Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Danilov Rusiya ərazisini Ukrayna sərhədlərindən “Vladivostoka” qədər vurmaqla hədələyib


Rusiya Ukrayna ərazisinə zərbələr endirəcəyi təqdirdə Kiyev hər şeyə, o cümlədən Rusiya ərazisinə cavab zərbələri endirməyə qadirdir. Bunu şənbə günü Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Ukraynanın NTA televiziya agentliyinin efirində deyib.

“Əgər bu bizim maraqlarımıza xidmət edirsə, o zaman heç kimdən soruşmayacağıq ki, düşməni harada vurmalıyıq. Çünki düşmən bizim sərhədlərimizin ərazisindən başlayaraq, Vladivostoka qədər bitən yerdə yerləşir”, -deyə  Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri bildirib.

Bundan əvvəl Britaniyanın “The Times” qəzeti yazıb ki, Birləşmiş Ştatlar artıq Kiyevin Rusiya ərazisinə zərbələr endirməməsini  israr etmir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir