Microsoft-da Windows 10 sisteminə baxışlarla idarəetmə funksiyası əlavə edilib


Microsoft-da Windows 10 sisteminə baxışlarla idarəetmə funksiyası əlavə edilib

Əlavə edilən yeni texnoloji funksiya kompüteri gözlə-baxışla istifadə etməyə imkan verəcək.

Microsoft kompaniyasının bölməsində Windows 10 -nun yeni xüsusiyyətini aşkar ediblər, belə ki, o baxışlarla idarəedilə biləcək. Windows 10-nun yeni buraxılışında Eye Control funksiyası qurulacaq. Onun köməkliyi ilə istifadəçi demək olar ki, kompüterin bütün funksiyalarını baxışları ilə idarə edəcək. İlkin olaraq Eye Control funksiyasından öz Microsoft akkauntunu Windows-un əvvləlki-test üçün olan buraxılışını qeydiyyatdan keçirən istifadəçilər yararlanacaqlar.

Baxışlarla idarəetməyə payızda Windows 10 Fall Creators Update çıxandan sonra başlanacaq. Amerika kompaniyasının yenilənmə bölməsindən verilən məlumata görə Eye Control təkçə “siçanı”” əvəz etməyəcək, onun köməkliyi ilə klaviaturanı da baxışlarla idarə edib mətni yığmaq olacaq. O da qeyd edilir ki, Eye Control-un çalışması üçün Tobii kompaniyasının xüsusi Eye Tracker 4C videokamerası lazımdır.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir