Milonov Polşa sərhədçilərinə Almaniyadan gələn miqrant axını ilə bağlı xəbərdarlıq edib


Dövlət Dumasının deputatı Vitali Milonov son həftələr Avropa İttifaqına daxil olmaq ümidi ilə minlərlə miqrantın qaldığı Polşa-Belarus sərhədinə gəlib. O, qaçqın düşərgəsinə baş çəkib və Polşa təhlükəsizlik qüvvələri qarşısında alovlu nitq söyləyib.

Düşərgədə gəzinti zamanı Milonov miqrantların necə yaşadıqlarını kameraya çəkib. Xüsusən də qaçqınların tikdiyi daxmalardan birinə dırmaşıb.

Bundan sonra deputat keçid məntəqəsinə gələrək Polşa sərhədçilərinə xitabən bunları ifadə edib. O, Almaniyadan Polşaya çoxlu sayda miqrantların gələcəyini vəd edib, çünki “onların hamısı artıq oradadır”.

Bundan əlavə, Milonov Polşanın Avropa İttifaqına daxil olmasını səhv adlandırıb. Onun sözlərinə görə, Aİ-da polşalıları  “Məsihdən imtina etməyə” məcbur edəcək və onların uşaqlarını eynicinsli ailələrə göndərəcəklər.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir