MİLLİ QƏHRƏMAN MÜBARİZ İBRAHİMOVUN DOĞUM GÜNÜNƏ TƏBRİK ƏVƏZİ…


“Hançer saz değildir gerçi
Ama yine de iki türkü bilir:
Biri ölüm üzerinedir,
Özgürlük üzerine biri.”

RƏSUL HƏMZƏTOV.

Bütün xalqların yüksəliş dövrü olur sonra bu tənəzzülə də möhtac olur çox zaman. Təkcə elm, mədəniyyət, iqtisadiyyat, siyasət, dövlət sahəsində deyil eyni zamanda xalqın ruhuna doğan Günəş və çökən qaranlıq misalı. Tarixin hesaba qatmadığı bəlkə də tək bir şey qan yaddaşıdır. Bu sirrli, sehrli yaddaş xalqın hər bir insanının şüraltısının ən dərin qatlarında gizli qalan bir xəzinə misalındadır. Bu xəzinənin daşıyanın belə bundan xəbəri yoxdur. Bu möhtəşəm güc insanın içində yatan kocaman bir Div misalındadır. Qanlı müharibələr tərəflləri qalib, məğlub yapar bu tərəflərin komandanından tutmuş ən sıravisinin belə əhval ruhiyyələrinə təsir edər. Qalib övünər məğlub boynunu bükər. Burada ən acı çəkən məğlub tərəfdir ləyaqətsiz düşməni yenmək hırsı qalib gələn tərəfdən revanş götürmək hissi bir anda onu tərk etməz. İstər kolegial şüurla istərsə də fərdi olaraq.Müharibənin gözə görünməyən, yüksək ruh enreji yaradan elə qanunları var ki… Günün birində qan yaddaşı dediyimiz o möhtəşəm ruh düşmən postunda keşik çəkən bir əsgərin içinə dolar. Özünün də xəbəri olmadığ sirrli, sehirli xəzinənin qapıları taybatay açılar. Hər şey ilğım kimi həm də ildırım sürətiylə təkrarlanar: Çin zülmünə qarşı 40 əriylə vuruşan Kürşadın, Gəncədə Çar Rusiyasına qarşı ailəsiylə birgə vuruşan Cavad Xanın qanlı köynəyi,Yalama stansiyasında 70 minlik XI Qırmızı Orduya qarşı 350 Cümhuriyyət Ərlərinin qeyri bərabər döyüşü, əllərində Üçrəngli Bayraq Qanlı Orduya hücum edən bu fədailərin atlarının dəli kişnərtisi postda keşik çəkən əsgəri diksindirər… Bu əsgərin içindəki kocaman Div oyanar və hər şey bundan sonra başlar. Təkbaşına döyüşməyin qərarını verər amma həm də tək olmayan onunla birgə qəhrəman babalarının ruhlarından doğan inanılmaz güclə… Təkbaşına döyüş 5 saat çəkər, düşmən ağır itkilər verər, qorxu panik içində bu qəhrəmanı Ordu sanar, alğına da gətirməz ki onlara qarşı vurşan tək bir nəfərdir. Bu qeyri bərabər döyüşdə düşmənə ağır itkilər ödədib şəhid olan Mübariz İbrahimov bir Ordunun yapa bilmədiyini yapar.

Təkbaşına Ordu olmaq Türkün ən son məqamıdır. Və bu son məqamdan yeni bir DİRİLİŞ doğar. Həm də eləsinə ki, bu tək sonradan çoxa çevrilər. Milli Qəhrəman Mübariz İbrahimov, general Polad Həşimov örnəyində. Kim nə deyir desin, İkinci Qarabağ Savaşının inanılmaz, yüksək patriotik duyğular dalğasında yüksələn ruh qaynağımız məhz bu iki qəhrəmanımız oldu. Onların cəsurluğu bütün Azərbaycan gəncliyi tərəfindən modelləndi və minlərlə qəhrəmanlar yetişdirdi.Doğum günün mübarək olsun şəhidim, qəhrəmanım! Sizlərin müqəddəs qanları üzərində ədalətə, haqqa,hüriyyətə dayanan məsud bir ölkə, Vətən olmaq heç də zor deyildir. Bu bir görəv olmalı hamımız üçün! Nur içində yat Şəhidim, Qəhrəmanım!

Məhəmməd İsrafiloğlu,
Ukrayna


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir