən Rusiya İslam komitəsinin sədri Heydər Camal amansız xəstəliyə yenildi. Onun simasında həm Azərbaycan, həm də Rusiya ictimaiyyəti həqiqət uğrunda mübahisələrdə, insanlıq mövqeyində “Allahdan başqa heç kimdən qorxmayan” bir mübarizlə vidalaşdı.
MEYMUN KİMLƏRƏ QIYDI?

2016-cı ilin faciələri arasında qardaş Turkiyədə baş verən terror hadisələrini də qeyd etmək lazımdır. Məsum, günahsız insanları hədəf alan terror günümüzün, əfsuslar olsun ki, adiləşməyə başlayan fonuna çevrilir. 2015-ci ilin noyabrında vurulan təyyarə ilə az qala hərbi qarşıdurmaya gələn, sülhməramlı Azərbaycan
prezidenti İlham Əliyevin, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin, MEYMUN KİMLƏRƏ QIYDI?Rusiyanın Türkiyədəki Fövqəladə və Səlahiyyətli Səfiri Andrey Karlovun əzmkar fəaliyyətləri ilə yenicə isinməyə başlayan Rusiya-Türkiyə münasibətlərini arxadan Səfirə vurulan güllələrlə təkrar pozmağa çalışdılar. Fitnəkar qüvvələrə Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Ərdoğan yekdil iradə ilə cavab verdilər.

MEYMUN KİMLƏRƏ QIYDI?Dekabrın sonunda da meymun can almağa davam edir. Azərbaycanın xalq artisti, unudulmaz muğam ustası Ağaxan Abdullayev və qocaman şair İlyas Tapdıq da həyata gözlərini yumdular. Onların ölüm xəbəri daha dəhşətli bir faciə ilə eyni vaxta düşdü. MEYMUN KİMLƏRƏ QIYDI?92 nəfərlə Suriyaya Yeni il təbrikinə gedən Tu-154 təyyarəsini Qara dənizin qara suları uddu. Həlak olanlar arasında məşhur həkim Yelizaveta Glinka, Rusiya Ordusunun A.V. Aleksandrov adına mahnı və rəqs ansamblının rəhbəri, general-leytenant Valeri Xəlilov və ansamblın üzvləri, kütləvi informasiya vasitələrinin nümayəndələri vardı.

Yeni ilin astanasında bu acı hesab sizi heyrətləndirməsin. Burada adlarını çəkə bilmədiyimiz, həyatdan bu il köçmüş başqa həmvətənlərimiz də olub. Əbədiyyətə qovuşanların hamısına Allahdan rəhmət diləyir, yaxınlarına, xalqımıza başsağlığı verir, yeni ilin daha uğurlu, sayalı, düşərli, qurbansız, itkisiz, firavan olmasını arzulayırıq.

Yeni səs redaksiya heyəti

26 dekabr 2017-ci il


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir